• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Gündəm / Araşdırma

11-05-2024, 15:38

Parlament seçkiləri avqust-sentyabr aylarında keçiriləcək? - AKTUAL

Qanunvericiliyin tələbinə uyğun olaraq, noyabrın 3-ü parlament seçkiləri keçirilməlidir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, COP29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur. Sədr vurğulayıb ki, seçkilərdən əvvəl MSK hər zaman geniş maarifləndirmə tədbirləri həyata keçirir və artıq bunun vaxtı çatıb: "Bu günlərdə hətta biz iclasda maarifləndirmə proqramını tərtib etməyi də müzakirə etdik. Həmin proqram əsasında tədbirlərimizi həyata keçiririk. COP29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur. Dəyişəndə də qanunvericiliyin tələbinə uyğun olaraq, ancaq seçki irəli çəkilə bilər. Qanunvericiliyin tələbinə görə parlament seçkiləri noyabrın ilk bazar günündən arxaya çəkilə bilməz. Biz hətta noyabr ayının əvvəli üçün də təcili maarifləndirmə tədbirlərinə başlamalıyıq ki, onunla bağlı fəaliyyətimizi həyata keçirək. Bu günlərdə əməli addımların şahidi olacaqsınız". Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Tahir Budaqov isə bildirib ki, parlament seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı son qərar yoxdur. Amma buna baxmayaraq, T.Budaqov bəyan edib ki, Yeni Azərbaycan Partiyası təkcə seçki ərəfəsində yox, seçkilər arası müddətdə də seçkiyə hazırlıq prosesini keçirir: "Yeni Azərbaycan Partiyası da bu gün parlament seçkiləri ilə bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir".
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, qanunvericiliyə istinad etsək, yaxud, ölkədə və regionda cərəyan edən sürətli ictimai siyasi prosesləri nəzərə alsaq, parlament seçkiləri bu il keçirilə bilər. Ekspertin fikrincə, keçiriləcək parlament seçkiləri artıq növbədənkənar olmayacaq:

"Heç kəsə sirr deyil ki, Milli Məclis yeni dövrün tələblərinə və müasir çağırışlara cavab vermir və hadisələrin arxasınca sürünür. Ölkənin ictimai siyasi həyatında, Azərbaycanın xarici siyasət konsepsiyasının həyata keçirilməsində demək olar ki, iştirak etmir. Qısa desək, parlament indiki tərkibdə səmərəsiz və keyfiyyətsiz fəaliyyət göstərir. Onu da nəzərə alaq ki, 10 mandat yeri boş qalıb. Bu isə 10 dairədə yaşayan 430 minə yaxın seçicinin hüquqlarının pozulması və dövlətin idarə edilməsində təmsilçilikdən kənarlaşdırılması deməkdir. Boş qalan yerlərə yalnız o halda yenidən seçki keçirilmir ki, ümumi parlament seçkilərinin vaxtına 120 gün müddət qalır. Seçkilərin isə nə vaxt keçiriləcəyi dəqiq məlum deyil. Digər tərəfdən referendum keçirilmədən, proporsional seçki sistemi tətbiq etmədən, yaxud Konstitusiyaya vacib bir sıra düzəlişləri həyata keçirmədən, seçim məcəlləsini təkmilləşdirmədən növbəti parlament seçkilərinin keçirilməsinin ölkə, cəmiyyət və siyasiləşmiş, təşkilatlanmış təsisatlar üçün heç bir önəmi olmayacaq".
Ə.Oruclu bəzi millət vəkillərinin, siyasilərin və təhlilçilərin söylədiklərinin əksinə olaraq parlament seçkilərinin avqust-sentyabr aylarında baş tutacağını düşünmür: "Əvvəla ona görə ki, 11-22 noyabrda Azərbaycanda COP29 beynəlxalq konfransı keçiriləcək. Bu böyük tədbirə ən mötəbər şəxslər də daxil olmaqla müxtəlif peşə və vəzifə sahiblərindən ibarət 100 mindən artıq qonaq gələcək. Bu cür beynəlxalq tədbirin yüksək səviyyədə və uğurla keçirilməsi hökuməti qayğılandıran əsas məsələdir. Həmçinin, praktika göstərib ki, həmişə Azərbaycanda genişmiqyaslı beynəlxalq tədbirlər keçiriləndə dünyanın gözü və qulağı Bakıda olur. Bu fürsətdən yararlanmaq istəyən bizə düşmən olan qüvvələr Azərbaycana və hakimiyyətə qarşı qara piar kampaniyası aparırlar. İndidən bu cür təxribat və qərəz dolu informasiya müharibəsinə start verilib. Digər yandan hamıya məlumdur ki, seçkilərin əsas yükü büdcə təşkilatlarının, xüsusən təhsil, səhiyyə, yerli icra hakimiyyəti orqanları işçilərinin üzərində olur. Bütün təhsil ocaqlarının tələbə və şagirdlərindən fəal şəkildə məqsədli olaraq istifadə edilir. Həmin dövrdə ölkədə ictimai siyasi aktivlik müşahidə edilmir. İnsanlar daha çox tətilə və istirahətə üstünlük verirlər. Ona görə də sadaladığım amillər parlament seçkilərinin avqust-sentyabr aylarında keçirilməsi ağlabatan deyil. Əgər seçkilərlə bağlı hansısa qərar verilərsə, noyabr-dekabr aylarında, yaxud 2025-ci ilin ilk birinci rübü ərzində verilə bilər. Onu da qeyd etmək lazımdır ki, ilin sonunda bələdiyyə seçkilərinin vaxtıdır və yerli özünüidarəetmə orqanlarına seçkilər mütləq baş tutmalıdır. İstənilən halda parlament seçkiləri haqqında qərar vermək Prezidentin müstəsna hüququdur".

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-01-2024, 18:23

Qeydiyyatdan keçən müşahidəçilərin sayı…

Gündəm / Siyasət

7-12-2023, 12:41

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi

Gündəm / Dünya

13-02-2024, 13:41

Putin seçkiqabağı debatlardan imtina edib

Dünya

16-03-2024, 10:20

Rusiyadakı seçkiləri diqqətlə izləyirik - Kirbi

Gündəm / Araşdırma

7-05-2024, 15:23

İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Gündəm / Araşdırma

28-03-2024, 18:40

Putin seçki üçün 317 milyon pul xərcləyib

Gündəm / Araşdırma

14-12-2023, 15:39

Bakının Qarabağ zəfərindən sonra Paşinyan yeni plan hazırlayır - DETALLAR

Gündəm / Cəmiyyət

14-12-2023, 15:39

Bakının Qarabağ zəfərindən sonra Paşinyan yeni plan hazırlayır - DETALLAR

Gündəm / Araşdırma

18-03-2024, 15:25

Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO

Cəmiyyət

9-06-2023, 12:25

Parlament gömrüklə bağlı bu Sazişi təsdiqlədi

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə