• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İş adamı Ramil Aslanov Gömrükdə özbaşınalıqla bağlı Prezidentə müraciət etdi - VİDEO

Gündəm / Cəmiyyət

10-01-2025, 09:13

İş adamı Ramil Aslanov Gömrükdə özbaşınalıqla bağlı Prezidentə müraciət etdi - VİDEO


Bu müraciətin məqsəd və məramı, Bakı Baş Gömrük İdarəsində və dövlətin gömrük sistemində baş verən qanunsuz fəaliyyətlərə qarşı ciddi narazılıq və şikayətin bildirilməsi ilə əlaqədardır. Müraciətdə, xüsusən Bakı Baş Gömrük İdarəsindəki bəzi məmurların qanunsuz hərəkətlərindən və şikayətçi şəxsə qarşı şəxsi qərəzli yanaşmalardan bəhs edilir. Şikayətçi, gömrük prosedurlarının düzgün tətbiq edilmədiyini və məmurların qanunsuz olaraq qiymət manipulyasiyaları apardıqlarını iddia edir.

Müraciət, həmçinin bu qanunsuzluqlarla bağlı hüquqi mübarizəni davam etdirəcəyini vurğulayır və bu prosesdə cənab Prezidentin dəstəyinə ehtiyac duyulduğunu qeyd edir. Şikayətçi, Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəhbəri Elmir Ramazanovun fəaliyyətinə qarşı ittihamlar irəli sürür və müvafiq hüquq mühafizə orqanlarına xüsusi göstəriş verilərək məsələnin həll edilməsini tələb edir.

Müraciətin ümumi məqsədi, iqtisadiyyata və dövlətin qanunlarına zidd hərəkət edən gömrük məmurlarının fəaliyyətini ifşa etmək və bu cür qanunsuzluqları aradan qaldırmaqdır. Bu məqsədlə, şikayətçi Prezidentdən bu məsələyə müdaxilə etməsini xahiş edir.

İş adamı Ramil Aslanovun Prezident İlham Əliyevə ünvanladığı məktubu olduğu kimi sizlərə təqdim edirik:

Hörmətli cənab Prezident,

Çox saylı müraciətlərimlə Sizə bildirdiyim kimi Bakı Baş Gömrük İdarəsində rəhbəri olduğum şirkətə qarşı baş verən qanunsuzluqlar, süni əngəllər, məmur özbaşnalığı nəticəsində yaranan süründürməçiliklər və açıq-aşkar, şəxsi prinsip zəmnində qurulmuş “oyunlar” nümayişkaranə şəkildə hələdə davam etməkdədir.
Hörmətli cənab Prezident, ümüdüm yalnız Sizədir, bilirəm ki, Siz ölkəmizdə qanunun aliliyini təmin edən bir lidersiniz. Elə bu səbəbdən də öz problemlərimlə Sizi mütəmadi olaraq narahat edirəm.
Belə ki, Çin Xalq Respublikasından idxal etdiyim mallar 31.07.2024-cü il tarixli 01241000304074 nömrəli və 29.07.2024-cü il tarixli 01241000300384 nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilmiş və hər iki gömrük bəyannaməsi üzrə mallar buraxılaraq bəyannamələr arxivləşdirilmişdir. Lakin buna baxmayaraq Bakı Baş Gömrük İdarəsinin mənə qarşı qurduğu ədalətsiz “oyunlar” nəticəsində qanunsuz materiallar toplanaraq Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmiş və hal hazırda bu məsələ ilə bağlı mənə hələ də hədə-qorxu gəlinir. Şirkətimə edilmiş haqsızlıqlarla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə etdiyim 05.08.2024-cü il tarixli L20/24, 13.08.2024-cü il tarixli L27/24, 15.08.2024-cü il tarixli L28/24, 23.08.2024-cü il tarixli L35/24 və 12.09. 2024-cü il tarixli L38/24 nömrəli şikayət məktublarıma belə bu günədək baxılmamışdır.
Malların tam şəkildə gömrük rəsmiləşdirilməsindən keçirilməsi və buraxılması prosesindən 5 aydan artıq müddət keçsə də, guya malların gömrük dəyərinin düzgün bəyan olunmadığı barədə cəfəng iddia ortaya atılaraq mənimlə “qiymət sövdələşməsi” aparılmağa çalışılır. Əgər malların gömrük dəyəri tərəfimizdən düzgün bəyan edilməmişdirsə, necə ola bilər ki, bu hal malların gömrük rəsmiləşdirilməsindən keçirilməsi və gömrük nəzarəti altında buraxılması proseslərində aşkar olunmasın? Bəs bu proseslər zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin süni intelekt əsasında işləyən avtomatlaşdırılmış sistemi görəsən necə işləyirdi? Necə ola bilər ki, gömrük nəzarətindən keçirilərək buraxılışı verilmiş mallara dair Bakı Baş Gömrük İdarəsi uydyrma iddialar əsasında sonradan araşdırma başlayaraq materialları istintaq orqanına göndərir? Bunun adı şəxsi qərəzlilik prinsipi deyilsə bəs nədir?
Göründüyü kimi, yenə də gömrük orqanının vəzifəli şəxsləri başda Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov olmaqla öz yaxınları olan xarici iqtisadi fəaliyyət iştirakçılarına şərait yaratmaq üçün mənim kimi dürüst sahibkarları sıxışdırmaq niyyətindədirlər. Bu kimi qanunsuz hərəkətlər nəticəsində vəzifə həddini açıq aşkar surətdə aşan gömrük məmurları mənim kimi hüquqlarını bilən sahibkarlara əzab-əziyyət verərək düzgün bəyan edilmiş malların dəyərini süni şəkildə qaldırıldıqdan sonra haqsız rəqabətə yol açır.
Möhtərəm Prezident!
Mən bundan əvvəlki məktublarımda da qeyd etmişdim, indi də təkrar olaraq vurğulamaq istəyirəm ki, Sizin iqtisadiyyatımızın inkişafı ilə bağlı müəyyən etdiyiniz yoldan dönməyərək Sizin yürütdüyünüz siyasətə daim sadiq olacağam və ölkəmizdə mövcud bürokratlara, rüşvətxorlara, korrupsiya əməllərinə qarşı mübarizəmi apararaq, Elmir Razmazanov kimi dövlət məmurlarının fəaliyyətlərini ifşa etməkdə davam edəcəyəm. Lakin bu kimi qanunsuzluqlarla mübarizə zamanı bizim Sizin kimi Liderin dəstəyinə ehtiyacımız var. Ümüdümüz Sizədir cənab Prezident. Bir daha Sizdən xahiş edirəm ki, Bakı Baş Gömrük İdarəsində iş adamlarına qarşı Elmir Ramazanovun rəhbərliyi ilə həyata keçirilən qanunsuzluqların, gömrük orqanlarının istintaq idarəsində davam edən özbaşnalıqların aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə əlqədar müvafiq hüquq mühafizə orqanlarına xüsusi göstəriş verəsiniz.
Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.(BakuNews.az)

Dərin hörmətlə, Ramil Aslanov

Paylaş:
Digər xəbərlər

Araşdırma

3-10-2023, 19:11

Vətəndaş gömrük işçilərinə belə ETİRAZ ETDİ... - GİLEY

Gündəm / Araşdırma

6-08-2024, 12:19

“Lion Centre” MMC-nin direktoru Prezidentə və qurumlara Gömrükdə baş verən özbaşınalıqla bağlı müraciət etdi

Gündəm / Cəmiyyət

15-11-2024, 09:37

Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...

Araşdırma

21-08-2024, 08:18

Elmir Ramazanov sahibkara qarşı təzyiq kompaniyasına dava edir “DGK və ya qeyri kimlərisə mən tanımıram Elnur Əliyev nə deyir mən onu edirəm”

Gündəm / Cəmiyyət

25-10-2024, 11:41

Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...

Gündəm / Araşdırma

6-09-2023, 18:25

Gömrük Komitəsində nə baş verir? – 20 gündə 4 HƏBS

Gündəm / Araşdırma

9-01-2025, 18:21

DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...

Gündəm / Cəmiyyət

22-02-2024, 18:13

İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi - DETALLAR

Gündəm / Araşdırma

20-06-2023, 19:16

“Ayma Alyans” MMC gömrük qaydalarını pozub

Araşdırma

10-08-2024, 15:58

Elmir Ramazanov hegemonluğu ilə DGK və yuxarı dairələri aldatmağa cəhd etdi

Gündəm / Araşdırma

8-09-2023, 13:37

Gömrük Komitəsi hər sahibkara 11 min dollar zərər vurur - Prezidentə faktlar açıqlandı

Gündəm / Cəmiyyət

18-12-2024, 09:15

Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..

Gündəm / Cəmiyyət

29-01-2024, 18:36

Prezident rektoru TƏLTİF ETDİ

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə