[center]
[/center]
Xəzər rayonu, Şağan qəsəbəsində gecə saatlarında baş vermiş qəza səbəbindən 300-ə yaxın abonent qazsız qalıb.
Bizimesr.az bildirir ki, qəza gecə saatlarında qeydə alınıb. SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin 104 Qaynar Xəttindən verilən açıqlamada bildirilib ki, yaranmış qəza ilə bağlı işlərə yalnız gündüz saatlarında müdaxilə ediləcək. Bildirilib ki, gecə saatlarında belə qəzaları aradan qaldıra bilmirlər.
Sakinlər isə narazılıqlarını ifadə edərək bildirirlər ki, müasir dövrdə bu tip nisbətən yüngül qəzaların operativ şəkildə aradan qaldırılmaması anlaşılmazdır. Xüsusilə qış mövsümündə yüzlərlə abonentin gecə saatlarında qazsız qalması ciddi narahatlıq doğurur. Vətəndaşlar hesab edirlər ki, fövqəladə hallar üçün alternativ və ehtiyat mexanizmlər daha çevik şəkildə təşkil olunmalıdır.
Görünür "Azəriqaz" İB operativ müdaxilə imkanları məhduddur və 300 abonentin, yaşlı, körpələrin soyuqda qalması kimisə narahat etmir.
Qeyd edək ki, son aylarda qaz təchizatı ilə bağlı müxtəlif ərazilərdən şikayətlər daxil olur. Kartlara vurtulan pullar silinir, qaz sayğaclarında problemlər yaranır və sairə. Bununla belə, məsələ ilə bağlı rəsmi qurum tərəfindən heç bir açıqlama verilmir.(Bizimesr.az)
Mövzu diqqətdə saxlanılır.