[center]
[/center]
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bir neçə gün əvvəl Suraxanı rayon icra başçısı Adil Əliyevə rayon ərazisində yaranmış problemlərin həll edilməməsi, qanunsuz tikililərə nəzarətsizlik və digər səbəblərlə bağlı töhmət vermişdi.
Lakin görünür ki, bu tədbirlər heç də problemi kökündən həll etməyib.
Xalq-a göndərilən fotolar Suraxanı rayonunda qanunsuz tikinti işlərinin davam etdiyini və ərazilərin idarəsiz qaldığını açıq şəkildə göstərir. Qanunsuz tikinti işləri meşə zolaqlarında həyata keçirilir, ağaclar məhv edilir və ərazilər qanunsuz şəkildə hasarlanır. Maraqlıdır ki, bütün töhmətlərə və xəbərdarlıqlara baxmayaraq Suraxanı rayon rəhbərliyi bu məsələləri kökündən həll edə bilmir və qanunsuz tikintilərin qarşısını ala bilmir.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.
Məsələ ilə bağlı qurumlara sorğu göndərilib.
Aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:(Xalq.online)
[center]



[/center]