Sosial şəbəkələrdə iki qadının bahalı avtomobildə, şəhərin mərkəzində hərəkətdə olarkən yüksək səslə musiqi dinləməsi, təhlükəsizlik kəmərindən istifadə etməməsi və sükan arxasında əllərini buraxaraq görüntü çəkməsi ilə bağlı video geniş müzakirələrə səbəb olub.
Bizimesr.az bildirir ki, görüntünü sosioloq Lalə Mehralı paylaşmışdı.
Belə ki, Günel adlı xanım “Peugeot” markalı, 90-SE-262 dövlət nömrə nişanlı avtomobildə sükan arxasında davranışları ictimai müzakirəyə səbəb olub.
[center]
[/center]
Soradan bəlli olub ki, bu xanımlardan biri tanınmış müğənni Şəbnəm Tovuzlunun qızıdır.
[center]
[/center]
Video ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər xüsusilə yol hərəkəti qaydalarının açıq şəkildə pozulmasını tənqid ediblər.
Hərəkətdə olan nəqliyyat vasitəsində sürücünün təhlükəsizlik kəmərini taxmaması və sükanı nəzarətsiz buraxması inzibati məsuliyyət yaradan haldır və həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi risk altına atır.
Qeyd edək ki, Şəbnəm Tovuzlunun bu vudeonu sildirmək üçün bəzi portallarla əlaqə saxlayıb, ortaya isə qəribə mənzərə çıxıb.(Bizimesr.az )