• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”

Gündəm / Araşdırma

13-06-2025, 12:07

[center][/center]
Nərimanov rayon prokurorluğunda Rəfael Qarayevin rəhbərlik etdiyi (?)...
Bakı şəhər sakinləri N.Əhmədova, Ə.Əliyeva, H.Novruzov, M.Məmmədov, Y.Həsənov, T.Hüseynova, İ.Rüstəmova, K.Quliyeva və digər sakinlər “Olympus” park-tikinti şirkətinin rəhbərlərindən şikayətçi olduqları barədə redaksiyamıza müraciət ediblər.
Şikayətçilərlə söhbətdən məlum oldu ki, “Olympus” park-tikinti şirkəti Bakı şəhərinin bir çox yerlərində yaşayış binaları tikir. AMEA-nın yanında iki bina, Nəsimi bazarının yerində 4 bloklu bina, Təbriz küçəsində 3 bloklu bina, 7-ci mkr-da, Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin yaxınlığında 7 bloklu bina, Neapol dairəsi yaxınlığında 3 bloklu bina, Yasamalda 3 bloklu bina, Botanika bağının yaxınlığında 2 ədəd 18 mərtəbəli bina və s. yaşayış mənzillərinin tikintisini bu şirkət həyata keçirir. Amma necə? Sakinlərlə müqavilə bağlanır, pullar qəbul edilir, amma binaların tikintisi illərlə uzanır və sakinlər də evsiz-eşiksiz gözləməkdə davam edirlər. Tikilən tək-tük binaların da sakinlərinə hələ heç bir çıxarış verilməyib. Sakinlərin dediyinə görə, 1 ilə tikiləcəyi nəzərdə tutulmuş binalar, üstündən 5-6 il keçməsinə baxmayaraq, hələ də tamamlanmayıb. Şikayətçi N.Əhmədova bizimlə söhbətində bunları dedi: “Biz müqavilə bağlayanda dedilər ki, tezliklə gözəl, yaraşıqlı, hər cür komfortu olan mənzillərdə yaşayacaqsınız. Biz də razılaşdıq ki, tezliklə kirayədə yaşamaqdan canımız qurtaracaq. Amma sən saydığını say, gör şirkətin rəhbəri Rəfael Qarayev və ətrafına yığdığı xalası uşaqları Anar və digərləri nə sayır? Biz artıq bu illər ərzində evə ödədiyimiz puldan iki dəfə artıq kirayə pulu ödəmişik. Biz nə vaxta qədər kirayədə yaşamalıyıq? Borc-xərc edib pul ödəmişik ki, nəhayət, bizim də öz evimiz olsun. Amma bu gedişlə, deyəsən, ömrümüzün axırına qədər kirayədə yaşamalı olacağıq”.
Y.Həsənov deyir: “Biz də kirayədə yaşayırıq. Inanırdıq ki, tezliklə bina tikilər və biz də öz mənzilimizdə yaşayarıq. Amma bu şirkətin rəhbəri Rəfael Qarayevin mədəsi doymur. Bizim pullarımızın hesabına özünə və xalası uşaqlarına cənnət həyatı qurub. Aldığımız məlumata görə, Goradildə 4 mərtəbə villası, şəhərin bir neçə yerində evi, neçə-neçə obyekti, Türkiyədə və Avropada evləri var və banklarda da pulları “n” qədərdir. Hazırda sürdüyü axırıncı model “Qalenvagen” markalı maşının qiyməti 550 min manatdır. Bunlar hamısı bizim pullarımızın hesabınadır. Görəsən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hara baxır? Gözlərinin qarşısında bu qədər qanunsuzluq baş verir. Amma heç bir tədbir görmürlər. Bizim şikayətimiz əsasında Nərimanov Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, amma nəticə yoxdur. Biz nə vaxta qədər küçələrdə qalmalı olacağıq?”
Məsələ artıq aydındır, sakinləri narahat edən problem məlumdur. Bizimlə söhbətlərində sakinlər onu da dedilər ki, Rəfael Qarayev təkcə onları yox, eyni zamanda bu şirkətə investisiya qoyan 35-dən yuxarı təsisçini də aldadıb. Onların pulunu guya tikintiyə yönəldib, evlərin satışından külli miqdarda qazanc götürəcəklərmiş. Amma qazancı Rəfael Qarayev özü və xalası uşaqları götürür. Mənə maraqlı gəldi ki, nə əcəb təsisçilər özləri Rəfael Qarayevdən şikayətçi deyillər. Əlbəttə, araşdırmamız davam edir və həmin təsisçilərin heç olmasa, bir neçə nəfərinin fikrini öyrənməyə cəhd edəcəyik.
Problemi yerində araşdırmaq üçün köhnə “Qarabağ” mehmanxanasının yaxınlığında Sahib Zamanov küçəsindəki “Olympus” park-tikinti şirkətinin həyata keçirdiyi tikinti işləri ilə maraqlandıq. Tikilən 3 binanın birində yaşayış var idi. Bu binanın 5-ci və 6-cı mərtəbəsində yaşayan bir neçə sakinlə söhbət etdim. Məlum oldu ki, onların da binasının tikintisi uzun illərdən sonra başa gəlib və evlər çox keyfiyyətsiz tikilib. Yarımçıq binaların da şəklini çəkdim. Məlum oldu ki, bu binaların tikintisi də bir neçə ildir davam edir və nə vaxt tamamlanacağı bilinmir. Tikinti gedən binalardan çıxan fəhlələrdən öyrəndim ki, onların da əmək haqqı aylarla verilmir.
Bütün bunlara aydınlıq gətirmək üçün “Media Haqqında Qanun”un tələblərinə uyğun olaraq, əks tərəfin də mövqeyini öyrəndik. Şirkətin 40-a qədər təsisçilərindən biri sayılan, amma nədənsə, səlahiyyəti tam əlinə almış Rəfael Qarayevə zəng etdim. Məsələnin mahiyyətini biləndən sonra R.Qarayevlə aramızda belə bir kiçik müsahibə alındı:
- Sizə verilən məlumatların hamısı şər və böhtandır. Sizə kim müraciət edib?
- Rəfael müəllim, şikayətçi bir deyil, beş deyil. Məgər hər gün ofisinizin qarşısında etiraz aksiyası keçirənləri və sizdən Nərimanov Rayon Prokurorluğuna şikayət edən sakinləri tanımırsınız? Yaxşı olar ki, bu məsələlərə ətraflı aydınlıq gətirəsiniz ki, sizin də fikirlərinizi, hazırlayacağımız yazı ilə bərabər, olduğu kimi dərc edək.
- Siz hər deyilənə inanmayın. Biz öz işimizi təmiz görürük. Sakinlərin şikayəti əsaslı olsaydı, Nərimanov Rayon Prokurorluğu indiyənə qədər bir tədbir görərdi. Şikayətin heç bir əsası olmadığı üçün bizə heç kəs heç nə deməyib. Siz də gedin istədiyiniz kimi yazın.
- Rəfael müəllim, sakinlərin bizə verdikləri məlumatda o da deyilir ki, şirkətə cəlb etdiyiniz 40-a qədər təsisçinin külli miqdarda pullarını aldadıb tikintiyə cəlb etmisiniz, amma qazancdan onlara 1 manat da vermirsiniz. Bu barədə nə deyə bilərsiniz?
- Bu da şər və böhtandır. Təsisçilərin məndən və işdən heç bir narazılığı yoxdur. Bundan başqa sizə artıq heç nə deyə bilməyəcəyəm. İndi vaxtım yoxdur, başqa vaxt danışarıq.
Bununla da Rəfael müəllimlə aramızdakı söhbət bitdi. Şikayətdə ən çox adı hallanan R.Qarayevin həm köməkçisi, həm də pul yığan kassiri kimi təqdim edilən Anar müəllimə də zəng edib, mövqeyini öyrənmək istədim. Verdiyim suala Anar müəllim belə cavab verdi:
- Sizə deyilənlər düzgün deyil. Mən kassir-zad deyiləm. Rəfael Qarayevin köməkçisiyəm. Bir çox məsələlərə müdaxilə etmək səlahiyyətim olmasa da, deyə bilərəm ki, bizə qarşı bütün bunlar rəqiblərimizin oyunudur. Bizi gözdən salmaq istəyirlər.
- Anar müəllim, mən Rəfael müəllimlə də danışdım. Amma onun ətraflı cavab verməyə vaxtı olmadı. Bəlkə təsisçilərin pulunun mənimsənilməsi və sakinlərin pullarını alaraq, evlərinin tikintisinin niyə uzun illərlə davam etməsi məsələsinə siz aydınlıq gətirəsiniz.
- Bunlar mənə aid məsələlər deyil.
- Onda xahiş edirəm, Rəfael müəllimdən bu barədə ətraflı öyrənib, bizə də məlumat verəsiniz.
- Yaxşı, çalışaram öyrənim. Fikirlərinizi Rəfael müəllimə çatdıraram.
“Olympus” park-tikinti şirkətinə qeyri-rəsmi rəhbərlik edən Rəfael Qarayevin fikirlərini tam öyrənmək üçün bir neçə gün də gözlədik. Amma əks tərəfdən daha heç bir səs-səmir gəlmədi. Yəqin ki, səsləri bu yazı dərc olunandan sonra çıxacaq.
***
Sonda bu şirkət haqqında daha ətraflı məlumat almaq üçün sosial şəbəkələrə və bir neçə sayta nəzər saldım. Heç də yaxşı olmayan məqamlar üzə çıxdı. Onların bəzilərini sevimli oxucularımızın və cavabdeh qurumların diqqətinə çatdırmaq istəyirəm.
Pravda.az saytının “Olympus Park” tikinti şirkəti ilə bağlı şikayətlər səngimək bilmir” yazısından sitat: “Onların (şikayətçilərin-E.M.) sözlərinə görə, “Olympus Park” şirkəti binanı 24 ay ərzində təhvil verməli olsa da, evləri 5 ildir ki, sökülüb, əvəzində hələ də ev verilməyib. Sakinlər deyiblər ki, 5 ildir, şirkət rəhbəri Rafael Qarayevin üzünü görməyiblər. O, müxtəlif bəhanələrlə sakinlərlə görüşdən yayınır. Sakinlər onlara ayrılan kirayə pullarının kəsilməsinə, vaxtlı-vaxtında verilməməsinə, mülkiyyət hüquqlarının pozulmasına etiraz edirlər. Bildirilib ki, şirkət tərəfindən layihədə dəyişiklik edilib, otaqların sayında isə əskiklik var”.
***
Qafqazinfo.az saytında dərc olunmuş ““Olympus Park”dan şikayət etdik deyə kirayə pulumuzu kəsdilər” başlıqlı yazıda bir şikayətçinin dilindən belə yazılıb: “İki il əvvəl Nəsimi rayonunda evimiz pilot layihə ilə əlaqədar plana düşdü, evin yerində “Olympus Park” (keçmiş “Avrasiya Constraction LTD” MMC) tərəfindən yeni yaşayış kompleksinin inşasına başlanıldı. Bizə evimizin əvəzinə 3 otaqlı təmirli və 1 otaqlı təmirsiz mənzil verilməli idi. Lakin şirkət öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə bir sıra qurumlara şikayət etdik. Bundan sonra bizə verilən kirayə haqqını da kəsdilər”.
“Bu sözlər F.Qasımzadə keçəsində evləri sökülən Əli Qarayevin hüquqi nümayəndəsi Bəyim Mahmudova və həmin evdə yaşayan Rüstəm Şəfiyevə məxsusdur”.
***
Qaynarinfo.az saytında “Olympus Park" rəhbərindən maddi və mənəvi zərər tələb edilir” başlıqlı yazıda belə deyilir:” Şikayətçi Polad Qəribov şirkət barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın və mənəvi zərərin ödənilməsi" üzrə iddia qaldırıb. İş hazırda Apellyasiya mərhələsindədir və Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Olympus Park” şirkətinin rəhbəri Rafael Qarayevdir. Şirkət Bakıda və xüsusən Nəsimi rayonunda pilot layihələr çərçivəsində hündürmərtəbəli binalar inşa edir.
MMC barəsində KİV-də kifayət qədər neqativ məlumatlar paylaşılıb. Bir neçə il əvvəl şirkət bina tikərkən qanunsuz olaraq yaxınlıqdakı obyekti sökdüyü üçün tikinti işləri dayandırılıb. Ötən ilin dekabr ayında Nəsimi rayonu, Abay küçəsi, ev 8 ünvanında yaşayan Ələkbər Tağıyev KİV-ə müraciət edərək bildirib ki, "Olympus Park" şirkətinin verdiyi kompensasiya ilə razılaşmadığı üçün evinin suyunu və qazını kəsiblər”.
***
Qlobal.az saytının bizimyol.info saytına istinadən verdiyi “”OLYMPUS” tikinti şirkəti vətəndaşın evini yararsız hala salıb - Şikayət” başlıqlı yazıda oxuyuruq:” Nəsimi rayonu, Abay döngəsi ev 17/22 ünvanında dədə-baba yurdu olan 275.4 kv metrdən ibarət mülkdə yaşayan Nərgiz Quliyevanın qanunsuz sökülməkdə olan evi ilə bağlı müraciət daxil olub. Məktubda bildirilir ki, mənzil, OLYMPUS tikinti şirkəti tərəfindən yararsız hala salınıb.
"Bakı Şəhəri İcra Hakimiyyətinin 22.05.1992-ci il tarixli 195/ 10420 saylı qərarı ilə həmin ev qanuni sənədləşərək, texniki pasportla qeydiyyata alınıbdır. OLYMPUS tikinti şirkəti tərəfindən bu mülkün bir divarı təmiz uçurdularaq yerinə divar əvəzi bir şifer qoyublar, evin digər divarını da ovublar. Evin içərisi isə demək olar ki, yararsız hala düşüb, otaqların divarları çat-çat olaraq uçulub-dağılmaq üzrədir. Evin yanına isə vaqon qoyublar. Ev demək olar ki, havada qalıb. Belə bir vəziyyətdə olan ev isə yaşayış üçün hər an təhlükəlidir”.
Məktubda qeyd olunub ki, həmin ərazidə olan əlavə evlər şirkət tərəfindən köçürüldüyündən, orada tək qalan ev Nərgiz Quliyevaya məxsus olan dədə-baba mülküdür.
"Bunu etməkdə səbəb şirkətin hədsiz tamahkarlığı və böyük bir haqsızlığıdır. 300 kv metrə yaxın bir mülkə dəyər əvəzi OLYMPUS tikinti şirkəti 80 kv metr yer təklif edir. Bu, olduqca absurddur. Tikinti aparılan ərazidə sökülən hər hansı evin kvadratı nə qədərdirsə, tikinti şirkəti də onun müqabilində həmin vətəndaşa dəyəri qədər ya pul verməli, ya da tam-mütənasib qaydada mənzillə təmin etməlidir. Yəni sökülən evin kvadratı qədər də əvəzi verilməlidir. OLYMPUS tikinti şirkəti isə əksinə çalışır”.
***
Belə yerdə deyiblər, “Görünən dağa nə bələdçi”?! Təqdim etdiyimiz bu yazılardan da aydın olur ki, OLYMPUS tikinti şirkətinin yol verdiyi qanunsuzluqlar, özbaşınalıqlar bitib-tükənmək bilmir. Görəsən, bu tikinti şirkətinə rəhbərlik edən Rəfael Qarayev özünü hüququ dövlət olan Azərbaycanda niyə bu qədər sərbəst və toxunulmaz aparır????
(Ardı var)
Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ
Baki-xeber.com
[center]
[/center]

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

9-04-2024, 17:34

Yasamalda bina sakinləri ölümlə üz-üzə: icra başçısı maraqlanmır – Foto

Gündəm / Araşdırma

25-10-2024, 17:04

Bina sökülməlidir... FHN isə yalnız SEYR EDİR... - Sakinlərdən SOS!

Gündəm / Araşdırma

16-06-2023, 12:05

“Olympus Park”a qalib gələn İlham Sərdarov vəkilinin pulunu vermədi - Növbəti QALMAQAL

Gündəm / Cəmiyyət

5-02-2024, 18:27

Bakıda evin üstündə bina tikən şirkət məhkəməyə verildi - FOTO

Gündəm / Cəmiyyət

12-04-2024, 10:37

65 min manatı aldadılaraq əlindən alınan Raquf Məmtiyev kimdir? - ŞOK TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

19-12-2024, 15:42

2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

18-07-2023, 22:59

“Kristal Abşeron”un ƏYİLMİŞ BİNALARI... - BU FAKTDIR!!!

Araşdırma

27-07-2023, 19:31

Körpü-Bina Tikinti Qarabağa “kitayski“ yol çəkir?

Gündəm / Araşdırma

20-12-2023, 13:30

“Kristal Abşeron”la bağlı YENİ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

20-12-2023, 13:58

“Kristal Abşeron”la bağlı YENİ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

20-02-2024, 17:45

“Kristal Abşeron“ şirkəti bataqlıqda bina tikir - VİDEO

Gündəm / Araşdırma

25-12-2024, 08:42

“14 ailənin yaşadığı tarixi bina uçulur, həyətimiz artıq çöküb, sabah partlayış olsa...” - ÖZƏL

Gündəm / Araşdırma

20-09-2023, 21:46

BŞİH 400 minlik inzibati bina tikir – Layihıni icra edəcək sirli şirkət kimindir?

Araşdırma
“Administrator üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi” - Video
Qalmaqallı keçmişi olan deputat Asif Əsgərovla bağlı ŞOK - Nəsimidə 1,4 milyon görün hara xərclənibmiş
Adil Kərimli “7GÜL”lə razılaşdı: 250 min manatlıq “xarici qızılgül” və “yerli qızıgül” alır
Texnologiya Universitetinin professorunun kafe həvəsi - Kafedra müdüri Universitetin həyətində kafe açdı
GDU ilə bağlı ilginc iddialar: Deputatın da adı hallanır... - İTTİHAM VAR...
İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
Hadisə
20-11-2025, 11:19
Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
20-11-2025, 11:16
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
20-11-2025, 10:47
Şamaxıda "Shacman" dərəyə aşdı: Ölən var
14-11-2025, 12:28
Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı
11-11-2025, 14:56
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı
11-10-2025, 10:08
Bakı metrosunda ölüm
Son xəbərlər
  • Bugün, 12:32
    Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -Emin Əmrullayevin adı hallanır
  • Bugün, 11:59
    Yol polisindən müraciət
  • Bugün, 11:07
    “Avant Qrup” MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər – ŞİKAYƏT
  • Bugün, 10:42
    “Administrator üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi” - Video
  • Bugün, 10:17
    İsmayıllı meşələri talan olunur – Direktor müavininin adı yeni qalmaqalda –FOTOLAR
  • Bugün, 09:50
    Səbail Bələdiyyəsi sakinləri aldatdı: Seçki zamanı verilən vədi əməl etmirlər….-Video
  • Dün, 18:09
    Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş
  • Dün, 17:52
    Neft maqnatı Anar Əlizadə saxta paspora görə həbs oluna bilər – FOTOFAKT
  • Dün, 16:09
    Zelenski Makronla görüşdü
  • Dün, 15:43
    Mehriban Xanlarova Mədəniyyət Nazirliyinə "od püskürdü":...rəfiqəlik, qohumluq...
  • Dün, 15:23
    ADU akkreditasiyadan niyə keçə bilmədi -Kamal Abdulla üçün ciddi siqnal
  • Dün, 14:53
    Texnologiya Universitetinin əməkdaşı saxlanıldı… - İDDİA
  • Dün, 13:31
    Zərdabda yol təmirinə 2 milyon manat ayrılıb
  • Dün, 13:15
     Çarçarovlara satınalmalarda bu geniş şəraiti kimlər və niyə yaradır
  • Dün, 12:39
    KTN-də qalmaqallı təyinat gözlənilir – Korrupsioner məmur yenidən direktor olacaq?
  • Dün, 11:43
    Sumqayıt məktəbində qalmaqal: Elşad Eyvazovun qanunsuz fəaliyyətləri Prokurorluğun diqqətində
  • Dün, 11:19
    Prezident həmkarını təbrik etdi
  • Dün, 10:58
    Qalmaqallı keçmişi olan deputat Asif Əsgərovla bağlı ŞOK - Nəsimidə 1,4 milyon görün hara xərclənibmiş
  • Dün, 10:17
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... - FOTOLAR
  • Dün, 09:56
    Laçına həyat qayıdıb - Prezidentdən PAYLAŞIM
  • 30-11-2025, 10:07
    Adil Kərimli “7GÜL”lə razılaşdı: 250 min manatlıq “xarici qızılgül” və “yerli qızıgül” alır
  • 29-11-2025, 19:47
    Anar Kərimov nazir müavini olarkən İlqar Mehdi ilə necə tenderlərlə razılaşdırıb?
  • 29-11-2025, 15:58
    Honkonqda matəm elan olundu
  • 29-11-2025, 15:17
    Ramiz Mehdiyevin işi ilə bağlı Əli Kərimlinin evində axtarış aparıldı
  • 29-11-2025, 15:02
    Kənd Təsərrüfatı nazirinin “sığorta əməliyyatı”: “Naxo Group”un bağlarını şaxta vurub?
  • 29-11-2025, 14:45
    FHN-nin Xətai rayonunda qanunszuluğun qarşısını aldı: İcra başçısı Rafiq Quliyev isə…
  • 29-11-2025, 14:26
    Tbilisidə məhkəmə binasını yandırmağa cəhd etdi
  • 29-11-2025, 12:14
    440 manat alimenti ödəməyən ana məhkəməyə verildi - 500 manat da cərimələndi
  • 29-11-2025, 11:57
    Diqqətli olun: “Aristokrat” klinikasında saxta həkimlər-Video
  • 29-11-2025, 11:24
    “Sabah FMC” MMC-nin binasında 15 mərtəbədə əlavə tikintiyə hansı məmur icazə verib?
  • 29-11-2025, 11:10
    “Rahat” market “NARAHATA” dönüb – Məhsul əvəzinə QURD satır?
  • 29-11-2025, 10:48
    Onkologiya sahəsini monopoliyaya alan deputata bağlı şirkət: 11 ayda 103 milyon pul...
  • 29-11-2025, 10:31
    Bu şəxslərdən kənd təsərrüfatının inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar.
  • 28-11-2025, 13:18
    VƏTƏNDAŞ İMİŞLİ ASAN XİDMƏTİNİ DƏLƏDUZLARLA ƏLAQƏDƏ İTTİHAM EDİR
  • 28-11-2025, 12:56
    Quba Xəstəxanasında böyük maliyyə itkisi: 500 min hara yoxa çıxıb? - İTTİHAM VAR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə