• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

25 il harada işlədiyi məlum olmayan İlqar Abbasov 2004-cü ildə necə Nərimanovun icra başçısı oldu? - İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır...

Gündəm / Araşdırma

9-06-2023, 08:14

25 il harada işlədiyi məlum olmayan İlqar Abbasov 2004-cü ildə necə Nərimanovun icra başçısı oldu? - İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır...


İlqar Abbasov Qaraçuxurda, Günəşlidə, Bülbülədə, Əmircanda, Hövsanda, Zığda 1000 hektarlarla torpağı hasara alaraq bu gün də satır…
İlqar Abbasov bacanağının oğlu, Suraxanıda müavini olan şəxs, Etibarı Yolçiyevi Şirvana özünə köməkçi aparıb….
İlqar Abbasov Şirvanda zibildən də pul qazanır…
Rəhmətlik Mirzə Cəlil deyirdi: “Haman göl, haman qurbağa”. Nə qədər yazırıq, nə qədər deyirik ki, icra başçısı Prezidentin 100-150-300 minlik rayonda, şəhərdə TƏMSİLÇİSİ-dir. Bu adamların tərcümeyi-halları açıq-aşkar yazılmalıdır.
Dəfələrlə, bir media olaraq müraciət etmişik ki, rayonların, şəhərlərin rəsmi saytlarını həvəskar blogerlərin səhifəsinə çevirməyin. Amma...
Əmması odur ki, bu gün Şirvan boyda şəhərin http://www.shirvan-ih.gov.az/az rəsmi saytına daxil olaraq icra başçısı İlqar Abbasovun ömür yoluna nəzər salmaq istədik. Amma həmişə olduğu kimi rəsmi saytda bircə cümlə var: Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Abbasov İlqar Namaz oğlu Şirvan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bu adam neçənci ildə anadan olub, harada oxuyub, əsgərlikdə olubmu, hansı dövlət qurumunda çalışıb...
Bu barədə bircə cümlə də yoxdur. Başqa mənbələrdən axtarış edərkən bəlli oldu ki: İlqar Namaz oğlu Abbasov 1958-ci il fevral ayının 12-də anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə bitirmişdir. Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2004–2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Fikir verdinizmi, bu adam bircə gün də dövlət qurumunda çalışmadan, 2004-cü ildə paytaxt Bakının Nərimanov rayonuna icra başçısı təyin olunub.
Fikir verdinizmi, hansısa ucqar rayona deyil ee...paytaxt Bakıya... Fikir verdinizmi, bu adam 46 illik ömründə dövlət idarəsi görməyib... Fikir verdinizmi, bu adam yazır ki, 25 il ( 2004- 1979 = 25 ) müxtəlif ( ? ) müxtəlif tikinti qurumlarında çalışıb. Necə yəni müxtəlif tikinti-filan..bunun adı-zadı yoxdur..? Bəs Coca Cola-ya şərik olmağını niyə yazmır İlqar Abbasov..?
Nə isə, 2004-cü ildə Nərimanov rayonuna icra başçısı təyin olunan İlqar Abbasov Bakının ən bahalı torpaqlarını satmağa başladı.. Və bir ildən sonra, 2005-ci ildə Suraxanıya icra başçısı təyin olundu. Düz, 14 il ( 2019-2005 ) Suraxanının icra başçısı olan İlqar Abbasov Suraxanını qarış-qarış satdı.
Bu adam hazırda Suraxanı ərazisindəki obyektlərini icarəyə verərək milyonlar qazanır.
Bu adam demək olar ki, Qaraçuxurda, Günəşlidə, Bülbülədə, Əmircanda, Hövsanda, Zığda, Yeni Suraxanıda min hektarlarla torpağı hasara alaraq bu gün də satır.
İlqar Abbasov tikinti üçün verilən sərəncamları 3000 mana satıb. Araşdırmalarımız göstərir ki, ötən illər ərzində İlqar Abbasov Suraxanı rayonunun abadlaşması, yerli camaatın problemlərinin həll olunması istiqamətində heç bir iş görməyib. Daha dəqiq desək, buna cəhd belə göstərməyib. Əvəzində şəxsi maliyyə imkanlarını genişləndirib, obyektlərinin sayını artırıb.
Məsələn, rayonun Yeni Günəşli qəsəbəsindəki ticarət obyektlərinin bir çoxu başçıya məxsusdur. Təkcə onu qeyd edək ki, icra başçısı Suraxanıda hər ay küçə ticarətindən 50 min qazanıb. Bunu vurun aylara, illərə və görün ki, İlqar Abbasov təkcə küçə ticarətindən neçə milyonlar qazanıb. İlqar Abbasov 3 ildən çoxdur ki, Suraxanıdakı əməllərini Şirvanda davam etdirir. Bu hələ harasıdır..?
İlqar Abbasov Şirvanda iməclik adı altında ali təhsili həkimlərə, anası yaşında qadınlara yol kənarındakı zibilləri təmizlətdirib, loru dildə desək “ot yoldurub”. Hələ tədbirdən göndərilən şəkillərə baxanda adam məəttəl qalır. İlqar Abbasov ot yolan xanımlara elə baxır ki, adam bu baxışdan iyrənir... Görəsən, bu adam öz doğmalarına ot yoldura bilərdimi..?
Yaxşı, ali təhsilli xanımlar küçə təmizləyirsə, bəs “Kommunxoz”un işçilərinin maaş kartları İlqar Abbasovun cibində nə gəzir..? İlqar Abbasov Suraxanıda işləyərkən müavin olan bacanağı Etibar Yolçiyevi Şirvana, özünə köməkçi aparıb. Elə bil ki, rayonlar bunlara dədə-babalarından qalıb.
İlqar Abbasov hətta zibildən də pul qazanmağı bacarır. Belə ki, bu yaxınlarda Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhərində məişət tullantılarının yığılması məqsədilə konteynerlərin satın alınması ilə bağlı tender keçirib və xeyli qazanıb.
Bir məsələnidə qeyd edək, görəsən İlqar Abbasovla Adil Vəliyevi hansı tellər bağlayır?...

Gündəlik Bakı

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

9-06-2023, 14:02

“Faktor Lizinq” MMC-nin sahiblərinin aldadıb ölümlə hədələdiyi xanım Mehriban Əliyevadan kömək istəyir... - "Tək ümidim sizədir..."

Gündəm / Araşdırma

6-06-2023, 17:56

"İdeal" mağazalarının keçmiş sahibinin şikayəti ilə bağlı QƏRAR VERİLDİ

Gündəm / Cəmiyyət

6-06-2023, 08:47

`MAHAL` MTK-nın şefi ilə bağlı ŞOK İDDİALAR... - Prezidentə müraciət olundu

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə