• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Gəncə Dövlət Universitetinin əməkdaşlarının rektora müraciəti: Cənab rektor,... fəaliyyətinizi düzəldin

Gündəm / Cəmiyyət

21-10-2024, 11:20

Gəncə Dövlət Universitetinin əməkdaşlarının rektora müraciəti: Cənab rektor,... fəaliyyətinizi düzəldin

Hal-hazırda işi korrupsiyada olan, cinayətkar əməllərinə görə bir neçə gün saxlanan, heç bir elmi dərəcəsi olmayan idman müəlliminin Pedaqoji fakültədə dekan işləməsi hansı qanuna sığır cənab Yusibov???

Kollektivin içərisinə gedəndə ətrafınıza çəpər çəkib gedirsiz, ətrafınız Sizi tamamilə kollektivdən təcrid edib

Redaksiyamıza Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı adından rektor Yusif Yusibova ünvanlanmış müraciət daxil olub. Müraciətdə universitetdə yaşanan müxtəlif problemlərdən, özbaşınalıq faktlarından bəhs olunur... Biz Yenixeber.org olaraq, səslənən iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:

Sayın rektorumuz, dəyərli Yusif müəllim.

Sizi universitetdə görə bilmirik, qəbul saatlarınız olmadığından qəbulunuza da girə bilmirik, ona görə də məcbur olub, sosial şəbəkələr və mətbuat vasitəsi ilə Sizə müraciət edirik. Azərbaycanda haqqında yazılan, haqqında ən çox şikayət olunan təhsil müəssisəsi Gəncə Dövlət Universitetidir.
Amma nə fayda???

Təhsil naziri Emin Əmrullayev bununla bağlı tədbir görmək istəsə də cənab rektor Sizin qarşınızda açizdir, Sizinlə bacarmır, çünki Sizi müdafiə edən qüvvələr ölkədə xüsusi nüfuza malik adamlardır. Siz yaxın ətrafınız ilə yemək-içmək məclislərində dəfələrlə qeyd edibsiz ki, o zamankı təhsil naziri Mikayıl Cabbarov mənə dayı deyir. Ceyhun Bayramovla, Maliyyə naziri Samir Şərifovla isti münasibətlərinizdən yaxın ətrafınıza həvəslə danışmaqdan doymursuz. Təbii ki, bu adamlar da öz dayısı haqqında mənfi xəbərlərin ölkə başçısına çatdırılmasının qabağını almaq üçün xüsusi tapşırıqlar verib.

Yeri gəlmişkən, Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyinin Aparat rəhbəridir. Universitetdə özbaşınalıqlar baş alıb gedir. Bu yaxınlarda universitetin akkreditasiyası keçirildi. Akkreditasiyanın nəticələrini hazırlayan komissiyanın universitetə çoxlu iradları olub. Lakin rektor
kimi bu iradları qəbul etmirsiz. Bu iradlardan biri Pedaqoji fakültədə dekanın, kafedra müdirlərinin ixtisasına və dərəcəsinə görə tutduqları vəzifəyə uyğun olmaması ilə bağlıdır. Hal-hazırda işi korrupsiyada olan, cinayətkar əməllərinə görə bir neçə gün saxlanan, heç bir elmi dərəcəsi olmayan idman müəlliminin Pedaqoji fakültədə dekan işləməsi hansı qanuna sığır cənab Yusibov???

Ümumi pedaqogika kafedrasının müdiri Şahin Tağıyev fizika-riyaziyyat ixtisasını bitirib, baza təhsili uyğun gəlməsə də Ümumi pedaqogika kafedrasının müdiri işləyir. Akkreditasiya komissiyasının bu haqda olan iradını niyə qəbul etmək istəmirsiz cənab Yusifov??? Cavabını deyək, bilin cənab rektor. Bir vaxtlar rəhmətlik Əliqulu Quliyev Sizin kəsən qılıncınz idi. Hamını onunla qorxudur, onu müxtəlif komissiyalara salıb, onun vasitəsi ilə ona-buna təzyiq edirdiz. O, rəhmətə gedəndən sonra bu funksiyanı ŞahinTağıyevə vermisiz. Müxtəlif şəxslərin fəaliyyətini ona yoxladırsınız, ona xüsusi səlahiyyət verib, əməkdaşları qorxu içində saxlayırsınız və özünüzdə buşəxsdən möhkəm qorxursunuz. Ona görə də ona xüsusi imtiyazlar verirsiz.

Magist tələbələrin dissertasiya işinə, elmi məqaləyə görə dərisini soyan, bəzi magistrlərə özbaşına icazə verən, ona-buna rüşvət müqabilində dissertasiya yazıb, elmi dərəcə və elmi ad alveri ilə məşğul olan bu professorun hərəkətlərini sanki görmürsüz. Çünki, Sizin ona bu güzəştlərinizin əvəzində o da Sizə xüsusi mədhiyyələr deyir, cünki, "əl əli yuyar, əl də üzü"....

Allahverdi Quliyev o zamankı V.İ.Lenin adına ADPİ-nin Ümumi texniki fənlər və fizika ixtisasını bitirib. Baza təhsili uyğun gəlməsə də Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiridir. Akkreditasiya komissiyasının üzvü Leyla xanımın suallarına belə cavab verə bilməyən, gənc bir xanımın qarşısında qan-tərə batan bu kafedra müdirləri haqda olan iradları niyəqəbul etmirsiz, cənab rektor???
Olmazmı, Pedaqoji fakültəyə oradakı ixtisaslara uyğun dekan və kafedra müdirləri seçilsin. Bilirsiz ki, Pedaqoji fakültədəki ixtisasların kökündə ən əsas İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil, Psixologiya və Musiqi müəllimliyi ixtisasları durur. Dərəcəsi olmayan idman müəlliminin bu
fakültədə dekan işləməsi bir az absurd deyilmi, cənab rektor???

Biologiya elmləri üzrə fəlsəfə doktorunun İqtisadiyyat və idarəetmə fakültəsində dekan olmağı hansı məntiqə uyğundur, cənab Yusibov???
Akkreditasiya komissiyasının iradlarından biri də, maddi-texniki bazanın zəif olması, laboratoriyalarda tədris üçün cihaz və avadanlıqların olmamasıdır.

Hörmətli rektor, Siz rektor işlədiyiniz müddətdə universitetə parta, yazı lövhəsi, stol-stul və şkafdan başqa nə alıbsız??? Laboratoriyalarda olan cihaz və avadanlıqlardan sabiq mərhum rektor Şaiq Şıxkərimovun nəfəsi gəlir. Yalnız özünüzün işlədiyiniz Kimya kafedrasına laboratoriya avadanlığı almısız. Bir də maşın həvəskarı olduğunuzdan tez-tez müxtəlif tipli bahalı, müasir xidməti maşınlar alırsız. Birini də indi gətirirsiniz, сan sağlığı ilə işlədin, gözəl səfərlərə sürün.
GDU-dakı xidməti maşınların sayı həddən artıq çoxdur. Universitetdə çox ali məktəblərdə olmayan Elektron universitet layihəsi üzrə Eduman sisteminə keçibsiz. Amma alıb binalara verdiyiniz notbukların heç biri işləmir, harda keyfiyyətsiz avadanlıq var, onu alırsız universitetə. Real qiyməti ucuz olan bu keyfiyyətsiz notbukların qiymətləri sənədlərdə "od tutub yanır". Bu işləməyən notbukların ucbatından müəllimlər qeydiyyatdan keçə bilmir, dərsin vaxtının hamısı bu qeydiyyata gedir, gedib müxtəlif otaqlarda bir-iki dənə işləyən kompüterlərdə qeydiyyatdan keçirlər. Əgər elektron universitetə keçilibsə, tələbələrə orada avtomatik qaib qoyulur, görəsən bu yoxlamalar nə üçündür???

Tələbələrin davamiyyətini yoxlayan adamların sayı-hesabı yoxdur. Prorektorların (Şahin müəllimin, Gülsüm müəllimin, elmi katib Seymur müəlliminvəs.) öz komissiyası var, Sizində öz komissiyanız. Maraqlıdır ki, universitetin İdman klubunun müdiri Xəqani müəllimin də öz komissiyası var. Bu komissiyalarında heç biri digərinin yoxlamasına sanki inanmır.
Dərslərə biri girir, biri çıxır, dərsin bütün vaxtı mənasız yoxlamalara gedir. İş gör nə yerə çatıb ki, Universitetdə olan İdman klubunun tədris nə olduğunu bilməyən, adını düz-əməlli yaza bilməyən həkimi belə gəlib dərslərdə tələbənin davamiyyətini yoxlayır. Cənab Yusibov, bu nəzarət fakültə dekanına, tyutor xidmətinə aiddir. Dekanların hamısını Siz təyin etmisiz cənab rektor. Əgər dekanlara inanmırsızsa, ərizəsini alın, işdən azad edin, kənardan gətirilmiş istədiyiniz şəxsi təyin edin (onsuz daşəhərdə avara adam qalmayıb, hamını hərşeyşünas prorektorunuz gətirib universitetdə işə düzəldir) və dərsin vaxtını alan bu biabırçı yoxlamaları yığışdırın. İdman klubunda iynə vuran həkim xala qoy getsin, öz xəstəsi ilə məşğul olsun.
Universitetin tələbə yataqxanasında qalan tələbələr narazılıq edir. Onların valideyni tələbə olduqları üçün hərdən onlara hazır yemək göndərir. Siz icazə vermirsiniz ki, tələbələr qaldıqları otaqda həmin yeməyi qızdırıb yesin. Otaqları yoxlatdırırsız, səbəb odur ki, hamı getsin Sizin kurasiyanızda olan bufetdə yesin, Sizin alveriniz getsin.

Universitetin tədris binalarındakı bufetlərlə bağlı da akkreditasiya komissiyasının iradları kifayət qədərdir. Bunlar hamısı doğrudur, cənab rektor, çünki, bufetlərin heç birində peçenye və peraşkidən başqa heç nə verilmir. Gəncədəki digər universitetlərin bufetində sulu və müxtəlif tipli
isti yeməklər verilir, həm də bu yeməklər tələbə üçün uyğun qiymətə verilir. Bizim tələbə bufetlərində isə adi çay 1 manat 50 qəpik- 2 manata,
peçenyelər dəyərindən dəfələrlə baha qiymətə satılır. Bu bufetlərin demək olar ki, əksəriyyəti prorektor Şahin müəllimin, dolayı yolla Sizin kurasiyanızdadır. Bufetlərdə tələbələrə nə vaxt isti yemək veriləcək, sayın rektor????

Universitetdə Tədris departamentində, İnnovasiyalar departamentində çoxlu lazımsız şöbələr var. Bu şöbələrin nə işlə məşğul olduğu belə məlum deyil. Birinin işi məlum oldu. Qüdrət müəllimin, diplom şirinliyi videosu unilər arasında rekord vurdu. İnnovasiyalar departamentinin işi zatən hamıya aşkardır, universitetuin pullarını xarici ölkələrdə layihə adı altında dağıtmaqla məşğuldur. Bugünə qədər universitetin tələbələri və ya müəllim kolllektivi bu layihələrdən heç bir xeyir görməyib, bu layihələr isə yalnız pul silməyə xidmət edir.

Ona görə də cənab rektor, Akkreditasiya komissiyasını ittiham etməyin,fəaliyyətinizi düzəldin, kollektivin qayğısına qalın, universitetdə normal iş şəraiti və tədris mühiti yaradın. Respublikada yeganə şəxssiz ki, Sizin qəbul gününüz yoxdur, kollektivin içərisinə çıxın, özü də tək çıxın, qoy bu kollektiv illərdir deyə bilmədiyi, içində saxladığı problemləri və təklifləri Sizə desin. Kollektivin içərisinə gedəndə ətrafınıza çəpər çəkib gedirsiz, ətrafınız Sizi tamamilə kollektivdən təcrid edib. Kabinetdə oturub, böyük bir müəssisəni idarə etmək qeyri-mümkündür.

Ümid edirik ki, kollektivin təkliflərini nəzərə alacaqsınız.(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-04-2024, 11:38

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Gündəm / Araşdırma

16-10-2023, 17:12

Rektor Yusif Yusibov GDU-nu “biznes mərkəzi”nə çevirib? - ŞOK FAKTLAR

Gündəm / Araşdırma

5-03-2024, 12:34

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru korrupsiya şəbəkəsi yaradıb -PREZİDENTƏ MÜRACİƏT

Araşdırma

18-11-2023, 12:30

“Gəncəbazar Universiteti”nin tələbəsi rektor Yusif Yusibovdan nə istəyir? -İLGİNC

Cəmiyyət

29-08-2023, 18:45

Gəncə Dövlət Universitetinin rəhbərliyi QALOŞ, DALANDAR ÜÇÜN JİLET, DƏSMAL və XALAT alır - 60 min manatlıq tender

Gündəm / Cəmiyyət

19-07-2023, 13:48

Deputat Etibar Əliyevin dediyi “10 ili başa vuran, 20 ildən çox işləyən” rektorlar kimlərdir? - SİYAHI

Gündəm / Cəmiyyət

11-07-2024, 10:14

Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:Rəis Cavanşir Vəliyev vətəndaşları soymaqla məşğuldur

Gündəm / Araşdırma

13-06-2024, 12:15

ADAU yox... ZƏFƏR KOLXOZU! - BUNUN BAŞQA ADI YOXDUR...

Gündəm / Cəmiyyət

20-08-2024, 10:48

Zaur Mikayılovun Göyçaydakı qəbulunda rüsvayçılıq -Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisinə "DUR" deyən olacaqmı?

Gündəm / Araşdırma

11-06-2024, 11:24

Zəfər Qurbanov iclasları çox sevir, AMMA... - NARAZILIQ VAR...

Cəmiyyət

23-09-2024, 12:32

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinə rüşvət ittihamı:PREZİDENTƏ MÜRACİƏT!

Gündəm / Araşdırma

7-05-2024, 14:50

Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Gündəm / Araşdırma

7-05-2024, 19:09

Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Gündəm / Araşdırma

16-10-2024, 15:39

ADAU: Elmin BATAQLIQ ADASI... - Rektora AĞIR İTTİHAMLAR...

Araşdırma

25-07-2023, 12:23

Gəncə Psixatriya Xəstəxanası ilə bağlı Prezidentə MÜRACİƏT OLUNDU - İTTİHAM VAR!

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə