• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Kontakt Home”un sahibi ilə iş adamı arasında qalmaqal

Gündəm / Cəmiyyət

3-12-2025, 11:38

[center][/center]
Bir neçə gün əvvəl Bakıda tuninq xidməti göstərən məşhur “Azart” şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulması haqqında xəbər vermişdik.
Xəbər yayımlandıqdan bir müddət sonra Arif Zeynalov “Qaynarinfo” ilə əlaqə saxlayaraq, bəzi yeni məlumatlar verdi. Onun sözlərinə görə, maşınlara həbs qoyulması hansısa banka kredit borcunun olması deyil. Səbəb onunla “Kontakt Home”un təsisçisi olan “ABC-Telekom” şirkətinin sahibi Fariz İstafilov arasında olan qalmaqaldır.
Qalmaqalın əsası isə hələ 2023-cü ildən qoyulub. Belə ki, o vaxt, Fariz İsrafilov “Azart” şirkətinə “Mercedes -Sprinter” markalı mikro avtobusun yığılıb tuning edilməsi üçün müraciət edir. Tərəflər müzakirələrdən sonra büdcəni (təxminən 60 000 ABŞ dolları) təsdiqləyirlər. Amma məbləğ böyük olduğu üçün, Arif Zeynalov materialların xaricdən gətirilməsi üçün avans istəyib.
[center][/center]“Fariz İsraifilov dedi ki, mən sənə bu avansı ancaq borc müqaviləsi ilə verə bilərəm. Mən dedim ki, niyə borc müqaviləsi, mən avans istəyirəm. O dedi ki, bu formal bir şeydir, bütün şirkətlərlə belə işləyirlər, sən əgər hər şeyi altı ay müddətində təhvil verəcəksənsə, problem olmayacaq. Düşündüm ki, bu boyda şirkət rəhbəri bizi aldatmaz və heç bir oyun qurmaz. Sonra öz maliyyə direktoru Bayramlı Müşfiq Elçin oğlunu yanına çağıraraq, ona tapşırdı ki, notariusa yollanın, Ariflə 6 aylıq borc müqaviləsi bağlayın, o pulu da verin, ehtiyyat hissələri alınsın. Biz də getdik, pulu götürüb, sifarişləri verdik, ehtiyat hissələri 2 ay ərzində gəldi Azərbaycana. İş başladı. 6 ayın tamamında mən ölkədə deyildim, birdən mənə mesaj gəldi ki, Müşfiq Bayramlı məni borca görə məhkəməyə verib. Düşündüm ki, nə borc? Birdən yadıma həmin müqavilə düşdü. Zəng etdim, Fariz İsrafilov götürmədi, yığdım Müşfiq Bayramlıya, o da götürmədi…”- deyə A.Zeynalov baş verənlərin hardan, necə başladığını izah edir.
[center][/center]“Azart” sahibinin dediklərindən bəlli olur ki, qarşı tərəf ona 76 500 manat ödəyib. Müqaviləyə görə, avtomobil 6 ay ərzində təhvil verilməliymiş. Amma materialların xaricdən tapılıb gətirilməsi isə təxminən 2 ay vaxt apardığı üçün, nəticədə avtomobilin təhvil verilməsi prosesi də bir neçə ay yubanmalı olur. Amma 6 ay vədini və ortadakı borc müqaviləsinin müddətini əsas götürən qarşı tərəf Arif Zeynalovu məhkəməyə verir və verilən bütün avansı geri tələb edirlər. Məhkəmə 3825 manat cərimə borcu və 342,45 manat dövlət rüsumu borcunu da ümumi məbləğə əlavə edərək, A.Zeynalovun qarşı tərəfə 80 000 manat ödəməli olması haqqında qərar çıxarır. A.Zeynalov bu məbləği ödəyə bilmədiyi üçün Səbail rayon İcra Şöbəsi iş adamının bahalı avtomobillərinə – “Li L8 Pro Plug-in”, “Chrysler” və BMW markalı nəqliyyat vasitələrinə həbs qoyur.
Maraqlıdır ki, A.Zeynalov “Mercedes” markalı avtomobilin yığılmasına 100 min manatdan çox xərc çəkildiyini, avtomobilin müəyyən gecikmə ilə olsa da təhvil verildiyini bildirir. O hesab edir ki, əvvəla, ortada heç bir borcdan söhbət gedə bilməz: “Bizə “Mercedes” markalı avtomobilin tuninq edilməsi üçün avans ödənilib, texniki səbəblərdən müəyyən gecikmə olsa da, avtomobil yüksək səviyyədə yığılaraq, təhvil verilib. Qarşı tərəf yerdə qalan ödənişi etməmək üçün belə bir addım atır. Təəssüf ki, məhkəmə gətirdiyimiz dəlilləri diqqətə almadan, şahidləri dinləmədən belə bir qərar qəbul etdi”.
Qərardan narazı qalan Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri borc müqaviləsindəki məbləğdən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib.
[center][/center]Məhkəmə “Li L8 Pro” markalı nəqliyyat vasitəsi üzərində həbs qərarını qüvvədə saxlasa da, digər iki avtomobili həbsdən azad edib.
Mövzu ilə bağlı mövqe bildirmək üçün “ABC Telecom”la əlaqə saxlasaq da, açıqlama vermək istəmədilər. Onlar məhkəmə qərarına heç nə əlavə etmək istəmədiklərini bildirdilər.
Bakıda tuninq xidməti göstərən məşhur “Azart” şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, iş adamının həbs qoyulan avtomobilləri “Li L8 Pro Plug-in”, “Chrysler” və BMW markalı nəqliyyat vasitələridir.
Arif Zeynalovun banklardan birinə 2023-cü il tarixli kredit müqaviləsi üzrə 76500 manat əsas, 3825 manat cərimə borcu və ödənilmiş 342,45 manat dövlət rüsumu borcu var. Həmin ildən kredit borcunu ödəməyən iş adamının avtomobillərinə Səbail rayon İcra Şöbəsi tərəfindən həbs qoyulub.
[center][/center]Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri kredit müqaviləsi üzrə ondan tutulmalı olan pul məbləğindən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib. Bildirib ki, 80.000 manata yaxın borcu var, borcun hissə-hissə ödəməklə bağlı icra məmuru ilə danışacaq. Həmçinin qeyd edib ki, “Li L8 Pro Plug-in” markalı avtomobil kreditdədir, qiyməti 100.000 manatdan çoxdur, ödənilməyən isə 50.000 manat bank borcu var. BMW-ni atası, “Chrysler” markalı maşını isə özü idarə edir. Ona görə də yalnız “Chrysler” markalı markalı avtomobilin üzərinə həbs qoyulmasını istəyib. Yerdə qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirib.
[center][/center]Məhkəmə “Li L8 Pro Plug-in” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulan həbsi saxlayıb. İş adamının təqdimatının qalan hissəsi təmin edilməyib.
Qeyd edək ki, “AZART Group”un təsisçisi və baş direktoru Arif Zeynalovdur.
Məsələ ilə bağlı iş adamının özü ilə də əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.(Qaynarinfo)
[center][/center]

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

5-08-2024, 18:59

Ermənistanın müdafiə strategiyası: Boş gözləntilər üçün böyük xərclər - ARAŞDIRMA

Gündəm / Araşdırma

4-10-2023, 14:02

İctimai Səhiyyə və İslahatlar Mərkəzində büdcəni kimlər xımır-xımır “sökür”? - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

4-06-2024, 09:25

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Araşdırma

3-04-2024, 20:31

Nazirlər Kabinetinin vəzifəli şəxsi ilə “Göyçay-Şərab” ASC arasında MƏHKƏMƏ qalmaqalı - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

17-10-2023, 10:21

Vasif Talıbovun “sağ əli” – Azər Zeynalov vəzifəsini necə qoruyur?

Gündəm / Araşdırma

24-12-2024, 10:54

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Gündəm / Araşdırma

24-12-2024, 15:38

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Gündəm / Araşdırma

5-04-2024, 09:21

Adını dəyişən bank vətəndaşa müsibət yaşadır - GİLEY

Gündəm / Cəmiyyət

16-11-2024, 14:33

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Gündəm / Hadisə

4-03-2024, 21:30

Hərbçi qadının dəhşətli qətli: iki sevgilisindən biri ilə 25 gün... – Şok təfərrüat

Gündəm / Siyasət

11-09-2025, 16:28

11 sentyabr terroru ərəfəsində ABŞ-də qətl – bu dəfə Venesuela hədəf ola bilər - ŞƏRH

Gündəm / Araşdırma

6-05-2024, 12:52

" “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

Gündəm / Cəmiyyət

26-07-2025, 11:26

“Kontakt Home”un endirim fırıldağı: Allahverdiyevin şirkəti insanları, görün, necə aldadır...

Gündəm / Cəmiyyət

23-05-2024, 12:28

Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal – Borcunun əvəzinə vəzifə verdi

Gündəm / Araşdırma

2-07-2024, 12:41

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Araşdırma
Gəncədə “Borçalı Nadir”in oğlu maşını belə sürüb-Video
Mingəçevirin icra başçısının kirvələr və qohumlar hakimiyyəti
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Gəncədə işdən öz ərizəsi ilə çıxmayanlar “ç” bəndi ilə hədələnir?
Müsəddin Namazov daha bir maşın alır: Bu dəfə 60 min manata
Sumqayıtda “Boulevard Medical Center”də ali tibbi təhsili olmayan şəxslər necə həkim kimi çalışır?
Hadisə
22-01-2026, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
6-01-2026, 10:18
Xırdalanda 33 yaşlı kişinin meyiti tapıldı
5-01-2026, 16:29
Ağstafada müxtəlif vaxtlarda 5 üzvü ölən ailənin evi yandı
2-01-2026, 13:04
“Purple Karaoke & Live Bar”da olay: Müştəri administrator öl*dürdü
24-12-2025, 19:03
Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı
Son xəbərlər
  • Bugün, 15:12
    Gəncədə “Borçalı Nadir”in oğlu maşını belə sürüb-Video
  • Bugün, 14:46
    Yol polisindən çağırış
  • Bugün, 14:22
    “OMİD” Mağazalar Şəbəkəsi vergi borcunu ödəmir
  • Bugün, 13:07
    Şirkət rəhbəri hərbi xidmətdən necə yayınıb? – Saxta təhsil, yoxsa…
  • Bugün, 12:35
    Şəmkirdə şadlıq sarayı alan keçmiş aparat rəhbəri kimdir?
  • Bugün, 12:00
    Məktəbli avtobusu, yoxsa “təhlükə mərkəzi”? – BRS (Baku Rent Service) özbaşınalığı!
  • Bugün, 11:29
    “Maaş gecikib, normadan artıq işlədiblər və məzuniyyət pulu verməyiblər” – “Xaliq Faiqoğlu” şirkətində nə baş verir?
  • Bugün, 10:58
    “By Mahsati” gözəllik salonundan şikayət-Video
  • Bugün, 10:37
    Nəsimi rayonunda qanunsuz tikintilər və Zahid Xəlilov...
  • Bugün, 09:40
    Mingəçevirin icra başçısının kirvələr və qohumlar hakimiyyəti
  • Dün, 18:32
    Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?
  • Dün, 18:02
    Kamran Əsədov həbs edildi
  • Dün, 17:13
    Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb
  • Dün, 16:49
    BƏƏ-də üçtərəfli görüş başladı
  • Dün, 16:09
    Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
  • Dün, 15:36
    İspaniya Sülh Şurasına qoşulmayacaq
  • Dün, 15:06
    Gəncədə işdən öz ərizəsi ilə çıxmayanlar “ç” bəndi ilə hədələnir?
  • Dün, 14:45
    10 manatlıq şirkətə 795 min manat köçürüldü
  • Dün, 14:26
    “Giper” “Fiber” istehsal edən zavoddan şikayət-Video
  • Dün, 13:53
    Müsəddin Namazov daha bir maşın alır: Bu dəfə 60 min manata
  • Dün, 12:41
    Masazırda zibil dizə çıxır – Bələdiyyə və icra hakimiyyəti susur
  • Dün, 12:13
    Köhnə “ab-hava” dağıdılmır: Maliyyə-İqtisad Kollecində imtahan ədaləti sual altındadır
  • Dün, 11:35
    Nəsimidə tikinti qadağası kağız üzərində qalır?
  • Dün, 11:02
    Sumqayıtda “Boulevard Medical Center”də ali tibbi təhsili olmayan şəxslər necə həkim kimi çalışır?
  • Dün, 10:25
    Həkim-cərraha qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır?
  • Dün, 09:53
    İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Səbəb nədir?
  • Dün, 09:24
    Brendlərin "Sakit Lüksü": Deputat Kamal Cəfərovun Bahalı qarderobu
  • 22-01-2026, 18:34
    Su istehsalı müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı
  • 22-01-2026, 17:36
    Gəncədəki təhsil problemi: Şəhidlərimizi anmağa nəzarət əksikliyi
  • 22-01-2026, 17:05
    “Hollywood”da kütləvi dava - Tiktokeri döydülər
  • 22-01-2026, 16:26
    Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı-Fotolar
  • 22-01-2026, 15:45
    “Referans” klinikasında pasiyentlərə belə xidmət göstərilir? -Şikayət
  • 22-01-2026, 14:33
    “Caspian Prodakşn Layn”ın şorları: Təbii adı altında kimyəvi tərkib
  • 22-01-2026, 14:09
    Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
  • 22-01-2026, 12:43
    Ötən il 3.6 milyonu gözdən çıxaran icra başçısı indi 235 min AZN xərcləyəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə