• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?! -DE-FAKTO

Gündəm

1-06-2024, 00:55

“Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?! -DE-FAKTO

Redaksiyamıza müraciət edən bir qrup şuşalı cənab prezident İlham Əliyevə şikəyət məktubu ünvanlayıb.
Onların bizə verdiyi məlumata görə "Çanaqqala" restoranı dövlər qoruğu olan "Şəhriyar" parkını zəbt edib və 30 ildən çoxdur ki, qanunsuz fəaliyyət göstərir. Məlumatda bildirilir ki, restoranda 30-dan çox yeniyetmə gənclər səhər saat 8-dən gecə saat 12-yə qədər 16 saat ac-susuz işləyirlər. Müqabilində vur-tut 7 manat zəhmət haqqı alırlar. Özü də onların haqqı çatmır ki, bir tikə quru çörək götürüb yesinlər.
Redaksiyamıza daxil olan məktubu olduğu kimi təqdim edirik və yazıda yol verilən nöqsanlara, qrammatik səhvlərə görə redaksiya məsuliyyət daşımır:
“Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?!
Heç bir hüquqi əsası olmayan “Çanaqqala” restoranı yaratmışdır!
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına müraciət:

Möhtərəm cənab Prezident,

Danılmaz həqiqətdir ki, prezidentliyiniz illərində Azərbaycan adlı məmləkət tamamilə abadlaşmış, müasirləşmiş, öz simasını Avropa standartlarına uyğun dəyişmişdir. Hakimiyyətiniz dövründə görün nə qədər məktəblər, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə ocaqları və sosial təyinatlı müəssisələr tikilib istifadəyə verilmişdir. Ən ucqar rayonlar, kəndlər, qəsəbələr belə yenidən qurulmuşdur.
Ötən illər ərzində yarım əsrə bərabər abadlıq, quruculuq işləri görülmüşdür. Bu gün Azərbaycan tərəqqi yollarında qətiyyətlə irəliləyir, beynəlxalq sammitlərdə, müşavirələrdə ali tribunalardan inamla öz sözünü deyir, görülən işlərin hesabatını verir. Bütün deyilənlər və deyilməsinə zaman lazım olan digər uğurlar da təbii ki, Sizin gərgin zəhmətiniz və düşünülmüş mütərəqqi layihələriniz sayəsində mümkün olmuşdur,

Cənab Prezident,

Unudulmaz şairimiz Süleyman Rüstəmin dediyi kimi:
Bəzənib başdan başa
Şəhərləri, kəndləri.
“Cənnət görmək istəyən
Azərbaycana gəlsin”

Həqiqətən sözün indiki mənasında Azərbaycan bu gün cənnət təsiri bəxş edir.

Cənab Prezident,

Siz yüzlərlə uğurlara imza atmısınız. Nailiyyətləriniz sırasında isə ən parlaq zəfəriniz 44 gün ərzində Qarabağı erməni qəsbkarlarından və 24 saat ərzində işğalda qalan digər rayonlarımızı erməni separatçılarından azad etməyinizdir. Təkcə bu uzaqgörən müdrik siyasətiniz Sizə ümumxalq məhəbbəti qazandırmış, prezidentliyinizi əbədiyaşar etmiş və Siz öz sağlığınızda adınızı qızıl hərflərlə Azərbaycan tarixinə yazmısınız.

Sizin böyüklüyünüz, ucalığınız sadəliyinizdə, səmimiyyətinizdədir, qazandığınız uğurlar isə xalqa arxalanmağınızdadır.

Qədim Şərq məsələlərinin birində deyildiyi kimi:

"Arxası el olanın başı göylərə dəyər, Dağ da ona bata bilməz" .

Bir daha qeyd etmək lazım gəlir ki, 44 günlük savaşla və az itkilərlə işğal olunmuş torpaqlarımızı erməni faşistlərindən azad etməyiniz Sizin şah əsəriniz, azad edilmiş bölgələrdə sürətli abadlıq quruculuq işləri isə Sizin vətənə, xalqa bağlılığınızın bariz göstəricisidir.
Bu gün vətənini, xalqını qanı, canı qədər sevən, maddi imkanları olan hər bir qeyrətli Azərbaycan vətəndaşı, iş adamı işğaldan azad olunmuş bölgələrimizin yenidən qurulmasında, abadlaşmasında öz imkanlarını əsirgəməməlidir. Yuxarıda adını çəkdiyimiz Əbdülqasımov Tahir Nadir oğlu əslən Şuşalıdır. Şuşada doğulmuşdur və boya-başa çatmışdır.
Bu gün onun qədər maddi imkanlı ikinci bir iş adamı yoxdur. 10-dan çox restoranı və gəlir gətirən digər obyektləri var. (obyektlərin siyahısı əlavə ediləcəkdir)
1992-c i ilin may ayının 8-də Azərbaycanın dilbər guşəsi Şuşa ermənilər tərəfindən işğal olunanda Tahir Əbdülqasımov indiki “Çanaqqala” restoranının ərazisində çadır qurub kabab çatırmış.
Ötən illər ərzində Tahir Əbdülqasımov əldə etdiyi sərvət-sərmayə hesabına 10-dan çox, hətta Şamaxı, İsmayıllı rayonlarında belə restoranlar aça bilmişdir. Amma bu qədər maddi imkanları olan iş adamı bu günə qədər bir nəfər yetimə, imkansıza, xüsusən də qazilərimizə əl tutmayıb.
Onun kimliyi, hansı əməl sahibi olması ilə əlaqədar bircə faktı qeyd etmək kifayətdir ki, deyək ki, Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib, burada qanunsuz “Çanaqqala” restoranı yaradıb və 30 ildir işlədir, sərvət toplayır. Restoranda 30-dan çox yeniyetmə gənclər səhər saat 8-dən gecə saat 12-yə qədər 16 saat ac-susuz işləyirlər. Müqabilində vur-tut 7 manat zəhmət haqqı alırlar. Özü də onların haqqı çatmır ki, bir tikə quru çörək götürüb yesinlər.
İllər öncə məhkumluq həyatı yaşamış Tahir Əbdülqasımovun dini, imanı, həyatının mənası, məzmunu yalnız puldur, sərvətdir.
Tahir Əbdülqasımov uzun illər cinayət əməllərini ört-basdır etmək üçün belə şaiyələr yayırmış ki, guya “Çanaqqala” keçmiş Daxili İşlər naziri Ramil Usubova məxsusdur. Halbu ki, Ramil Usubovun adıçəkilən restoranla heç bir əlaqəsi olmayıb. anaqqala” restoranı 30 ildən çoxdur ki, qanunsuz fəaliyyət göstərir.

Cənab Prezident,

Tahir Əbdülqasımov bu gün çox acınacaqlı vəziyyətdədir, iki yol ayrıcındadır. O ya vətənpərvərlik nümunəsi göstərib gedib öz vəsaiti hesabına vətəni Şuşada bir əzəmətli sosial təyinatlı obyekt tikib istifadəyə verməlidir. Ya da təklifdən boyun qaçırdığı halda isə 30 ildən artıqdır ona xidmət edən qanunsuz fəaliyyət göstərən “Çanaqqala” restoranı sökülüb yerlə yeksan edilməlidir.

Hörmətli cənab Prezident,

Şuşalıların rahat, əmin arxayın yaşaması naminə çoxsaylı Şuşalılar adından yazılan bu müraciəti xüsusi nəzarətə götürməyinizi və Tahir Əbdülqasımovu bu nəcib təşəbbüsü icra etməsinə göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirik.
Əlavə etmək yerinə düşər ki, təşəbbüs Tahir Əbdülqasımov tərəfindən icra olunana qədər silsilə yazılar davam edəcək və nüfuzlu saytlarda ictimailəşdiriləcək.
Möhtərəm prezident, Ulu Yaradanımız kölgənizi xalqımızın, dəmir yumruğunuzu isə tarixi düşmənlərimiz olan ermənilərin başı üstündən əskik etməsin, Amin! Tahir Əbdülqasımova məxsus restoranların siyahısı əlavə edilir:
Nərimanov rayonunda
1. “Çanaqqala” restoranı
2. “Şuşa” restoranı
3. “Qreen” kafesi
Nizami rayonunda
1. “Xan qızı” restoranı
2. “Xan Bağı” restoranı
Xətai rayonu
1. Asiman” restoranı
Şamaxı və İsmayıllı rayonlarında adları bəlli olmayan restoranlar

Təkrar araşdırmalarımızdan sonra Tahir Əbdülqasımovun daha zəngin obyektləri bəlli olacaq.

Hörmətlə,

Çoxsaylı Şuşalılar adından

P.S. Biz də SƏHƏR.MEDİA xəbər portalı olaraq qarşı tərəf kimi restoran rəhbərliyinin cavabını dinləməyə hazırıq.

-------------------------------

Biz "SəhərMedia" xəbər portalı olaraq, qarşı tərəflə əlaqə saxladıq və onlar qeyd etdilər ki, yayılan məlumat doğru deyil, hətta məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildirdi. Yeri gəlmişkən qeyd edək ki, özünü Tahir bəyin köməkçisi kimi təqdim edən Mahmud adlı şəxs göstərilən iddialarla bağlı sübut təqdim etmədi.

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

18-01-2024, 10:41

Tahir Mirkişinin qardaşının şirkətinin dövlətə yarımmilyondan çox borcu üzə çıxdı - FOTOFAKT

Gündəm / Video

22-05-2024, 17:18

“Azəryolservis" ASC sakinlərin pay torpağına gedən yolu zəbt edib - DƏLİXANADIR, VALLAH...

Gündəm / Hadisə

16-02-2024, 11:53

Naxçıvanda nazir şikayətçini ŞƏXSƏN QƏBUL ETDİ VƏ... - AÇIQLAMA

Gündəm / Cəmiyyət

28-09-2023, 13:22

Göygöl sakini ÇARƏSİZ DURUMDA... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

6-09-2023, 08:42

Məşhur iş adamı ilə keçmiş müavini arasında qalmaqal davam edir

Gündəm / Dünya

9-03-2024, 10:27

PİON LOUNGE restoranı BELƏ NARAZILIQ YARADIR... - FOTOFAKT

Gündəm / Siyasət

16-06-2023, 13:13

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır - SƏRƏNCAM

Siyasət

28-09-2023, 17:41

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib

Gündəm / Araşdırma

11-04-2024, 11:31

"Niaqara" restoranı insanların istirahətinə haram qatır - Gecə saatlarında analoqu olmayan söyüşlər eşidirik

Gündəm / Araşdırma

9-08-2023, 23:17

`Koroğlu` şefinin oğlu ilə bağlı ŞOK İTTİHAMLAR - BU NƏDİ BELƏ?

Gündəm / Siyasət

26-09-2023, 18:18

İƏT-in 9-cu Baş katibi İlham Əliyevi təbrik etdi

Gündəm / Cəmiyyət

16-10-2023, 08:47

“Bələdiyyə sədri icra başçısının göstərişini vecinə almır?” - NARAZILIQ VAR...

Araşdırma
Su istehsalı müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
İmişli təhsil sektorunda himayədarlıq və direktor özbaşınalıqları bsş slıb gedir - MÜRACİƏT
Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bir neçə kəndin sakinlərini təhlükə altında qoyub - Foto
Hüseyn Əzizoğlunun “Papaq Lounge” da nələr baş verir? Hüzn günündə içki var, məclis var… -Video
Hadisə
Dün, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
6-01-2026, 10:18
Xırdalanda 33 yaşlı kişinin meyiti tapıldı
5-01-2026, 16:29
Ağstafada müxtəlif vaxtlarda 5 üzvü ölən ailənin evi yandı
2-01-2026, 13:04
“Purple Karaoke & Live Bar”da olay: Müştəri administrator öl*dürdü
24-12-2025, 19:03
Siyəzəndə faciə: 2 yaşlı uşaq maşında yandı
Son xəbərlər
  • Dün, 18:34
    Su istehsalı müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı
  • Dün, 17:36
    Gəncədəki təhsil problemi: Şəhidlərimizi anmağa nəzarət əksikliyi
  • Dün, 17:05
    “Hollywood”da kütləvi dava - Tiktokeri döydülər
  • Dün, 16:26
    Səfər Əbiyevin oğlu Roman Əbiyevin restoranında borc qalmaqalı-Fotolar
  • Dün, 15:45
    “Referans” klinikasında pasiyentlərə belə xidmət göstərilir? -Şikayət
  • Dün, 14:33
    “Caspian Prodakşn Layn”ın şorları: Təbii adı altında kimyəvi tərkib
  • Dün, 14:09
    Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
  • Dün, 12:43
    Ötən il 3.6 milyonu gözdən çıxaran icra başçısı indi 235 min AZN xərcləyəcək
  • Dün, 12:16
    Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
  • Dün, 11:47
    Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -FOTOLAR
  • Dün, 11:30
    İmişli təhsil sektorunda himayədarlıq və direktor özbaşınalıqları bsş slıb gedir - MÜRACİƏT
  • Dün, 10:48
    Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır
  • Dün, 10:27
    Aqrar sektorda "silinən pullar"da adları çəkilənlərlə bağlı YENİ MƏLUMAT - Biri nazirliyin əməkdaşı imiş
  • Dün, 10:21
    HAVA LİMANINDAKI GÖMRÜKÇÜLƏRİN ÖZ HAVASI VAR.
  • Dün, 09:36
    Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bir neçə kəndin sakinlərini təhlükə altında qoyub - Foto
  • 21-01-2026, 18:56
    Vurulan Azərbaycan təyyarəsi ilə bağlı hesabat nə vaxt açıqlanacaq?
  • 21-01-2026, 18:33
    Bu dəfə 21 illik müavini ilə yanaşı - Onları da işdən çıxardı
  • 21-01-2026, 18:02
    Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib
  • 21-01-2026, 16:57
    Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR
  • 21-01-2026, 15:57
    Ət qutabı yox, at qutabı yeyirmişik... - Video
  • 21-01-2026, 15:21
    ABŞ-də yaşayan azərbaycanlı aparıcı ilk dəfə sevgilisi ilə VİDEOsunu yaydı
  • 21-01-2026, 15:00
    Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
  • 21-01-2026, 13:47
    Özəldə 730 manata olan əməliyyat dövlətdə 2 mindən baha başa gəlir - Səbəb nədir? - ARAŞDIRMA
  • 21-01-2026, 13:18
    Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir
  • 21-01-2026, 12:41
    “Karvan“ restoranı İsa Həbibbəylinin imiş
  • 21-01-2026, 11:47
    Xaricdə təhsil mərkəzi tələbənin başına oyun açıb?
  • 21-01-2026, 11:15
    QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?
  • 21-01-2026, 10:34
    “Ştutqart” necə “Şassi olub?- Nəriman Əliyev 30 milyonluq biznesi ələ keçirib
  • 21-01-2026, 10:07
    Hüseyn Əzizoğlunun “Papaq Lounge” da nələr baş verir? Hüzn günündə içki var, məclis var… -Video
  • 21-01-2026, 09:38
    Vəliyevlər ailəsinin Almaniyada Aərbaycana və Azərbaycanlılara qarşı cinayətləri - VİDEO
  • 21-01-2026, 09:14
    "Azergold"da növbəti tender müəmması -ADI DƏLƏDUZLUQDA HALLANAN ŞİRKƏTİ KİMLƏR QALİB EDİB?
  • 20-01-2026, 17:55
    İcra başçısının müavinin qalmaqalları bitmək bilmir — Alı Alıyevin tapşırığı gülünc doğurdu (FOTOLAR)
  • 20-01-2026, 17:22
    “Əminliklə deyə bilərəm ki, indi qol vura bilməyəcək” - Qurban Qurbanov
  • 20-01-2026, 14:45
    Ceyhun Bayramov Hakan Fidanla danışdı
  • 20-01-2026, 11:59
    Bakıda 220 saylı məktəb-liseydə rüşvət qalmaqalı. FAKT VƏ SƏSYAZILAR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə