• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İqbal Məmmədovun yalanı üzə çıxdı - VİDEO

Gündəm / Araşdırma

18-08-2023, 20:57

İqbal Məmmədovun yalanı üzə çıxdı - VİDEO

Milli Məclisin deputatı İqbal Məmmədovun “Lerik broyler”lə bağlı yalanı üzə çıxıb.

Lerik rayonunun Piran kəndində yerləşən “Lerik broyler”də kəsilən toyuqların qanının çaya axıdılması narazılığa səbəb olub. Sosial şəbəkələrdə bildirilib ki, bu, təbiətə düşmən kəsilməkdir. Sadə vətəndaş etsəydi, məsələ heç ictimailəşməmiş cəza tədbiri görülərdi. Bunu hansısa məmura, deputata yaxın şəxs edəndə isə yüngül cərimə ilə “canını qurtarır”.

Bu broyler şirkətində də eyni hal yaşanıb. Üstəlik İqbal Məmmədov mətbuata açıqlama verərək iddiaların həqiqəti əsk etdirmədiyini bildirib. Həmişəki kimi… Mövqeyə diqqət edək:

“Bir neçə gündür ki, sosial şəbəkələrdə və saytlarda mənim və iş adamı olan qardaşım haqqında həqiqəti əks etdirməyən, yalan məlumatlar yayılmaqdadır. Çox təəssüf edirəm ki, bu xəbərləri tirajlayan mətbuat işçiləri istehsal prosesini görmədən, nə vaxtsa orada işləmiş, işində dələduzluq etmiş və işdən qovulmuş insanların paylaşımına istinad edərək iş adamının işgüzar fəaliyyətinə xələl gətirən yazılar dərc etməklə ictimaiyyəti çaşdırmağa çalışırlar. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, Lerik rayonunda 200 nəfərə qədər işçisi olan, illik 5000 ton istehsal gücü ilə tanınan, ən müasir istehsal modelləri ilə təmin olunmuş quş əti istehsal edən “Lerik Broyler” MMC fəaliyyət göstərir. Bu da Lerik rayonunda özəl olaraq dövlət dəstəyi ilə inşa olunmuş yeganə böyük müəssisədir. Müəssisənin inşasından bu günə kimi bütün fəaliyətini dərindən bilən şəxs olaraq reallığı sizə bildirməyi özümə borc bilirəm və bu günə kimi bütün mətbuata istehsal prosesini canlı olaraq görməkdən ötrü qardaşım Çingiz Məmmədovun adından hər birinizi müəssisəyə dəvət edirəm. Şəkildəndə görunür ki, 10 il qabaq çəkilmiş bu feyk videoda axıdılan su, kol-kos olmayan və qırmızı rənglə montaj olunmuş bir səhnədir. Real şəkil isə 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən növbəti yoxlama zamanı çəkilmiş qrunt sularının borulardan axan şəklidir. Yazılanların əksinə olaraq bildirmək istəyirəm ki, Toyuq kəsimi zavodunun bütün bölümlərində əmələ gələn tullantılar atqı hovuzuna axıdılır və buradan da xüsusi pompalar vasitəsi ilə Ekologiyanı qorumaqdan ötrü, Azərbaycanda ilk olaraq “Lerik Broyler” MMC tərəfindən idxal olunmuş ən yeni texnologiya ilə quraşdırılmış Rendrinq sexinə ötürülür. “Lerik Broyler” MMC-yə məxsus Kəsim zavodunun istehsalat prosesində yaranan qan, qan vannasından xüsusi pompa vasitəsi ilə paslanmaz çənə yığılır. Yığılmış qan, xüsusi pompalar vasitəsi ilə rendrinq sexinin bişirmə qazanına ötürülür. Kəsim zavodunun tullantıları (toyuq başı, ayağı, tükü, içalatı və istifadə edilmiş su) xüsusi pompa vasitəsilə rendring sexinin separatorundan keçirilərək xüsusi rezervuara (70 ton tutumu olan bunkerə), oradan isə helezonlar vasitəsi ilə bişirmə qazanına ötürülür (5 ton tutumlu). Rendring sexinin bişirmə qazanında yüksək təzyiq (6 bar) və temperatur (860 dərəcə) altında tullantılar və qan qarışdırılıb bişirilərək un halına gətirilir. Kəsim zamanı istifadə olunmuş su və orqanik maddələrin tərkibində olan su yüksək temperatur nəticəsində buxarlanır. Hazır olunmuş un məhsulu öncə qarışdırıcı bunkerə, sonra helezon vasitəsilə metal detektordan keçirilir və sonra pres qurğusuna ötürülür. Müasir texnologiyalar əsasında istehsal prosesindən keçərək alınmış məhsul xüsusi presdə sıxılaraq yağı çıxarılır və sonda toyuq yağı və toyuq unu əldə olunur. Yağdan ayrılmış un helezon vasitəsilə soyuducuya ötürülür. Soyuducuda tempetatur aşağı salınandan sonra helezon vasitəsilə qırıcı-dəyirmana ötürülür. Qırıcı-Dəyirmandan keçmiş un helezon vasitəsilə torbalama bunkerinə ötürülür. Torbalanmış un və əldə edilmiş yağ, balıq yemi istehsalında yüksək proteinli məhsul kimi istifadə olunur. Bişirmə prosesindən yaranan buxar, əmələ gələ biləcək iy və qoxunun qarşısının alınması üçün xüsusi kompressorlar vasitəsilə çox pilləli atsorbentlərdən keçirilir. İstehsalda istifadə olunan buxar ilk öncə siklon tankından keçir, oradan isə 2 ədəd soyuducu kondisionerdən və atsorbenlərdən keçirilir. Bu proses vasitəsilə buxardan alınmış suyun içində olan qoxu neytralaşdırılır. Su borusu vasitəsilə 3 ədəd çökdürücü şambodan keçir. Kəsim sexinin yerləşdiyi ərazi, kəndin qalan ərazisi nisbətində çökəkdə yerləşdiyindən, kənd ərazisində olan bütün qrunt sular, süni kanallar və dərələrdə olan sular Kəsim sexinin ərazisi istiqamətində hərəkət etdiyindən, ərazini qorumaq məqsədilə kəsim sexinin ətrafında drenaj sistemi quraşdırılıb. Drenaj sistemi vasitəsilə kənd ərazisində olan və kəsim sexi istiqamətində toplanan qrunt sular, kanallar və dərələrdən yığılıb gələn sular boru vasitəsilə çaya yönləndirilir. Bildirmək istəyirik ki, sözü gedən borudan çıxan suyun həmin müəssisənin Kəsim sexinin istehsalatına heç bir aidiyyəti yoxdur. Bütün bunları yazmaqda əsas məqsədimiz Lerikdə yerləşən Toyuq kəsimi zavodunun Ekologiyamıza heç bir mənfi təsirinin olmamasını izah etməkdən ibarətdir. Ekologiyamızı qorumaq hər birimizin borucudur”.

Deputatın sözlərindən belə məlum olur ki, müəssisədə heç bir nöqsan aşkarlanmayıb. İndi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun mətbuata açıqlaması ilə tanış olaq: “Lerik rayonunun Piran kəndi ərazisində fəaliyyət göstərən “Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı “Lerik Broyler” MMC-nin fəaliyyəti ilə əlaqədar bir sıra çatışmazlıqlar və nöqsanlar aşkar edilərək aktlaşdırılıb. Hazırda araşdırma materialları aidiyyəti dövlət orqanları ilə birlikdə təhlil edilir və təhlillərin nəticəsindən asılı olaraq “Lerik Broyler” MMC barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

Avqustun 1-də məlumat vermişdik ki, “Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb. MMC-yə müvafiq qurum tərəfindən yazılan protokol İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. İş Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun icraatında olub.

Bu faktlar kifayət etdimi deputatın dediklərinin həqiqətəuyğun olmadığını üzə çıxarsın. Bu ilk belə hal deyil.

Xatırlayırsınızsa, İqbal Məmmədov 2019-cu ildə də “Relax” istirahət mərkəzində baş verən hadisədə, hətta videokadrlar ola-ola deyirdi ki, yalandır, oğlu vergi xidmətinin işçilərini döyməyib.

Sonradan oğlu Mirhəmid Nərimanlı və digərləri saxlanıldı, müvafiq tədbir görüldü.

“Bir deputata bizneslə məşğul olmaq qadağandır” kimi müzakirələri isə açmaq niyyətində deyilik. Çünki bununla bağlı kifayət qədər etiraz, irad bildirilib, amma nəticə yoxdur. Burada isə söhbət bir deputatın həqiqəti deməyə meyilli olmamasındadır. Axı siz həm də seçiciləri təmsil edirsiniz. Açığı bilmirik, onlar İqbal Məmmədova inanır, ya yox…Pravda.az

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

15-08-2023, 17:01

Nazirlik deputatın şirkəti ilə BACARA BİLƏCƏKMİ?.. - Hələliksə sakinlər deyir ki...

Gündəm / Cəmiyyət

23-06-2023, 13:13

Neftçalada nə baş verib? - Açıqlama

Gündəm / Siyasət

2-06-2023, 17:20

İqbal Məmmədov fotolarla şantaj edildiklərini təsdiqlədi

Araşdırma

26-07-2023, 08:30

Lerik sakini ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

Gündəm / Hadisə

6-07-2023, 17:22

Deputatın şirkəti 9,3 milyon vergi ödəməlidir - “Kaspi-Yıldız” borc içində batır

Gündəm / Cəmiyyət

9-08-2023, 15:25

`Səba Broyler` millətin QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?

Gündəm / Hadisə

24-06-2023, 11:12

Lerikdə Şəhid anasını dinləyən yoxdur... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

20-07-2023, 08:42

Başçı sarıdan bəxti gətirməyən Lerik - GİLEY

Cəmiyyət

23-06-2023, 08:02

Lerikdə bələdiyyə dələduzluq edir... - 6 sot torpaq sahəsi almaq üçün 2300 man pul verdi, amma…

Gündəm / Cəmiyyət

14-07-2023, 17:38

Nazirlik deputatın İstirahət Mərkəzindən 1.2 hektar torpaq tələb edir (RƏSMİ)

Gündəm / Cəmiyyət

10-08-2023, 18:34

Müstəqim Məmmədovdan şəhid ailəsinə hörmətsizlik - VİDEO

Araşdırma

24-07-2023, 09:27

Lerik meşələrini BU ADAM QIRIR... - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Cəmiyyət

8-07-2023, 11:16

Ağlamalı günə qalan LERİK... - BU NƏDİ BELƏ?

Araşdırma
Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz obyekt tikintilərinə icra başçısı icazə verir?-Video
12 saylı Ərzai Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubova ağır İTTİHAMLAR - Bəylər Əyyubovun vergidəki qardaşı oğludur
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır
“Baku Electronics”dən “qızıl zəmanət” oyunu-Video
SON DƏQİQƏ! SPARK MMC-yə məxsus avto pompa ilə bağlı hadisə üzrə cinayət işi açıldı
Kəmaləddin Qafarovun şirkəti 103 milyon manatlıq tender qazanıb?
Hadisə
24-12-2025, 19:03
Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı
23-12-2025, 12:19
Küçədən qadın meyiti tapıldı
17-12-2025, 17:35
Gəncədə 1 nömrəli orta məktəbdə olay: 4 sinif şagirdinə qayçı ilə xəsarət yetirlib
9-12-2025, 16:52
“Jasmin Park”da faciə: Usta 5 mərtəbədən yığılıb ö*dü
20-11-2025, 11:19
Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
20-11-2025, 11:16
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Son xəbərlər
  • Bugün, 18:06
    Ötən ay təyin edilən icra başçısı - İşdən çıxarıldı
  • Bugün, 17:52
    Taksi sürmək istəyənlərin nəzərinə! - Vaxt bitir
  • Bugün, 17:29
    Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz obyekt tikintilərinə icra başçısı icazə verir?-Video
  • Bugün, 17:05
    İranlı güləşçi Azərbaycan yığmasında çıxış üçün - 22 min dollar alacaq?
  • Bugün, 16:22
    Trampla görüşdə bunu istəyəcək
  • Bugün, 15:45
    Vətəndaş Yasamal RİH-i ittiham etdi: “Yardım bir qism adama verilir” – Foto
  • Bugün, 15:18
    12 saylı Ərzai Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubova ağır İTTİHAMLAR - Bəylər Əyyubovun vergidəki qardaşı oğludur
  • Bugün, 14:36
    Masazırda ağaclar məhv edilərək binanın 1 mərtəbəsində obyekt açılır-Video
  • Bugün, 12:57
    Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub
  • Bugün, 12:46
    Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır
  • Bugün, 12:16
    Alıb içdiyimizin suyun mənşəyi - Sadəcə krant suyu imiş.. İDDİA/VİDEO
  • Bugün, 11:25
    Əli Şəfiyevə Qaradağ rayonunda hansı vəzifəli şəxs qanunsuz daş karxanası işlətməsinə icazə verib? -Videofakt
  • Bugün, 10:48
    “Baku Electronics”dən “qızıl zəmanət” oyunu-Video
  • Bugün, 10:18
    Vüqar Ələkbərov əməliyyat etdi: Məşhur müğənninin bədəni çürüyür….-Foto
  • Bugün, 09:44
    “AZZA” tortundan zəhərlənmə olub?
  • 27-12-2025, 16:27
    HƏMİŞƏ SUDAN QURU ÇIXAN QASIM QASIMOV KİMDİR?
  • 27-12-2025, 16:04
    Yeni Günəşli qəsəbəsində illərdir nəzarətsiz qalan qeyri-yaşayış obyekti - VİDEO
  • 27-12-2025, 15:32
    GÖMRÜK KOMİTƏSİNİN SÖZÇÜSÜ NATİQ AXUNDOV SÖZDƏN QAÇIR.
  • 27-12-2025, 14:55
    SON DƏQİQƏ! SPARK MMC-yə məxsus avto pompa ilə bağlı hadisə üzrə cinayət işi açıldı
  • 27-12-2025, 13:19
    Moskvada sarı xəbərdarlıq elan edildi
  • 27-12-2025, 12:24
    Yeni başçı müavinini işdən çıxardı
  • 27-12-2025, 11:58
    Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər
  • 27-12-2025, 11:17
    “Kristal”ın “Park Yasamal” layihəsindən mənzil alan vətəndaş evinə buraxılmır
  • 27-12-2025, 10:50
    `Karqo Şamil`lə bağlı ŞOK FAKT: SƏN DEMƏ... - O DA HƏBS OLUNACAQ?
  • 27-12-2025, 10:14
    “SOCAR Petroleum”da 1,2 milyardlıq müəmma: Abdulla Tağıyev Londondadır
  • 26-12-2025, 18:01
    Binəqədi rayonunda layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib? -Video
  • 26-12-2025, 16:41
    Neftçala sakini saxta orderlə aldadıldığını iddia edir – 500 manatlıq dələduzluq faktı
  • 26-12-2025, 16:08
    Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası
  • 26-12-2025, 15:38
    Kəmaləddin Qafarovun şirkəti 103 milyon manatlıq tender qazanıb?
  • 26-12-2025, 14:56
    “İstanbul Klinika”da qanunsuz tibb fəaliyyət göstərilib
  • 26-12-2025, 14:35
    Sabunçu rayonunda qanunszu tikintiyə hansı məmur icazə verib?
  • 26-12-2025, 12:43
    “Duman” restoranında təhlükəli vəziyyət-Videofakt ][url=h
  • 26-12-2025, 12:01
    “AYNA-nın ödənişli parklanması hüquqi boşluqlardan biridir”
  • 26-12-2025, 11:16
    Həbsdəki eks-icra başçılarından yalnız - Biri amnistiyaya düşür
  • 26-12-2025, 10:29
    “Halal Dad”ın kolbasalarında zərərli qida əlavələri aşkarlandı – Foto
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə