Süni intellekt sahəsinin qabaqcıllarından olan alim Geoffrey Hinton, bu sahədə irəliləyişlərə qarşı xəbərdarlıqlar ehtiva edən açıqlamalar verdi.
Yenisoz.az xəbər verir ki, "Süni intellektin atası" olaraq xarakterizə edilən 75 yaşlı Geoffrey Hinton, süni intellekt sahəsindəki inkişafın "dəhşətli" olduğunu və bu sahədəki işindən peşman olduğunu deyərək Google-dan istefa verdiyini açıqlayıb.
Süni intellektli chatbotların hazırda insanlardan daha təhlükəli olmadığını, lakin potensial təhlükələrinin bəzilərinin olduqca qorxulu olduğunu ifadə edən Hinton, onların yaxın gələcəkdə insanlardan daha ağıllı ola biləcəyi qənaətində olduğunu ifadə etdi.