• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Xidməthaqqı adı ilə 20 mini öz şirkətinə transfer edib” - NARAZILIQ VAR...

Araşdırma

26-10-2023, 13:30

“Xidməthaqqı adı ilə 20 mini öz şirkətinə transfer edib” - NARAZILIQ VAR...


“6-cı mərtəbə” şirkətinin tikdiyi və Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında yerləşən “Rahat Yaşam” kompleksinin bir qrup sakini yaşadıqları binada xidməthaqqının artırılmasından narazıdır.

“Qafqazinfo”ya müraciət edən sakinlər binanın tikintisinə rəhbərlik etmiş Atəş Təhməzlinin oğlu Şahbaz Təhməzlinin onların razılığı olmadan binaya kommunal xidmətlər göstərdiyini bildirib: “Şahbaz Təhməzli binanı bir neçə il belə idarə etdikdən sonra Ədliyyə Nazirliyinə müraciət edərək “Nərimanov 22” MMMC-də (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) qeydiyyatdan keçirdi və öz qohumlarından ibarət idarə heyəti qurdu. Biz bunu gördükdən sonra düşündük ki, MMMC-nin təşkili üçün toplanan imzalar saxtadır və ya imza toplanarkən məsələnin mahiyyəti düzgün izah olunmayıb. Halbuki Mülki Məcəllədə MMMC-nin təşkili və qiyabi səsvermənin qaydaları fərqlidir. Əvvəlcədən sahə mülkiyyətçilərinin yığıncağının gündəliyində olan məsələlər sakinlərə ətraflı elan olunmalı və səsvermə keçirilməlidir. Bundan əlavə, Şahbaz müəllim binanın idarəetməsini təsisçisi olduğu “Rahat Yaşam” MMC-yə həvalə edib. İl ərzində xidməthaqqı adı ilə MMMC-dən 20 min manat pulu öz şirkətinə transfer edib. İşin sifarişçisi də, podratçısı da eyni insandır. Burada hansı şəffaflıqdan söhbət gedə bilər?! İllərdir hesabat tələbimiz cavabsız qalır, 6 ayda bir dəfə standart hesabat liftin qarşısına yapışdırılır. Qanuna görə, MMMC qeyri-kommersiya təşkilatıdır və onun məqsədi mənfəət götürmək, mənfəəti iştirakçılar arasında bölmək deyil”.

Sakinlər əlavə ediblər ki, son olaraq süni şişirdilmiş xərclər göstərilməklə binada yığılan kommunal xərc tarifi hər kvadrat metr üçün 39 qəpikdən 46 qəpiyə qaldırılıb: “Avqustun 1-də tarif artımını hər sakinin telefonuna SMS göndərməklə bildirdilər. MMMC tərəfindən təqdim edilən xərclərdən məlum olur ki, 2022-ci ildə hər ay 7249, 2023-cü ildə isə 7779 manat xərc çəkilib. Yığılan vəsait barədə isə məlumat verilmir. Özlərinin təqdim etdiyi hesabata görə, binanın yaşayış sahəsi 22 600 kvadrat metrdir. Bu da 39 qəpikdən hər ay 8814 manat edir. Lakin artıq vəsaitin toplanmasına baxmayaraq, özbaşına olaraq tarifi artırırlar. 4-cü girişdəki lift dəfələrlə xarab olsa da, əsaslı təmir edilmir. İçməli su anbarından evə gələn su həddindən artıq çirklidir, lakin heç bir tədbir görülmür”.

Vətəndaşlar qeyd ediblər ki, bir müddət əvvəl toplanaraq MMMC-nin ümumi yığıncağını çağırıblar və yekun protokolu Şahbaz Təhməzliyə təqdim ediblər: “Ondan özünün və idarə heyətinin istefasını tələb etsək də, hərəkətsizlik göstərir. Vəzifə səlahiyyətlərini aşaraq cəmiyyətin ali idarəedici orqanı olan ümumi yığıncağın qərarına tabe olmur”.

Məsələ ilə bağlı “Rahat Yaşam” şirkəti ilə əlaqə saxladıq. Şirkət rəhbəri Şahbaz Təhməzli açıqlamasında sakinlərin iddialarını təkzib etdi. O bildirdi ki, bina sakinlərinə toplanmış vəsaitə uyğun xidmət göstərilir.

***

Şahbaz Təhməzli saytımızla yenidən əlaqə saxlayaraq bildirib ki, hər bir sahədə özünəmüvafiq şəkildə ciddi qiymət artımları baş vermişdir. O əlavə edib ki, bina sakinlərini tarifin aşağı salınması ilə bağlı aldadaraq imza yığıb daha sonra həmin imzaları MMMC-nin sədrinin dəyşilməsi ilə bağlı istifadə edən bir qrup (5-6 nəfər) şəxs öz maraqlarını güdən, vaxtilə MMMC-nin göstərdiyi xidmətlərə görə aylıq xidmət haqqını ödəməyən mülkiyyətçilərdir: “Mənzil Məcəlləsinin 137.10 maddənin tələbinə uyğun olaraq mülkiyyət hüququ əldə etmiş lakin mənzildə yaşamayan mülkiyyətçilərin endirim tələbinə rədd cavabı verdiyimiz, əksinə məhkəməyə verilmələri haqqında qərar qəbul edib pretenziya göndərdikdən sonra bu hal baş vermişdir. Hal-hazırda ödəniş etməyən sakinlərin cəmiyyətə ödəməli olduğu ümumilikdə borc 20.000 AZN-dən çoxdur. Şikayət edən yoldaşların bir qismi binanın aylıq kommunal xidmət haqqı xərclərini ödəməyən sakinlərdir. Onların əsas məqsədi debitor olan mülkiyyətçiləri bir araya gətirib binada xaos yaradaraq köhnə borcları sıfırlamaq və heç bir texniki, əmlak və hüquqi bazası olmadan binada idarəetmə aparmaq istəyirlər. Yaşadıqları binada bu kimi addımlarının sərt formada qarşısını aldığım üçün bir neçə həftə bundan öncə məni hədələyərək, məsələni mətbuatda işləyən tanışları vasitəsilə işıqlandıracaqlarını qeyd etmişdilər.

Mən isə sədrliyim dövründə Mənzil Məcəlləsini və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq müasir və şəffaf xidmət qurmuşam.

Tarif artımı və hesabat məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, sakinlərimiz düzgün qeyd edirlər tarif artımı 0,39 AZN (otuz doqquz qəpikdən) 0,46 AZN (qırx altı qəpiyə) artırılıb. Bu addım da məhz qanunun tələbinə uyğun olaraq aparılmışdır. Yəni hər birimizin bildiyi dünayada baş verən Pandemiyadan sonra bütün dünyada infilyasyanın artması, ölkəmizdən də yan keçməmişdir. Beləliklə minimum əmək haqqının və digər tarif artımları hər bir sahədə olduğu kimi bu sahədədə müəyyən xərclərin artmasına gətirib çıxarıb. Buna nəzərən artan xərclər tərəfimdən hesablanaraq, əvvəlcə bütün sakinlərə bildiriş formasında təqdim edilərək maarifləndirmə işləri təşkil edildikdən sonra Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq 50%+1 yetərsayla yeni büdcə təsdiqləndikdən sonra tarif artımı həyata keçirilmişdir. Sonda onuda qeyd edim ki, son 6 ildə binamızda tarif artımı sabit olaraq qalıb”.(“Qafqazinfo”)

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

19-06-2023, 18:35

"Şərur İnşaat"ın rəhbərliyindən ŞİKAYƏT - Lift 9-cu mərtəbədən boşluğa düşdü

Araşdırma

3-08-2023, 18:18

“Mega City”də nə baş verir? - NARAZILIQ VAR!

Gündəm / Araşdırma

26-09-2023, 12:56

“Evi geri qaytarsam da, ödədiyim pulu ala bilmirəm” - “4 Qardaş” MTK-nın yoldaşlığı yox imiş...

Gündəm / Cəmiyyət

5-07-2023, 17:15

"Hüquq" MTK-dan rəsmi qurumlara 17 dəfə şikayət etmişəm, nəticə yoxdur" - NARAZILIQ VAR!

Gündəm / Araşdırma

28-07-2023, 18:33

“Sultan”Mtk-nın sultanlıq iddiası

Araşdırma

26-07-2023, 11:57

`Sultan` MTK sakinlərə RƏİYYƏT GÖZÜNDƏ BAXIR... - BU NƏDİ BELƏ?

Gündəm / Araşdırma

8-08-2023, 20:18

Yasamalda ÖZBAŞINALIQ DAVAM EDİR: daha bir qanunsuz ticarət obyekti tikildi - Sakinlər narazıdır

Gündəm / Araşdırma

21-06-2023, 22:42

Şəhid atası təhqir olunaraq işdən qovuldu - BU BİR “Kristal Abşeron” KEYFİYYƏTSİZLİYİDİR...

Gündəm / Araşdırma

8-09-2023, 10:26

Coşqun Cəbrayılovun ÖZÜ PROBLEMƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!

Gündəm / Araşdırma

16-09-2023, 10:40

Qida təhlükəsizliyimiz bu adama əmanətdir... bu adam da... - İDDİA

Gündəm / Cəmiyyət

3-10-2023, 09:08

1992-ci ildən növbədə olsa da, hələ də ev ala bilmir - Prezidentə müraaciət olundu

Gündəm / Cəmiyyət

12-07-2023, 17:48

Nərimanov Tibb Mərkəzinin işçiləri TƏBİB-ə qarşı - GİLEY

Cəmiyyət

28-08-2023, 18:31

"AAAF Park"da qanunsuz tikinti işləri aparılır, sakinlər narazıdır - FOTOLAR

Araşdırma
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
“Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Dün, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • Dün, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • Dün, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • Dün, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • Dün, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • Dün, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • Dün, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • Dün, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • Dün, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • Dün, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • Dün, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • Dün, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:48
    Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
  • 2-03-2026, 13:11
    Arif Abbasovun Yaqub Eyubovla nə əlaqəsi? 5 saylı Magistral Yolların İstismarı MMC-də də mənimsəmələr olub
  • 2-03-2026, 12:40
    Abşeronda şəkər xəstələrinin dərmanı verilmir?
  • 2-03-2026, 11:51
    Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ
  • 2-03-2026, 11:27
    Binəqədi rayonu Biləcəri qəsəbəsində 70 dən çox ağaclar kəsildi….
  • 2-03-2026, 10:49
    Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT
  • 2-03-2026, 10:16
    Abdin Fərzəliyev İlham adlı iş adamı ilə hansı şərtlərlə razılaşdı….FHN-nin Xırdalanda qanunsuz tikintidən xəbəri var?
  • 2-03-2026, 09:41
    AAYDA-ya ayrılan büdcə pulları qohumlar arasında bölüşdürülüb... - İLGİNC FAKTLAR
  • 2-03-2026, 09:12
    Yoldaş Bağırov burdan da pul çıxarırmış... - BU NƏDİ BELƏ?
  • 28-02-2026, 15:36
    “Onların yodu çatışmır, millət ayaqüstə yatır” - Rəşid Mahmudovdan yatan alimlərə DİAQNOZ
  • 28-02-2026, 15:22
    Polisdən vətəndaşlara çağırış
  • 28-02-2026, 14:34
    Ramin Rzayev tender elan edib: Lüks divan dəstləri və kreslolar alır….
  • 28-02-2026, 14:15
    Əbu-Dabidə və Dubayda partlayışlar baş verdi
  • 28-02-2026, 13:11
    İqtisadçı-ekspert “İstanbul Hospital”ı İTTİHAM EDİR! - TƏFƏRRÜAT
  • 28-02-2026, 12:37
    İçməli su küçəyə axır - Zaur Mikayılovun işçiləri taxta çüy vurub gedir - VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə