• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dayanacaq problemi: “Günə 8 manatı necə ödəyək?” - AKTUAL

Gündəm / Cəmiyyət

14-11-2023, 08:54

Dayanacaq problemi: “Günə 8 manatı necə ödəyək?” - AKTUAL

“Maaşımın yarısı parklanmaya gedir. Yeni qanun çıxıb, şəhərin mərkəzində hər 1 saata görə 1 manat parklanma pulu ödəməliyik. Mənim də iş yerim şəhərin mərkəzindədir. İş saatım isə 8 saatdır. Yəni, günə 8 manat parklanmaya ödəniş etməli oluram. Ona görə də işə maşınsız gəlməyə başlamışam. Yoxsa, gündəlik 8 manat parklanmaya ödəsəm, ayda 200 manat xərcim çıxar. Bu, nə vaxta qədər belə davam edəcək? Niyə öz maşınım olduğu halda işə maşınsız gəlməliyəm? Bu hesabı nəyə əsasən tərtib ediblər? Görəsən, bu tarifi müəyyənləşdirəndə insanların iş saatını nəzərə alıblarmı? Əvvəllər maşınım bütün gün parkingdə olurdu. Gün sonunda cəmi 1 manat ödəyib, gedirdim. İndi isə vəziyyət çox pisdir. Heç olmasa, bu cür işləyən insanlara güzəştlər edilsə yaxşı olar”.

Yeni parklanma qaydasından narazı olan Bakı sakini Ramal Vəliyev deyir ki, bu məsələyə tezliklə baxılmalı, problem həll edilməlidir.

Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin parklanmasına görə təyin etdiyi yeni ödəniş qaydalarına əsasən, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Həmçinin ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.

Qərardan məlum olur ki, şəhər mərkəzində işləyən şəxslər günə 7-8 manat parklanma ödənişi etməlidir. Maaşlarının müəyyən qismi parklanmaya xərclənir. Bu isə onları narahat edir. Görəsən, qiymətlər nəyə görə yuxarıdır və bu, nə dərəcədə ədalətlidir?

Mövzu ilə əlaqədar Pressklub.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, gələcəkdə bu qiymətin nəinki azaldılması, hətta artırılması nəzərdə tutulub.

“Azərbaycanda ilk dəfədir parklanma qaydası tətbiq olunur. Şəhər mərkəzində işləyən şəxslərlə bağlı müraciətlər çoxdur. Aidiyyəti qurumlar bu məsələyə baxmalıdır. Tətbiq edilən tarif bir neçə küçəni nəzərdə tutur. Şəhər mərkəzi dediyimiz küçələrin yaxınlığında yeraltı dayanacaqlar var, onlardan istifadə etmək olar. Çıxış yolu kimi aidiyyəti qurumlar aylıq limitsiz 50-100 manatlıq paketlər təklif edir”.

Müsahibimiz deyir ki, insanları ictimai nəqliyyata üstünlük verməyə məcbur edirlər: “Şəhər mərkəzində hamının maşınını saxlaya bilməsi anlayışı yoxdur. Məsələyə beynəlxalq təcrübədən baxırlar. Digər ölkələrdə əhalinin böyük qismi ictimai nəqliyyatdan istifadə edir. İşləyənlərlə bağlı konkret istiqamətlərdə məsələyə baxılmalıdır. Paket şəklində güzəşt oluna bilər, amma bu, hər yerə aid edilə bilməz. Müxtəlif yerlərdə vəziyyətə baxıb, dəyərləndirmək lazımdır”.

Ekspert bildirdi ki, problemin həlli üçün işləyən şəxslərə görə həm ayrıca tarif, həm də parkinq hissəsi yaradılsa, məqsədəuyğun olar: “Çünki bu şəxslərin günə 7-8 manat parkinq pulu ödəməsi ilə yanaşı, onlar həm də parkinq yerini 7-8 saat məşğul etmiş olur. Ona görə də 1-2 saatlıq gələnlər maşını parklamağa yer tapmır. Biri öz hüquqlarını müdafiə edəndə, digərinin hüquqları pozulur. Ona görə də qısamüddətli parklanmalara keçid dövrü başlamalıdır”.

Vətəndaşlara görə, ədalət prinsipindən kənar olan bu qanun tezliklə dəyişdirilməlidir. İnsanlar qazandığı pulun böyük qismini parklanmaya yatırmamaq üçün məhəllələrdə və ya kənar yerlərdə parklanma edir. Bu da çox zaman piyadaları narahat edir, sıxlığa səbəb olur.

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc deyir ki, bu cür hallarda həmin şəxslərə güzəştlər edilməlidir.

“Gün içində parklanmaya 8 manat ödənilməsi insanların büdcəsinə ciddi təsir göstərir. Buna görə də vətəndaşlar binaların həyətində, parklanma üçün münasib olmayan yerlərdə parklanma edirlər. Nəticədə daha çox problem yaranır, sıxlıq artır. Maşın sıxlığı yollardan bina həyətlərinə yönəldilir. Problemin həlli isə ictimai nəqliyyata üstünlük verilməsi və lazımi şəraitin yaradılması, həmçinin yaşayış və iş yerinin yaxınlığında parkinq edən şəxslərə güzəştlərin tətbiq olunmasıdır. Vətəndaş parklanma yerinin 30-50 metrliyində iş yerinin olduğuna dair arayış təqdim edərsə, ona mövcud tariflərdən 50% civarında müəyyən güzəştlər tətbiq etmək mümkündür”.

Həmsöhbətimiz Pressklub.az-a açıqlamasında ictimai nəqliyyata üstünlük verilməsinin vacibliyindən danışıb:

“Parklanma ödənişləri şəhərin mərkəzində avtomobil sıxlığının olmaması üçün tətbiq edilib. Yəni, şəhər mərkəzinə yaxın yerlərdə işləyən şəxslərin avtomobilini həmin ərazilərdə saxlaması orada sıxlığın yaranmasına səbəb ola bilir. Mövcud qərarın məqsədi ictimai nəqliyyatdan istifadəni təşviq etməkdir. Parklanma üçün yüksək məbləğlər təyin olunursa, ictimai nəqliyyat üçün də şərait yaradılmalı, onlara xüsusi yollar ayrılmalıdır. İctimai nəqliyyatda mənzil başına çatma tezliyi daha yüksəkdir. Yəni, onlar üçün müəyyən yollar ayrılıb ki, tıxacdan kənarda hərəkət edə bilsinlər. Bu, təbii ki, işə tələsən insanlara kömək olur. Yəni, öz avtomobili ilə işə gecikərək və əlavə xərc ödəyərək getməkdənsə, ictimai nəqliyyatla gecikmədən getmək daha məqsədəuyğundur. Ümumiyyətlə, parklanma şəraitinin yaxşılaşdırılması yerində olmuş dəyişiklikdir. İlk addımdan bütün tərəflər razı qala bilməz. Problemin yaranması normaldır, sadəcə, onu vaxtında həll etmək lazımdır”.

Ekspertlərin dediyindən belə aydın olur ki, bu qərar və qadağalarla insanların daha çox ictimai nəqliyyata üz tutmasına stimul yaradırlar. Amma insanlar avtomobili olduğu halda ictimai nəqliyyatdan istifadə etməyə məcbur edildiklərinə görə bu qərardan narazıdır. Çünki xərc çəkib, əziyyətlə avtomobil alırlar, amma hər gün işə ictimai nəqliyyatla gəlməli olurlar. Əlbəttə, onlar bu fikirlə razılaşmır. Deyirlər ki, insan öz maşını ilə işə gedib-gələ bilməyəcəksə, o maşın niyə var? Vətəndaşlar tezliklə problemin həllini və ya müəyyən güzəştlərin tətbiq edilməsini istəyir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Pressklub.az saytına açıqlamasında bildirdi ki, qiymət daha ucuz olarsa, sistem işləməyəcək.

“Bu tarifin məqsədi ondadır ki, çəkindirici funksiyası olsun. Yəni, sürücülər avtomobillə səfər etməkdən çəkinsinlər. Çünki maşınlar küçədə o qədər yer tuturdu ki, piyadalar hərəkətdə çətinlik çəkirdilər. İndi isə əskinədir. Bu da küçələrdə hərəkəti nizamlamış olur. Piyadaların hərəkətinə məhdudiyyət aradan qalxır. Küçə parklanması qiyməti formalaşdıqdan sonra tələb yaranıb ki, parklanma üçün əlavə yerlər inşa olunsun. Bütün müasir şəhərlərdə bu sistem işləkdir. Bu layihə 5 il öncədən olmalı idi. Gec də olsa, doğru addım atmışıq. Bu yolla davam edəcəyik. Amma qiymətlərin irəlidə dəyişmə ehtimalı ola bilər. Daha ucuz olduğu halda onun funksionalığı itir”.

Digər ekspertlərin sözlərinə görə, parklanma tarifi xarici praktika, ümumi ərazinin qiymətləndirilməsi, 1 kvadrat metrə düşən avtomobillərin sayı və həmin ərazidə yerləşən müəssisələrin gəlirinə əsasən hesablanır. Amma yenə də, mərkəzdə işləyən şəxslər bu tariflə razılaşmır, sistemin ədalətsiz qurulduğunu iddia edirlər.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, parklanma sisteminin vahid qiymət strategiyası ilə aparılması heç doğru deyil. O, Pressklub.az-a açıqlamasında bu barədə danışıb: “Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, parkinq məsələsi ilə seçilmiş bələdiyyələr məşğul olur. Bu bələdiyyələr növbəti seçkilərdə qələbə qazanmaq üçün vətəndaşların maraqlarını nəzərə alırlar. Bizdə isə vahid tarif sistemi tətbiq olunur. Bu da zənnimcə, doğru deyil. Çünki iş yerlərinin yaxınlığında pulsuz avtodayanacaqlar olmadıqda 8 saat iş rejimində çalışan vətəndaşlar günə 8 manat parkinq ödənişi etməli olurlar. Bu da onlara maddi problem yaradır. 5 günlük iş həftəsini götürsək, hər gün 8 manat ödəsələr, aya 200 manata yaxın vəsait olur. Bu, çox böyük məbləğdir”.

Müsahibimiz bildirdi ki, problemin həlli üçün birdəfəlik ödəniş kartları tətbiq edilməlidir.

“Bir çox ölkələrdə birdəfəlik ödəniş kartları tətbiq olunur. Avtomobil həmişə eyni yerdə dayanırsa, ona ya 1 aylıq, ya 6 aylıq, ya da 1 illik ödəniş kartları tətbiq olunur. Uzunmüddətli alındıqda isə daha ucuz başa gəlir. Yəni, indi saatı 1 manatdırsa, o zaman günü 1 manat olur. Bu yanaşma daha məntiqlidir. Vətəndaşlar üçün də yüngül və rahat olar. Bundan əlavə, şəhər ərazisində istənilən parkinqdən istifadə etmək üçün ayrıca kartlar ola bilər. Bu sistem ilə aidiyyəti dövlət orqanının büdcəsinə yüklü vəsait daxil ola bilər. Yəni, 100 min – 200 min sürücü birdəfəlik 6 aylıq və ya 1 illik kart alacaqlarsa, bu, milyonlarla məbləğin həmin orqanın büdcəsinə daxil olması deməkdir”.

Hamı deyir ki, yeni parklanma qaydasının əsas məqsədi insanları ictimai nəqliyyata təşviq edərək, yollardakı sıxlığı azaltmaqdır. Başqa tərəfdən, insanları ictimai nəqliyyata yönəltməzdən öncə, həmin nəqliyyat problemlərini aradan qaldırmaq lazımdır. Vətəndaşların sözlərinə görə, bunun üçün avtobusların texniki vəziyyəti və təmizliyinə nəzarət gücləndirilməli, marşrut xətti genişləndirilməli, avtobusların və metroların sayı artırılmalı, yollarda bütün avtobuslar üçün xüsusi zolaq çəkilməli, köhnə və kiçik həcmli avtobuslar yenisi ilə əvəz edilməlidir. Bunlar həll edildikdən sonra insanları ictimai nəqliyyata yönəltmə planlarının başladılması daha məqsədəuyğun olar.

Hələlik isə şəhər mərkəzində işləyən və yaşayan şəxslər üçün müəyyən güzəştlərin yaradılmasını gözləməli olacağıq.

Mənbə: Pressklub.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

5-09-2023, 12:38

Naxçıvan səhiyyəsində TOTAL BAHALAŞMA - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

19-08-2023, 06:53

Millətin gələcəyi ilə bazarlıq etməzlər, Ramal Şəmşədli… – Beynəlxalq Təhsil Mərkəzində nələr baş verir..?

Gündəm / İqtisadiyyat

3-11-2023, 15:05

Samir Şərifov: “Dövlətin parkinq və cərimələrdən pul qazanmaq niyyəti yoxdur”

Video

17-06-2023, 19:52

Həll olunmayan uşaqpulu problemi - görünəni odur ki...

Gündəm / Cəmiyyət

12-06-2023, 12:56

345 manat maaş verir, 300 manat cərimə yazır... - AXI NİYƏ?!

Gündəm / Cəmiyyət

6-07-2023, 15:01

NƏ NANO-DAYANACAQ?.. müəllim pul qazanır... - FAKT BUDUR!

Araşdırma

25-08-2023, 14:24

Naxçıvanda sahibkarlardan PULÇIXARMANIN 1001 ÜSULU... - elə deyəsən, bu, 1001-cidir...

Araşdırma

29-09-2023, 13:40

Əmrahovların ipoteka maxinasiyası

Gündəm / Cəmiyyət

4-11-2023, 07:33

Burda əgər müştəri diqqətlı olmasa... - GİLEY

Dünya

6-10-2023, 08:52

Astara sakini ÇARƏSİZ DURUMDA - GİLEY

Gündəm / Araşdırma

21-09-2023, 10:02

`Azpetrol`da gecə yarısı MÖCÜZƏ... - Burası AZƏRBAYCANDIR!

Gündəm / Cəmiyyət

12-10-2023, 20:54

Avtobus yox, metro dolu: ”Bakıda tramvaya ehtiyac var” - AKTUAL

Gündəm / Cəmiyyət

1-08-2023, 11:53

`Sahil-S İnşaat` MTK-nın sakinlərinin dərdi bitmək bilmir... - NARAZILIQ VAR!

Dünya

3-10-2023, 14:40

İpoteka mexanizmi səmərəsizdir - HƏQİQƏTƏN DƏ...

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə