• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Dövlət Satınalmaları Haqqında” Qanunun Niyazı Bayramova aidiyyatı yoxdumu?? –Antiinhisar Agentliyi cavab versin

Gündəm / Cəmiyyət

20-10-2025, 12:35

[center]“Dövlət Satınalmaları Haqqında” Qanunun Niyazı Bayramova aidiyyatı yoxdumu?? –Antiinhisar Agentliyi cavab versin[/center]
Gəncə şəhər İcra Hakimiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi üçün yeni yaşayış binalarının (249 mənzilli yaşayış binasının) tikintisi üzrə “Reyhan Müəssisəsi” MMC ilə 2.000.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 16.10.2025-ci ildə dərc edilib.
Bəs Gəncə şəhər İcra Hakimiyyətinin 249 mənzilli yaşayış binasının tikintisini həvale etdiyi bu şirkət haqqında nə kimi məlumatlar var.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Reyhan Müəssisəsi” (VÖEN: 5600031641) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.03.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanı YARDIMLI RAYONU, OSNAĞARAN,
qanuni təmsilçisinin isə Əliyev Coşqun Valeh oğlu olduğu göstərilir.
Vergi Xidmətinin məlumatlarında “Reyhan Müəssisəsi” MMC həm riskli, həm də passiv vergi ödəyicisi olduğu göstərilir. MMC-nin hazırki günə 161 966.41 manat vergi borcu var.
İndi gəlin görək “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu bu şirkətin satınalmalarda iştirakına yol verirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Reyhan Müəssisəsi” MMC-nin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 2319020913029800 nömrəli, 05.05.2023-cü il tarixli Qərar qəbul edib. Göründüyü kimi hazırki günə də MMC-nin dövlətə 161 966.41 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 30.09.2019-cu ildə olub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “Reyhan Müəssisəsi” MMC həm riskli vergi ödəyicisidir, həm külli miqdarda verği borcu var, həm də VÖEN-i passivdir.
Qeyd edək ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.
Belə olan halda Gəncə şəhər İcra Hakimiyyəti iki ildən çoxdur riskli vergi ödəyicisi hesab edilən, bir sahibkarlıq subyekti kimi fəaliyyətini dayandırmış, passiv vergi ödəyicisi olan “Reyhan Müəssisəsi” MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlayıb?
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin qanuna görə təchizatçının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayışın olması mütləqdir.
Göründüyü kimi Qanunda hər şey açıq aşkar göstərilir. Amma buna baxmayaraq Gəncə şəhər İcra Hakimiyyəti sahibkarlıq fəaliyyəti dayandırılmış şəxslə, azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi məlum olmayan bir şirkətlə birmənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlayıb.
Bunlarla bərəbər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarı ilə təsdiq edilmiş, açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları da qüvvədədir.
Amma göründüyü kimi, Gəncə şəhər İcra Hakimiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə 2.000.000 manat dəyərində satınalma müqaviləsi bağladığı “Reyhan Müəssisəsi” MMC bu meyarların heç birinə cavab vermir. Maraqlıdır, satınalmalara birbaşa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Belə olan halda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Gəncə şəhər İcra Hakimiyyətinə “Reyhan Müəssisəsi” MMC kimi riskli bir vergi ödəyicisi ilə satınalma müqaviləsi bağlamağa hansı əsalarla yol verib?
Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildənNiyazı Bayramovdur. Son yeddi il ərzində, yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə bir çox dövlət layihələrinin həyata keçirilməsinə, İdman Sarayının, Dram Teatrının tikintisinə yüz milyonlorla manata yaxın dövlət vəsaiti xərclənib. Satınalmalar yolu ilə ayrılan bu vəsaitlərin hamısı Niyazi Bayramova yaxınlığı ilə tanınan şirkətlər vasitəsi ilə həyata keçirib. Qanunsuz, qaydasız. Sanki, Niyazi Bayramov üçün “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanunu yoxdu. Sanki, sözügedən Qanunun Niyazi Bayramovun başçısı olduğu Gəncə şəhərinə heç aidiyyatı yoxdu. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də bir nəzarət orqanı olaraq Niyazi Bayramovun bu özbaşınalıqları ilə artıq barışmış kimi görsənir.(aktualinfo.net)

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

5-07-2025, 08:42

İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Gündəm

8-07-2025, 14:05

Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon

Gündəm / Araşdırma

2-09-2025, 16:35

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

Gündəm

27-08-2023, 11:01

Penitensiar Xidmətin müəssisələrinə şübhəli xidmətlər göstərən MMC-lər kimə məxsusdur

Gündəm / Araşdırma

11-09-2025, 17:44

Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...

Gündəm

10-08-2025, 19:12

Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır

Gündəm / Araşdırma

10-01-2024, 18:20

Satınalmalarda qanun, qadağa bilməyən, vergi tanımayan Yusifzadə Nərmin kimdir? - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

3-06-2025, 17:43

Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

19-12-2024, 15:17

İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...

Gündəm / Hadisə

29-08-2023, 21:19

Niyazi Bayramovun 2 milyonluq abadlıq işi - Tenderin qalibi yenə “Ərdagı” MMC oldu

Gündəm / Araşdırma / Video

2-04-2025, 16:20

Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var

Gündəm / Cəmiyyət

14-01-2025, 12:10

Bakı Şəhər İcra Hakimiyyəti də Elnur Çarçarovun MMC-ləri ilə işbirliyinə başladı -İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

7-03-2024, 18:36

Mərkəzi Nəbatat Bağında Günel Cəfərovaya məxsus MMC-lərlə nə kimi işlər çevrilir? – İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

2-06-2025, 17:26

 Arxitektura Komitəsinin “Bureau Mühit” MMC ilə işbirliyi hələ də davam edir - İcazə verin şübhələnək...

Gündəm / Araşdırma

23-08-2023, 14:59

Penitensiar Xidmətin müəssisələrinə şübhəli xidmətlər göstərən MMC-lər kimə məxsusdur - İLGİNC FAKTLAR

Araşdırma
Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır
Ağstafa icra başçısının ailə həyatı ilə bağlı yeni iddialar
Marketlərdə “SOBA” şirniyyatı günlərlə buzlu halda saxlanılır - FOTO
Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi... - Nazirliyin səssiz aparılan təhlükəli islahatı
“İdeal” MTK-nın idarəçiliyindən narazılıq - Həm pul yığılır, həm də sakinlər hədələnir
Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – ANAR RZAYEV nə istəyir?
Hadisə
Dün, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
3-02-2026, 09:34
Göyçayda yaşayış binasında yanğın - Video
26-01-2026, 12:55
“Zirvə” şadlıq sarayında faciə
22-01-2026, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
Son xəbərlər
  • Bugün, 15:06
    “SOCAR Petroleum”da nə baş verir? – Rövşən Nəcəfə müraciət eedən xanım əməkdaşa cavab / VİDEO
  • Bugün, 14:40
    Saleh Məmmədovun “topdağıtmaz qohumlar komandası” - Əvəz Qocayev son sipər rolundadır
  • Bugün, 14:18
    Tahir Xəlilovun taxta çivlə “təmir” biabırçılığı davam edir - VİDEO
  • Bugün, 12:47
    Ağstafa icra başçısının ailə həyatı ilə bağlı yeni iddialar
  • Bugün, 12:11
    Həmzəyevin AAYDA-da “ailə podratı” - Vəzifədə olan qohumlarının SİYAHIsı
  • Bugün, 11:37
    Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - TƏFƏRRÜAT
  • Bugün, 11:16
    57 tender qazanan şirkət "qara siyahı"da - "Dasta Group" niyə "etibarsız" oldu?
  • Bugün, 10:31
    Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Bugün, 10:09
    “AYNA”-nın 12 min manata quraşdırdığı dayanacaq uçub?
  • Bugün, 09:24
    Saleh Məmmədov necə yadda qaldı? - Tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq...
  • Dün, 18:46
    "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib
  • Dün, 18:25
    İki milli park haqqında Əsasnamə təsdiqlənib
  • Dün, 18:08
    Marketlərdə “SOBA” şirniyyatı günlərlə buzlu halda saxlanılır - FOTO
  • Dün, 17:13
    Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…
  • Dün, 16:24
    Saleh Məmmədovu bu şəxs əvəz edə bilər - AAYDA-da yeni təyinat gözlənilir
  • Dün, 15:29
    İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş
  • Dün, 14:51
    "Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur" - İcarədar iş adamını ittiham edir
  • Dün, 13:08
    Müəllimin güllələndiyi "İdrak"liseyinin sahibi əvvəl "montyor"olub
  • Dün, 12:32
    Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi... - Nazirliyin səssiz aparılan təhlükəli islahatı
  • Dün, 11:54
    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR
  • Dün, 11:34
    Vens Bakıya bu tarixdə gələcək
  • Dün, 11:18
    Məhsullarını yediyimiz "Cheeseella" MMC-də biabırçı vəziyyət... - BU NƏDİ BELƏ?
  • Dün, 10:46
    Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
  • Dün, 10:35
    Peşə məktəblərində 2 aydır əmək haqqı verilmir - İlqar Bayramlı isə əmək haqqını alıb
  • Dün, 10:00
    “İdeal” MTK-nın idarəçiliyindən narazılıq - Həm pul yığılır, həm də sakinlər hədələnir
  • Dün, 09:16
    “Gold Rezidens” vətəndaşın əmlakın zəbt edib-Video
  • 5-02-2026, 18:28
    “City net” dən şikayət: “2 gündür internetsiz qalmışıq…”
  • 5-02-2026, 18:01
    İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi (FOTO/VİDEO)
  • 5-02-2026, 17:17
    “Kanon” aptekdən alınan uşaq qidası yararsız çıxdı
  • 5-02-2026, 16:57
    Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
  • 5-02-2026, 16:44
    279 saylı məktəbin direktoru Südabə Allahverdiyeva müəllimlərdən və şagirdlərdən pul yığdırır?
  • 5-02-2026, 16:19
    Saleh Məmmədov keşmiş icra başçısı Ziyəddin Əliyevə vəzifə verib?
  • 5-02-2026, 15:57
    Bakını “CƏRİMƏ BATALYONU”NA çevirən qurum – ANAR RZAYEV nə istəyir?
  • 5-02-2026, 14:41
    Məcnun Məmmədovun "toxunulmaz" kadrları: "Azəraqrar"ı kimlər və necə iflic edib?
  • 5-02-2026, 14:19
    Arif Əsgərovun oğlunun adı dələduzluqda hallanır: 3,6 milyon dollar qalmaqalı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə