• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...

Cəmiyyət

23-11-2024, 09:50

Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...

İmişli rayonunun Bəcirəvan kəndinin bir qrup sakini ölkə rəhbərliyinə şikayət məktubu ünvanlayıb.

Qlobal.az-ın elektron ünvanına göndərilən şikayət məktubunu təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya

Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə

Ekologiya və Təbii Sərvətlər naziri Cənab Muxtar Babayevə

Hörmətli cənab Prezident, bildiyiniz kimi Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransı (COP29) tədbirləri davam etdirilir. Bu beynəlxalq tədbir Azərbaycan Prezidenti olaraq şəxsən sizin təşəbbüsünüz və yaxından iştirakınızla həyata keçirilir. Bu tədbirin məqsədi həm ölkə, həm Qafqaz, həm də beynəlxalq səviyyədə iqlim şəraitinə birbaşa təsir göstərən ekoloji tarazlığın qorunub saxlanılmasıdır. Lakin ölkədə keçirilən bu yüksək səviyyəli ekoloji tədbirə paytaxtda Sizin səviyyədə dəstək verildiyi halda yerlərdə, xüsusən də İmişli rayonunda vəziyyət tamam əksinədir. Nəinki yerlərdə məmurlar tərəfindən bu tədbirə dəstək verilir, əksinə bu boyda dünya səviyyəli tədbiri heçə alaraq şəxsi maraqları naminə meşə massivləri məhv edilməklə ekologiyaya divan tutulur. Belə ki, İmişli rayonunun Bəcirəvan kəndində hal-hazırda bələdiyyə sədri olan Atakişiyev Məmi İmran oğlu və onların havadarları tərəfindən təbii meşə massivlərinin məhvi ilə məşğuldurlar. Hazırda həmin şəxslər tərəfindən Bəcirəvan kəndində COP29-un keçirildiyi günlərdə iqlimə, ekologiyaya qarşı amansız soyqırımı həyata keçirirlər. Belə ki, bu beynəlxalq tədbirin gedişi ərəfəsində İmişli rayonunun Bəcirəvan Bələdiyyəsinin sədri Atakişiyev Məmi İmran oğlu öz yaxın qohumu (qardaşının qudası) Müdafiə Nazirliyinin generalı Rasim Babayevlə (bu generalın digər qardaşları olan hazırda sərəncamda olan keçmiş korpus komandiri general Münasib Babayev, digər qardaşı isə hazırda İnterpolun Milli Mərkəzi Bürosunda rəis müavini vəzifəsində işləyən polis polkovniki Muradəli Babayevdir) əlbir olaraq Azərbaycanın ikinci ən böyük çayı olan Araz çayının İmişli rayonunun Bəcirəvan kəndi ərazisindən keçən hissəsinin sol sahili boyunca ağır texnika vasitəsilə yüz illərdən bəri təbii meşə zolağları məhv edilir. Məhv edilən meşə massivinin yerində isə qanunsuz olaraq qum karyeri açıblar. Bələdiyyə sədrinin illərdir bu kimi qanunsuz əməllərinə etiraz edən kənd sakinləri yerli polis şöbəsinə çağırılıb ciblərinə narkotik maddə qoyulub həbs edilmələri ilə hədələnərək əhalini bu qanunsuz əməllərə qarşı çıxmağa qoymurlar. 17.11.2024-cü il tarixdə yerli sakinlərin həm otlaq sahələrini də öz məkrli planlarına salaraq hektarlarla ərazindəki qırmızı kitaba düşən yulğun və digər çoxillik təbii meşə ağaclarını məhv etmələri kənd camaatının səbr kasasını daşdırmışdır. Onlar bu özbaşınalığa son qoymaları üçün ərazidə işləyən ağır texnikanın qarşısını kəsib işin dərhal dayandırılmasını tələb ediblər. Etiraz edənlər haqlı olaraq bu ekoloji soyqırımın qarşısını almağa çalışıblar. Həmişə olduğu kimi bu dəfə də dərhal əraziyə yüksək rütbəli polis məmurunun rəhbərliyi ilə bir qrup silahlı polis əməkdaşları əraziyə cəlb olunub əhalini oradan zorla uzaqlaşdırıblar. Bundan başqa, Bələdiyyə sədri Atakişiyev Məmi İmran oğlunun daha əvvəllər də bu kimi ekologiyaya vurduğu zərərlərlə bağlı kənd sakinlərinin etdikləri şikayətlərə cavab olaraq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsinin rəis müavini Emin Məmmədovun imzasıyla gələn 26.01.2024-cü il tarixli cavab məktubunda onun bu qanunsuz əməlləri barədə toplanmış materiallara Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən qeydiyyata alınaraq araşdırılması və qərar qəbul edilməsi üçün İmişli rayon Polis Şöbəsinə göndərilməsi qeyd olunmuşdur. Lakin həmin vaxtdan indiyədək heç bir tədbir görülməmişdir.

Hörmətli Cənab Prezident, İmişli rayonunun Bəcirəvan kənd sakinləri olaraq məlumat veririk ki, sizin şəxsən təşəbbüsünüz və yaxından iştirakınızla keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransı (COP29) tədbirlərinə sizin yerli məmurların yerlərdə aparılan ekoloji soyqırımla sizə bu cür "dəstək” verirlər. Ona görə də Sizdən bu cür qanunsuz əməlləri ilə sizin siyasətinizə qarşı olan belə məmurların cəzalandırılması barədə aidiyyəti qurumlara göstəriş verməyinizi sizdən xahiş edirik.

Hörmətlə,
İmişli rayonunun Bəcirəvan kənd sakinləri:
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...
Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

11-11-2024, 08:40

Bu gün Azərbaycanda COP29-a start verilir

Gündəm / Cəmiyyət

15-11-2024, 15:41

COP29: İqlim dəyişikliyi ilə mübarizədə Cənub-Cənub əməkdaşlığı

Siyasət

30-09-2023, 10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

Gündəm / Araşdırma

11-10-2024, 14:37

Suraxanı sakinləri Prezidentə MÜRACİƏT ETDİ - Problemlər...

Gündəm / Siyasət

13-03-2024, 20:33

İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib - YENİLƏNİB

Gündəm / Siyasət

14-02-2024, 12:29

İlham Əliyev AND İÇDİ

Araşdırma

25-07-2023, 12:23

Gəncə Psixatriya Xəstəxanası ilə bağlı Prezidentə MÜRACİƏT OLUNDU - İTTİHAM VAR!

Gündəm / Siyasət

23-05-2024, 10:53

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Gündəm / Cəmiyyət

18-11-2024, 18:02

PWF: İqlim dəyişikliyi ənənəvi sənaye işçilərinin hüquqlarını təhlükə altına alır

Siyasət

11-10-2024, 19:39

Prezident həmkarını təbrik etdi

Gündəm / Cəmiyyət

25-05-2024, 12:53

“Davamlı sülhə yönəlmiş addımları alqışlayırıq” - Bayden

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə