[center]
[/center]
Azərbaycan Milli Elmlər Akademiyasının son iclasında alimlərin yuxulaması fərqli reaksiyalar doğurub. Bəzi insanlar yatan alimləri müdafiə etsə də, gənc nəsil həmin şəxslərin onların yolunu kəsdiklərini bildirərək etiraz ediblər.
Tanınmış həkim, fizioloq Rəşid Mahmudov [b]Moderator.az[/b]-a açıqlamasında bildirib ki, iclasda yuxulayan alimlərin tibbi problemləri var:
“Bu millət ayaqüstə yatır. Çünki onların yodu çatışmır. Mən dəfələrlə bunu efirlərdə də, müsahibələrimdə də demişəm. Təkcə yaşlı adamlara aid deyil, sən millətinə bax gör nə qədər yatan var?! Soruşursan ki, necəsən? Deyir ki, “nə dedin?”. Beyninə siqnal çatmır da. Yod torpaqda və suda olur. Dünyanın üçdə birində çatmır. Autizm, dəlilik xəstəliyi var, uşaqlar anadangəlmə danışa bilmir, kəkələyir, kardır, laldır. Bütün bunların hər biri yodun çatışmazlığından yaranır” deyə tanınmış həkim bildirib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bir neçə gün öncə növbəti iclası keçirilib. Bu zaman bir neçə alim iclasda yatıb.
Görüntülər onu göstərir ki, alimlərin müzakirələri maraqsız və sönük keçib.