• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Gündəm / Araşdırma

9-05-2024, 11:37

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) üzləşdiyi ən böyük problemləri nəzərdən keçirsək, onların arasında ikisi əlahiddə yer tutur.

Yenixeber.org: Onlardan biri reklam bazarının əhəmiyyətli hissəsinin ədalətsiz rəqabət nəticəsində sosial şəbəkələrin total nəzarətinə keçməsi, digəri isə ölkədəki mass-medianın istehsal etdiyi informasiya kontentinin, yəni xəbər və məlumatların sosial şəbəkələr tərəfindən istismar edilməsidir.

Halbuki məntiqə görə, sosial şəbəkələr və videohostinq platformaları, xüsusilə də Facebook, İnstagram, TikTok, X (sabiq Twitter) və YouTube Azərbaycanda yoxlanılmış, etibar ediləcək, keyfiyyətli informasiya kontenti istehsalçısı olan mass-media vasitələrinə ödənişlər etməlidir.

Səbəb sadədir: həmin servislər yerli KİV-lərin məlumatlarının, informasiyalarının, şərhlərinin və s. paylaşılması, bölüşdürülməsi və yayılması hesabına külli miqdarda gəlir əldə edirlər.

Eyni zamanda, Azərbaycanda kütləvi informasiya vasitələri ilə yanaşı, özəl və dövlət qurumlarının da sosial şəbəkələrdə yerləşdirdikləri reklamlara görə aksiomatik olan gəlir vergiləri ödənilmir.

Beləcə, hər il yüz milyonlarla manat sosial şəbəkələr və platformaların sahibi olan şirkətlərin hesablarına keçirilir, Azərbaycandan çıxarılır.

Proses dövlət nəzarətindən yayınan kapital axını qismində dəyərləndirilə bilər.

Feyk xəbər fabriki

Qlobal informasiya məkanında xüsusi yer tutan sosial şəbəkələrin, axtarış və videohostinq servislərinin cəmiyyət üçün yaratdığı ən böyük problem yanlış, əsassız, yəni feyk məlumatların yayılmasıdır.

Servislərin məxsus olduğu şirkətlər bu problemlə mübarizə aparıldığını bəyan etsələr də, lider mövqe tutan Facebook və Goggle platformalarıdaha çox gəlir əldə etmək üçün istifadə etdikləri alqoritmlərə tam nəzarət edə bilmirlər. Nəticədə feyk xəbərlər sürətlə yayılır, ictimai təhlükəsizliklə yanaşı, dövlət təhlüükəsizliyinə də təhdidlər yaradır.

Eyni zamanda, söjzügedən platformalaın alqoritmlərində seçimin şəffaflığı və siyasi obyektivliklə tərəfsizliyi də tam təmin olunmur.

Facebook və Google Azərbaycan barədə etibarlı, yoxlanılmış və operativ xəbərləri öz seçim alqoritmi ilə yayır, aksiomatik olaraq gəlirlər əldə edir.

Ölkənin nüfuzlu mass-media vasitələri belə prosesdən 1 manat belə, gəlir əldə etmirlər, halbuki məhz Facebook və Google-un Azərbaycan seqmentində KİV məhsullarının yayılması sözügedən platformaların xəbər və kontent çeşidini artırır, onların dəyərini və obyektivliyini yüksəldir.

Media kontentinə görə Azərbaycan KİV-lərinə ödənihlər heç bir halda böyük sosial platformaların gəlirlərinə mənfi təsir etməyəcək, lakin Azərbaycanda KİV-in və ümumiyyətlə, jurnalistikanın perspektivlərinə çox əhəmiyyətli şəkildə müsbət təkan verə bilər.

Hazırda sosial platformalar xəbər lentlərinin intensivliyini, məzmununu və ümumiyyətlə, kontent seçimi özlərini müəyyənləşdirirlər.

Məsələn, Facebook-un məxsus olduğu Meta holdinqinin sahibi Mark Zukerberqin dediyinə görə, sosial şəbəkədə hər hansı KİV-in xəbərinin nə dərəcədə etibarlı, güvənilir olduğunu istifadəçilərin özləri müəyyənləşdirirlər: "Alınan cavablar nəticəsində KİV-lərin reytinqi formalaşdırılır, həmin reytinq əsasında da bu və digər KİV Facebook-un xəbər lentinə "buraxılır"".

Lakin belə seçim qüsurludur və Azərbaycandakı mass-media əməkdaşları, xüsusilə də sosial-media marketinq (SMM) sahəsində çalışanlar problemlərdən halidirlər.

Avstraliya: ilk və ən sərt

Alphabet və Meta korporasiyalarını yerli kütləvi informasiya vasitələrinə ödənişlərə vadar etmiş ilk ölkə Avstraliyadır.

Məhz Avstraliyanın hakimiyyət dairələrinin tutduqları sərt və qətiyyətli mövqe nəticəsində sosial şəbəkələr və servislər ölkə mass-mediasının kontentindən pulsuz istifadə edərək yararlandıqlarına görə məsuliyyətə cəlb olunmaq təhlükəsi ilə qarşılaşmışdılar.

Ölkədə qəbul edilmiş qanuna görə, rəqəmsal nəhənglər Avstraliya KİV-lərinin istehsalı olan media kontentindən istifadə üçün mass-media strukturlarına müvafiq ödənişləri həyata keçirməlidirlər.

Avstraliyanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiysının qəbul etdiyi qərara görə isə Faceğbook və Google media kontentindən istifadə ilə yanaşı, media vasitələrindən qəbul edilən onlayn reklamlara görə dövlət büdcəsinə vergilər ödəməlidir.

Avstraliyada onlayn-reklamın illik həcmi təqribən 6 milyard dollar təşkil edir. Yerli KİV-in sosial şəbəkələrdə, platformalarda və hostinqlərdə yerləşdirdikləri onlayn-reklamların ümumi həcminin təqribən 60 faizi Google və Facebook-un payına düşür.

Fransa: nəhənglər məcbur edildi

Fransanın Milli və Regional Nəşrlər Alyansı ölkəninin kütləvi informasiya vasitələrinin istehsalı olan məhsulların Facebook-da istifadə olunmasına görə ödənişlərin alınacağını açıqlayıb.

Anlaşmanın maliyyə hissəsi və ödənişlərin məbləği ilə bağlı heç bir açıqlama verilmir.

Fransadakı mass-media vasitələri ilə Google servisinin sahibi olan Alphabet korporasiyası da anlaşma imzalayıb.

Google bəyan edib ki, ödənişlərin məbləği məlumatın şəcmindən, trafikdən, habelə siyasi və ümumi informasiya məkanındakı yerdən asılı olacaq.

Avropa İttifaqı: "Ödənişlər mütləq olmalıdır"

Avropa Parlamenti, Avropa İttifaqı Şurası və Avropa Komissiyası birgə kommünike qəbul edərək Coogle və Faceğook-un istifadə etdikləri xəbər kontentinə görə həmin məlumatların istehsalçısı olan KİV-lərə mütləq şəkildə ödənişlər etmək məcburiyyətində olduğunu bəyan edib.

Avropa Komissiyası isə bildirib ki, Aİ ölkələrindəki mass-medianın istehsalı olan informasiya kontentindən hətta xəbər başlıqları və ya qısa videogörünrtülər qismində istifadə olunsa belə, sosial şəbəkələr, platformalar və videohostinq servisləri ödənişlər etməlidir.

Avropa İttifaqı ölkələrinin ən nüfuzlu və məşhur KİV-ləri hesab edirlər ki, sosial şəbəkələr onların məhsullarından istifadə etməkdə mass-media vasitələrini potensial gəlirlərdən məhrum edirlər.

Bundan başqa, hazırda Avropa İttifaqında sosial şəbəkələrin və platformaların onlayn reklamlar vasitəsilə əldə etdikləri gəlirlərlə bağlı məsələ nəzərdən keçirilir. Alphabet və Meta korporasiyaları təbii ki, belə reklamlara görə aldıqları maliyyə vəsaitlərinə görə vergi ödəmək istəmirlər.

Avropa İttifaqının müvafiq qurumları qərarlarıdır: həmin strukturlar onlayn reklamlara görə də ödənişlər etməlidir.

Malayziya: "Əsla geri çəkilmək olmaz"

Malayziyanın hakimiyyət dairələri Facebook, İnstagram, WhatsApp kimi servislərin sahibi Meta və Google-un sahibi Alphabet korporasiyalarını media kontentindən istifadəyə, habelə onlayn reklam cəlb etdiklərinə görə ödənişlərə vadar etmək niyyətindədir.

Malayziyanın Kommunikasiya və Multimedia Komissiyasının yaydığı bəyanata görə, sözügedən strukturlar ölkənin mass-mediasının istehsalı olan kontenti yaymaq, paylaşmaq və s. üçün yerli KİV-lərə ödənişləri reallaşdırmalıdır.

Eyni zamanda, internetdə əxlaqsızlıq, azyaşlılara qarşı zorakılıq, onlayn-kazinolar, fırıldaqçılıq və s. kimi qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün Alphabet-lə Meta rəsmi Kuala-Lumpurla intensiv əməkdaşlıq etməlidir.

İrlandiya: yeni qanun hazırlanır

İrlandiyanın hakimiyyət dairələri Google, Facebook və X (sabiq Twitter) "başqalarının hesabına varlananlar" hesab edir.

Rəsmi Dublin ən populyar sosial şəbəkələr, platformalar və hostinqlərin fəaliyyətlərinin ölkədə vergilərdən yayınmasının qarşısını ən sərt, qətiyyətli şəkildə almaq niyyətindədir.

Bu məqsədlə ilkin addım qismində yerli KİV-lərin istehsalı olan kontentin sosial şəbəkələrdə istifadəsi üçün müvafiq ödənişlərin edilməsini nəzərdə tutan sistemin tətbiqi nəzərdə tutulur.

İkinci mərhələdə isə sosial şəbəkələr cəlb etdikləri onlayn reklamlara görə İrlandiyanın dövlət büdcəsinə vergi ödəməli olacaqlar.

Britaniya: kimsə qanundan üstün deyil

Böyük Britaniyanın kütləvi informasiya vasitələri Facebook və Google ilə "investisiyalar zəminində əməkdaşlıq"la bağlı razılaşıblar.

Anlaşmanın şərtlərinə görə, Meta və Alphabet korporasiyaları Britaniya mass-mediasının istehsalı olan kontentdən istifadəyə görə onlara pul ödəyəcək, xəbərlərin paylaşma və oxunma auditoriyasının genişləndirilməsinə kömək edəcək, reklam və abunəçilik üçün yeni imkanlar yaradacaq.

Facebook-la Google-un ödənişlər edəcəyi Britaniya mass-mediası arasında ilk yerləri Hearst (Cosmopolitan, Elle, Esquire), The Guardian Media, The Economist, The Independent, The London Evening Standard, Liverpool Echo, Manchester Evening News, The Mirror, Harpers, Cosmopolitan, Wired, GQ, Glamour, Vogue və Tatler tuturlar.

Google-un Britaniya mediası ilə imzaladığı anlaşmaya görə, servis yerli media kontentdən Google News Showcase-də istifadəyə görə ildə 1 milyard dollar ödəyəcək.

Almaniya: bu ildən başlandı

Almaniya bundestaqının qəbul etdiyi yeni qanuna görə, Meta və Alphabet korporasiyaları yerli KİV-in istehsalı olan media kontentindən istifadəyə görə müvafiq ödənişlər etməlidir. Bununla yanaşı, sosial şəbəkələrdə, hostinqlərdə və platformalarda onlayn reklamın yerləşdirilməsi ilə bağlı sözügedən korporasiyaların Almaniyanın dövlət büdcəsinə vergilər ödəmək məcburiyyətində olduğu da qeyd olunub.

Rəsmi Berlin hesab edir ki, sosial şəbəkələr və platformalar yerli medianın fəaliyyətində cüzi də olsa, problemlərin yaranmasına heç bir halda səbəb olmamalıdır.

ABŞ: ödənişlər rutinləşəcək

Alphabet və Meta korporasiyaalrı ABŞ-dakı kütləvi informasiya vasitələrinə onların media kontentindən istifadə üçün ildə toplam olaraq 3 milyard dollara yaxın vəsait ödəyəcəklər.

Ödənişlər KİV-in populyarlığından, trafikindən, abunəçilərinin, oxucularının və ya tamaşaçılarının sayından asılı olacaq.

Alınan məbləğin həcminə görə ilk yerlərdə Dow Jones & Co, Washington Post, New York Times, Business Insider var.

İlkin mərhələdə Google və Facebook bu mass-media strukturları ilə 3 illik müqavilələr imzalayıblar.

Müqavilənin müddətinin sonradan uzadılması, yəni prolonqasiyası nəzərdə tutulub.

Bəs Azərbaycanda?

Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə də xəbər agentliklərinin fəaliyyətində üzləşdikləri ən böyük problem yeni layihələrin həyata keçirilməsi, çağdaş media tələblərinə cavab verən kontentin istehsal edilməsi, ölkəmizlə bağlı informasiyaların qlobal media bazarına çıxarılması, Azərbaycana qarşı aparılan hibrid savaşın tərkib hissəsi olan informasiy və dzinformasiya axınında səbatlı mövqe tutmaq və s. üçün zəruri vəsaitin çatışmazlığıdır.

Bu problem dövlət büdcəsindən ayırmalar və ya konkret mass-media strukturlarına dövlət dəstəyi formatında həll oluna bilməz, olunmamalıdır da.

Alphabet və Meta korporasiyaları Azərbaycan mass-mediasının istehsal etdiyi kontentdən istifadəyə görə dünyanın digər ölkələrində olduğu kimi, yerli KİV-ə, yəni bilavasitə istehsalçılara ödənişlər etməlidir və bu sistem ölkə qanunvericiliyində müvafiq formada tənzimlənməlidir.

Eyni zamanda, ölkə KİV-nin sosial şəbəkələrdə, müxtəlif onlayn platformalarda və hostinqlərdə yerləşdirdikləri onlayn reklamlara görə də həmin İT vasitələrinin sahibi olan şirkətlər Azərbaycanın dövlət büdcəsinə vergilər ödəməlidir.

Eyni vəziyyət TikTok-la da bağlıdır: bu servisdə hər gün yüz minlərlə manat dövriyyə edir, pullar çıxarılır, amma fiziki şəxslərin əldə etdikləri gəlirlərlə TikTok-da Azərbaycan şirkətləri ilə vətəndaşlarının yerləşdirdikləri reklamlara görə TikTok-un sahibi olan ByteDanse Ltd. (Çin) korporasiyası vergilərə cəlb olunmur.

Azərbaycanın onlayn reklam bazarının həcmi hələ bəlli deyil və bəhs olunan sahədə indiyədək heç bir ciddi araşdırma, tədqiqat aparılmayıb. İkin araşdırmalar göstərir ki, ölkədə onlayn-reklam, habelə sosial şəbəkələr, platformalar və hostinqlərə ödənən, çıxarılan və əldə edilən maliyyə vəsaitlərinin toplam həcmi 230 milyon manatdan artıqdır.

Bu pulları İT nəhəngləri, qlobal onlayn bazarın böyük oyunçuları Azərbaycan büdcəsinə bir manat vergi ödəmədən ölkədən çıxarırlar.

Udan onlar, uduzan isə Azərbaycan mediasıdır…(Trend)

Paylaş:
Digər xəbərlər

Video

12-06-2022, 12:33

Göbək rəqsi oynayan məmur oğlu - "Tiktok"çu Niko - VİDEO

Cəmiyyət

30-09-2023, 09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

Gündəm

12-03-2024, 17:38

DTX: Sosial şəbəkələrdə dezinformasiyalar yayımlanır​

Gündəm / Cəmiyyət

19-09-2023, 18:55

Azərbaycanda "TikTok"un fəaliyyəti bu səbəbdən məhdudlaşdırıldı - RƏSMİ (YENİLƏNİB)

Cəmiyyət

31-10-2023, 13:44

Azərbaycanda Tik-Tok açıldı

Cəmiyyət

22-07-2023, 10:05

Azərbaycanda Milli Mətbuat Günüdür

Cəmiyyət

5-12-2023, 22:18

Azərbaycanlı jurnalistin “arzuolunmaz şəxs” kimi deportasiyası ilə bağlı MEDİA-dan BƏYANAT

Gündəm / Araşdırma

22-12-2023, 19:12

Sosial şəbəkədən istifadə psixi sağlamlığa necə təsir edir?

Gündəm / Cəmiyyət

7-08-2023, 19:08

MİDA-da TOTAL TƏFTİŞ GÖZLƏNİLİR - CƏZA GƏLİR...

Araşdırma
Texnologiya Universitetinin professorunun kafe həvəsi - Kafedra müdüri Universitetin həyətində kafe açdı
GDU ilə bağlı ilginc iddialar: Deputatın da adı hallanır... - İTTİHAM VAR...
İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
“AZMA GROUP”un rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib. FOTO
Masazır sakinləri ansinatiraya vəziyyət şikayətçidirlər
Hadisə
20-11-2025, 11:19
Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
20-11-2025, 11:16
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
20-11-2025, 10:47
Şamaxıda "Shacman" dərəyə aşdı: Ölən var
14-11-2025, 12:28
Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı
11-11-2025, 14:56
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı
11-10-2025, 10:08
Bakı metrosunda ölüm
Son xəbərlər
  • Dün, 13:50
    GDU-nun rektoru Yusif Yusibovun tender oyunu- 1.6 milyon manat necə xərclənib?
  • Dün, 13:28
    Texnologiya Universitetinin professorunun kafe həvəsi - Kafedra müdüri Universitetin həyətində kafe açdı
  • Dün, 12:53
    Həccə getmək istəyənlərin nəzərinə: Qeydiyyat tez başa çatacaq
  • Dün, 12:05
    GDU ilə bağlı ilginc iddialar: Deputatın da adı hallanır... - İTTİHAM VAR...
  • 21-11-2025, 12:12
    Deputatlar növbəti ilin büdcəsini birinci oxunuşda təsdiqlədi
  • 21-11-2025, 12:11
    “Unibank”dan şikayət- Müştərinin hesabından pulu vermirlər
  • 21-11-2025, 12:10
    Təcili Tibbi Yardım maşınları üçün müəmmalı tender oyunu
  • 21-11-2025, 12:08
    Bakı sabitliyin təminatçısı mərkəzi olur
  • 21-11-2025, 12:07
    Xırdalanda bina sakinləri təhlükədə: İcra hakimiyyətindən gəlib baxıb gedirlər…
  • 21-11-2025, 12:06
    İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
  • 21-11-2025, 12:05
    Gəncədə səkini zəbt edib otel tikən sahibkar kimdir?
  • 21-11-2025, 12:04
    Prezidentin ailəsi Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
  • 20-11-2025, 11:19
    Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
  • 20-11-2025, 11:18
    Tramp Epşteynlə bağlı qanun layihəsini imzaladı
  • 20-11-2025, 11:16
    Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
  • 20-11-2025, 11:15
    KİV: Umerov və Uitkoff danışıqlar zamanı razılığa gəliblər
  • 20-11-2025, 11:14
    COP31-lə bağlı vacib sənədlərin razılaşdırılması Azərbaycana həvalə olundu
  • 20-11-2025, 11:11
    “AZMA GROUP”un rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
  • 20-11-2025, 11:10
    Yeni klinikada açılışda
  • 20-11-2025, 10:49
    NASA "3I/ATLAS" kometasının Yer kürəsinə yaratdığı təhlükəni qiymətləndirib
  • 20-11-2025, 10:48
    Sumqayıtda 700 abonentin qazı kəsiləcək
  • 20-11-2025, 10:47
    Şamaxıda "Shacman" dərəyə aşdı: Ölən var
  • 20-11-2025, 10:46
    Litva Belarusla sərhəd-keçid məntəqələrini yenidən açdı
  • 18-11-2025, 11:10
    İlham Əliyev Oman sultanını təbrik etdi
  • 17-11-2025, 16:54
    Təyyarənin “qara qutu”ları açıldı
  • 17-11-2025, 16:53
    Vaşinqtonda Epşteyn "zəlzələsi" - Tramp 20 min sənədin açılmasına qərar verdi
  • 17-11-2025, 16:51
    2026-dan avtobuslara yeni qaydalar: Elektron ödəniş, sərnişin sayğacı və yaş məhdudiyyəti
  • 17-11-2025, 16:50
    İsveçrəlilər Trampı qızıla tutdular və ...tarif endirimləri əldə etdilər
  • 17-11-2025, 16:49
    TRIPP Ermənistanda: ABŞ HƏRƏKƏTƏ KEÇDİ
  • 17-11-2025, 16:47
    Mehriban Əliyevadan bu günlə bağlı
  • 15-11-2025, 11:25
    “Modern” Hospitalının həyətində qanunsuz tikintiyə hansı məmur icazə verib? -Video
  • 15-11-2025, 11:24
    Polisdən xəbərdarlıq
  • 15-11-2025, 11:22
    Mirrəhim Nəbiyev “İş axtaranları qul kimi işlədib”
  • 15-11-2025, 11:21
    Rəsmi məlumat: Azərbaycanda yeni Baş Nazir təyin olunacaq
  • 15-11-2025, 11:19
    “ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə