• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Leş Tofiq kimlərə ultimatum göndərib ?

Gündəm / Araşdırma

6-12-2019, 18:42

Leş Tofiq kimlərə ultimatum göndərib ?
"Leş" sözü dilimizdə ölmüş heyvan cəsədi mənasını daşısa da əslində bugünkü Azərbaycan reallığında leş daha geniş sahəni əhatə edir. Yəni bütün sahələrdə "leş"lər var: müxalifətdə, iqtidarda, məmurlar arasında, təhsildə, səhiyyədə, mediada və digər sferalarda. Bu gün ölkə başçısı səviyyəsində həyata keçirilən islahatlar, radikal dəyişiklər əslində "leş"lərdən azad olmaq, obrazlı desək cəmiyyəti bu "leş"lərdən, xəstə ünsürlərdən təmizləməkdir. Bu istiqamətdə cənab nazir Vilayət Eyvazov başda olmaqla Daxili İşlər Nazirliyinin sözün geniş mənasında "leş mafiyası"na qarşı həyata keçirdiyi cəsarətli əməliyyat Azərbaycanın müstəqillik tarixində ən uğurlu əməliyyatlardan biridır.Heç bir pafosa yol vermədən bunu tam məsuliyyətimlə deyirəm.

Buna görə, bir Azərbaycan vətəndaşı olaraq şəxsən öz adımdan cənab nazirə və DİN əməkdaşlarına təşəkkür edirəm. Ancaq ortaya xeyli suallar çıxır:

1. Bir gündə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilibsə, görün illər uzunu bu dəstə Azərbaycan vətəndaşlarına nə qədər xəstə heyvan cəsədi, at-eşşək əti yedirib? Söhbət 100 tonlardan gedir...

2. Axı bu boyda şəbəkədən bəzi səlahiyyət sahiblərinin necə xəbəri olmaya bilərdi ?

3.Yüz tonlarla xəstə heyvan cəsədini, at-eşşək ətini "əritmək", realizə etmək illər uzunu necə mümkün olub ?

4. Axı, 100 tonları satmaq üçün böyük bir ictimai-iaşə şəbəkəsinə, restoranlara, şadlıq evlərinə, kafelərə, dönərxanalara, uşaq bağçalarına ehtiyac vardı.

Bir daha tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, "leş mafiyası" Hacı Məmmədovun killer şəbəkəsindən qat-qat daha təhlükəli olub. Killer şəbəkəsi 5-10 nəfərin canına qəsd edibsə, "leş mafiyası" yüz minlərlə vətəndaşımızın sağlamlığını məhv edib.

Bəli, dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında rayonlardan mənşəyi məlum olmayan, qidaya yararsız, ölmüş heyvan ətlərinin daşınmasını, emal edilməsini, satışa çıxarılmasını təşkil edib.Təəssüf ki, bugünədək murdar, xəstə ət alan restoranların və sahibkarların adları açıqlanmayıb.

Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mediaya deyib ki, “Leş Tofiq”in ifşasına görə Daxili İşlər Nazirliyinə təşəkkür edirəm: "20 ilə yaxındır ki, bu adamlar belə işlərlə məşğul idilər. Mən vaxtilə onların barəsində ölçü götürülməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmışdım. Lakin ölçü götürən olmamışdı. Ən nəhayət, Daxili İşlər Nazirliyi çox mühüm bir əməliyyat keçirdi. ”Leş Tofiq"i saxlayıblar, indi ondan soruşmalıdırlar - 20 ildir murdar ətləri, at-eşşək ətlərini hansı şəbəkələrə satırdın? Bu çox vacib sualdır və cavabı da geniş ictimaiyyətə açıqlanmalıdır. Əks təqdirdə yeni ”leş tofiqlər" yaranacaq".
Metronun Elmlər Akademiyası, Xətai və digər stansiyalar ətrafında fəaliyyət göstərən dönərxanalarda, kefelərdə, iaşə müəssisələrində apardığımız araşdırma zamanı bəlli oldu ki, “Leş Tofiq”in həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri xeyli qalxıb. Bir daha qeyd edirəm ki, ölkə ictimaiyyəti "leş mafiyası" ilə mübarizədə Daxili İşlər Nazirliyinin işinə dəstək verməlidir.

Sonda onu bildirək ki, daxil olan məlumata görə, Leş Tofiq həbsxanadan onunla şərik olan kafe, dönərxana, restoran sahiblərinə "ultimatum" göndərib ki, mənim azad olunmağıma kömək edin, yoxsa "açacam sandığı tökəcəm leşləri". Redaksiyamıza daxil olan digər məlumata görə, Leş Tofiqin şantaj etmək istədiyi iş adamları arasında “Buyukfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Buyukfırat da var. Bunu araşdırmaq artıq bizim səlahiyyətimiz və imkanlarımız daxilində deyil. Qoy müvafiq orqanlar məsələyə aydınlıq gətirsin.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-07-2023, 16:20

Vilayət Eyvazov məşhur polkovniki işdən çıxardı - ƏMR

Gündəm / Cəmiyyət

7-07-2023, 13:06

"Cənab Vilayət Eyvazov, ümidimiz Sizədir" - qazilər pulunu ala bilmir

Gündəm / Cəmiyyət

12-06-2023, 10:10

Vilayət Eyvazov DYP rəisini vəzifəsindən azad etdi - Yeni təyinat

Gündəm / Cəmiyyət

25-06-2023, 10:23

Vilayət Eyvazov rəisi vəzifədən azad etdi - Yeni təyinat

Gündəm / Siyasət

2-06-2023, 11:32

İlham Əliyev italiyalı həmkarını təbrik etdi

Cəmiyyət

15-08-2023, 18:39

Vilayət Eyvazovdan YENİ TƏYİNAT - ƏMR

Gündəm / Araşdırma

6-06-2023, 17:20

Vilayət Eyvazov 3 rayona rəis TƏYİN ETDİ

Gündəm / Araşdırma

9-08-2023, 13:34

Dövlətin nə qanunun sayırlar, nə vergisin... - İTTİHAM VAR!

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə