• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Gündəm / Cəmiyyət

28-05-2025, 08:38

[center]Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur[/center]
Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür.

Bu bayram artıq beşinci ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Eyni zamanda, beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de-fakto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və sair işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.

Azərbaycan Xalq Cümhuriyyətini (AXC) rəsmən tanıyan ilk dövlət Osmanlı İmperiyası olub (4 iyun 1918-ci il).

1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. O zamana qədər Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.

AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz mövcudluğunu cəmi 23 ay qoruya bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşevik Rusiyasının işğalına məruz qalaraq, dünyanın siyasi xəritəsindəki yerini müvəqqəti itirdi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası heç vaxt yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Beləliklə, həmin qanun təsdiq edildikdən sonra artıq dördüncü dəfədir, Azərbaycan Müstəqillik Gününü qeyd edir.

Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

28-05-2024, 08:45

Bu gün -28 May – Müstəqillik Günümüzdür

Gündəm / Cəmiyyət

1-10-2023, 10:10

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

Gündəm / Cəmiyyət

18-10-2024, 07:41

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Gündəm / Siyasət

18-10-2023, 08:10

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Gündəm / Siyasət

9-07-2025, 09:00

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Gündəm / Siyasət

9-11-2023, 08:19

Bu gün Dövlət Bayrağı Günüdür

Gündəm / Cəmiyyət

9-11-2024, 10:07

Azərbaycanda Dövlət Bayrağı GÜNÜDÜR

Gündəm / Cəmiyyət

18-01-2024, 09:16

Jurnalist Şamil Vəliyev vəfat etdi

Gündəm / Cəmiyyət

26-06-2025, 07:53

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Gündəm / Araşdırma

8-03-2024, 00:38

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

Cəmiyyət

5-08-2023, 09:00

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Gündəm / Cəmiyyət

26-06-2024, 01:01

Hürr ölkənin qüdrətli ordusu - 106 yaşında

Araşdırma
Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır
Ağstafa icra başçısının ailə həyatı ilə bağlı yeni iddialar
Marketlərdə “SOBA” şirniyyatı günlərlə buzlu halda saxlanılır - FOTO
Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi... - Nazirliyin səssiz aparılan təhlükəli islahatı
“İdeal” MTK-nın idarəçiliyindən narazılıq - Həm pul yığılır, həm də sakinlər hədələnir
Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – ANAR RZAYEV nə istəyir?
Hadisə
Dün, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
3-02-2026, 09:34
Göyçayda yaşayış binasında yanğın - Video
26-01-2026, 12:55
“Zirvə” şadlıq sarayında faciə
22-01-2026, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
Son xəbərlər
  • Bugün, 16:19
    Saleh Məmmədovdan sonra növbəti AYNA rəhbərliyidir - Anar Rzayev də gedəcək ​​​​​​​
  • Bugün, 15:45
    Avropa Ukraynaya qoşun göndərməkdən imtina edib
  • Bugün, 15:06
    “SOCAR Petroleum”da nə baş verir? – Rövşən Nəcəfə müraciət eedən xanım əməkdaşa cavab / VİDEO
  • Bugün, 14:40
    Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır
  • Bugün, 14:18
    Tahir Xəlilovun taxta çivlə “təmir” biabırçılığı davam edir - VİDEO
  • Bugün, 12:47
    Ağstafa icra başçısının ailə həyatı ilə bağlı yeni iddialar
  • Bugün, 12:11
    Həmzəyevin AAYDA-da “ailə podratı” - Vəzifədə olan qohumlarının SİYAHIsı
  • Bugün, 11:37
    Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - TƏFƏRRÜAT
  • Bugün, 11:16
    57 tender qazanan şirkət "qara siyahı"da - "Dasta Group" niyə "etibarsız" oldu?
  • Bugün, 10:31
    Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Bugün, 10:09
    “AYNA”-nın 12 min manata quraşdırdığı dayanacaq uçub?
  • Bugün, 09:24
    Saleh Məmmədov necə yadda qaldı? - Tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq...
  • Dün, 18:46
    "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib
  • Dün, 18:25
    İki milli park haqqında Əsasnamə təsdiqlənib
  • Dün, 18:08
    Marketlərdə “SOBA” şirniyyatı günlərlə buzlu halda saxlanılır - FOTO
  • Dün, 17:13
    Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…
  • Dün, 16:24
    Saleh Məmmədovu bu şəxs əvəz edə bilər - AAYDA-da yeni təyinat gözlənilir
  • Dün, 15:29
    İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş
  • Dün, 14:51
    "Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur" - İcarədar iş adamını ittiham edir
  • Dün, 13:08
    Müəllimin güllələndiyi "İdrak"liseyinin sahibi əvvəl "montyor"olub
  • Dün, 12:32
    Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi... - Nazirliyin səssiz aparılan təhlükəli islahatı
  • Dün, 11:54
    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR
  • Dün, 11:34
    Vens Bakıya bu tarixdə gələcək
  • Dün, 11:18
    Məhsullarını yediyimiz "Cheeseella" MMC-də biabırçı vəziyyət... - BU NƏDİ BELƏ?
  • Dün, 10:46
    Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
  • Dün, 10:35
    Peşə məktəblərində 2 aydır əmək haqqı verilmir - İlqar Bayramlı isə əmək haqqını alıb
  • Dün, 10:00
    “İdeal” MTK-nın idarəçiliyindən narazılıq - Həm pul yığılır, həm də sakinlər hədələnir
  • Dün, 09:16
    “Gold Rezidens” vətəndaşın əmlakın zəbt edib-Video
  • 5-02-2026, 18:28
    “City net” dən şikayət: “2 gündür internetsiz qalmışıq…”
  • 5-02-2026, 18:01
    İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi (FOTO/VİDEO)
  • 5-02-2026, 17:17
    “Kanon” aptekdən alınan uşaq qidası yararsız çıxdı
  • 5-02-2026, 16:57
    Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
  • 5-02-2026, 16:44
    279 saylı məktəbin direktoru Südabə Allahverdiyeva müəllimlərdən və şagirdlərdən pul yığdırır?
  • 5-02-2026, 16:19
    Saleh Məmmədov keşmiş icra başçısı Ziyəddin Əliyevə vəzifə verib?
  • 5-02-2026, 15:57
    Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – ANAR RZAYEV nə istəyir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə