• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib

Gündəm / Siyasət

28-10-2023, 17:58

Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib


Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.

1.2. Bu Qaydaların məqsədi valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası üzrə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, baxımsız və sosial təhlükəli vəziyyətdə olan şəxslərin hüquqlarının müdafiəsidir.

1.3. Valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası üzrə tədbirlər həyata keçirilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının, bu Qaydaların və digər normativ hüquqi aktların tələbləri rəhbər tutulur.

1.4. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.4.1. repatriasiya – valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasına (bundan sonra – ölkə) gətirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin məcmusu;

1.4.2. repatriant – valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan və repatriasiya edilməsi nəzərdə tutulan yetkinlik yaşına çatmayan şəxs;

1.4.3. reabilitasiya – repatriantın itirilmiş sosial əlaqələrinin bərpası, çatışmazlıqların korreksiyası üçün həyata keçirilən tibbi, sosial və psixoloji tədbirlərin məcmusu.

1.5. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

1.6. Repatriantın repatriasiyası və reabilitasiyası, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

1.7. Repatriantların repatriasiyası və reabilitasiyası üzrə tədbirlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu Qaydaların 1.6-cı bəndində qeyd edilən dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrup (bundan sonra – İşçi qrup) yaradılır.

1.8. Bu Qaydalarda nəzərdə tutulan reabilitasiya tədbirləri readmissiya sazişləri əsasında Azərbaycan Respublikasına qaytarılan çətin həyat şəraitində yaşayan yetkinlik yaşına çatmayan şəxslərə də şamil edilir.

2. Repatriantın repatriasiyası üzrə tədbirlər

2.1. Repatriantın aşkarlanması istiqamətində tədbirlər daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

2.2. Repatriantın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilməsi və repatriantın şəxsiyyətinin müəyyən edilməsi üçün dezoksiribonuklein turşusu (bundan sonra – DNT) analizinin aparılması Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilir.

2.3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi repatriantın Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı onun aşkar edildiyi xarici ölkənin səlahiyyətli orqanları (qurumları) ilə danışıqlar aparır.

2.4. Repatriasiya repatriantın həyat və sağlamlığı üçün təhlükəli olduğu hallarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi repatriasiya prosesini həmin təhlükə aradan qalxanadək dayandırır, repatriantın hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində onun olduğu xarici ölkənin müvafiq dövlət orqanı (qurumu) ilə əlaqələndirilmiş şəkildə zəruri tədbirlər görür.

2.5. Repatriasiya prosesinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra repatriantın ölkəyə gətirilməsi məqsədilə bu Qaydalarla müəyyən edilmiş tədbirlər davam etdirilir.

2.6. Repatriant barədə aşağıdakı məlumatlar və sənədlər (hər hansı biri olmadıqda, bu barədə qeyd əlavə edilməklə) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilir:

2.6.1. repatriant haqqında məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, fotoşəkli);

2.6.2. repatriantın doğum faktını təsdiq edən sənəd;

2.6.3. aşkarolunma şəraiti və yeri barədə məlumat;

2.6.4. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair sənəd;

2.6.5. valideynləri və ya digər qanuni nümayəndələri (olduqda) və ya valideyn himayəsindən məhrum olma səbəbləri haqqında məlumat;

2.6.6. sağlamlıq vəziyyəti barədə məlumat.

2.7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Qaydaların 2.6-cı bəndində qeyd olunmuş məlumatlar və sənədlər əsasında repatriantın şəxsiyyəti, ailə üzvləri, qohumluq əlaqələri, həmin şəxslərin yaşayış ünvanları və əlaqə vasitələrinin müəyyən edilməsi məqsədilə ilkin araşdırma aparır və bu barədə məlumatları repatriantın Azərbaycan Respublikasında yaşayan valideyninin qeydiyyatda olduğu ərazi üzrə, repatriantın Azərbaycan Respublikasında yaşayan valideyni olmadıqda, Azərbaycan Respublikasında yaşayan digər ailə üzvlərinin və ya qohumlarının qeydiyyatda olduqları ərazi üzrə qəyyumluq və himayə orqanına, bu barədə də məlumat olmadıqda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi ərazi (rəsmi ünvanı) üzrə qəyyumluq və himayə orqanına (bundan sonra – qəyyumluq və himayə orqanı) təqdim edir.

2.8. Bu Qaydaların 2.6-cı bəndində qeyd olunmuş məlumatlar və sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də təqdim edilir.

2.9. Qəyyumluq və himayə orqanı valideyn himayəsindən məhrum olan repatriant haqqında təqdim olunmuş sənədləri və məlumatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edir.

2.10. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi repatriantın olduğu xarici ölkənin müvafiq səlahiyyətli orqanı (qurumu) ilə birlikdə repatriantın ölkəyə gətirilmə tarixini müəyyən edir.

2.11. İşçi qrup repatriantın ölkəyə gətirilməsi üçün müəyyən edilmiş tarixdən 5 (beş) gün əvvəl iclas keçirir. İclasda repatriantın repatriasiyası və reabilitasiyası ilə bağlı İşçi qrupun tərkibinə daxil olan dövlət orqanları (qurumları) tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan məsələlər müzakirə edilir.

2.12. Repatriantın ölkəyə gətirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, İşçi qrupun aidiyyəti üzvlərindən ibarət heyətin xarici ölkəyə ezam olunması yolu ilə həyata keçirilir. Heyətin tərkibində 1 (bir) nəfər psixoloq olmalıdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi repatriantın sərhədkeçmə sənədinin rəsmiləşdirilməsini, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqəsinə qədər gətirilməsini və təşkilati məsələlərin müvafiq xarici dövlətin səlahiyyətli orqanları (qurumları) ilə razılaşdırılmasını bu Qaydaların 1.6-cı bəndində qeyd edilən dövlət orqanları (qurumları) ilə birlikdə təşkil edir.

2.13. Ölkəyə gətirilən repatriantın dövlət sərhədindən buraxılış məntəqələrində qarşılanması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, İşçi qrupun aidiyyəti üzvlərindən ibarət heyətin iştirakı ilə həyata keçirilir.

2.14. Repatriantın ölkəyə gətirilməsi üçün nəzərdə tutulan təşkilati, nəqliyyat, səhiyyə (DNT analizi daxil olmaqla) və digər xərclərin, o cümlədən repatriantın doğum faktının müəyyən edilməsi ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir. Bu xərclər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi müvafiq hesablamalar əsasında, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məqsədli şəkildə ayrılır.

2.15. Sağlamlıq vəziyyətinə görə repatriasiya prosesində həkim nəzarəti tələb edilən repatriantın ölkəyə gətirilməsi təcili və təxirəsalınmaz tibbi yardım həkiminin iştirakı ilə həyata keçirilir. Repatriasiya prosesində tibb işçilərinin iştirakı və repatriantın sağlamlıq vəziyyəti xüsusi tibbi avadanlıqlar tələb etdikdə, həmin avadanlıqlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən təmin edilir.

3. Repatriantın reabilitasiyası üzrə tədbirlər

3.1. Repatriant ölkəyə gətirildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı əsasında müvəqqəti olaraq müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilir və onun reabilitasiyası 2 (iki) ay müddətində təşkil edilir. Repatriantın sosial xidmət müəssisələrinə qəbulu və ona xidmət göstərilməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.4-cü maddəsinə, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

3.2. Repatriant üçün fərdi plan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İşçi qrupla razılaşdırılmaqla hazırlanır və həyata keçirilir.

3.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçiləri tərəfindən reabilitasiya müddətinin sonunda yekun qiymətləndirmə hesabatı tərtib edilərək İşçi qrupa təqdim edilir.

3.4. Reabilitasiya mərhələsində olan və ya reabilitasiyadan keçmiş repatriantın mənafeyinə uyğun şəkildə valideyninə və ya onu əvəz edən şəxsə qaytarılması istiqamətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qəyyumluq və himayə orqanı ilə birgə tədbirlər həyata keçirir.

3.5. Repatriantın valideyninə və ya onu əvəz edən şəxsə qaytarılması həyat və sağlamlığı üçün birbaşa təhlükə yaratdığı hallarda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş tədbirlər həyata keçirilir.

3.6. Valideyn himayəsindən məhrum olan repatriant Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı əsasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116-cı maddəsinə uyğun yerləşdirilir.

3.7. Repatriant valideyninə və ya onu əvəz edən şəxsə qaytarıldıqdan və ya bu Qaydaların 3.6-cı bəndinə əsasən yerləşdirildikdən sonra həmin repatrianta münasibətdə sosial-psixoloji reabilitasiya işi bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan plan əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq yerli qurumlarının mütəxəssisləri və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssisləri ilə birgə davam etdirilir.

3.8. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, repatriantın yaşadığı yer üzrə təhsilə cəlb edilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təmin edilir.

4. Monitorinqlərin və nəzarət tədbirlərinin keçirilməsi

4.1. Repatriant qəyyumluq və ya himayəyə verildiyi halda, qəyyumluq və himayə orqanı repatriantın qəyyumluğa və ya himayəyə verildiyi andan həmin il hər rüb, növbəti illərdə 18 yaşına çatanadək ildə 2 (iki) dəfə olmaqla onun saxlanılması, tərbiyəsi, eləcə də əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər aparır.

4.2. Hər monitorinqdən sonra hesabat hazırlanır və hesabatın bir nüsxəsi repatriantın hüquqlarının və qanuni mənafelərinin qorunmasına səmərəli nəzarətin təşkili məqsədilə İşçi qrupa təqdim edilir.

4.3. Monitorinq nəticəsində repatriantın hüquqlarını və qanuni mənafelərini pozan, onun tərbiyəsinə, fiziki və psixi vəziyyətinə mənfi təsir göstərən hallar aşkar edildikdə, qəyyumluq və himayə orqanı bu barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verir və Azərbaycan Respublikasının mülki və ailə qanunvericiliyinin tələblərinə əsasən qəyyumluğa və himayəçiliyə xitam verilməsi, uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsi ilə bağlı dərhal Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verir.

4.4. Repatriant övladlığa götürüldüyü hallarda monitorinqlər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na, himayədar ailəyə verildiyi hallarda isə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

4.5. Repatriant valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisələrinə yerləşdirildiyi hallarda monitorinqlər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun həyata keçirilir.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

20-09-2023, 15:55

Bu idarə ləğv olundu - FƏRMAN

Gündəm / Siyasət

8-06-2023, 08:45

Naxçıvanda dövlət proqramları ləğv edildi

Gündəm / Siyasət

25-10-2023, 15:19

Prezidentdən nəqliyyat sıxlığının azaldılması məqsədilə - Sərəncam

Gündəm / Cəmiyyət

1-10-2023, 10:02

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

Gündəm / Siyasət

3-06-2023, 13:19

Prezident İsraillə bağlı olan sazişi təsdiqlədi

Gündəm / Siyasət

17-07-2023, 13:59

Prezidentdən Ukraynaya humanitar yardımın göstərilməsi üçün 7,6 milyon dollarlıq SƏRƏNCAM

---

3-10-2023, 18:12

İlham Əliyev yol tikintisinə 15,8 milyon ayırdı

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə