• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Gündəm / Araşdırma

4-12-2023, 09:33

RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Məmmədov Rafiq Əli oğlu Respublika Diaqnostika Mərkəzindən şikayətçidir. AFN.az-a müraciət edən şikayətçi oğlunun orada əməliyyat olunduqdan sonra vəfat etdiyini deyir.

“Oğlum 06.06.1988-ci il təvəllüdlü Məmmədov Elnur Rafiq oğlunun mədəsində yara vardı. Bununla bağlı biz Respublika Diaqnostika Mərkəzində anestiazoloq Hüseyn adlı həkimin qəbulunda olduq. Hüseyn həkim bizi cərrah İlqar İsmayilov adlı həkimə yönləndirdi. Biz İlqar həkimlə görüşdük. O, oğlumun analizlərinin nəticələrinə baxıb bizə bildirdiki, təcili əməliyyat olunmalıdır. Həmçinin o bizə bildirdi ki, oğlumun əməliyyatının öhdəsindən layiqincə gələcək və narahatçılıq üçün heç bir əsas yoxdur, əməliyyatdan sonra oğlum əvvəlki sağlamlığına qayıdacaq.
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Cərrah İlqar İsmayılov

İlk əməliyyat 14 sentyabr 2023-cü il tarixində olundu, əməliyyatdan sonrakı beş gün ərzində oğlumun vəziyyəti yaxşı oldu. Lakin sonradan oğlumun halı yenidən kəskin pisləşdi. Biz dərhal həkimin qəbulunda olduq. O, oğlumun yarasına baxış keçirdikdən sonra əməliyyat yerinin tikişlərinin söküldüyünü və yenidən əməliyyat olunmalı olduğunu bildirdi.

İkinci əməliyyat 19 sentyabr 2023-cü il tarixində oldu. Əməliyyatdan sonra oğlum ayılmadı, komada qaldı. Həkim İlqar İsmayilov bizə ikinci əməliyyatdan sonra bildirdi ki, xəstənin palatasının yanında olun, xəstə palataya köçürüləcək. Bizdə bir neçə saat palatanın yanında oğlumun ora köçürüləcəyini gözləsək də, oğlum palataya gətirilmədi. Bundan sonra isə biz Hüseyn həkimin yanına getdik. O da bizə bildirdi ki, oğlum narkozdan ayılmayıb, 3-4 saata ayılacaq və palataya köçürüləcəkdir. Əməliyyatdan bir neçə gün sonra isə bizə bildirdilər ki, xəstənin qanına və ciyərinə virus düşüb. Sentyabr ayının 19-dan 29-na kimi, ikinci əməliyyatdan 10 gün müddətində həkimlər bizə müxtəlif bəhanələr gətirərək, oğlumun bu gün-səhər ayılacağını bildirərək bizi aldatdı. Əməliyyat etdiyi xəstənin komada olmasına baxmayaraq, cərrah İlqar İsmayılov əməliyyatın üçüncu günündə ölkəni tərk etdi. 10 gün oğlum xəstəxanada qaldıqdan sonra ona “Bona Dea” xəstəxanasından Elmar adlı cərrah həkim baxış keçirdi və bizə bildirdi ki, xəstənin vəziyyəti həddindən artıq ağırdır. Əgər sabaha vəziyyətində müsbət dinamika olmasa o, “Bona Dea” xəstəxanasına köçürülməlidir. 29 sentyabr 2023-cü il tarixində oğlum “Bona Dea” xəstəxanasına köçürüldü.
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Anestezioloq Hüseyn həkim

Əlavə olaraq bildirmək istəyirəm ki, oğlum “Bona Dea” xəstəxanasında yatdığı müddətdə bizə bildirdilər ki, xəstə RDM-də iki yox, üç dəfə əməliyyat olunub. Lakin üçüncü əməliyyatı Diaqnostika Mərkəzinin həkimləri bizdən gizlətmişdilər. Həmçinin biz xəstəmizi “Bona Dea” xəstəxanasına yerləşdirdikdə həkimlər bildirdilər ki, oğlunuzun bu duruma düşməsinin səbəbi cərrahın səhvi olub. “Bona Dea” xəstəxanasında bir müddət yatdıqdan sonra oğlum 15 oktyabr 2023-cü il tarixində vəfat etdi. Ölüm səbəbi kimi isə mədəsindəki problem yox, ciyərlərindəki problem – infeksiya göstərilib. Mənim övladım cərrah İlqar İsmayılov Hüseyn adlı anestiazoloq həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişdi”.
R.Məmmədov bütün bu qeyd edilənlərlə bağlı Baş Prokurorluğa şikayət ünvanladığını qeyd edib. O, müxbirimizlə söhbətində bildirib ki, əməliyyat üçün İ.İsmayılova 11 800 manat pul verib: 4 min rəsmi ödəniş edilib, 7800 nağd formada verilib.
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Mərhum Elnur Məmmədov

“Xəstə Məmmədov Elnur Rafiq oğlu bizim klinikaya muraciət etməmişdən öncə mədə xərçənginə bağlı mədə qanaxması diaqnozu ilə başqa bir mərkəzə bayılma ilə aparılıb, oranın reanimasiya şöbəsinə yerləşdirilib. Orada götürülən qan analizində xəstənin hemoqlobininin 3.0 a qədər düşdüyü görülüb, xəstə yaxınlarının verdiyi məlumata görə xəstəyə 8 paket qan köçürülüb. Daha sonra klinikamıza müraciət edib, xəstə tərəfimizdən müayinə olunub”.
Bunu AFN.az-a açıqlamasında E.Məmmədovu əməliyyat edən RDM-in cərrahı İlqar İsmayılov bildirib. O, qeyd edib ki, xəstənin kompyuter tomoqrafiya müayinəsində mədə xərçənginə bağlı mədə deşilməsi, dalağa invaziya, həmçinin ətraf limfa düyunlərinə yayılma görülüb: “Deyilənlər komputer tomoqrafiya raporunda da təsdiqini tapıb. Mövcud vəziyyət yəni əməliyyatın digər xəstələrlə müqayisədə daha riskli olduğu, xəstəliyin gecikdirilmiş bir xəstəlik olduğu, həmçinin xəstənin immunitetinin də son dərəcə zəif olduğu və əməliyyat sırasında və əməliyyatdan sonrakı dönəmdə ölüm riski, əməliyyatın ağırlaşmaları xəstə və xəstə yaxınlarına (atası, əmisi və qardaşı) detallı şəkildə izah edilib və əməliyyata yazılı razılıq alındıqdan sonra xəstə əməliyyata götürülüb. Xəstə əməliyyat olunduqdan sonra onda ağciyərə bağlı ağırlaşma olub, xəstə klinikamızda reanimasiya şöbəsində müalicə alıb. Daha sonra yaxınlarının istəyi ilə “Bona Dea” klinkasına köçürülüb, mülicəsi orada davam etdirilib. Xəstə “Bona Dea” klinkasında olarkən də cərrahi baxımdan tərəfimizdən izlənib. Çox təəssüf ki, o, “Bona Dea” klinikasına köçürüldükdən 3 həftə sonra ağciyərə bağlı səbəbdən vəfat edib”.
RDM-də əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT+AÇIQLAMA

Mənbə: AFN.az

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

7-06-2023, 12:30

`MedEra` Hospitalda bu dəfə öz işçisi əməliyyat olundu və ÖLDÜ... - YENİLƏNDİ

Gündəm / Araşdırma

28-11-2023, 12:21

Balakən sakini ÇƏTİN DURUMDA... - "Arada qohumlar kömək edirlər..."

Gündəm / Araşdırma

24-06-2023, 18:05

AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

13-11-2023, 08:53

"Vimay Klinikasında" qarabağ vetranı uğursuz əməliyyat etdilər - Nəfəs ala bilmirəm

Gündəm / Cəmiyyət

10-06-2023, 12:42

İlqar Məhərrəmov 209 min manat vergi borcu olan şirkəti tenderin qalibi seçdi - DETALLAR

Gündəm / Cəmiyyət

10-07-2023, 16:43

Respublika Uşaq Kitabxanasında “ölü canlar“ – Büdcə necə talanır?

Gündəm / Cəmiyyət

4-10-2023, 09:01

“Oğlum intihar edərsə, “Azəriqaz” rəhbərliyi məsuliyyət daşıyacaq” - Vətəndaş ÇARƏSİZ DURUMDA

Gündəm / Araşdırma

12-10-2023, 08:27

Mingəçevirdə xəstənin başına oyun açdılar - QƏSSABXANAYMIŞ Kİ...

Gündəm / Cəmiyyət

10-10-2023, 19:44

`Artromed` klinikasında təhlükəli burun əməliyyatı – Vətəndaş prokurorluğa müraciət etdi

Gündəm / Cəmiyyət

13-10-2023, 09:30

Dövlətdən milyonlar oğurlayan MÜHAFİZƏ ŞİRKƏTLƏRİ KİMİNDİR? - İTTİHAM VAR...

Gündəm / Araşdırma

30-11-2023, 07:28

“İnternational Medical Center 1” xəstəxanasında taleyindən xəbər olmayan yeni doğulmuş körpə vəfat etdi

Araşdırma
Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır
“Səfalı” MTK-nın sakinlərinin şikayətlərinə baxılmır-Video
Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur - SİYAHI
Gömrük sistemində atılan 3 MÜHÜM ADDIM - TƏFƏRRÜAT
Gənclər və İdman Nazirliyi qalib seçdiyi “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərinə niyə göz yumub - İLGİNC FAKTLAR
Qax meşələri talan edilir: Meşə rəhbərliyi susur? VİDEO
Hadisə
26-01-2026, 12:55
“Zirvə” şadlıq sarayında faciə
22-01-2026, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
6-01-2026, 10:18
Xırdalanda 33 yaşlı kişinin meyiti tapıldı
5-01-2026, 16:29
Ağstafada müxtəlif vaxtlarda 5 üzvü ölən ailənin evi yandı
2-01-2026, 13:04
“Purple Karaoke & Live Bar”da olay: Müştəri administrator öl*dürdü
Son xəbərlər
  • Bugün, 18:11
    Gəncə Dövlət Universitetində baş verənlər şok edir... Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
  • Bugün, 17:45
    Mikayıl Süleymanovun vəzifə verdiyi şəxs İŞDƏN ÇIXARILDI - ƏMR
  • Bugün, 17:11
    Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...
  • Bugün, 16:51
    Generala ərə gedən xanım digər generalın bacısı qızıdır - FOTO
  • Bugün, 15:52
    “Mayomed” klinikasında Nihad Aslanov “kosmetoloq” idi indi isə “stomatoloq” kimi fəaliyyət göstərir?
  • Bugün, 15:30
    Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır
  • Bugün, 15:12
    3 manatdan başlayan narazılıq: Kapital Bank, məcburi köçkün kartları və sarsılan ictimai etimad
  • Bugün, 14:37
    Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -Faktlar
  • Bugün, 12:57
    Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var
  • Bugün, 12:43
    Bakıda özəl klinikada ölüm hadisəsi: Sertifikatı ləğv edilmiş həkim necə əməliyyat aparıb?
  • Bugün, 12:25
    “PASHA Insurance”dən şikayət: Müştərilərin ödənişləri verilmir?
  • Bugün, 11:53
    Binəqədidə partlayış riski olan ərazidə nəhəng tikinti kimlərin himayəsi ilə aparılır?-FOTOLAR
  • Bugün, 11:10
    “Səfalı” MTK-nın sakinlərinin şikayətlərinə baxılmır-Video
  • Bugün, 10:44
    “Kristal Estetik” də “Dr.Aytən” necə estetik əməliyyatlar edir? -Video
  • Bugün, 10:13
    Gənclərimiz öz uğurları xalqımızı daim sevindirəcək
  • Bugün, 09:47
    Prezident Gənclər Günü münasibətilə paylaşım edib
  • Bugün, 09:31
    Quba-Xaçmaz Regional Təhsil İdarəsinə bağlı məktəblərdə vakansiyaların gizlədildiyi iddia olunur
  • Bugün, 08:45
    Əziz gənclər, bayramınız mübarək!
  • 31-01-2026, 16:24
    “Hücum olarsa, buna çox güclü cavab verəcəyik” - Araqçı
  • 31-01-2026, 15:00
    157 minə ev tikən şirkət indi də 3.5 milyona qaz xətti çəkir- ARAŞDIRMA
  • 31-01-2026, 14:37
    Özümüzü müdafiə etmək gücümüz var - İranın XİN başçısı
  • 31-01-2026, 13:55
    Gürcüstan ötən il Rusiyadan rekord həcmdə neft idxal edib
  • 31-01-2026, 13:09
    “A-Group sığorta” şirkəti müştərinin avtomobilinə dəymiş ziyanə niyə ödəmir? -Video
  • 31-01-2026, 12:45
    İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar
  • 31-01-2026, 12:14
    Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur - SİYAHI
  • 31-01-2026, 11:47
    Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - DETALLAR...
  • 31-01-2026, 11:11
    Azərbaycana düşmən kəsilən İlqar Hacıyevin villasına o müştəri çıxdı: TƏSADÜFDÜRMÜ?.. - HƏQİQƏTƏN DƏ...
  • 31-01-2026, 10:28
    Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli – keçə bilməyənlər necə rəhbər olur?
  • 31-01-2026, 10:04
    İşdən çıxarılan icra başçısını kim əvəz edir?
  • 31-01-2026, 09:52
    Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub - İLGİNC FAKTLAR
  • 31-01-2026, 09:25
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • 30-01-2026, 18:16
    Nizami rayonunda park yoxa çıxır – Avtomobil dayanacağına çevrildiyi iddia olunur
  • 30-01-2026, 17:55
    Nizami rayonunda dayanacaq dönərxanaya çevrilib?-Video
  • 30-01-2026, 17:30
    Gömrük sistemində atılan 3 MÜHÜM ADDIM - TƏFƏRRÜAT
  • 30-01-2026, 16:58
    Bu 10 gəncə Prezident mükafatı verildi - Siyahı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə