• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Qırmızı bayraq” elanı və İrəvanın Qarabağda “Kosovo variantı” arzusu – Yeni ssenari işə düşüb

Gündəm / Cəmiyyət

4-11-2023, 08:41

“Qırmızı bayraq” elanı və İrəvanın Qarabağda “Kosovo variantı” arzusu – Yeni ssenari işə düşüb

Lemkin İnstitutu Azərbaycanla bağlı absurd iddia ilə çıxış edib. “Soyqırım” terminini siyasi ədəbiyyata gətirən Polşa əsilli yəhudi hüquqşünas Rafael Lemkinin adı ilə yaradılmış “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu” Azərbaycana növbəti dəfə “qırmızı bayraq” xəbərdarlığı verib. Qurumun məlumatında qeyd olunub ki, Azərbaycan yaxın günlərdə və ya həftələrdə Ermənistana hücum edəcək, ölkənin cənubunu tutacaq.

Buna görə təşkilat beynəlxalq təşkilatları və dövlətləri Azərbaycana təzyiq göstərməyə, Ermənistanda, Qarabağda ermənilərin varlığını gücləndirmək üçün səyləri artırmağa çağırıb.

Sözügedən İnstitutun Ermənistanla, eləcə də xaricdəki erməni diasporu ilə əlaqələri, Azərbaycana münasibətdə qeyri-obyektiv olduğu məlumdur. Lakin ekspertlər Lemkin İnstitutunun bu məlumatı sıradan ortaya atılmadığı qənaətindədirlər. Belə ki, ötən ilin sentyabr döyüşlərindən, yəni Ermənistanın sərhəddəki təxribatından əvvəl də Lemkin İnstitutu “qırmızı bayraq” xəbərdarlığı etmişdi. Ekspertlər qeyd edirlər ki, bundan sonra ssenariyə uyğun şəkildə sərhəddə təxribat törədildi, Azərbaycan məcburi cavab tədbirləri həyata keçirdi. Bununla Ermənistan Azərbaycana qarşı təzyiqlərə çağırış etdi və müəyyən siyasi nəticələr əldə edə bildi. Ona görə də, gözlənilir ki, Ermənistan sərhəddə növbəti təxribata hazırlaşır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Lemkin İnstitutu erməni diasporası ilə işləyən, ümumiyyətlə ermənilərin qurumudur:

- Lemkin İnstitutu 44 günlük müharibədə də, ondan əvvəl də, sonra da ancaq ermənilərin marağına xidmət edib. İnstitutun mütəmadi olaraq Azərbaycanı şantaj edib, əməkdaşları da əsasən ermənilərdən və ruslardan ibarətdir. Ona görə də belə məlumat yayaması təbiidir. Qərbin müəyyən dairələri erməni lobbisinin təsiri ilə Azərbaycanı “etnik təmizləmə” aparan ölkə, aqressiv dövlət kimi göstərməyə çalışır ki, Lemkin İnstitutu kimi QHT-lər də bu siyasətdə alət rolunu oynayırlar.

Lemkin İnstitutunun bu məlumatı ilə bağlı ABŞ Dövlət Departamentinin mətbuat katibinə sual ünvanlanıb. Dövlət Departamentinin nümayəndəsi isə bildirir ki, ABŞ Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, bundan sonra da dəstəkləyəcək. Bunu erməni mediası elə işıqlandırır ki, sanki Dövlət Departamenti ermənilərin xeyirinə ayrıca bəyanat verib. Yəni demək istəyirəm ki, Lemkin İnstitutunun bu məlumatları əsasında informasiya manipulyasiyası aparırlar.

Bunların məqsədləri odur ki, Azərbaycana qarşı təzyiqlər artsın, bəlkə Qarabağda “Kosovo variantı” edə bilsinlər. Fikirləşirlər ki, Rusiya sülhməramlıları bölgədən gedir, BMT-nin təhriki ilə bölgəyə beynəlxalq missiya daxil olacaq, ardınca beynəlxalq hərbi kontingent daxil olur və s.

- Bu, mümkündürmü?

- Əlbəttə, mümkün deyil. Buna Azərbaycan icazə verməyəcək. Arzuları budur ki, beynəlxalq aləm Azərbaycanı məcbur edəcəklər ki, bu varianta razı olsun. Baxın, “Azadlıq” radiosunda Qarabağdan getmiş erməni sakinləri ilə mütəmadi şəkildə müsahibələr edirlər, onların geri qayıtmalarını soruşurlar. Ermənilər də bildirirlər ki, rus sülhməramlılarına inanmırlar, güvənmirlər. Ardınca bildirirlər: “Avropa sülhməramlıları Qarabağda olsa, bölgəyə qayıdarlar”. Belə bir ssenari işə salıblar. Dəqiq deyirəm, Ağdərədən gedən erməni heç Avropanın harada olduğunu bilmir. Demək ki, bu insanlar əvvəldən təlimatlandırılıblar ki, belə danışsınlar.

Yenə deyirəm, bu, Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsindən başqa bir şey deyil. Əlbəttə, rəsmi Bakının buna qarşı cavabı olmalıdır.

- Söhbət hansı formada cavabdan gedir?

- Əslində cavab da verilir, bu iddialar Bakıdan təkzib olunur. Söhbət diplomatik formada cavabdan gedir. Eyni zamanda, bu təzyiqlərin Azərbaycana ciddi təsirlərinin olacağını düşünmürəm. Biz öz işimizi görməliyik. Sülh sazişi istiqamətində diplomatik təmaslar artırılmalıdır.

- İndi danışıqlar faktiki olaraq donmuş vəziyyətdədir. Bu halda sülh sazişinin perspektivi varmı?

- Məndə olan məlumatlara görə və təhlillərimizə əsasən deyə bilərəm ki, ilin sonunadək sülh sazişi imzalanmasa da, hansısa ilkin çərçivə sazişi imzalana bilər. Gələn ilin ilk altı ayı ərzində isə sülh müqaviləsinin imzalanması mümkündür.

Ümumiyyətlə, məsələnin uzanması bizim xeyirimizə deyil. Nə tələsik sülh sazişinə ehtiyac var, nə də gecikmək lazımdır. Tələsik sülh sazişinə o mənada ehtiyac yoxdur ki, Azərbaycanın maraqlarına uyğun olmayan hansısa şərtlər müqavilədə əksini tapmamalıdır. Amma məsələ uzandıqca, Bakıya yanaşmalar da dəyişir. Lemkin İnstitutu tipli beynəlxalq təşkilatlar anti-Azərbaycan təbliğatı aparacaqlar, bəzi ölkələr təzyiqlərini artıracaqlar.

- Ermənilər Qarabağa qayıtmaq istəmirlərsə, Qərb dairələrinə nə düşüb ki, onların qayıdışı barədə ajiotaj yaradırlar?

- Bu gün Cənubi Qafqaz uğrunda savaş gedir. Beynəlxalq güclər regionda təsiri ələ almaq uğrunda mübarizə aparırlar. Bölgədə kiçik də olsa, gərginlik ocağı qaldıqca, beynəlxalq güclərin təsir etmək, nüfuz etmək imkanları da qalır. Baxın, Fransa kimi böyük dövlət Qafanda konsulluq açmaq istəyir. Eləcə də, Rusiya artıq konsulluq açır. Ermənistan xırda dövlətdir, nəinki konsulluğa, heç bəlkə səfirliyə də ehtiyac yoxdur. Qərb, xüsusilə, Fransa Ermənistanda Rusiyanı əvəzləmək istəyir. Amma buna nail ola bilməyəcək. Çünki Rusiya Ermənistandan çəkilib gedəsi deyil.

- Lemkin İnstitutu keçən il də “qırmızı bayraq” elan etmişdi, sonra sərhəddə Ermənistan təxribat törətdi. Ola bilərmi ki, Ermənistan bu dəfə də sərhəddə növbəti dəfə təxribat törətsin?

- Ola bilər ki, Azərbaycanı günahlandırmaq, sülh prosesini uzatmaq üçün hansısa təxribatlara əl atsınlar. Fransanın Ermənistanı silahlandırması faktı da mövcuddur. Amma Ermənistanın öz istəyi ilə təxribat törədəcəyi az ehtimal edilir. Çünki Ermənistanın Azərbaycana qarşı təxribatına sərt cavab veriləcəyini İrəvanda yaxşı anlayırlar. Onu da anlayırlar ki, təxribata cavab veriləcəyi təqdirdə Azərbaycana qarşı qınaq olsa da, ciddi nəticəsi olmayacaq. Təxribat olacaqsa, cavab veriləcək, amma Ermənistan ərazisinə Azərbaycan Ordusunun girmək niyyəti yoxdur. Azərbaycan işğalçı dövlət deyil. Dəfələrlə ən yüksək səviyyədəı bəyan edilib: Azərbaycan Zəngəzura qayıdacaq, amma top-tüfənglə yox, dinc yolla.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

16-06-2023, 10:43

Laçın postu bağlandı - Bakının şərti məlumdur

Gündəm / İqtisadiyyat

2-06-2023, 10:09

Sentyabrın 1-dən bu məhsulların Rusiyadan idxalına qadağa qoyulacaq

Gündəm / Siyasət

9-06-2023, 13:30

Ərdoğan bu tarixdə Azərbaycana gələcək

Hadisə

30-09-2023, 09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

Siyasət

30-09-2023, 10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

Gündəm / Cəmiyyət

2-08-2023, 16:39

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri BQXK-yə açıq məktub ünvanlayıblar

Siyasət

30-09-2023, 16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

Cəmiyyət

10-10-2023, 15:35

Azərbaycan 8 kəndini də geri alır: Qeyd-şərtsiz... - Başqa cür ola da bilməz...

Gündəm / Siyasət

5-10-2023, 13:00

Ermənistan “rus bataqlığı”ndan çıxa bilmir - Ən azı 2050-ci ilədək...

Siyasət

5-10-2023, 15:16

Tiflis Qranadadadn DAHA YAXINDIR... - ELƏ HƏR MƏNADA...

Gündəm / Dünya

11-10-2023, 12:19

ABŞ və Fransanın Rusiyaya qarşı ERMƏNİSTAN CƏBHƏSİ... - NƏ BAŞ VERİR?

---

28-09-2023, 14:16

Paşinyandan sensasion tapşırıq: Qarabağ, Rusiya, Zəngəzur... - ŞOK DETALLAR

Siyasət

25-07-2023, 17:33

Rusiya-Qərb riyakarlığı: Qarabağda və Ukraynada - ŞƏRH

Araşdırma
“Qurtuluş 93″də tikilən qanunsuz obyektə hansı məmur icazə verib? - Videofakt
Məhkəmə işə gecə yarısı baxır? -Bakı Apellyasiya Məhkəməsi gecə 12-də yazılı icraatda akt çıxarıb (?)
Qarabağdan qənimət kimi ələ keçirilən mal-qaranı FƏDA ABBASOV SATDIRIB! -Şəhid ailəsi ŞOK FAKTLARI AÇIQLAYIR...
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:Dayı-bacıoğlu tandeminə "DUR" deyən olacaqmı?!
Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
Hadisə
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
3-02-2026, 09:34
Göyçayda yaşayış binasında yanğın - Video
26-01-2026, 12:55
“Zirvə” şadlıq sarayında faciə
22-01-2026, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
Son xəbərlər
  • Dün, 18:39
    “Qurtuluş 93″də tikilən qanunsuz obyektə hansı məmur icazə verib? - Videofakt
  • Dün, 18:09
    Mahir Abbaszadə Dadaşovun şirkəti ilə 3.5 milyonluq müqavilə bağladı – Vergi borcu var
  • Dün, 17:35
    Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur...
  • Dün, 17:04
    "Azərlotereya"nın gəlirləri hara gedir? - Dünya təcrübəsi və Azərbaycan reallığı - Araşdırma
  • Dün, 16:28
    İcra başçısının nə marağı var idi ki... CAMAAT ZÜLMƏ SALINIB? - “Vesta Construction” İŞİNDƏ ŞÜBHƏ!
  • Dün, 15:51
    Məhkəmə işə gecə yarısı baxır? -Bakı Apellyasiya Məhkəməsi gecə 12-də yazılı icraatda akt çıxarıb (?)
  • Dün, 15:21
    Prezident İlham Əliyev Almaniyada səfərdədir
  • Dün, 15:10
    MİDA Abşeronda 2.3 milyona uşaq bağçası tikmək istəyirmiş - Qarşısı alındı / SƏBƏBİ...
  • Dün, 14:29
    “Giləzi-Quşçuluq” şirkəti ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
  • Dün, 13:00
    Qarabağdan qənimət kimi ələ keçirilən mal-qaranı FƏDA ABBASOV SATDIRIB! -Şəhid ailəsi ŞOK FAKTLARI AÇIQLAYIR...
  • Dün, 12:30
    Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:Dayı-bacıoğlu tandeminə "DUR" deyən olacaqmı?!
  • Dün, 11:32
    Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”
  • Dün, 10:57
    Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb - Video
  • Dün, 10:26
    Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA
  • Dün, 10:07
    Qusar icra hakimiyyətində xərclər necə idarə olunur?
  • Dün, 09:38
    Nazirin “DOSTU”dur deyə işçiləri təhdid etməlidir…? – VİDEO
  • 12-02-2026, 18:45
    “Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” – Video
  • 12-02-2026, 18:20
    Bu videoları çəkib gizli kameraları reklam edirlər - Hamamda, oyuncaqda, kompüterdə...
  • 12-02-2026, 17:59
    “Patron” tumları almayın! – Zəhərlənə bilərsiniz
  • 12-02-2026, 17:37
    “Qarant İnşaat” layihədən kənar tikinti işləri aparır? - Nəsimi rayonunda dərəbəylik - Videofakt
  • 12-02-2026, 16:54
    Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI
  • 12-02-2026, 16:37
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib
  • 12-02-2026, 16:27
    Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
  • 12-02-2026, 16:15
    Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
  • 12-02-2026, 15:54
    İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
  • 11-02-2026, 18:31
    Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
  • 11-02-2026, 18:05
    Rektor Yusif Yusibova qarşı ağır ittihamlar - İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
  • 11-02-2026, 17:41
    AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
  • 11-02-2026, 16:54
    “Sizin liderliyiniz Cənubi Qafqaz regionunda sülhə mühüm töhfələr vermişdir”
  • 11-02-2026, 16:25
    "İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
  • 11-02-2026, 15:58
    İcra başçısının müavini işdən çıxdı - ƏMR
  • 11-02-2026, 15:19
    Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…
  • 11-02-2026, 14:16
    Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
  • 11-02-2026, 13:55
    Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
  • 11-02-2026, 13:19
    İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə