• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

1 həftə vaxtı olan Muxtar müəllim özünü doğrulda biləcəkmi? - Görünəni odur ki...

Gündəm / Cəmiyyət

13-07-2023, 10:53

1 həftə vaxtı olan Muxtar müəllim özünü doğrulda biləcəkmi? - Görünəni odur ki...

Muxtar Babayev Sumqayıtdan deputat idi. Parlamentdə dili-ağzı "olmayan" üzvlərdən sayılardı, nadir hallarda hansısa sınıq-salxaq mövzuda səsi eşidilərdi. Yəni media onu deputat kimi o qədər də fəal biri olaraq tanımırdı, mətbuatın yaddaşında böyük ölçüdə qalmamışdı. Sonra tale üzünə güldü və ona karyera qapıları açıldı, Hüseynqulu Bağırovdan bezmiş hakimiyyət Muxtar Babayev onun yerinə ekologiya və təbii sərvətlər naziri vəzifəsinə gətirdi. Bəh, deputatlıq hara, nazir postu hara, böyük bir struktur sənə tapşırılır, nəhəng sahə həvalə olunur, bunun meşə idarələri, ayrı-ayrı qurumları, yeyinti yerləri, yaşıllıqları və s.
M.Babayev "çiçəyi burnunda" nazir idi, yeni təyin olunmuşdu, onun çırmanıb köhnədən qalan problemlərə girişməyə isə nə həvəsi, nə gücü varıydı. Bunun üçün gərək böyük bir "mafiya"nı qarşısına alaydı. Lakin nazirə bu lazım deyildi və qaldığı yerdən işinə başladı: yəni əvvəl hansı qanunsuzluqlar olub, nazirlikdə və idarələrdə hansı "qanun"lar işləyib, bunları düzəltməyə gəlməmişəm, işinizi davam edin. Və bu minvalla M.Babayev nazir vəzifəsini yerinə yetirməyə çalışırdı. İnsafən, mediadan qaçan məmur deyildi, hətta jurnalistlərlə şəkil çəkdirir, suallarını cavablandırardı. Amma ekologiya sahəsində problemlər xirtdəyə qədər qalmışdı, nəyisə dəyişmək fikrində görünmürdü. Ona görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların qırılmasından tutmuş meşələrin kəsilməsinə qədər Bağırov dövründən fərqli fəaliyyətlə seçilmədi. Ancaq Gədəbəydəki Söyüdlü hadisəsi ilə bağlı prezident İlham Əliyevin çıxışı bəlkə də gözdən yayınan bir həqiqəti üzə çıxardı: nazirlik qızıl istismar edən şirkətlə sövdələşibmiş, "haqq" alıbmış...Prezident belə də dedi -Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır.
Nə demək idi bu, belə məlum olur ki, istismarçı şirkət Nazirliyi "görüm-baxım" edib. Ona görə də zəhərli tullantıların atılması, ikinci göl yaradılması, bütün özbaşınalıqların edilməsinə göz yumulub. Əgər vaxtında nazir Muxtar Babayev Söyüdlü camaatının səsini eşitsəydi, ən azı hadisələr partlayış həddinə çatmazdı. Axı hakimiyyətə dəymiş bu zərbənin günahı həm də ETSN-nin susqunluğu olub. Kənd camaatı ilə görüşüb məsələni hansısa formada yoluna qoymaq olardı ki, nə aksiyalar olardı, nə bu qarşıdurma yaşanardı. Faktiki olaraq, nazir Babayev hakimiyyətə ictimai rəydə böyük pislik elədi. İqtidar rəhbərliyi bunu bağışlayarmı ? Çətin. Prezidentin son sözlərini şərh edəndə, böyük ehtimalla nazirin bir müddət sonra vəzifəsindən çıxarılacağını söyləmək olar. Belə desək, Babayevin "qələmi qırıldı". Əlbəttə, baş nazir Əli Əsədov da babat danlandı, amma ən çox nazirlik tənqid edildi. İyulun 12-də qaçaraq brifinq keçirib izahatlar verən, Söyüdlüdə sionid zəhəri olmadığını iddia edən, prezidentin tənqidlərini haqlı saydıqlarını bildirən nazir indi "saman çöpüyü"ndən yapışmağa başlayıb. M.Babayev bir həftə içində ölkə rəhbərliyinə nəticələri təqdim etməlidir. Əslində 1 həftə ərzində onun nazir postundakı aqibəti bəlli olacaq. Çünki hakimiyyətin başına iş açmış, hətta polis-xalq problemi yaratmış Ekologiya və Təbii Sərvətlər Nazirliyi Söyüdlü hadisələrinin vaxtında qabağını ala bilərmiş. Amma istismarçı şirkətlə sövdələşmə, onun özbaşına əməllərini gözardı etmə böyük başağrısı yaratdı. Odur ki, nazir üçün gerisayım başlayıb. Onun vəzifədə qalması "tükdən asılıdır".
Onu da deyək ki, ümumiyyətlə, 2018-ci ilin aprelindən Muxtar Babayevin qəfil heç kimin gözləmədiyi halda Ekologiya və Təbi Sərvətlər naziri təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Xatırladaq ki, buna qədər cənab Muxtar Babayev 2-3 il SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində də işləmişdi. Amma onun bu təcrübəsi Azərbaycan boyda bir ölkənin ekoloji problemlərinin həll olunmasına kifayət edirdimi? Əsla.
Bəs Muxtar Babayevin bu təyinatından sonra ETSN-də nələr dəyişdi? Bəli, təsdiq etmək olar ki, ilk günlərdən nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Muxtar Babayevin vaxtı ilə SOCAR-da çalışdığı bütün döst-tanışları, qohumların hamısını Nazirliyə transfer etdi. Onların hamısına demək olar ki, nazirlikdə bir sıra aparıcı vəzifələr tapşırıldı. Az keçməmiş nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsinə , əslən Qubadan olan həmyerlisi nazirin əmisioğlu kimi özünü bəyan edən Fizuli Babayev təyin edildi. Bir sözlə, o da tayfaçılıq maraqları çərçivəsində iş qurmuşdu. Ölkədə bir nazirin ənənəvi sistemidir - qohumları başına yığmaq və korrupsiyaya, maxinasiyalara yol vermək. Bu, ölkədə nazir obrazının portretidir....

Azər Talıbov
Anaxeber.info

Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

24-06-2023, 14:20

Muxtar Babayev öz kadrı ilə bacarmır? - İTTİHAM VAR!

Gündəm / Araşdırma

2-06-2023, 08:42

Qusarda 30 hektar meşə torpağı nazirin kürəkəninə necə hədiyyə edildi..? - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

21-06-2023, 11:52

Muxtar Babayev bu işçisi ilə BACARMIR? - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

22-06-2023, 17:59

Firdovsi Əliyev həmin kabinetdə, həmin xidməti avtomobilində… - Prezidentin SƏRƏNCAMI NƏ OLDU?

Gündəm / Araşdırma

29-06-2023, 12:54

`Bizim Ev`də kimsə rahat ola bilməz... - ÇÜNKİ...

Gündəm / Araşdırma

3-07-2023, 08:07

Muxtar Babayevin kadrları 'GÜL VURUR'... - BU DA FAKT...

Araşdırma
Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var
İXTİSAS YOX, İDDİA VAR: EKOLOGİYA NAZİRLİYİNDƏ MÜMKÜN QANUN POZUNTUSU
Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT
Hadisə
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
3-02-2026, 09:34
Göyçayda yaşayış binasında yanğın - Video
26-01-2026, 12:55
“Zirvə” şadlıq sarayında faciə
22-01-2026, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
Son xəbərlər
  • Bugün, 15:54
    İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
  • Dün, 18:31
    Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
  • Dün, 18:05
    Rektor Yusif Yusibova qarşı ağır ittihamlar - İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
  • Dün, 17:41
    AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
  • Dün, 16:54
    “Sizin liderliyiniz Cənubi Qafqaz regionunda sülhə mühüm töhfələr vermişdir”
  • Dün, 16:25
    "İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
  • Dün, 15:58
    İcra başçısının müavini işdən çıxdı - ƏMR
  • Dün, 15:19
    Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…
  • Dün, 14:16
    Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
  • Dün, 13:55
    Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
  • Dün, 13:19
    İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir
  • Dün, 13:01
    Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
  • Dün, 12:18
    MASALLIDA MƏMURLAR SAHİBKARA MANE OLURLAR
  • Dün, 11:22
    Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var
  • Dün, 10:46
    Mustafa Tayat ölkədən bu qədər valyuta çıxarıb
  • Dün, 10:09
    İXTİSAS YOX, İDDİA VAR: EKOLOGİYA NAZİRLİYİNDƏ MÜMKÜN QANUN POZUNTUSU
  • Dün, 09:53
    “İdrak” liseyi bağlanır?
  • Dün, 09:14
    Saleh Məmmədovun "tender kralı" olan ATF MMC-si bitdi
  • 10-02-2026, 18:39
    İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • 10-02-2026, 18:23
    ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • 10-02-2026, 18:11
    Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT
  • 10-02-2026, 17:42
    “Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
  • 10-02-2026, 17:16
    “Universal hospital” insanları belə zəhərləyir…-Videofakt
  • 10-02-2026, 16:22
    Bakıda AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala salıb
  • 10-02-2026, 16:02
    Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • 10-02-2026, 15:51
    İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
  • 10-02-2026, 14:57
    Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
  • 10-02-2026, 14:33
    Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
  • 10-02-2026, 14:17
    Lamiyə Vəliyeva rekorda imza atdı
  • 10-02-2026, 13:57
    Kəmaləddin Qafarovun şirkəti 10,7 milyon manatlıq sifariş alıb?
  • 10-02-2026, 12:29
    “Lombard №1” faizləri özbaşına hesablayıb
  • 10-02-2026, 12:07
    Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi:Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü
  • 10-02-2026, 11:43
    İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
  • 10-02-2026, 11:30
    Bu şəxslər YAP sədrinin müavini olmaq üçün hərkətə keçdi-ŞOK İDDİA!-ŞOK ADLAR...!
  • 10-02-2026, 11:13
    “Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlər çalışır-Rəsmi məlumat
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə