[center][/center]
Şikayətim AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya şurasının sədri İsa Həbibbəyli və şuranın məsul şəxslərindəndir. Belə ki, institutun elmi işçisi Samirə Abbas qızı Kərimovanın 15.09.25 tarixdə baş tutmalı olan "XX əsrin əvvəllərində Azərbaycan bədii ədəbiyyatında və publisistikasında soyqırımı problemi" adlı dissertasiya işinin müdafiəsindən əvvəl işin plagiat olduğunu faktlarla sübut etdiyim halda Dissertasiya şurasının sədri İsa Həbibbəyli və işə məsul şəxslər müdafiəni ləğv etmək əvəzinə plagiat bir işi müdafiə mərhələsinə qədər gətirib çıxardıqlarına görə öz səhlənkarlıqlarını və məsuliyyətsizliklərini ört-basdır etmək üçün Prezidentin təsdiqlədiyi Əsasnamənin 5.66-cı bəndini kobud şəkildə pozaraq sağlam və işdə olduğu halda saxta "xəstəlik" ərizəsi ilə (tibbi arayış yoxdur) müdafiəni təxirə saldılar. Edilən bütün müraciət və şikayətlərim cavabsız qalır. Xahiş edirəm, məsələni işıqlandırın ki, bu işi Əsasnamənin tələblərinə uyğun ləğv etsinlər.
Rəna Qarayeva-Əhmədova
TEREF olaraq şikayətd qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumlarında mövqeyini dərc edə bilərik!
TEREF