• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ağstafa təhsili görün kimlərə əmanətdir... - BU NƏDİ BELƏ?

Gündəm / Araşdırma

13-07-2023, 10:32

Ağstafa təhsili görün kimlərə əmanətdir... - BU NƏDİ BELƏ?


Bir müddət bundan öncə redaksiyamıza Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalovla, adı çəkilən bu qurumun kargüzar mütəxəssisi Mustafayeva Afaq Rafayıl qızı arasında baş verən olaylarla bağlı xeyli məlumatlar daxil olmuşdu. Düzdür, daxil olan məlumatlar əsasında Deryaz.az saytında yazı yayımlanmazdan öncə, sektor müdiri Mədət Zeynalovla əlaqə saxladıq və qarşı tərəf olaraq ondan məsələlərə münasibət bildirməsini xahiş etdik. Təəssüflər olsun ki, adı çəkilən bu vəzifə sahibi redaksiyamıza daxil olan məlumatlarla bağlı heç bir münasibət bildirmədi, yaxud da bildirmək istəmədi. Mədət Zeynalovun belə bir yanaşmasından sonra məcbur olub 13 iyun 2023-cü il tarixdə Deryaz.az saytında “MƏDƏT ZEYNALOVUN HƏDIYYƏ ETDIYI FƏXRI AD NIYƏ ARVADINI QANE ETMƏYIB” başlıqlı yazı yayımladıq.

Qeyd edək ki, 18 iyun 2023-cü il tarixdə, saat 12:00 radələrində bir nəfər xanım 055-904-83- .. nömrəli mobil telefonla Deryaz.az saytının rəhbərliyinə məxsus 051-516-66- .. nömrəli mobil telefona zəng edir və özünün Nərgiz Musayeva adlı xanım olduğunu bildirir. Telefon danışığı zamanı həmin xanım “Mənim adım Nərgiz Musayevadır, Milli Təhlükəsizlik, MTN-nin mətbuat- informasiya şöbəsində çalışıram. Milli MTN-nin, milli təhlükəsizlik xidmətinin mətbuat xidmətinin rəhbəriyəm” də deyir. Bundan əlavə, həmin xanım telefon danışığı zamanı redaksiya rəhbərliyini müəyyən mənada təhdid də edir. Hətta o, redaksiya rəhbərliyinə “Sən 4 il həbs olunacaqsan və 5 min manat məbləğində cərimə də ediləcəksən” də deyir. Ümumiyyətlə, telefon danışığı zamanı özünü DTX-nin əməkdaşı deyə təqdim edən həmin xanımın danışdıqlarına qulaq asdıqdan sonra, redaksiya əməkdaşlarında müəyyən şübhələr baş qaldırır. Yəni, az sonra Deryaz.az saytı əməkdaşının apardığı jurnalist araşdırmaları zamanı bəlli olur ki, 055-904-83- .. nömrəli mobil telefon nömrəsi Mustafayeva Afaq Rafayıl qızına məxsusdur və sadəcə olaraq o, bir qədər qabaqdangəlmişlik etmək məqsədilə özünü qarşı tərəfə Nərgiz Musayeva deyə təqdim edir. Ola bilər ki, Afaq Mustafayeva bu cür addımını atmaqla hansısa məqsədinə nail olmaq istəyib. Amma, xanım Mustafayeva onu unudub ki, DTX-nin əməkdaşı olmadan hansısa məqsədini həyata keçirmək məqsədilə bu dövlət qurumunun adından sui-istifadə etmək hər kəsin əməlində, o cümlədən Afaq Mustafayevanın da əməlində cinayət məsuliyyətİ yaradır. Qeyd edək ki, bu məsələ ilə bağlı aiddiyyatı üzrə dövlət qurumlarına rəsmi qaydada müraciət etmişik ki, olayın varlığı tam dəqiqliklə araşdırılsın. Məsələnin düşündürücü tərəfi odur ki, Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon təhsil sektorunun əməkdaşı olan Afaq Mustafayeva, hələ də atdığı addımının məsuliyyətinə əhəmiyyət vermir və o, qarşı tərəfi cəzalandırmaq məqsədilə Gədəbəy və Yasamal Rayon Məhkəmələrinə iddia tələbi ilə müraciət etməyi daha məqbul hesab edir. Daha biabırçı halın varlığı ondadır ki, iddia ərizəsində cavabdeh qismində qoyulan Tağıyev Habil Bəhlul oğlu Gədəbəy rayonunda anadan olsa da, bu gün onun nə yaşayış yerinin, nə də ki, qeydiyyat ünvanının Gədəbəy rayonuna heç bir aidiyyatı yoxdur. Bu da onu söyləməyə əsas verir ki, iddiaçılar Mustafayev Bayram Ruzman oğluna və Mustafayeva Afaq Rafayıl qızına hüquqi istiqamət verən, yaxud da hüquqi köməklik göstərən şəxs(lər) “müəkəmməl hüquqi təhsilə” sahibdirlər. Yəqin ki, Yasamal Rayon Məhkəməsində aparılacaq ədalətli məhkəmə araşdırmaları lazımi həqiqətləri üzə çıxarmağa imkan verəcək.

Redaksiyamıza daxil olan bəzi məlumatlara görə, Afaq Mustafayevanın belə bir addımlarını atması üçün Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalov “arxa cəbhə”də durur və o, bu xanıma daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edərək müəyyən təsirlərini göstərir. Qeyd edək ki, sektor müdiri nə qədər “dağlara çəkilsə də”, bu şəxsin əməlləri müəyyən yollarla geniş ictimaiyyətin diqqətinə çatdırılır. Məsələn, son vaxtlar ayrı-ayrı media qurumlarında Mədəd Zeynalovun qanunsuz fəaliyyəti barədə silsilə tənqidi məqalələr yayımlanmaqdadır. Məqalələrdə qeyd olunur ki, bu rayonun təhsil sahəsində korrupsiya əməllərinin miqyası genişləndiyindən, Ağstafada təhsiln inkişafı istiqamətində faktiki olaraq heç bir əməli iş görülmür və məktəb direktorlarının hər biri “tasa” otuzdurulub. Belə bir səbəbdən də, bu rayonun təhsilində korrupsiya halları baş alıb getməkdədir. Adicə bir faktı qeyd edək ki, yayımlanan məqalələrdə müəlliflər qeyd edirlər ki, Ağstafa təhslinin “şefi” Mədəd Zeynalov, Bakı şəhərinin mərkəzində qiyməti 150 min manata yeni ev-villa alıb. Bundan əlavə, Rayon Təhsil şöbəsinin yaxınlığında bu şəxsə məxsus ət dükanı var ki, həmin dükanı Mədəd Zeynalovun dayısı Hidayət Məmmədov Hidayət işlədir. Deyilənə görə Hidayət Məmmədov ət dükanını işlətməkdən əlavə o, Mədəd Zeynalovun pul yığımı işlərinə də baxır.

Bundan başqa, Ağstafa təhslinin “şefi” rayonun 1 saylı tam orta məktəbində laborant vəzifəsində işləyən Hacıyeva Könül Arif qızını heç bir əsas olmadan işdən çıxarır və xanım Hacıyevanın işə bərpa olunması haqda məhkəmə qərarı olsa da, Mədəd Zeynalov 1 sayli tam orta məktəbin direktoru Ramiz Nəsirovla əlbir olaraq, çıxarılmış məhkəmə qərarının icra olunmasına imkan vermir. Yəni, bütün bunlar haqda bəzi media qurumlarında məqalələr yayımlanıb.

Mədəd Zeynalovun əməlləri ilə bağlı yayılan söz-söhbətlərdən biri də, bu şəxsin 01 oktyabr 2020-ci ildə sektor müdiri təyin olunduqdan təqribən 15-20 gün sonra sonra, Afaq Mustafayevanın həyat yoldaşı Bayram Mustafayevin 8 min manat pulun müqabilində rayonun Qaçaq Kərəm adına orta məktəbə direktor müavini vəzifəsinə təyin olunması olur. Qeyd edək ki, Bayram Mustafayev bugünkü vəzifəsindən əvvəl Ağstafanın Mərkəzi Bazarında ayaqqabı satmaqla məşğul olur, daha sonra rayonun Qaz İstismarı Sahəsində sosial işlə təmin olunur, daha sonra isə Mədəd Zeynalovun təyinatı bu şəxsin “bəxtini açır” və o, direktor müavini vəzifəsinə yüksəlir. Belə bir təyinatdan sonra kənd sakinləri arasında müəyyən söz-söhbətlər də baş qaldırır və hər kəs öz-özünə sual edir ki, görəsən bu ailə 8 min manatı necə və hardan əldə ediblər? Sən demə həmin vaxtlarda kasıbçılıqdan əziyyət çəkən Mustafayevlər ailəsi özlərində güc taparaq “riskə gedirlər” və bankdan kreditə pul götürürlər ki, Mədəd Zeynalovun maddi-maraqlarını təmin edə bilsinlər. Qeyd edək ki, bu kimi olaylarla bağlı bir neçə il bundan əvvəl bəzi media qurumlarında məqalələr yayımlansa da, nədənsə nə Mədəd Zeynalov, nə də ki, Mustafayevlər ailəsinin üzvləri bu kimi məsələlərdə susmağa və heç bir münasibət bildirməməyə qərar verirlər. Əldə etdiyimiz bəzi məlumatlara görə, Qaçaq Kərəm adına orta məktəbdə ciddi mənimsəmə faktları baş versə də, nədənsə Mədət Zeynalov baş verənlərə bu gün də göz yummaqda davam edir. Bütün bunlara baxmayaraq, biz bir media qurumu olaraq adı çəkilən bu təhsil ocağında lazımi yoxlamaların aparılması və nəticəsi barədə redaksiyamıza məlumat vermələrini xahiş etmişik.

Yayılan söz-söhbətlərdə o da qeyd olunur ki, Ağstafa rayon təhsil sektorunun müdiri Mədət Zeynalovun “əl gəzdirdiyi” ünvanlardan biri də, rayonun kənd və qəsəbələrindəki körpələr evi- uşaq bağçalarıdır. Məsələn, söylənilənlərə görə sektor müdiri ilk əvvəl körpələr evi- uşaq bağçalarına yoxlamalar göndərir, hansısa çatışmazlığı aşkara çıxartdıqdan sonra, çox keçmir ki, rəhbərliyə qarşı “səlib yürüşünə” başlayır. Bu sırada rayonun Həsənsu kəndindəki uşaq bağçasının müdirəsi Abbasova Zəkiyə Bəhram qızı da, oxşar aqibətlə üz-üzə qalan rəhbər şəxslərdəndir. Belə ki, bir müddət bundan əvvəl vəziyyət elə bir dözülməz həddə gəlib çatır ki, Zəkiyə xanım daşıdığı vəzifəsindən uzaqlaşmaq üçün Mədət Zeynalovun adına ərizə yazmalı olur. Amma, çox keçmir ki, Zəkiyə xanım Abbasovanın Ağstafa RİH-də işləyən qardaşı Nurəddin müəllim məsələyə müdaxilə etməli olur və sektor müdirinə təqdim olunan ərizə ləğv edilir. Rayonun Xətai kəndindəki uşaq bağçasının müdirəsi “Milka” ləqəbi ilə tanınan xanımın aqibəti isə tamam fərqli olur. Yəni, bu xanım Mədət Zeynalovun dözülməz idarəçiliyindən zinhara gəldiyi üçün ilk əvvəl sektor müdirinin adına işdən çıxmaq haqda ərizə yazır, təqribən bir ay keçdikdən sonra isə fikirindən daşınır. Yəni, daha sonra bu xanım yaxınları ilə məsləhətləşir və pozulmuş hüquqlarını müdafiə etdir və bir daha daşıdığı vəzifəsində qalmağı bacarır.

Məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.

Deryaz.az

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

14-06-2023, 13:00

Ağstafanın AXSAQ TƏHSİLİ... - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

2-06-2023, 14:09

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisinə cinayət işi AÇILDI – ÖZƏL

Gündəm / Araşdırma

24-06-2023, 18:05

AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

3-06-2023, 11:07

Təhsil idarəsinin rəisinə cinayət işi AÇILDI

Gündəm / Cəmiyyət

5-06-2023, 14:38

Abşeron Təhsil İdarəsinin müdirinə ağır ittiham - "Qərəzlidir, imtahanlara müdaxilə edir"

Araşdırma

11-07-2023, 13:39

“Orbita” MTK 0 % zəmanət və 0 bal zəlzələyə davamlı - BU NƏDİ BELƏ?

Gündəm / Hadisə

10-06-2023, 12:56

Əmrullayevin işlərindən özü də baş açmır... - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

6-07-2023, 18:00

Bu boyda özbaşınalığı görmürlər? - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

13-06-2023, 14:21

AZCosmetics MMC-də dələduzluq faktoru və yaxud Zeynalovun müştəri ovu... - FOTO, VİDEO

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə