• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

17-05-2024, 11:17

Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

“Bildiyiniz kimi, ölkə Prezidentinin 24 iyul 2023-cü il fərmanı ilə, Elm və Təhsil Nazirliyinin struktru yenidən müəyyən olunub. Belə ki, Nazirlik Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Elm və Ali Təhsil Agentliyi, Peşə Təhsili Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olmaqla 4 agentliyə ayrılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təyinatlar noyabr ayında verildi. Artıq 6 aydır, bu Agentlik sözdə fəaliyyət göstərir. Nədənsə fəaliyyəti hiss olunmur. Təbii ki, fəaliyyəti varsa... Əslində, bu agentliklərin yaradılması təhsil sahəsində vəzifə bölgüsünün aparılması, struktrun müəyyənləşdirilməsi, dövlət tənzimləmə mexanizminin işə salınması ilə bağlıdır. Çox təəssüf ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 6 aylıq fəaliyyəti ilə bağlı yaddaqalan heç nə yoxdur. Bu Agentliyin işi ancaq imtahan keçirməkdir. Necə ki əvvəl bunu Elm və Təhsil Nazirliyi edirdi...”

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi imtahanları sadalayıb: “Bildiyiniz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliy lisey və gimnaziyalardan başqa, 12 regional təhsil idarəsinə, Bakı Şəhər Təhsil İdarəsinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə bölünür. Yəni Agentliyin tabeliyində 14 qurum var. Hər qurum ayrı-ayrılıqda laborant, kitabxanaçı, uşaq birliyi rəhbərliyi, çağırışaqədər hazırlıq rəhbərliyi və psixoloq imtahanı keçirir. Bu isə 70 imtahan edir. Bir də təsərrüfat işləri üzrə direktorların, təşkilatçı müavinlərin, tədris işləri üzrə direktor müavinlərinin işə qəbul imtahanı var. Bu da etdi 42. Ümumilikdə, 112 imtahan. 150 nəfərə qədər şagird sayı olan, eyni zamanda 150-500 şagirdi olan məkəblər üçün də direktorların işə qəbulu imtahanı var. Bu da 28 etdi. 112+28, etdi 140 imtahan. Agentliyin özü isə şagird sayı 500 nəfərdən yuxarı olan məktəblər üçün direktorların, müəllimlərin işə qəbulu, onların yerdəyişməsi ilə bağlı imtahanları keçirir. Paralel olaraq müəllimlərin qarşılıqlı yerdəyişməsi imtahanı, şəhid ailəsindən olan müəllimlərin yerdəyişməsi imtahanı da Agentliyin öhdəsindədir. 145 imtahan etdi. Artıq sosial pedaqoqlarla bağlı imtahanlar da ayrı-ayrı keçirilməkdədir. Üstəlik, metodist müəllim imtahanı, məktəb inspektorlarının imtahanı da var. Və sairə... Təkcə ümumtəhsildə ortalama 150 imtahan var. Məktəbəqədərdə isə tərbiyəçilərin işə qəbulu, məktəb rəhbərlərinin işə qəbulu imtahanı... Bir də direktorların qarşılıqlı yerdəyişmə imtahanı hər regionda ayrı olduğu üçün 14 imtahan edir. Bir sözlə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 1 il ərzində ortalama 170-ə yaxın imtahan keçirir. Hər imtahan da üç mərhələdən ibarətdir. Sənəd qəbulu prosesi, test imtahanı, müsahibə mərhələsi. Hələ yerləşmə mərhələsini də desək, 4 mərhələyə gəlib çıxır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dövlətin təhsil siyasətinin məhz məktəbəqədər və ümumtəhsillə bağlı hissəsini həyata keçirmək üçün nəzərdə tutulmuş təhsili idarətetmə orqanıdırsa, amma hər biri 2-4 mərhələdən ibarət olmaqla 170 imtahan keçirirsə... Onda Agentliyin fəaliyyətinin nədən ibarət olduğunu görəcəksiniz. İndi özünüz qiymət verin. Nəticə etibarilə, bu Agnetlik “İmtahan Mərkəzi” olmaqdan başqa heç bir fəaliyyət göstərmir. Çox təəssüflər olsun. İstər məktəbəqədər, istərsə də ümumtəhsilin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi normativlər sıfır səviyyəsindədir. Olan hüquqi normativlər də 2023-cü ilə qədər qəbul edilib. Bu sənədlər o vaxta qədər Elm və Təhsil Nazirliyinin üzərində idi. Hətta o vaxtlar da hüquqi normativ sənədlərdə çatışmazlıq var idi. Biz təhsil mütəxəssisləri olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək istəyirik. Dəfələrlə təkliflərimizi vermişik. Hətta müavinlər səviyyəsində görüşümüz olub. Dəyirmi masalar keçiririk, problemlər qaldırırıq, müzakirələr edirik. Problemlərin həlli yollarını bir yerdə axtarmağa çalışırıq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə təhsil ekspertləri ilə işləməkdən qaçır. Niyə qaçır? Bunu bilmirik. Nə özləri problemdən baş aça bilirlər, nə də verilən təklifləri qəbul edirlər. Biz gözləyirdik ki, Agentliklərin yaranması müəyyən irəliləyişlərə səbəb olacaq. Əksinə, təhsil sahəsindəki fəaliyyəti daha da iflic vəziyyətinə saldı”.

Qeyd: Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdur.

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

30-11-2023, 18:30

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

Cəmiyyət

14-06-2023, 09:49

XI sinfi bitirən şagirdlərin sayı AÇIQLANDI

Gündəm / Cəmiyyət

2-02-2024, 14:52

Elm və Təhsil Nazirliyinin Eşqi Bağırov “fenomeni” – bu gəncin sürətli irəliləyişinin arxasında hansı qüvvə dayanır?

Gündəm / Cəmiyyət

13-02-2024, 09:55

Eşqi Bağırovun arxasında ciddi bir qüvvə dayanır... - İLGİNC GƏLİŞMƏ...

Gündəm / Cəmiyyət

10-02-2024, 22:39

Emin Əmrullayev, Ülkər Səttarova və ayı 21 mini aşan müqavilə... - Nazirlikdə maliyyə əməliyyatları əndazəni aşıb

Gündəm / Araşdırma

14-06-2023, 08:13

Bu gün “Son zəng”dir

Gündəm / Araşdırma

1-10-2023, 09:46

Bu şəxslər imtahan verəcək

Araşdırma

7-10-2023, 11:57

Bakı təhsilində RƏHBƏR DƏYİŞİKLİYİ: NƏ BAŞ VERİR? - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

6-02-2024, 13:39

Peyvənd olunmayan uşaqlar bağçaya qəbul edilmir?

Gündəm / Cəmiyyət

5-12-2023, 23:09

Xaricdə təhsil "bazarı": Diplomlar niyə təsdiqlənmir? - AKTUAL

Gündəm / Cəmiyyət

5-06-2023, 14:19

Hansı şagirdlərə qırmızı attestat verilir?

Gündəm / Hadisə

9-01-2024, 14:14

Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Region Təhsil İdarəsinə 13 MİLYON KÖÇÜRÜB - İLGİNC

Gündəm / Araşdırma

6-09-2023, 09:10

Regional Təhsil İdarələrinin rəhbərləri nə işlə məşğuldur?

Gündəm / Araşdırma

13-11-2023, 08:33

Bu təhsil İdarəsində ibtidai sinif şagirdlərinə məcburi kitab satılır - NARAZILIQ VAR...

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə