• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Uşaq qidası oğurlayan ataya 20 sutka həbs, 3 milyon oğurlayan Səkinə Sadıqovaya isə.... - Ümid İLAHİ ƏDALƏTƏDİR...

Gündəm / Cəmiyyət

13-06-2023, 08:45

Uşaq qidası oğurlayan ataya 20 sutka həbs, 3 milyon oğurlayan Səkinə Sadıqovaya isə.... - Ümid İLAHİ ƏDALƏTƏDİR...

Səkinə Sadıqovanın belindəki kəmərin qiyməti 713 min dollardır... “Vergili...” olduğunu deyən Səkinə Sadıqova rüşvət alanda “ Ver ki, verən mərd olar” oxuyur... Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqova bəlkə də onun barəsində təkrar-təkrar yazmağımızı görüb düşünər ki, o bizim üçün maraqlı subyektdir, maraqlı mövzudur. Əsla, belə deyil. Bizim üçün maraqlı olan sırf başqa məsələlərdir.
Uşaq qidası oğurlayan ataya 20 sutka həbs, 3 milyon oğurlayan Səkinə Sadıqovaya isə.... - Ümid İLAHİ ƏDALƏTƏDİR...

İki gündür oxuduğumuz xəbər adamı maqnit kimi buraxmır...DİN-in mətbuat xidmətinin dünən yaydığı xəbərdən bəlli olur ki, apteklərin birindən uşaq yeməyi oğurlayan ata polis əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə o, 20 sutka həbs edilib. Cəmi bircə saat əvvəl isə belə bir xəbər oxuduq: “Bulvar”da tum qabıqlarını yerə atan şəxs 10 sutka həbs edildi... Bu məqamda adam düşünür ki, bəs milyonlarla dövlət vəsaitini oğurlayan Səkinə Sadıqovaya niyə cəza verilmir..? Hətta işdən belə uzaqlaşdırılmır...
Biz bir media olaraq nəinki 10-15 manatlıq uşaq qidasının, hətta bir manatlıq oğurluğu da qəbul etmirik. Amma neçənci dəfədir ki, uşaq qidaları oğurlayan valideynlərlə bağlı xəbərlərə rast gəlirik. Bu barədə ciddi düşünmək lazımdır ee... Biz 10 sutka həbs olunan oğlanın tum çırtlamasına, Bulvarda yerə atmasına haqq qazandırmırıq ee, adam nəzkətli olar, ətrafı çirkləndirməz və s. Bəs Bulvardakı pullu-ödənişli tualetlərə nə deyirsiniz..? İldə 2-3 dəfə tualetlərin qiyməti qalxır, bu pullar kimlərin cibinə gedir..? Bəs onlar niyə cəza almır..? Cənablar, başa düşürsünüzmü, bulvar deyilən yer KÜTLƏVİ gəzinti yeridir, bahalı 5 ulduzlu hotel, restoran-zad deyil, yəni ən kasıb əhalinin də cibinə uyğun olmalıdır. Axı, bura kütləvi yerdir, burada xeyli penisioner, təqaüd yaşını keçmiş qocalar da dincəlir. Bu qocalar yarım saatdan bir tualetə gedib pul ödəməlidir..? Nə isə, əsas mövzudan, yəni Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovanın qanunsuz əməllərindən bəhs etməkdən yayınmayaq. Az-çox medianı izləyənlər bilir ki, “Sumqayıt Tibb Mərkəzin”də baş verən qanunsuzluqlara görə, Səkinə Sadıqova barəsində Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanılıb.
Bu barədə bir müddət öncə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yaymışdır. Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən Dövlət Tibb Müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bura qədər yazılanlar rəsmi məlumatlardır.
İndi bildinizmi, xeyli müddətdir nə üçün Səkinə Sadıqovanın əməlləri barədə yazırdıq. Biz Səkinənin qaşına-gözünə, belindəki kəmərə heyran deyildik ee... Biz soruşurduq ki, dövlətdən konkret maaş alan bu qadın 713 min dollara kəməri hansı pulla alıb..?
Görəsən biz bir media qurumu olaraq bunu bir il öncə bilirdiksə, yazırdıqsa, bəs müvafiq dövlət qurumları niyə tədbir görmürdü..? Hesablama Palatası indi ayılıb..? Həm də rəsmi xəbərdə ancaq və ancaq CARİ TƏMİR İŞLƏRİNİN APARILMASI ZAMANI...mənimsənilən milyonlardan söhbət gedir. Bəs Səkinə Sadıqovanın rəhbərlik etdiyi 18 tibb müəssisəsindən hər ay aldığı pullar..?
Bəs Səkinə Sadıqovanın tabeçiliyində olan Təcili Yardım Stansiyasının sürücülərindən işə qəbul üçün aldığı 10 minlər... Bəs Səkinə Sadıqovanın keçirdiyi saxta tenderlər zamanı mənimsədiyi milyonlar..? Bəs Səkinə Sadıqovanın təcili yardım maşınlarına ayrılan yanacağı, ehtiyat hissələrini satdırıb mənimsəməsi..? Bəs Səkinə Sadıqovanın Sumqayıt boyda 300 minlik şəhərin səhiyyəsinə dövlətin ayırdığı dərman preparatlarını özəl apteklərdə satdırması..? Bəs Səkinə Sadıqovanın tabeçiliyindəki baş həkimləri işdən çıxartmaq adı ilə hədələyib aldığı pullar..? Hələ Allah qoymasa, Səkinə Sadıqova deyirmiş ki, vergiliyəm, guya Allah buna vergi verib və kabinetində rüşvət alanda “Ver ki, verən mərd olar” oxuyurmuş...
Bütün bunları bir yerə cəmləsən, 3 milyon onun yanında dəryada damcı kimidir. Ən dəhşətlisi odur ki, hal-hazırda Səkinə Sadıqova tabeçiliyindəki tibb müəssisələrinin rəhbərlərindən pul yığır ki, 3 milyonu ödəsin.
Sözün qısası, atalar demişkən, ziyanın yarısından qayıtmaq da yaxşıdır. Sağ olsun dövlət qurumları nəhayət Səkinə Sadıqovanın cinayət əməllərinin izinə düşərək, hətta onun barəsində CM-nin 3 maddəsi ilə cinayət işi açılıb. Bizə elə gəlir ki, “bu xəmir çox su aparacaq”. Səkinə Sadıqova məhkəmədə öz şəriklərini, Səhiyyə Nazirlıriyinin ( Teymur Musayev), TƏBİB-in ( Vüqar Qurbanov, Araz Nəsirov ) rəhbərliyini də “baqaja” qoyacaq. Yəqin ki, yaxın zamanda məhkəmə zalında eşidəcəyik... Qalxın, 3 milyonu oğurlayan QANQSTER Səkinə gəlir. Qanqster, yəni cinayətkar şəbəkənin başçısı...
Bəli, Səkinə Sadıqova mənimsədikləri milyonları TƏBİB-in rəhbərliyində təmsil olunan Araz Nəsirovla bölüşüb. Göstərişlərin hamısını Araz Nəsirovdan alıb. Araz Nəsirov TƏBİB-də müavin statusuna malik olsa da, çox böyük işlərlə məşğuldur. Bütün yeyintilər və qara işlər onun əlinin altından keçir. Hətta Səkinə Sadıqova məclislərin birində bildirib ki, mənim Sumqayıt şəhər rəhbərliyinə heç bir tabeçiliyim yoxdur. Ona görə də, bizdə aparılan yoxlamaların birbaşa TƏBİB-ə aidiyyatı var. TƏBİB-də də rəhbərlik, xüsusən də Araz Nəsirov söz verib ki, biz qoymarıq sən çətində qalasan. Kimlərin istintaq aparmasından asılı olmayaraq, sənin işinə çoxdan xitam verilmişdir. Məhz belə vəzifəli şəxslərə arxayın olan Səkinə Sadıqovalar dövlət büdcəsini arxayıncasına talamaqla məşğuldurlar. Görün, insan nə qədər arxayın olmalıdır ki, Sumqayıt Səhiyyə Mərkəzinə, dövlət vəsaiti hesabına alınmış komputerlərin ən bahalı detallarını çıxarıb satıblar.
SSRİ dövründə dövlət əmlakını külli miqdarda talamaya görə, güllələnmə verərdilər. Bu gün TƏBİB-in Sumqayıt Tibb Mərkəzində 3 milyonluq yeyinti aşkarlanıb, amma Səkinə Sadıqovaya gözün üstündə qaşın var deyən yoxdur.
P.S. Ötən yazıda da bildirmişdik ki, işlər onda çətin olacaq ki, həbs qabağı kimlərsə dəlixanadan "DEVİT-B" kağızı gətirsin. //gundelik-baku.com//

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

5-06-2023, 20:04

Səkinə Sadıqovanı Təbib-in muavini Araz Nəsirov müdafiə edir... - Səkinə Sadıqovanı 15 ilə yaxın həbs cəzası gözləyir...

Gündəm / Cəmiyyət

6-06-2023, 09:03

Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi... - İTTİHAM VAR!

Gündəm / Araşdırma

7-06-2023, 14:25

Rüşvətə görə həbs edilən sabiq məktəb direktoruna nə qədər CƏZA VERİLDİ?

Gündəm / Cəmiyyət

7-06-2023, 12:11

Nahaq yerə onu Şuşaya hamıdan sonra aparmadılar... - İLGİNC İDDİALAR...

Araşdırma
SON DƏQİQƏ! SPARK MMC-yə məxsus avto pompa ilə bağlı hadisə üzrə cinayət işi açıldı
Kəmaləddin Qafarovun şirkəti 103 milyon manatlıq tender qazanıb?
“Rahatlığın məkanı Gold” sakinlərin rahatlığını pozub – poliklinikanın binası satıldı, yol bağlandı
Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –FOTOLAR+VİDEO
30 illik OBYEKT, yoxsa 3 AYLIQ TİKİNTİ?-FOTOFAKT
“Referans” klinikasında icazəsiz tibb fəaliyyəti aşkar edilib
Hadisə
24-12-2025, 19:03
Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı
23-12-2025, 12:19
Küçədən qadın meyiti tapıldı
17-12-2025, 17:35
Gəncədə 1 nömrəli orta məktəbdə olay: 4 sinif şagirdinə qayçı ilə xəsarət yetirlib
9-12-2025, 16:52
“Jasmin Park”da faciə: Usta 5 mərtəbədən yığılıb ö*dü
20-11-2025, 11:19
Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
20-11-2025, 11:16
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Son xəbərlər
  • Dün, 16:27
    HƏMİŞƏ SUDAN QURU ÇIXAN QASIM QASIMOV KİMDİR?
  • Dün, 16:04
    Yeni Günəşli qəsəbəsində illərdir nəzarətsiz qalan qeyri-yaşayış obyekti - VİDEO
  • Dün, 15:32
    GÖMRÜK KOMİTƏSİNİN SÖZÇÜSÜ NATİQ AXUNDOV SÖZDƏN QAÇIR.
  • Dün, 14:55
    SON DƏQİQƏ! SPARK MMC-yə məxsus avto pompa ilə bağlı hadisə üzrə cinayət işi açıldı
  • Dün, 13:19
    Moskvada sarı xəbərdarlıq elan edildi
  • Dün, 12:24
    Yeni başçı müavinini işdən çıxardı
  • Dün, 11:58
    Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər
  • Dün, 11:17
    “Kristal”ın “Park Yasamal” layihəsindən mənzil alan vətəndaş evinə buraxılmır
  • Dün, 10:50
    `Karqo Şamil`lə bağlı ŞOK FAKT: SƏN DEMƏ... - O DA HƏBS OLUNACAQ?
  • Dün, 10:14
    “SOCAR Petroleum”da 1,2 milyardlıq müəmma: Abdulla Tağıyev Londondadır
  • 26-12-2025, 18:01
    Binəqədi rayonunda layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib? -Video
  • 26-12-2025, 16:41
    Neftçala sakini saxta orderlə aldadıldığını iddia edir – 500 manatlıq dələduzluq faktı
  • 26-12-2025, 16:08
    Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası
  • 26-12-2025, 15:38
    Kəmaləddin Qafarovun şirkəti 103 milyon manatlıq tender qazanıb?
  • 26-12-2025, 14:56
    “İstanbul Klinika”da qanunsuz tibb fəaliyyət göstərilib
  • 26-12-2025, 14:35
    Sabunçu rayonunda qanunszu tikintiyə hansı məmur icazə verib?
  • 26-12-2025, 12:43
    “Duman” restoranında təhlükəli vəziyyət-Videofakt ][url=h
  • 26-12-2025, 12:01
    “AYNA-nın ödənişli parklanması hüquqi boşluqlardan biridir”
  • 26-12-2025, 11:16
    Həbsdəki eks-icra başçılarından yalnız - Biri amnistiyaya düşür
  • 26-12-2025, 10:29
    “Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto
  • 26-12-2025, 10:00
    Lənkəranda vəzifəli şəxsin qohumu adı ilə dələduzluq edən şəxs saxlanılıb
  • 25-12-2025, 18:38
    Binəqədidə ekoloji cinayət: ağaclar beton altında boğulur-FOTOFAKT
  • 25-12-2025, 18:15
    “Rahatlığın məkanı Gold” sakinlərin rahatlığını pozub – poliklinikanın binası satıldı, yol bağlandı
  • 25-12-2025, 17:38
    Mais Məmmədov qanunsuz obyekətə hansı şərtlərlə icazə verib?-Video
  • 25-12-2025, 17:00
    “Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt
  • 25-12-2025, 16:28
    TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib
  • 25-12-2025, 14:57
    “Planet Construction” MMC niyə cərimələndi?! -Ortaya nələr çıxdı…
  • 25-12-2025, 14:19
    Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –FOTOLAR+VİDEO
  • 25-12-2025, 13:42
    Füzuli Ələkbərovun dövlətə milyonlarla borcu var
  • 25-12-2025, 12:53
    30 illik OBYEKT, yoxsa 3 AYLIQ TİKİNTİ?-FOTOFAKT
  • 25-12-2025, 11:30
    Bir ildə 5,4 milyonluq sifariş alan sirli “Avtoyoltikintiservis” kimindir?
  • 25-12-2025, 11:00
    Sumqayıt sakinləri şikayətçidir: Bizim müraciətlərimizə baxılmır-Video
  • 25-12-2025, 10:18
    Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -“Rəfiqə qrantları” seriyasından.../FOTOLAR
  • 25-12-2025, 09:56
    Bakıxanovda “görünməyən icazələr”: qanunsuz tikinti iddiaları, torpaq zəbtı və cavabsız suallar
  • 24-12-2025, 19:29
    Suraxanı rayonunda bu qanunsuz obyektlər üçün hansı məmur icazə verir? -Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə