• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ceyhun Abbasovun təsisçisi olduğu şirkət narkotikdən daha betər təhlükəlidir - "BİZ ON" dan necə xilas ola bilərik

Gündəm / Cəmiyyət

28-11-2023, 13:22

Ceyhun Abbasovun təsisçisi olduğu şirkət narkotikdən daha betər təhlükəlidir - "BİZ ON" dan necə xilas ola bilərik

Haqqında söz açdığımız orta yaşlı iş adamı Ceyhun Həsən oğlu Abbasov 1996-cı ildə Azərbaycan Texniki Universitetini “Mühəndis-elektronik-konstruktor” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən etibarən bizneslə məşğuldur. Biznesinin də ixtisası ilə heç bir əlaqəsi yoxdur. Belə çıxır, adam universitetə daxil olanda bilirmiş ki, ixtisas bilgiləri ona gərək olmayacaq, sadəcə diplomu imtiyaza görə almaq lazım imiş.

Hərçənd, ölkəmizdə elektronik konstruksiyalar hazırlamaq sahəsində elə bir uğura imza atmış mühəndis yoxdur ki, səsi – sorağı ölkəmizin sərhədini aşsın. Elə bir iş adamı da yoxdur ki, elektronika məhsullarının istehsalı və satışı ilə məşğul olsun. Bir sözlə, bizdə elektronçu mühəndis böyük kapital qazanmaq üçün yalnız alverçi Ceyhun Abbasovun yolu ilə gedə bilər, elektrikli və sürücüsüz avtomobillər istehsal edən İlon Maskın yolu ilə deyil. Özü də biznesə haram qatmaqla. Elə bugünkü söhbətimiz də Ceyhun Abbasovun haramxorluğundan gedəcək.

Ceyhun Abbasov da elektronika mühəndisliyindənsə, alverçiliyi seçib. Hazırda fəaliyətini qurucusu və rəhbəri olduğu “Avrora Qrup”un prezidenti kimi davam etdirir. Şirkət distribüter daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir.

Hal-hazırda qida sektorunda ölkəmizin ən monopolist distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin “toxunulmaz” partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.

Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə İsveçrənin “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “KRONES” və digər avadanlıqlar quraşdırılmışdır. 2010-cu ildə Bolmart Supermarketlər Şəbəkəsi xalqın xidmətinə verilib.

2014-cü ildə İtalyanın CFT avadanlıqları əsasında qazlı sərinləşdirici içki zavodu fəaliyyətə başlayıb. Zavodda “Bizon” markası ilə qazlı sərinləşdirici içki istehsal olunur. Zavod həmçinin Go, Jaguar və Berg qazlı sərinləşdirici içkilərinin rəsmi istehsalçı partnyorudur.

Göründüyü kimi, enerji içkilərinin istehsalı və satışı Ceyhun Abbasovun təsisçisi olduğu şirkətin fəaliyyətinin yalnız bir, amma həm də vacib istiqamətidir. Əslində bu içkilər də narkotik kimi insanlarda asılılıq yaradır. Belə energetik içkilərdən biri də BİZON-dur. Hətta məşhur reklamı da var: BİZ ONU SEÇDİK.

Bu məhsulun Azərbaycanda istehsalçısı “Avrora” MMC tərəfindən istehsal olunan “Bizon Energy”dir. Energetik içkilərin, o cümlədən BİZONun zərərindən, dünyada qadağan olunmasından çox danışılıb. Amma, sən demə, Ceyhun Abbasovun hər gün yüz minlərə, bəlkə də milyonlara satdığı və üzərində energetik içki ( “ENERGY” və “CHARGE YOUR POWER”) yazdığı BİZON saxta imiş.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bəlli olub ki, alkoqolsuz içkilərin üzərində, “alkoqolsuz” sözlərinin istifadə olunması, istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Yəni iş adamı Ceyhun Abbasov neçə ildir ki, istehlakçıları aldadır – “BİZON” enerji içkisi deyilmiş…

Ekspertlər qeyd edir ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Amma Ceyhun Abbasovun BİZON-u bu qayda və normalara cavab vermir. Ceyhun Abbasov öz müsahibələrinin birində energetik içkilərə aksizlərin tətbiq olunmasını pisləyir, hətta özündən razı bu adam deputatları, dövlət qurumlarını ittiham edir. Onu tanıyanların dediyinə görə, Ceyhun Abbasov hər yerdə “Mən Ordubadlı Ceyhunam….yuxarılarda….hüquq-mühafizə orqanlarında adamlarım var…kimi istəsəm “nakazat” edərəm” deyir….

“Bizon”un yeniyetmə və gənclərə, hamilə qadınlara, süd verən analara, ürək -damar xəstəliyindən əziyyət çəkənlərə, böyrək və qaraciyər xəstələrinə tövsiyə olunmaması C.Abbasovun heç vecinə də deyil. Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur.

Hətta Milli Məclisdə bütövlükdə energetik içkilərin ölkəmizdə satışı ilə bağlı müəyyən qadağaların tətbiq edilməsinə təşəbbüslər də hələ ki, nəticəsiz qalıb. Halbuki energetik içkilərin istehsalı, satışı, reklam edilməsi bir çox qabaqcıl Avropa ölkələrində (Norveç, Danimarka, Fransa və s.) qanunla qadağan edilib. Qonşu Rusiyada da, nəhayət, prezidentin işə qarışması sayəsində məsələ həllini tapıb. Yəqin, bizdə də gərək mütləq məsələyə Prezident özü şəxsən müdaxilə etsin.

İnsafən, Ceyhun Abbasovun özünün satdığı energetik içkiləri içməməyi tövsiyə etdiyi, onların zərəri barədə ciddi xəbərdarlıq etdiyi şəxslər vardır. Bunlar biznesmenin ailə üzvləri və bir də onlara bərabər tutduğu, deyilənə görə 500 min manatlıq “Galendevagen” avtomobili alıb hədiyyə etdiyi N...n adlı gənc qızdır. Onların energetik münasibətindən Nərminin anası da məmnundur. Çünki Ceyhun bəy o qadına çox səmimi tərzdə “anam” deyə müraciət edir. Başqa anaların isə övladlarını saxta içkilərlə zəhərləyir. (Aktualxeber.az)

Paylaş:
Digər xəbərlər

Gündəm

28-11-2023, 14:49

Ceyhun Abbasovun təsisçisi olduğu şirkət narkotikdən daha betər təhlükəlidir - "BİZ ON" dan necə xilas ola bilərik

Gündəm / Araşdırma

19-09-2023, 08:50

`BİZ ON`dan necə qurtula bilərik... - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

23-11-2023, 14:10

DSX qalmaqallı şirkətlə yarım milyon manatlıq müqavilə imzaladı - DETALLAR

Siyasət

17-07-2023, 09:00

Bu da Ceyhun Bayramovun XUDMANİ BİZNESİ – İLGİNC İDDİALAR…

Gündəm / Cəmiyyət

17-07-2023, 08:22

Bu da Ceyhun Bayramovun XUDMANİ BİZNESİ - İLGİNC İDDİALAR...

Araşdırma

17-07-2023, 13:42

Beyləqanda TƏHSİL NECƏ BATI(RILI)R - İTTİHAM VAR!

Gündəm / Araşdırma

22-11-2023, 15:45

Buralarda elə işlər çevriilir ki... - İLGİNC

Gündəm / Cəmiyyət

8-08-2023, 15:09

Ətir satan şirkət bu universiteti təmir edəcək - İcazə verin, şübhələnək...

Gündəm / Araşdırma

14-07-2023, 19:58

Saxta diplomla gedilən kəsə yol – Beyləqanın çökməkdə olan “təhsil”i

Gündəm / Araşdırma

18-09-2023, 10:24

“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?

Gündəm / Cəmiyyət

15-09-2023, 12:39

Hakimin AVTOMÜHƏRRİK BİZNESİ: - Şəmsəddin Abbasov vəzifə səlahiyyətlərindən necə sui-istifadə edir?

Araşdırma

1-07-2023, 19:32

“Paşa Holdinq”ə bağlı məşhur şirkət milyonlarla zərər edib - Kürü satır...

Araşdırma
Ramin Rzayev tender elan edib: Lüks divan dəstləri və kreslolar alır….
Şəmkirdə “Çin çıxaran” “Ağa” – Hacı Elmar insanları aldadaraq onları necə soyur?
Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat - Komissiya sədri saxlanıldı
Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı? – VİDEO
Xəzər rayonu başçının DƏDƏ MALIDIR? - Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...
Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı
Hadisə
Dün, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Bugün, 15:36
    “Onların yodu çatışmır, millət ayaqüstə yatır” - Rəşid Mahmudovdan yatan alimlərə DİAQNOZ
  • Bugün, 15:22
    Polisdən vətəndaşlara çağırış
  • Bugün, 14:34
    Ramin Rzayev tender elan edib: Lüks divan dəstləri və kreslolar alır….
  • Bugün, 14:15
    Əbu-Dabidə və Dubayda partlayışlar baş verdi
  • Bugün, 13:11
    İqtisadçı-ekspert “İstanbul Hospital”ı İTTİHAM EDİR! - TƏFƏRRÜAT
  • Bugün, 12:37
    İçməli su küçəyə axır - Zaur Mikayılovun işçiləri taxta çüy vurub gedir - VİDEO
  • Bugün, 12:12
    Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan edib
  • Bugün, 11:26
    Şağan qəsəbəsində 300 abonent qazsız qaldı - "Azəriqaz" isə səhəri gözləyir
  • Bugün, 10:49
    “Adda Dental” klinikasından şikayət: Həkim səhlənkarlığı baş verib?
  • Bugün, 10:12
    Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
  • Bugün, 09:25
    MÜTDA Rəhbəri Eşqi Bağırovun "Kitab Biznesi": Məktəblərdə Məcburi Satış İddiaları
  • Dün, 18:53
    AQTA-nın “arıqlama çayları” xəbərdarlığı - Özəl klinikalardakı "Həkim-Dietoloq"ların vecinə də deyil...
  • Dün, 18:19
    LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
  • Dün, 17:47
    Saleh Məmmədovun bağında fövqəl-toplantı - "ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ", HƏBSƏ GEDİRSİNİZ!
  • Dün, 17:15
    Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub - YENİLƏNİB
  • Dün, 16:58
    "5 fəhlənin işini bir nəfərə gördürürlər..." - Rövşən Nəcəf... BİLİRSİNİZMİ?!.
  • Dün, 16:27
    "Birmarket" mebel şirkətini 50 min ziyana salıb
  • Dün, 15:54
    Abşeronda tikinti xaosu: Masazırda qanunsuz binalar iddiası –məsuliyyət kimdədir?
  • Dün, 15:19
    Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar
  • Dün, 14:17
    Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb
  • Dün, 14:01
    Şəmkirdə “Çin çıxaran” “Ağa” – Hacı Elmar insanları aldadaraq onları necə soyur?
  • Dün, 13:25
    KATV1-in bitməyən “nasazlıq” problemi
  • Dün, 13:03
    Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat - Komissiya sədri saxlanıldı
  • Dün, 12:20
    Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı? – VİDEO
  • Dün, 10:47
    Vətəndaşların “Nizami City” adlı KABUSU... - ÖZBAŞINA QALIBLAR...
  • Dün, 10:24
    Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
  • Dün, 10:01
    Sabirabad sakini məhkəmə qapılarında qalıb... - Prezidentə MÜRACİƏT
  • Dün, 09:30
    Gömrük Komitəsi “Temu” ilə GİZLİ SÖVDƏLƏŞDİ: Özəl karqo şirkətlərini batırma əməliyyatı başlayır
  • Dün, 09:05
    “L.A Dent” klinikasında diplomsuz həkimlər ifşa olunub-Video
  • 26-02-2026, 19:04
    “Bravo”da antinatitar vəziyyət: Ətlərin dadına birinci pişik baxır-Video
  • 26-02-2026, 18:21
    DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
  • 26-02-2026, 18:11
    Xəzər rayonu başçının DƏDƏ MALIDIR? - Görünəni budur: BUNA TÖHMƏT DƏ AZDIR...
  • 26-02-2026, 17:35
    Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
  • 26-02-2026, 17:22
    İlham Əliyev: Xocalı soyqırımını törədən cinayətkarlar məhkəmə qarşısında cavab verdilər
  • 26-02-2026, 17:11
    Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə