• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ərdoğan-Putin danışıqları: Yaxın Şərq cəbhəsi üzrə sövdələşmə kanalları - TƏHLİL

Dünya

26-10-2023, 15:00

Ərdoğan-Putin danışıqları: Yaxın Şərq cəbhəsi üzrə sövdələşmə kanalları - TƏHLİL

Oktyabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin telefon danışığı baş tutdu.

Liderlərin telefon diplomatiyası üzrə müzakirə portfelində Yaxın Şərqin İsrail-Fələstin cinahında cərəyan edən hadisələr ağırlıq təşkil edib.

Putinlə Ərdoğan HƏMAS-ın İsrailə qarşı başlatdığı hərbi eskalasiyanın regionda vəziyyəti kəskinləşdirə biləcəyindən narahatlıqlarını ifadə ediblər.

İlk olaraq diqqəti cəlb edir ki, həm Rusiya, həm də Türkiyə İsraillə münasibətləri pisləşdirmədən HƏMAS-ı terrorçu təşkilat kimi tanımaqdan yayınırlar. Bunun böyük bir ölçüsü var, çünki ayrı-ayrılıqda Türkiyə də, Rusiya da Fələstin münaqişəsinə münasibətlər sistemini HƏMAS amilini nəzərə alaraq diqqətdə saxlayırlar.

İndi qalır ki, ayrılıqda olan mövqelər ikitərəfli münasibətlər sisteminə calaq olunsun - Ərdoğanla Putinin danışıqlarının ana gündəmi səylərin birləşdirilməsi təşəbbüslərinə yönələ bilər.

Ancaq incə bir sərhəd mövcuddur, Türkiyə HƏMAS-ın İsraildə mülki insanları qətlə yetirməsindən narahatdır, burada Ankaranın səmimiyyət tonu qabarıqdır. Çünki Türkiyənin strateji-qlobal genişlənmə siyasətində təhlükəsizlik, iqtisadi aspektlərlə yanaşı, təhsil, humanitar məsələlər kimi mövzular da prioritet təşkil edir.

Türkiyə də HƏMAS-ı terror təşkilatı kimi tövsif etmir, ancaq incə bir gediş var - Ankaranın HƏMAS-la münasibətləri əvvəlki illərdəki qədər isti deyil, əksinə, daha da soyuqlaşmağa doğru gedir.

Əlqərəz, Ankara ilə Moskvanın regionda səylərini vahid nöqtəyə vurmaq üçün birləşdirmək təşəbbüsləri hiss olunmaqdadır.

Türkiyə üçün bunun strateji xeyirlərinin canlanmasını onun ABŞ ilə olan münasibətlərindəki nahamarlıqların qalması ilə izah etmək olar. Düzdür, Türkiyə Qərblə əlaqələrinin dinamikasında xeyli dərəcədə yumşalmağa meyillidir, elə Qərb də NATO çərçivəsində öhdəliklərini nəzərə alaraq Ankaraya olan ritorikasını gərginlikdən uzaq tutmağa çalışır.

Ancaq regional təhlükəsizliklə əlaqədar açıq qalan mövzularda tərəflər öz mövqelərini sıfırlamayıblar və baza prinsiplərindən çıxışa davam edirlər.

İsrailin HƏMAS-la müharibəsinin dalğalı təsirləri fonunda Türkiyənin PKK-ya qarşı mübarizəsinin davam etməsi ABŞ-yə sərfəli variant kimi görünmür. Buna görə də ABŞ-Türkiyə münasibətləri böyük ölçüdə pisləşməkdən uzaq olsa da, qarşıdakı aylarda daha da soyuqlaşa bilər.
Türkiyə belə anda Rusiya ilə əlaqələri kompensasiyaedici tərəzi kimi qiymətə mindirir, hərçənd, bu münasibət indi ən çox Moskvaya lazımdır.

Kreml yüksək səslə Türkiyə kimi tərəfdaşdan məmnunluğunu ifadə edir. Moskva bu düşüncəyə dala bilər ki, Ankara Qərblə münasibətləri pisləşəcəyi təqdirdə seçimini Rusiya ilə əvəzləyəcək, lakin Türkiyə tərəf seçmir, sadəcə olaraq, strateji müvazinətini saxlamaq üçün manevrlər edir.

Yaxın Şərqdəki gərginliyin Suriya cəbhəsinə sıçraması ehtimalları da Türkiyə ilə Rusiyanı yaxınlaşdırmağa sövq edir.

Suriya zolağında Türkiyə ABŞ ilə uyğunlaşma rejimini qura bilməkdə çətinlik çəkir, çünki Vaşinqtonla Ankaranın PKK və onun törəmələrinə qarşı münasibətləri fərqlidir.

Ankara ilə Ağ Ev arasındakı qeyri-şəffaf münasibətlər Türkiyəni Suriya və İraqda daha genişmiqyaslı əməliyyatlara vadar edir. Belə bir planın isə İsrail-Fələstin döyüşlərinin davam etdiyi dövrə təsadüf edəcəyi regionun durumunu həssaslaşdırır.

Türkiyə ən azından Rusiyadan istəyir ki, o, Ankaranın hərbi əməliyyatlarına qarşı alternativ ox formalaşdırmasın. Moskva isə qeyd edə bilər ki, bunun əvəzində Ankara Yaxın Şərqdə Rusiyanın strateji həmlələrinə dəstək göstərsin.

Onsuz da, İsraillə Fələstin münaqişəsi göstərilən sülh səylərinə rəğmən, davam edəcək. Buna görə də beynəlxalq və regional aktorlar münaqişənin risklərindən daha çox, imkanlar barədə hesablama aparmaqda maraqlıdırlar.

Burada Rusiya və Türkiyə bir-birinə sövdələşmə ruhunda qarant olmaq təkliflərini vurğulaya bilərlər.

Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

11-10-2023, 12:19

ABŞ və Fransanın Rusiyaya qarşı ERMƏNİSTAN CƏBHƏSİ... - NƏ BAŞ VERİR?

Gündəm / Araşdırma

12-10-2023, 14:50

İsrail Müdafiə Qüvvələri təsdiqlədi: HƏMAS yaraqlıları uşaqların başlarını kəsiblər

Dünya

4-09-2023, 20:07

Putinlə Ərdoğanın nahar menyusu - Foto

Dünya

21-10-2023, 13:56

İsveç HƏMAS tərəfdarlarını deportasiya edəcək

Gündəm / Siyasət

13-06-2023, 12:44

Türkiyə Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Gündəm / Dünya

3-06-2023, 16:26

Ərdoğan and içdi - Video

Dünya

10-10-2023, 21:23

Ərdoğandan İsrailə: Qəzzaya suyu kəsə bilməzsiniz!

Siyasət

25-09-2023, 17:56

Prezidentlər Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər

Dünya

7-10-2023, 11:16

Putin ad gününü necə keçirəcək?

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə