• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

'Araz'... SƏNİN SULARIN BULANIQDIR... - İşçi atası REAL MƏNZƏRƏNİ belə ifşa etdi

Araşdırma

4-06-2023, 09:58

'Araz'... SƏNİN SULARIN BULANIQDIR... - İşçi atası REAL MƏNZƏRƏNİ belə ifşa etdi

Ölkəmizin ən böyük supermarketlər şəbəkələrindən biri kimi tanınan "Araz" supermarketlər şəbəkəsi barədə bu vaxta qədər yerli KİV-də yetərincə iddialar səslənib. DİA.AZ bildirir ki, amma bu dəfə açıqlanan faktlar tam real mənzərəni əks etdirdiyindən rahatlıqla deyə bilərik ki, əgər gərəkən qurumlar hansısa tədbiri görmək istəyirlərsə, bu faktlara gözucu nəzər salsınlar, yetər.

DİA.AZ bildirir ki, bu dəfə qeyd olunan ünvandakı eybəcərlikləri tanınmış ictimai fəal, jurnalist Nadir Qocabəyli ifşa edir. DİA.AZ jurnalistin başına gələn hadisəni olduğu kimi təqdim edir:

"“ARAZ"DAKI NATARAZ İDARƏÇİLİYİN MƏHV ETDİYİ GƏNC HƏYATLAR

İşsizlik dövrümüzün ağır problemlərindəndir və təəssüflər olsun ki, biz azərbaycanlılar bir çox şeylər kimi, bu problemin də ən dəhşətli versiyalarından birini yaşayırıq.

Böyük oğlum Maqsudun səhhətində olan müəyyən problemlərə baxmayaraq hərbi xidmətə çağırılması, başdansovdu hərbi-tibbi komissiyadan keçirildikdən sonra orduya xidmətə göndərilmə cəhdləri, buna qarşı apardığımız gərgin mübarizə haqqında yazdığım yazıları, etdiyim çıxışları fəal vətəndaşlarımızın əksəriyyəti oxuyub və dinləyib. Bu problemi çox çətinliklə, “əzablı yollarla”, hətta dövlətin ən yüsək instansiyalarına yazdığım məktublar saytəsində həll etdiyimizi də çoxları bilir.

Ancaq problemin biri bitməmiş o biri başlayır, necə deyərlər, yağışdan çıxmamış yağmura düşürük. Oğlumun ixtisasına, qabiliyyət və bacarığına uyğun iş axtarışları hələlik nəticə vermədiyindən, boş qalmamaq, atasına yük olmamaq üçün başqa bir işdə çalışmağa qərar verdi və “Araz” marketlər şəbəkəsində boş vakansiyalar olduğunu öyrəndi. Müraciət etdi, sənədləri hazırladı və evimizə ən yaxın olan “Araz Market – Hövsan 3” filialına qəbul olundu. Biz də sevindik ki, maaşı az (380 AZN), iş şəraiti bir qədər ağır olsa da (gündə 9, həftədə 6 gün, yəni 54 saat), müasir, təmiz və səliqəli bir müəssisədə işləyəcək. Ona hətta karyera yüksəlişi ola biləcəyini də vəd etmişdilər.

Ancaq qeyd etdiyim kimi, narahatedici məqamlar da vardı. Əvvəla, oğlum ilk iş günü evə gələrkən əmək müqaviləsinin bağlanıb-bağlanmaması ilə bağlı sualıma cavab olaraq bildirdi ki, ona sadəcə hansısa kağızları imzaldıblar. Heç bir izahat, açıqlama vermədən sadəcə “bura qol çək, ora qol çək” deyiblər. İşin şərtlərini də şifahi şəkildə izah ediblər. Gündə 9 saat olmaqla həftədə 6 gün işləyəcəkdi. Yarım saatlıq nahar fasiləsi, hərəsi 15 dəqiqə olmaqla 2 dəfə çay içmək də iş vaxtına daxildir.

Bu şərtlər məni qane etməsə də, oğluma mövcud reallıqları, vəhşi kapitalizmi, Azərbaycan kimi qanunların ayaq altına atıldığı bir ölkədə yaşadığımızı izah etməyə çalışdım və dözümlü olmağı məsləhət gördüm. O da razılaşdı.

Ancaq təcrübə göstərdi ki, iş şəraiti şifahi şəkildə deyilənlərdən də qat-qat ağır imiş. Oğlum “İçkilər” şöbəsində işləyir. Vəzifəsi gün ərzində həmin şöbənin boşalmış rəflərini içkilərlə doldurmaq, rəflərdə səliqə-sahman yaratmaq, qiymətlərə nəzarət etmək, müştərilərin suallarına cavab vermək, onları düzgün yönləndirməkdir. İlk baxışda sadə və asan işdir. Ancaq yalnız ilk baxışda və nəzəri cəhətdən. Praktikada tamamilə fərqli mənzərə ilə üzləşirsən. Məsələ burasındadır ki, böyük supermarketin böyük bir şöbəsində işin həcmi bir nəfərin bu işlərin öhdəsindən gəlməsini mümkünsüz edir.

Həmin şöbədə oğlumdan başqa bir işçi də işləyir. Ancaq iş növbəli olduğundan, onlar cəmisi 3 saat birlikdə işləyirlər. Qalan vaxtları təkbaşına işlələmək məcbiriyyətindədirlər. Oğlumun iş vaxtı çox yorulduğunu görən iş yoldaşlarından biri ona deyib ki, əslində sizin şöbədə 4 nəfər çalışmalıdır və siz 2 nəfərə 4 adamın işini görürsünüz. Sonradan oğlum yeməkxananın divarındakı iş cədvəlində də içki şöbəsində 4 nəfərin işləməli olduğunu görüb və cədvəlin şəklini də çəkib.

Dəhşətli və vəhşi qanunlardan biri də odur ki, işə yeni başlayan işçiyə 10 gün ərzində istirahət günü verilmir. Burada mən dünyadakı və ölkəmizdəki iş, istirahət saatları ilə bağlı normaları və qaydaları “Araz” marketlər şəbəkəsi rəhbərliyinin yadına salmaq istərdim.
Beynəlxalq Əmək Təşkilatının ratifikasiya olunmuş 1935-ci il tarixli 47 saylı konvensiyası ilə həftəlik iş vaxtının norması kimi 40 saat müəyyən edilmişdir.

Azərbaycan Respublikası qanunvericiliyi beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və tələblərini prioritet hesab etdiyi üçün hazırda ölkədə də müvafiq norma əsas götürülür.
Fərqli olan yanaşma isə iş vaxtının gündəlik 8 saat olması ilə bağlıdır. Belə ki, qanunvericilik işin xarakterinə görə gündəlik iş vaxtının tənzimlənməsində tərəflərin qarşılıqlı razılığı nəzərə alınmaqla 6 günlük iş rejiminin tətbiqinə də imkan verir. Bu halda yenə də başlıca tələb həftəlik 40 saatlıq normanın pozulmamasıdır. Bu normanın tələbinə əsasən 6 günlük rejimdə gündəlik iş saatı 7 saatdan çox ola bilməz.

Amma yuxarıda qeyd etdiyim kimi, oğlumu həftədə 6 gün olmaqla gündə 9 saat işləməyə məcbur ediblər, işlədiyi 10 gün ərzində bir gün də istirahət verməyiblər. Görünən odur ki, market rəhbərliyi hətta müəyyən etdiyi şifahi qrafikə də əməl etmək istəmir və işçiləri tam istismar edərək, halları pisləşənə, vəziyyətləri ağırlaşana, hətta ölənədək işlətmək niyyətindədir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan və həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. "Araz" marketdə hökm sürən hal tamamilə qanunsuzdur. Hətta işçiləri çox vaxt müxtəlif bəhanələrlə 9 saatdan da artıq işlədirlər. Bunlarla bağlı Əmək Müfəttişliyinə və prokurorluğa müvafiq şikayətlər vermək olar.

Mən bunu bilsəm də, dediyim kimi, şikayət verməyə tələsmədim. Çünki şikayət verdiyimiz orqanlar da, təəssüflər olsun ki, elə “Araz” kimi işləyirlər. Digər tərəfdən, bu halın təkcə “Araz” marketdə olmadığını da bilirəm. Yəni problemin siyasi kökləri, eyni zamanda qlobal vəhşi kapitalizmdən qaynaqlanan səbəbləri var.

Ancaq məsələ burasındadır ki, hədsiz istismara dözmək də olmur. Həm də təkcə hüquqi, mənəvi baxımdan deyil, fiziki olaraq da.

24 may 2023-cü il tarixdə, yəni oğlumun “Araz” marketdə çalışdığı 10-cu gün (işə mayın 15-də başlayıb) axşam saat 19.57-də ağır xəbər aldım. Oğlumun halı pisləşib, özündən gedib, huşunu itirərək dili qatlanıb və onu çətinliklə özünə gətiriblər. Mənə dedilər ki, gəlib onu aparım. Dərhal taksi çağırıb getdim və oğlumu evə gətirdim. Tam özünə gələndən sonra söhbət etdik.

Həmin gün axşam saat 7-də özünü çox yorğun hiss edən oğlum ortalıqda dolaşan rəhbərlərdən birinə yaxınlaşaraq, çay içmək üçün icazə istəyib. Rasim adlı həmin şəxs cavab verib ki, saat 9-a qədər olmaz. Oğlum əlindəki təlimatı ona göstərərək deyib ki, burada 7-dən 8-ə qədər icazə verildiyi yazılıb. “Sənə dedim ki, olmaz, 9-a qədər mətbəx bağlıdır” – o, səsini qaldırıb. Bundan sonra oğlum Nərmin xanım adlı inzibatçıya yaxınlaşaraq, Rasim müəllimin ona təlimatdan kənar əmr verdiyini bildirib. Nərmin xanım da cavab verib ki, hər mağazanın təlimatdan kənar yazılmamış qaydaları var.

Tamamilə taqətsizləşdiyini hiss edən oğlum mətbəxə gedərək, oradakı xadiməyə özünü pis hiss etdiyini deyib və stulda oturmağa icazə istəyib. Xadimə oğluma deyib ki, sənə 1 stəkan çay süzüm, amma tez iç ki, görən olmasın. Oğlum oturaraq, başını stola qoyub. Bir neçə dəqiqədən sonra yadına düşüb ki, ona çay içməyə icazə verməyiblər. Odur ki, çaya toxunmadan ayağa qalxaraq, işinə qayıtmaq istəyib, ancaq huşunu itirərək yerə yıxılıb...

Ayılanda meyvə şöbəsində işləyən Ülvi adlı oğlanın əlini onun ağzına salaraq, dişlərini araladığını görüb...

Mən vəhşi kapitalizmin nə olduğunu da anlayıram, Azərbaycanda cəngəllik qanunlarının hökm sürdüyünü də. Ancaq bunları qəbul etmək zorunda deyiləm. Xüsusilə də, onlar mənim maraqlarıma tamamilə zidd olduğu halda. Ancaq bu da hamısı deyil. Bu vəhşi, yırtıcı qanun və qaydalar mənə, ailəmə, övladlarıma birbaşa təhlükədir. “Araz” marketə rəhbərlik edən Rasim kimi ibtidai təfəkkürlü, kobud, Nərmin xanım kimi məsuliyyətsiz, dayaz düşüncəli şəxslərin davranışı oğlumun ölümünə səbəb ola bilərdi. Ən dəhşətlisi isə odur ki, onlar bunu sadəcə “bədbəxt hadisə” adlandıracaq, mənim və müvafiq qurumların ağzını bağlamaq üçün hərəkətə keçəcəkdilər.

Belə hadisələr çox olub və indi də olmaqdadır. Ancaq bu cür davam edə bilməz. Kimlərsə insanları qanunda nəzərdə tutulmuş vaxtdan artıq, istirahət vermədən, çay içməyə qoymadan, ikiqat, üçqat işlədəcək, 4 adamın işini 2 nəfərə gördürüb pul qazanacaq, varlanacaq, kef çəkəcək, sadə, zəhmətkeş vətəndaş da gənc övladının qəbir daşını qucaqlayacaq?!.

Doğrusu, hər şeyi bura yazmaq, icrimailəşdirmək istəmir, bunu başqa yolum qalmayanda edirəm. Bu məsələni də dərhal ictimailəşdirmək, müvafiq orqanlara şikayət etmək, məhkəməyə müraciət etmək istəmədim. Açığı, həmin instansiyalara böyük ümidim də yoxdur. Ancaq başqa çıxış yolu olmayanda bunları etməyə sadəcə məcburuq.

Bunların hamısını edəcək, lazım olsa, Avropa İnsan Haqları məhkəməsinə qədər gedəcəyik.

Çünki “Araz” marketlər şəbəkəsinin rəhbərliyi bizə başqa yol qoymur.
Oğlumun başına hadisə gələn günün səhərisi dostlardan biri vasitəsilə “Araz” marketin rəhbərliyi ilə əlaqə yaratdım və ona problemlə bağlı həm yazılı, həm də şifahi məlumat verdim. Xahiş etdim ki, problemi həll etsinlər. Tələbim ondan ibarət oldu ki, oğlumla bağlanan rəsmi müqavilənin bir nüsxəsi ona verilsin, həftəlik maksimum 40 saatlıq iş təmin olunsun, yemək və çay içmək üçün ayrılan bir saatlıq fasilədən istifadə etməsinə imkan verilsin, bir də iş vaxtı təlimatda yazılandan artıq yüklənməsin. Yəni şöbədə 4 nəfər işləməlidirsə, bu iş 2 nəfərə gördürülməsin. İş saatından artıq iş razılıq əsasında olsun və bu işin haqqı qanunvericiliyə uyğun olaraq ikiqat ödənsin. Eyni zamanda, oğluma dəymiş ziyana görə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilsin.
“Araz” markerin İnsan Resursları Departamentinin rəisi Pərviz Qasımov mənimlə çox mədəni danışdı və söz verdi ki, tələblərimizi rəhbərliyə çatdıracaq, eyni zamanda, onların həllinə nail olacaq. Xahiş etdi ki, problemin həllini tapması üçün bir-birimizə kömək edək, koordinasiyalı işləyək. Hətta mənə məlumat verdiyim üçün təşəkkürünü də bildirdi.

Paralel olaraq oğlum da İnsan Resursları Departamentinin əməkdaşı Kübra Zeynalova ilə əlaqə saxlayırdı. O da çox mədəni bir xanımdır və oğluma problemin həlli üçün əlindən gələni edəcəyinə söz verir, onu dinlədikdən sonra rəhbərliklə müzakirələr aparır və müvafiq cavablar verirdi.

Sonradan mən də onunla üzbəüz görüşdüm və həqiqətən mədəni bir insan olduğunu gördüm. O da bizimlə tam razı olduğunu bildirərək, tələblərimizi rəhbərliyin nəzərinə çatdıracağına söz verdi.

Ancaq “Araz” market rəhbərliyi ilə apardığımız danışıqlar heç bir konkret produktiv nəticə vermədi. Bir həftəlik çək-çevirdən, qaçdı-tutdudan sonra bizə sadəcə müqavilənin son dərəcə xırda şriflərlə yazılmış, içərisi boşluqlarla dolu nüsxəsini verdilər. Biz onu oxuyub, “Araz” marketin özünün təsdiqlədiyi şərtləri yerinə yetirməsini bir daha Pərviz Qasimov və Kübra Zeynalovadan xahiş və tələb etdik. Onlar yenə bizə mədəni cavab verərək, tələblərimizi rəhbərliyə çatdırmağa söz verdilər. Tələblər aşağıdalılardan ibarət idi:
1. Əmək Müqaviləsinin 3-cü paraqrafının 1-ci bəndində göstərilən Vəzifə Təlimatı yeri boşdur. Xahiş edirik, buna aydınlıq gətirilsin və təmin olunsun.

2. 4-cü paraqrafın 2-ci bəndində əmək haqqı 407 manat yazıldığı halda işçiniz Maqsud Quliyevə iş yerində 380 manat alacağı deyilib. Buna da aydınlıq gətirilsin.

3. 4-cü paraqrafın 18-ci və 21-ci bəndlərindəki iş və nahar vaxtları düzgün təmin olunsun. Müqaviləyə görə, 6 günlük iş rejimi hər gün 1 saatlıq nahar fasiləsi də daxil 7 saat 30 dəq. olmalıdır.
1-ci növbə: 8.00-dan 15.30-dək.
2-ci növbə: 15.30-dan 23-dək.
Bu halda həftəlik iş 40 saatı aşmır. Xahiş edirik, Müqavilənin bu müddəasının yerinə yetirilməsi də təmin olunsun.

4. İşlədiyi 10 gün ərzində Maqsud Qiliyevi hər gün qanunsuz olaraq 9 saat işləməyə məcbur ediblər və 2 nəfərin əvəzinə işlədiblər. Hələ nahar və çay üçün nəzərdə tutulan 1 saatdan da tam istifadə etməsinə kobud şəkildə imkan verməyiblər. Bu səbəbdən ağır sarsıntı keçirib və huşunu itirib.

Odur ki, bu hallar bir daha təkrarlanmamalı və baş verən ağır hadisəyə görə, Müqavilənin 5-ci paraqrafının 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən, ona vurulan maddi və mənəvi ziyanın əvəzi ödənməlidir. Yəni ona kompensasiya verilməlidir.
Yuxarıda adını çəkdiyim şəxslər bizi yenə də dinləyib, mədəni tərzdə cavab verdilər ki, tələblərimizi rəhbəliyə çatdırıb, məlumat verəcəklər. Kübra Zeynalova hətta onu da əlavə etdi ki, lazım olsa, hətta bizi rəhbərliklə görüşdürə də bilər.

Ancaq ilk iki tələbimizə Pərviz Qasımov dərhal qısa cavab verdi. Cavab belə idi: “Vəzifə təlimatları uzun olduğundan əmək müqaviləsində deyil əlavə olaraq qeyd edilə bilər.
Əmək haqqı "oklad", yəni “gross” əməkhaqqı yazılır, vergilər tutulduqdan sonra “net” ödənir. Digərlərinə də baxıb Sizə geri dönüş edəcəyik.”

Amma heç bir geri dönüş olmadı. Sonradan oğlum Kübra Zeynalova ilə əlaqə saxlayanda belə bir şifahi cavab aldı ki, iş vaxtını mağaza rəhbərliyi ilə müzakirə etsin. Halbuki bizə əvvəldən belə deyilməmişdi. Kompensasiya olaraq isə oğlumun işə çıxmadığı 9 günün əmək haqqı yazılacaq.

Bu cavab oğlumu qane etmədi və fikrini dərhal Kübra Zeynalovaya söylədi. O da yenə mədəni şəkildə cavab verdi ki, rəhbərliyə məruzə edib, geri dönüş edəcək. Amma aradan12 saat keçməsinə baxmayaraq, cavab yoxdur.

Oğlum hesab edir ki, ona dəyən maddi və mənəvi zərər hansısa miskin məbləğlə ölçülməməlidir. Çünki məruz qaldığı istismar və kobud münasibət nəticəsində həyatını itirməyin astanasına gəlib. Müavilədə dəqiq göstərilən iş saatlarını isə əlavə olaraq müzakirə etməyə lüzum görmür.

Mən hər ehtimala qarşı “Araz” marketin rəhbərliyi ilə bizim aramızda vasiçilik edən dostumuzu da məlumatlandırdım ki, inciməsin. Çünki problemi ictimailəşdirəcək və müvafiq orqanlara şikayət etmək üçün zəruri addımlar atacağam. Dostumuz da öz növbəsində onlarla əlaqə saxlayıb və ona deyiblər ki, biz işçilərə ayrıseçkilik qoya bilmərik. Hamı necə, o da elə.

Buradan “Araz” marketin rəhbərliyinə bir daha deyirəm. Biz heç bir ayrıseçkilik və imtiyaz tələb etməmişik və etmirik. Bizim tələbimiz yalnız sizin özünüzün imzalarınız və möhürlərinizlə təsdiqlədiyiniz sənədlərə, Azərbaycan Respublikasının qanunlarına əməl olunmasıdır. Biz eyni zamanda istəyirik ki, “Araz” marketdə ağır şərtlər və istismar altında çalışan 20 minə yaxın işçinin, insanın, vətəndaşın da pozulan hüquqları bərpa olunsun. Bəli, biz öz mübarizəmizi aparırıq, ancaq eyni zamanda, bununla başqalarına da örnək olmağa çalışırıq ki, hər kəs öz hüququnu bilsin, qanuni haqqını tələb etsin.

Biz sizinlə əlaqəyə girməklə, ünsiyyət yaratmaqla məsələni mənəvi-əxlaqı, milli-mental adət-ənənələrimizə uyğun, kişiyana, Allahtərəfi həll etməyə səy göstərdik. Həm də sizə şans vermək istədik. İstəmirsinizsə, hüquqi müstəviyə keçə bilərik və hökmən keçəcəyik.

Nadir Quliyev (Qocabəyli)"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

13-05-2023, 13:01

Binəqədi Məhkəməsinin sədri DYP-nin `RADARINA BELƏ DÜŞDÜ`... - FOTOFAKT

Gündəm / Cəmiyyət

23-05-2023, 13:36

“Araz Market”də Plastik düyü terroru: Əhalini belə zəhərləyirlər - ŞOK VİDEO

Araşdırma

9-05-2023, 19:36

Bunlardan şikayət etməyin faydası yoxdur... - "Araz" Baba" nəvələrini aldadır...

Gündəm / Cəmiyyət

9-05-2023, 15:38

Bunlardan şikayət etməyin faydası yoxdur... - "Araz" Baba" nəvələrini aldadır...

Gündəm / Siyasət

20-05-2023, 14:13

Prezidentdən həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Gündəm / Cəmiyyət

18-05-2023, 17:26

Kərəm Mustafayevlə bağlı ŞOK İDDİALAR - "...10 min pulu ödəməyibsən, bu səbəbdən də cəza kəsilib"

Gündəm / Cəmiyyət

25-05-2023, 11:20

SHXÇDX Cəlilabad rayonunda "qaz vurub, qazan doldurur" - İDDİA // FOTO

Araşdırma

8-05-2023, 09:26

Sumqayıtda yerləşən `Real` Tibb Mərkəzində əməliyyat olunsa da... - "Bura çox təhlükəli mərkəzdir..."

Gündəm / Cəmiyyət

23-05-2023, 11:28

RİH işçiləri QOÇU ÇIXIB? - BU NƏDİ BELƏ?

Gündəm / Siyasət

11-05-2023, 09:20

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb

Cəmiyyət

23-05-2023, 18:30

Nazirlər Kabineti bu hərbi qaydada dəyişiklik etdi

Araşdırma

16-05-2023, 10:47

Cəlilabadın “hərbi komissarlığında” xaricdə yaşayan vətəndaşları “onlayn şəhadətləndirmə” təcrübəsi… - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

8-05-2023, 18:50

ADAU ilə bağlı yeni iddialar... - Prezident bu ali təhsil ocağına NİYƏ BAŞ ÇƏKMİR?

Araşdırma
Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları
“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldür**lər…”
Əmlak Məsələləri Dövlət Xidmətində ciddi nöqsanlar: Dövlət vəsaitlərinin istifadəsi…..
Novxanıda “Karadeniz” restoranını müştərilərə köhnə yeməklər verir?
Saleh Məmmədovun razılığı ilə AAYDA-nin texnikası istirahət mərkəzinin tikintisinə cəlb olunub?-Video
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Hadisə
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
18-07-2025, 17:57
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda - Qərar
30-06-2025, 18:41
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
12-06-2025, 09:16
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:34
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
Son xəbərlər
  • Dün, 18:35
    Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən narazılıq artır: Agentliyin anlaşılmaz açıqlamaları
  • Dün, 18:24
    “Hilton Baku”da 42 manata burger, sirab 11 manata-Şok qiymətlər
  • Dün, 17:45
    Yaşam Klinikasının “doktor”u Məhəmməd Mehdi Aslaninin mənşəyi bilinməyən dərman biznesi-Araşdırma
  • Dün, 17:18
    “Reo-Med” bağlansada “Mediholl” adı ilə lisensiyasız fəaliyyət göstərir? Rəhbəri Rəsul isə saxta kosmetoloqlara necə şərait yaradır….-Araşdırma
  • Dün, 15:57
    “PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldür**lər…”
  • Dün, 15:15
    “Şazeli Baku”da müştərilərə yeməklər antisanitariya vəziyyətində hazırlanır? -Video
  • Dün, 14:23
    Binəqədi rayonunda Zaur adlı iş adamı sakinlərin dincliyini pozur-Şikayət
  • Dün, 13:48
    Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM
  • Dün, 12:32
    FETÖ öyrəncisi Sadiq Əliyev dövlətin sosial siyasətinə xəyanət edir? - İDDİA
  • Dün, 11:38
    Göyçay rayon Çaxırlı kənd sakinlərinin su fəryadı - Qanunsuz göl sahibi kəndçilərə zülm edir VİDEO
  • Dün, 10:48
    "Little Stars" uşaq bağçasında qolu sınan körpənin BAŞINA OYUN AÇDILAR - BU NƏDİ BELƏ?
  • Dün, 10:03
    Xanım sahibkar iki şəkili kəndçinin zəhmət haqqını kəsdi – Onlar da Prezidentə üz tutdular
  • Dün, 09:38
    DMA 2 milyona anbar icarəyə götürür: Bir ildə eyni şirkətlə iki dəfə anlaşma
  • Dün, 09:06
    Əmlak Məsələləri Dövlət Xidmətində ciddi nöqsanlar: Dövlət vəsaitlərinin istifadəsi…..
  • 28-07-2025, 18:46
    Su Ehtiyatları Agentliyində qudalar hakimiyyəti - Zaur Mikayılovu ifşa edən FOTO
  • 28-07-2025, 18:19
    Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
  • 28-07-2025, 17:25
    “Dental Butik”də Aynur Dəmirova lisenziyasız çalışır?-Video
  • 28-07-2025, 16:51
    Novxanıda “Karadeniz” restoranını müştərilərə köhnə yeməklər verir?
  • 28-07-2025, 13:41
    Saleh Məmmədovun razılığı ilə AAYDA-nin texnikası istirahət mərkəzinin tikintisinə cəlb olunub?-Video
  • 28-07-2025, 13:02
    Masazırda qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 28-07-2025, 12:05
    Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?
  • 28-07-2025, 11:37
    "Heç olmasa Allahdan qorxun..." - ETİRAZ VAR...
  • 28-07-2025, 10:48
    Sahib Məmmədovun onlayn "putyovka biznesi" - Möhbalıyev yolu gedir
  • 28-07-2025, 09:22
    “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:Bir sədr, 9 müşavir, 20 şöbə
  • 28-07-2025, 08:40
    Lahic bələdiyyəsiylə dil tapan boşanmış gəlin 17 nəfərin vərəsəlik hüququnu görün necə mənimsəyib?
  • 26-07-2025, 17:51
    Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
  • 26-07-2025, 15:48
    Binəqədi icra başçısının müavini Hacıbaba Babayev ev tikintisinə icazə versədə yerində obyekt tikilir? -Video
  • 26-07-2025, 12:44
    Kliniki Tibbi Mərkəzin Həkim-Laborantı Arzu Əliyeva səhv müayinə aparıb? -Video
  • 26-07-2025, 12:02
    Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verdi – SƏBƏB
  • 26-07-2025, 11:26
    “Kontakt Home”un endirim fırıldağı: Allahverdiyevin şirkəti insanları, görün, necə aldadır...
  • 26-07-2025, 10:52
    Ucar rayonunda tərbiyəçi-müəllim saxtakarlıq etmədiynə və korrupsiyaya yol vermədiyinə görə "şiddətli töhmət" alıb (Video fakt)
  • 26-07-2025, 09:48
    Nizami rayonunda KFC-də qanunsuz tikinti işlərinə hansı məmur icazə verib?-Video
  • 25-07-2025, 18:37
     Pul verməyən xəstəni DÖYÜRLƏR - İTTİHAM VAR...
  • 25-07-2025, 18:04
    Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... - GİLEY
  • 25-07-2025, 17:13
    Rusiyada İsgəndər Xəlilovun oğlunun ofisində axtarış aparılır - Foto
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Telefon: (+99455) 266 43 46
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə