• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Gündəm / Cəmiyyət

15-04-2024, 09:44

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 39 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

Akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salırığ.

Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.

Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi”.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

12-12-2023, 09:45

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Gündəm / Araşdırma

19-12-2023, 11:58

Heydər Əliyevin anım günündə Bakıda yüzlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

7-09-2023, 15:09

Əsgərovların bankı bağlanır? - 135,2 milyon problemli kredit...

Gündəm / Araşdırma

17-08-2023, 14:49

Bakının təhsil şefi haqqında İLGİNC İDDİALAR... - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Araşdırma

22-03-2024, 17:44

Sümbülə Əliyeva həbs olunub - Üç aydır onun haqqında axtarış qərarı vardı...

Gündəm / Siyasət

27-09-2023, 07:29

Mehriban Əliyeva Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

Cəmiyyət

5-10-2023, 21:47

“Azərbaycanda qanun yoxdur, rüşvət başkəsənlik dövrüdür” - ETİRAZ

Gündəm / Cəmiyyət

4-10-2023, 17:12

Prezident və xanımı Xoşbəxt Yusifzadənin ölümü ilə bağlı nekroloq imzaladı

Gündəm / Cəmiyyət

7-10-2023, 14:38

Zaqatala təhsilində baş verən biabırçılığa Bəhruz Mehdiyev niyə susur? “Vüsalə Mahmudova direktor olmaq üçün arxalandığı Regional təhsil idarəsi nələri vəd edib…”

Gündəm / Cəmiyyət

16-01-2024, 17:50

Bu il hansı banklar bağlana bilər? – “Bank BTB” və “Premium Bank”da vəziyyət pisdir…

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Dün, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • Dün, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • Dün, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • Dün, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • Dün, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • Dün, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • Dün, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • Dün, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • Dün, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • Dün, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • Dün, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • Dün, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • Dün, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • Dün, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • Dün, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə