• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Siyasət

15-10-2024, 15:01

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider


Görkəmli dövlət xadimi, xalqımızın yeni əsrdə yeni lideri İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni uğurlu bir mərhələ başlandı.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev ölkəmizin siyasi rəhbərliyinə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə Prezident seçdi. Prezident İlham Əliyevin ali dövləti vəzifədə ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli, milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inamı və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü, 2018-ci və 2024-cü illərdə keçirilən prezident seçkilərində İlham Əliyev yenidən inamlı qələbə qazandı. Bu qələbələr xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi bir ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı seçkilərdə səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirir.
Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Prezident İlham Əliyevin 21 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salaq.

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin çağdaş tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. İyirmi bir illik möhtəşəm dövrün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad edildi. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici mediaya otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Rəşadətli Ordumuzun 2023-cü il sentyabrın 19-da Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin, müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş etdirdi.

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni separatçı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən, hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.
Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Qurucu liderimiz Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün yüksək qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Azad olunmuş ərazilərə bu günədək 2263 ailə, yaxud 8 min 660 nəfər köçürülüb. Onlara prezident və parlament seçkilərində ilk dəfə olaraq doğma yurdda səs vermək xoşbəxtliyi nəsib olub.

Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir.

Əlbəttə, Vətən müharibəsində qazanılmış şanlı Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaradılmalı idi və yaradıldı. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 21 ilə nəzər salsaq, görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.

Azərbaycan ötən 21 ildə bir çox nəhəng transmilli layihələrə imza atıb ki, onlardan bəzilərini xatırlamaq yerinə düşər. 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu.

Prezident İlham Əliyevin gərgin və uğurlu fəaliyyəti, ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yaradıldı. Bununla da dünya enerji xəritəsində yeni mənzərə formalaşdı.

2017-ci ildə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı, yəni “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı. 2020-ci il dekabrın 31-də isə Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına başlanıldı.

Bütün bu irimiqyaslı neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika habına, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi. Bu və digər layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırmaqdadır.

Prezidentimizin gələcəyə hesablanmış müdrik siyasəti, təbii ki, ilk növbədə, Azərbaycan dövlətinin iqtisadi-siyasi sistemini daha da möhkəmləndirdi. Biz Vətən müharibəsinin gedişində bunun əyani surətdə şahidi olduq. Prezident İlham Əliyev Cənubi Qafqaz regionunun inkişaf meyillərini görən və istiqamətləndirən strateqdir. Hədəfi dəqiq nişan alan bu strateji addımların bəhrəsi hazırda həyatımızın hər bir sahəsində aydın hiss olunur.

Prezident İlham Əliyev ali dövləti vəzifəsinin icrasına başladığı ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Bu, bir dövlət adamının böyüklüyünün əsas göstəricisidir. Prezidentimizin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz Liderinə sonsuz inamı, Liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir.

Müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən daha bir mühüm amil Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Dövlət başçısı seçildikdən sonra bütün bölgələrin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilib. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, həyatımızın bütün sferalarında demokratik dəyərlərin tam bərqərar olması istiqamətində inkişafın davamlılığı təmin olunub. Sözsüz ki, Vətən müharibəsində qazanılmış Zəfər həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi. Belə də oldu: Azərbaycan doğrudan da heç vaxt indiki qədər güclü olmayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi, siyasi dialoq mühitinin yaxşılaşdırılması, yeni siyasi konfiqurasiyanın formalaşdırılması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini təmin edib.

Xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə fərqlənən Azərbaycan Prezidentinin müasir siyasət strategiyası nəticəsində ölkəmiz modernləşərək öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyub, həyatın bütün sahələri yenilənib. Milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətə əsaslanır. Bu praqmatik, çevik siyasət, sistemli və ardıcıl strateji kurs ölkəmizin müasir inkişafının əsas təminatçısıdır.

Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu gənclər siyasəti də kadr və institusional islahatlar zamanı da diqqətdə saxlanılır. Dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlarda, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınır. Dövlət idarəetmə sistemində son illər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi rəğbətlə qarşılanır. Bu, ölkənin inkişafında gənclərə olan böyük inamın və etibarın təzahürüdür. Eyni zamanda, idarəçilik sistemində yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birləşməsi yüksək səmərə verir.
Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Prezident İlham Əliyevin zəngin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.

Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Ötən ilin dekabrında dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul etdilər. Bu, Azərbaycana və onun liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmətin və rəğbətin ifadəsi olmaqla, eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə verilən böyük qiymətdir.

Prezident İlham Əliyev ötən 21 illik fəaliyyəti dövründə ona olan inamı bütünlüklə doğruldub, xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı ildən-ilə yaxşılaşıb. Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.

Dövlətimizin başçısı İlham Əliyevin 21 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır./AZƏRTAC

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

12-12-2023, 09:45

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Gündəm / Siyasət

9-10-2023, 15:00

Prezident İlham Əliyevin üçüncü dəfə ölkə rəhbəri seçilməsindən 10 il ötür

Gündəm / Siyasət

14-06-2023, 10:29

"Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb" - Spiker

Gündəm / Siyasət

15-06-2024, 06:29

Bu gün Milli Qurtuluş Günüdür

Gündəm / Siyasət

24-12-2023, 00:23

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür

Gündəm

12-12-2023, 08:36

Ümummilli liderin vəfatından 20 il ötür

Gündəm / Siyasət

10-05-2024, 00:17

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Gündəm / Siyasət

10-05-2024, 10:18

Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Gündəm / Siyasət

15-10-2023, 08:59

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür

Araşdırma
“AZMA GROUP”un rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib. FOTO
Masazır sakinləri ansinatiraya vəziyyət şikayətçidirlər
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:Nədən Əli Quluzadə?!
“Şərifoğlu” restoranı vergidən yayınır: “kartdan-karta” üsulu ilə ödəniş
“Tamstore” müştəriləri kiflənmiş məhsullar satılı-Fotolar
Hadisə
Dün, 11:19
Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
Dün, 11:16
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Dün, 10:47
Şamaxıda "Shacman" dərəyə aşdı: Ölən var
14-11-2025, 12:28
Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı
11-11-2025, 14:56
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı
11-10-2025, 10:08
Bakı metrosunda ölüm
Son xəbərlər
  • Dün, 11:19
    Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
  • Dün, 11:18
    Tramp Epşteynlə bağlı qanun layihəsini imzaladı
  • Dün, 11:16
    Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
  • Dün, 11:15
    KİV: Umerov və Uitkoff danışıqlar zamanı razılığa gəliblər
  • Dün, 11:14
    COP31-lə bağlı vacib sənədlərin razılaşdırılması Azərbaycana həvalə olundu
  • Dün, 11:11
    “AZMA GROUP”un rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
  • Dün, 11:10
    Yeni klinikada açılışda
  • Dün, 10:49
    NASA "3I/ATLAS" kometasının Yer kürəsinə yaratdığı təhlükəni qiymətləndirib
  • Dün, 10:48
    Sumqayıtda 700 abonentin qazı kəsiləcək
  • Dün, 10:47
    Şamaxıda "Shacman" dərəyə aşdı: Ölən var
  • Dün, 10:46
    Litva Belarusla sərhəd-keçid məntəqələrini yenidən açdı
  • 18-11-2025, 11:10
    İlham Əliyev Oman sultanını təbrik etdi
  • 17-11-2025, 16:54
    Təyyarənin “qara qutu”ları açıldı
  • 17-11-2025, 16:53
    Vaşinqtonda Epşteyn "zəlzələsi" - Tramp 20 min sənədin açılmasına qərar verdi
  • 17-11-2025, 16:51
    2026-dan avtobuslara yeni qaydalar: Elektron ödəniş, sərnişin sayğacı və yaş məhdudiyyəti
  • 17-11-2025, 16:50
    İsveçrəlilər Trampı qızıla tutdular və ...tarif endirimləri əldə etdilər
  • 17-11-2025, 16:49
    TRIPP Ermənistanda: ABŞ HƏRƏKƏTƏ KEÇDİ
  • 17-11-2025, 16:47
    Mehriban Əliyevadan bu günlə bağlı
  • 15-11-2025, 11:25
    “Modern” Hospitalının həyətində qanunsuz tikintiyə hansı məmur icazə verib? -Video
  • 15-11-2025, 11:24
    Polisdən xəbərdarlıq
  • 15-11-2025, 11:22
    Mirrəhim Nəbiyev “İş axtaranları qul kimi işlədib”
  • 15-11-2025, 11:21
    Rəsmi məlumat: Azərbaycanda yeni Baş Nazir təyin olunacaq
  • 15-11-2025, 11:19
    “ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə
  • 14-11-2025, 12:41
    Orxan Bağırovun rəhbəri olduğu AKOND şirkəti işçilərin maaşını vermir-Şikayət-Video
  • 14-11-2025, 12:39
    Qobuda 11 nömrəli bağçada körpələr ac qalır… – Valideynlərdən ərzaq tələb olunur?
  • 14-11-2025, 12:37
    Qazax RMX-nın direktoru Afiq Fərruxov Rövşən və Rəna cütlüyünün qarşısında aciz durumda
  • 14-11-2025, 12:36
    “Ekstrasens Etibar” ritualları ilə kimlərdən “C*N” çıxararaq “ARB” TV-də ekspert oldu? -Araşdırma
  • 14-11-2025, 12:32
    Karlos Alkaras ili birinci raketka kimi başa vuracaq
  • 14-11-2025, 12:31
    Prezident: "Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır"
  • 14-11-2025, 12:28
    Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı
  • 14-11-2025, 12:26
    Azərbaycan şirkətinin böyük uğuru
  • 11-11-2025, 18:42
    Qəzaya uğrayan təyyarədə 20 hərbçi olub – RƏSMİ
  • 11-11-2025, 14:56
    Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı
  • 11-11-2025, 09:53
    ABŞ Senatı şatdauna son qoyacaq qanun layihəsini təsdiqlədi
  • 11-11-2025, 09:11
    Ramiz Mehdiyevin gömrükdəki ƏSAS ADAMI: Azər Məmmədov... -HƏLƏ DƏ İŞ BAŞINDADIR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə