[center]
[/center]
İranın xarici işlər naziri Abbas Araqçı Türkiyəyə səfəri çərçivəsində regionda artan gərginlik və ABŞ ilə münasibətlər barədə danışıb.
İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğan və həmkarı Hakan Fidanla görüşən nazir ölkəsinin hər hansı bir hərbi müdaxiləyə hazır olduğunu bəyan edib.
Nəşrə özəl müsahibə verən Araqçı Türkiyənin vasitəçilik rolunu yüksək qiymətləndirib:
“Türkiyənin İrana qarşı münasibəti hər zaman konstruktiv olub. Prezident Ərdoğanla ortaq hədəfimiz regionun rifahıdır. O, diplomatiyanın bölgəyə xeyir verəcəyini vurğuladı. Biz hər hansı bir hücum olarsa, buna şokedici, sərt və çox güclü cavab verəcəyik. Müdafiə qabiliyyətimiz yüksəkdir və özümüzü qorumaq üçün kimsəyə ehtiyacımız yoxdur”.
Araqçı həmçinin ABŞ ilə danışıqlara toxunaraq bildirib ki, hazırda ciddi müzakirə üçün zəmin yoxdur və Vaşinqton əvvəlcə təhdid dilindən əl çəkməlidir. O, Avropa Birliyinin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror siyahısına salmasını “strateji səhv” adlandırıb. İran rəsmisi həmçinin ölkədəki son etirazlarda həyatını itirənlərin rəsmi sayının 3100 nəfər olduğunu və onların böyük hissəsinin təhlükəsizlik qüvvələri olduğunu iddia edib.