• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xanlar Vəliyev təqaüdə göndərildi

Cəmiyyət

8-04-2025, 19:09

[center]Xanlar Vəliyev təqaüdə göndərildi[/center]

[b]Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
[/b]
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusilə də Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.

Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.

Tədbirdə çıxış edən Baş Prokurorluğun idarə rəisləri Natiq Hüseynov, Mahir Abbasov, Hərbi prokurorun müavini Şəfahət İmranov və digərləri Xanlar Vəliyevlə bağlı xatirələrini bölüşərək xoş sözlər deyiblər.

Öz növbəsində Xanlar Vəliyev çıxış edərək ölkə başçısına təltif olunmasına görə dərin və səmimi minnətdarlığını bildirib, həmçinin prokurorluq orqanlarındakı fəaliyyətinə göstərilən xüsusi diqqətə və verilən qiymətə görə təşəkkür edib.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirərək prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunun baş müstəntiqi və şəhər prokurorunun köməkçisi kimi başlayan Xanlar Vəliyev daha sonra Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində çalışıb, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

2005-ci il 10 fevral tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilən Xanlar Vəliyev hazırki vaxtadək həmin vəzifədə çalışıb.

Prokurorluğun fəxri işçisi və hüquq üzrə fəlsəfə doktoru olan Xanlar Vəliyev xidmətləri dövründə dövlətimizin ali rəhbərliyi tərəfindən, habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bir sıra mükafatlara layiq görülüb.

O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan bayrağı” ordeni, “Vətənə xidmətə görə” 2-ci və 1-ci dərəcəli ordenləri, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib, həmçinin “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb.
[center]
[/center]

Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

11-07-2024, 16:17

Prokurorluq sistemində YENİ TƏYİNATLAR - ƏMR

Gündəm / Cəmiyyət

20-05-2024, 15:44

8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Gündəm / Cəmiyyət

2-07-2024, 09:15

Azərbaycan Polisi 106 YAŞINDA

Gündəm / Cəmiyyət

22-06-2023, 12:11

Kamran Əliyev Laçında əməliyyat müşavirəsi keçirdi

Gündəm / Siyasət

22-08-2024, 13:10

Onlara da orden və medallar verildi

Gündəm / Cəmiyyət

25-09-2024, 16:13

Elmar Vəliyevin oğlu qazinin torpaq sahəsini zəbt edib - "Mənə deyirlər ki, atası sifarişlə adam öldürəndir, ondan uzaq dur"

Gündəm / Araşdırma

3-09-2024, 11:45

Xanlar Fətiyevin SAXTA MANDATI: Başçı işə qarışıb... - Qaramaskalılar Bərdəyə DƏVƏT OLUNDU

Gündəm / Araşdırma

3-09-2024, 15:40

Vidadi İsayevlə bağlı DTX-ya ŞOK müraciət olundu: Həbs EDİLSİN!

Siyasət

10-09-2024, 18:42

İlham Əliyev onları təltif etdi - Siyahı

Gündəm / Araşdırma

7-11-2023, 19:32

Prezidentin mükafatlandırdığı hərbçilərin sayı məlum oldu

Siyasət

23-05-2024, 19:24

Preidentdən Telli Pənahqızı ilə bağlı SƏRƏNCAM

Araşdırma
Gəncədə “Borçalı Nadir”in oğlu maşını belə sürüb-Video
Mingəçevirin icra başçısının kirvələr və qohumlar hakimiyyəti
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Gəncədə işdən öz ərizəsi ilə çıxmayanlar “ç” bəndi ilə hədələnir?
Müsəddin Namazov daha bir maşın alır: Bu dəfə 60 min manata
Sumqayıtda “Boulevard Medical Center”də ali tibbi təhsili olmayan şəxslər necə həkim kimi çalışır?
Hadisə
22-01-2026, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
6-01-2026, 10:18
Xırdalanda 33 yaşlı kişinin meyiti tapıldı
5-01-2026, 16:29
Ağstafada müxtəlif vaxtlarda 5 üzvü ölən ailənin evi yandı
2-01-2026, 13:04
“Purple Karaoke & Live Bar”da olay: Müştəri administrator öl*dürdü
24-12-2025, 19:03
Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı
Son xəbərlər
  • Dün, 15:12
    Gəncədə “Borçalı Nadir”in oğlu maşını belə sürüb-Video
  • Dün, 14:46
    Yol polisindən çağırış
  • Dün, 14:22
    “OMİD” Mağazalar Şəbəkəsi vergi borcunu ödəmir
  • Dün, 13:07
    Şirkət rəhbəri hərbi xidmətdən necə yayınıb? – Saxta təhsil, yoxsa…
  • Dün, 12:35
    Şəmkirdə şadlıq sarayı alan keçmiş aparat rəhbəri kimdir?
  • Dün, 12:00
    Məktəbli avtobusu, yoxsa “təhlükə mərkəzi”? – BRS (Baku Rent Service) özbaşınalığı!
  • Dün, 11:29
    “Maaş gecikib, normadan artıq işlədiblər və məzuniyyət pulu verməyiblər” – “Xaliq Faiqoğlu” şirkətində nə baş verir?
  • Dün, 10:58
    “By Mahsati” gözəllik salonundan şikayət-Video
  • Dün, 10:37
    Nəsimi rayonunda qanunsuz tikintilər və Zahid Xəlilov...
  • Dün, 09:40
    Mingəçevirin icra başçısının kirvələr və qohumlar hakimiyyəti
  • 23-01-2026, 18:32
    Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?
  • 23-01-2026, 18:02
    Kamran Əsədov həbs edildi
  • 23-01-2026, 17:13
    Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb
  • 23-01-2026, 16:49
    BƏƏ-də üçtərəfli görüş başladı
  • 23-01-2026, 16:09
    Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
  • 23-01-2026, 15:36
    İspaniya Sülh Şurasına qoşulmayacaq
  • 23-01-2026, 15:06
    Gəncədə işdən öz ərizəsi ilə çıxmayanlar “ç” bəndi ilə hədələnir?
  • 23-01-2026, 14:45
    10 manatlıq şirkətə 795 min manat köçürüldü
  • 23-01-2026, 14:26
    “Giper” “Fiber” istehsal edən zavoddan şikayət-Video
  • 23-01-2026, 13:53
    Müsəddin Namazov daha bir maşın alır: Bu dəfə 60 min manata
  • 23-01-2026, 12:41
    Masazırda zibil dizə çıxır – Bələdiyyə və icra hakimiyyəti susur
  • 23-01-2026, 12:13
    Köhnə “ab-hava” dağıdılmır: Maliyyə-İqtisad Kollecində imtahan ədaləti sual altındadır
  • 23-01-2026, 11:35
    Nəsimidə tikinti qadağası kağız üzərində qalır?
  • 23-01-2026, 11:02
    Sumqayıtda “Boulevard Medical Center”də ali tibbi təhsili olmayan şəxslər necə həkim kimi çalışır?
  • 23-01-2026, 10:25
    Həkim-cərraha qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır?
  • 23-01-2026, 09:53
    İqbal Məmmədovun "Lerik Broyler"i fəaliyyətini dayandırdı - Səbəb nədir?
  • 23-01-2026, 09:24
    Brendlərin "Sakit Lüksü": Deputat Kamal Cəfərovun Bahalı qarderobu
  • 22-01-2026, 18:34
    Su istehsalı müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı
  • 22-01-2026, 17:36
    Gəncədəki təhsil problemi: Şəhidlərimizi anmağa nəzarət əksikliyi
  • 22-01-2026, 17:05
    “Hollywood”da kütləvi dava - Tiktokeri döydülər
  • 22-01-2026, 16:26
    Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı-Fotolar
  • 22-01-2026, 15:45
    “Referans” klinikasında pasiyentlərə belə xidmət göstərilir? -Şikayət
  • 22-01-2026, 14:33
    “Caspian Prodakşn Layn”ın şorları: Təbii adı altında kimyəvi tərkib
  • 22-01-2026, 14:09
    Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
  • 22-01-2026, 12:43
    Ötən il 3.6 milyonu gözdən çıxaran icra başçısı indi 235 min AZN xərcləyəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə