[center]
[/center]
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli 92 ünvanında aparılan tikinti işləri ətrafında narazılıq yaranıb.
Vətəndaşların [b]Tribuna.az[/b]-a göndərdiyi şikayətlərə əsasən, ərazidə tikinti aparılması məqsədilə çoxsaylı ağaclar kəsilərək məhv edilib.
Sakinlərin sözlərinə görə, ağacların məhv edilməsi ekoloji normalara zidd şəkildə həyata keçirilir. Bildirilir ki, yaşıllıqların qorunması ilə bağlı qanunvericilik tələblərinə əməl olunmadan tikinti işləri davam etdirilir.
Şikayətçilər qeyd edirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlar, o cümlədən Nizami Rayon icra başçısı baş verənlərə qarşı susur.