• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Tanınmış iş adamının xanımı tərəfindən şiddətə məruz qaldıq” - İDDİA

Cəmiyyət

23-05-2023, 13:17

“Tanınmış iş adamının xanımı tərəfindən şiddətə məruz qaldıq” - İDDİA

“Bakıda tanınmış iş adamının həyat yoldaşı, Türkiyə vətəndaşı Burcu Butayeva və onun bacısı Burçin Kayaş tərəfindən mən və assistentim şiddətə məruz qalmışıq”.

Bu şikayətlə “Qafqazinfo”ya həkim- kosmetoloq Aynur Süleymanova müraciət edib.

Həkimin sözlərinə görə, adıçəkilən xanımlar onun işlədiyi klinikaya prosedur etdirmək üçün gəliblər. A.Süleymanova deyir ki, xoş olmayan rəftarlarına görə onlara prosedur etmək istəməyib və otağı tərk etmələrini istədiyini bildirəndə mübahisə yaranıb: “Burcu Butayeva mənim daimi pasiyentim olub. Bacısı Burçin Kayaş isə bir il öncə mənim yanımda olub və müəyyən bir prosedur etdirib, daha sonra isə Türkiyəyə gedib. Gedərkən də prosedurdan çox razı qaldığını bildirmişdi. Lakin gedəndən sonra şiş olduğunu deyərək yenidən müraciət etmişdi və ona bildirmişdim ki, bu təbii haldır, narahatlığı varsa müayinə üçün klinikaya da gələ bilər. Lakin gəlmədi və sonradan müraciət də etmədi. Aprelin 21-də hər iki xanım yenidən klinikamıza gəldi. Xanım digər bir prosedur üçün müraciət etmişdi. Bu zaman dedi ki, bir il əvvəl etdiyi posedurdan razı deyil, ya pulunu qaytarım, ya da yenidən eyni proseduru edim. Mən də dedim ki, belə bir şey ola bilməz. Ona görə ki, həm tam normaldır, həm də artıq bir il ötüb, problem, ya da narazılq olsaydı, prosedurdan bir ay sonra müraciət edə bilərdi. Dedi ki, mən Türkiyədə idim, gələ bilmədim. Bununla da arada mübahisə başladı. Mən bildirdim ki, artıq heç bir prosedur edə bilmərəm, şikayətləri üçün klinikanın baş həkiminə müraciət etsinlər. Bundan sonra xanım səs-küy salaraq “Sən bilirsən mən kiməm? Mənimlə belə rəftar edə bilməzsən!”,- dedi”.

A.Süleymanova bildirir ki, məsələ sadəcə mübahisə ilə qalmayıb, pasiyent əl-qol hərəkətlərinə də keçib: “Baxili çıxardıb üzərimə atdı. Daha sonra isə assistentim Aynur Atakişiyevanın üz nahiyəsinə əli ilə zərbə vurdu. Əlimizdə bütün bunları əks etdirən görüntülər də var. Burcu Butayevanın həyat yoldaşı isə dəfələrlə müdiriyyətə müraciət etdi və hədiyyələr vermək istədi, üzr istədi ki, ərizəmi geri götürüm. Mənim tək istəyim o oldu ki, bu xanımlar növbədə duran pasiyentlərimin qarşısında necə ki, bu söz-söhbəti salmışdılar, eləcə də gəlib üzr istəsinlər. Heç olmasa, assistentimdən üzr istəsinlər. Lakin bunu etmədilər”.

Kosmetoloqun sözlərinə görə, hadisə baş verən gün polisə də müraciət ediblər: “Onlar da bizdən sonra polisə müraciət ediblər ki, guya onları vurmuşuq. Döyməklərinə, şər-böhtan ataraq təhqir etməklərinə dair görüntü və ekspert rəyi olmağına baxmayaraq, Yasamal RPI 26-cı PB-nin təhqiqatçısı Qafarov Ramil əsassız qərar qəbul edib. Üstəlik, mənə və assistentimə cəza tətbiq edilib. Bir aydan çoxdur ki, hələ də bu xanımlar cəzasız qalıblar. Sadəcə Burcu Butayevaya cərimə cəzası veriblər. Digər xanım, Burçin Kayaş hadisədən sonra təcili şəkildə Türkiyəyə göndərildi. Dedilər ki, hamilədir. Amma klinikamıza prosedur olunmaq üçün gələndə imzaladığı sənəddə hamilə olmadığını bildirmişdi”.

Həkim Burcu Butayevanın hansı iş adamının xanımı olmasını açıqlamayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev müraciətimizə cavab olaraq bildirildi ki, aprelin 21-də Aynur Süleymanovanın, Aynur Atakişiyevanın və Türkiyə Respublikasının vətəndaşı Burcu Butayevin döyülmələri barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciətləri daxil olub: “Müraciətlər əsasında polis bölməsində təhqiqat araşdırması başlanılıb. Araşdırmalarla müəyyən olunub ki, Butayev aprelin 21-də onun yanına bir neçə günlük qonaq gələn bacısı Türkiyə vətəndaşı Kayaş Burçin ilə birlikdə tanıdığı və əvvəllər ona kosmetik xidmətlər göstərən həkim-kosmetoloq Aynur Süleymanovanın işlədiyi klinikaya gəliblər. Kayaş Burçin həkimin iş otağında olarkən Süleymanovadan əvvəllər tərəfindən göstərilən keyfiyyətsiz xidmətlərə görə, kosmetik xidmətlərin ödənişsiz edilməsini xahiş edib. Lakin sonuncu ondan kobud şəkildə otağını tərk etməsini tələb edib. Butayev otaqdan çıxan zaman həkimin assistenti kimi fəaliyyət göstərən Aynur Atakişiyeva qapını üzərinə bağlayaraq qoluna xəsarət yetirib. Bu səbəbdən Butayev yenidən otağa daxil olaraq Atakişiyevanı itələyib. Nəticədə Süleymanova və Burçin münaqişəyə müdaxilə edərək bir-birilərinə xəsarətlər yetiriblər.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Ekspertizanın rəyinə əsasən hər 3 şikayətçinin xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyib.

Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi ilə bağlı qərar qəbul edilib”.

Qafqazinfo

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-05-2023, 16:56

Tanınmış həkimin oğlu həbs edildi

Araşdırma

17-05-2023, 07:16

Vətəndaş haqqını bərpa edə bilmir... - GİLEY

Gündəm / Cəmiyyət

15-05-2023, 11:16

Cəlilabad Mərkəzi Xəstəxanasında BAZAR AÇIBLAR... - MÜRACİƏT

Gündəm / Siyasət

16-05-2023, 16:59

Bu şəxslərə Azərbaycanda daimi yaşamaq icazəsi verildi

Gündəm / Cəmiyyət

9-05-2023, 11:36

Ağstafa səhiyyəsi ACINACAQLI DURUMDA... - İTTİHAM VAR!

Cəmiyyət

13-05-2023, 10:17

Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi

Gündəm / Siyasət

26-05-2023, 10:35

Milli Məclisin növbədənkənar iclasları keçirilə bilər

Hadisə

9-05-2023, 18:04

"Qoy, qızımın nələr çəkdiyini hər kəs bilsin" - Türkan Gündüzün atası

Cəmiyyət

15-05-2023, 12:00

Ucar sakini nazirdən GÖRÜŞ İSTƏDİ - "Üç ay sosial yardımı aldıqdan sonra..."

Gündəm / Hadisə

13-05-2023, 13:56

Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə öldü

Gündəm / Cəmiyyət

16-05-2023, 15:10

Göyçay sakini pensiyasının qanunsuz olaraq dayandırıldığını iddia edir – ŞİKAYƏT

Video

17-05-2023, 07:45

Ağsuda meşələrə qənim kəsilən KİMDİR? - MÜRACİƏT

Gündəm / Cəmiyyət

23-05-2023, 11:28

RİH işçiləri QOÇU ÇIXIB? - BU NƏDİ BELƏ?

Hadisə

6-05-2023, 13:25

Bakıda 36 yaşlı turist qəfil öldü

Araşdırma
 “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
“Zeytun qızıldandırmı? – Mado Əhmədlidə 16 manatlıq pizza 31 manata çıxdı” - VİDEO
"Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?
Cavadxan küçəsində tikinti yekunlaşdı: Həmişə yaşıl ağac belə mə*v olundu-Videofakt
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Hadisə
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
18-07-2025, 17:57
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda - Qərar
30-06-2025, 18:41
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
12-06-2025, 09:16
Sabirabadda mağazada meyit tapılıb.
Son xəbərlər
  • Bugün, 16:12
     “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
  • Bugün, 15:41
    "Qocalar evi", yoxsa xəstəlik mənbəyi? - Kənd Əhmədlidə qəribə müəssisə
  • Bugün, 14:33
    Regional Su Meliorasiya Xidmətində OYUNBAZLIQ - İLGİNC FAKTLAR
  • Bugün, 13:01
    “Zeytun qızıldandırmı? – Mado Əhmədlidə 16 manatlıq pizza 31 manata çıxdı” - VİDEO
  • Bugün, 12:04
    “Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO
  • Bugün, 11:35
    Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir
  • Bugün, 10:36
    "Grandmart"da İYRƏNCLİK: Satılan çörək görün nə vəziyyətədir/ VİDEO
  • Bugün, 09:54
    Qoca Əmiralsanovun rəhbəri olduğu “Möcüzəli Naftalan”da faciə: İşçini cərayan vu*du….
  • Dün, 18:25
    Sərdar Fərəcovun son durumu açıqlandı
  • Dün, 17:44
    Bu yolda hərəkət məhdudlaşdırılır
  • Dün, 17:00
    Altağac Milli Parkında giriş pul tələb olunur
  • Dün, 15:59
    “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?
  • Dün, 14:49
    Cavadxan küçəsində tikinti yekunlaşdı: Həmişə yaşıl ağac belə mə*v olundu-Videofakt
  • Dün, 13:11
    Yusif Yusibov eyni şirkətdən hər il 100 minlik mebel niyə alır?
  • Dün, 12:28
    Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
  • Dün, 11:57
    “Bazarstore” də satılan çirkaba batmış duz……
  • Dün, 10:40
    Nəsimi rayonunda “Barama” bağçasında uşağa şi**ət-Videofakt
  • Dün, 10:13
    “Dr. Aysen” həkim sertifikatı olmadan necə stomatoloq kimi fəaliyyət göstərir?
  • Dün, 09:20
    Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR
  • Dün, 08:54
    “Evrohome“ bazarında sahibkarlara qarşı ayrı-seçkilik
  • 11-09-2025, 18:50
    Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov pedoqoji heyətdə narazılıq niyə yaradır?
  • 11-09-2025, 18:25
    Əlyazmalar İnstitutunda narazılıq: Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
  • 11-09-2025, 17:44
    Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
  • 11-09-2025, 17:19
    Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
  • 11-09-2025, 16:28
    11 sentyabr terroru ərəfəsində ABŞ-də qətl – bu dəfə Venesuela hədəf ola bilər - ŞƏRH
  • 11-09-2025, 15:47
    "Optimal Finance" BOKT vətəndaşları AZYAŞLI ÖVLADLARI İLƏ QORXUDUR - DƏRƏBƏYLİK
  • 11-09-2025, 14:58
     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
  • 11-09-2025, 14:28
    “Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri”
  • 11-09-2025, 13:48
    “Atlas Medikal”da həkim olmayanlar pasiyentləri necə müayinə edir?
  • 11-09-2025, 12:58
    “SOCAR”-ın rəsmisi Ramil Əsədulzadənin Rumıniyada gizli eşq macərası -Fotofakt
  • 11-09-2025, 12:25
    “Predu” uşaq bağçasında uşaqlara belə şidd*t göstərilir-Video
  • 11-09-2025, 10:30
    Konqresmen Rusiya ilə ticarəti məhdudlaşdıran qanun layihəsini təqdim edib
  • 11-09-2025, 10:00
    ABŞ-də matəm elan olundu
  • 11-09-2025, 09:30
    Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
  • 11-09-2025, 09:00
    GDU rektorunun təyinatının pərdəarxası: Kibışev Yusibova necə xidmət edəcək?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Telefon: (+99455) 266 43 46
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə