• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zaqatala səhiyyəsinin sağalmaz dərdi

Gündəm

24-05-2023, 16:09

Zaqatala səhiyyəsinin sağalmaz dərdi

Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “Zaqatala Rayon Mərkəzi Xəstəxanasında rüşvət tuğyan edir” başlıqlı məqalə dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlara görə ötən ilin avqustunda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilmiş Tamara Nurəliyeva oranı bazara çevirib. Belə ki, o, kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadınla əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbəmiz bildirirdi ki, Gülnarə xanım hətta qohumlarından belə rüşvət alıbdır ki, güya onları xəstəxanada işlə təmin edəcəkdir. Bu iki korrupsioner Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Məlumatda bildirilirdi ki, xəstəxananın Emin adlı “şillə vuran”ı da var. Eyni zamanda iddia edilirdi ki, Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara həmin kameraları quraşdırıb. T.Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxsin əliylə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında birbaşa əsas fiqurlardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.
Qeyd edək ki, bu xəstəxanada anoloji problemlər illərdir ki, var. Deməli rəhbər dəyişikliyinin bir müsbət təsiri olmamışdır. Xatırladaq ki, təxminən iki il bundan əvvəl də KİV-də Zaqatala rayon Mərkəzi Xəstəxanasından narazı olan N.Əliyeva adlı rayon sakininə istinadən məlumatlar getmişdi. Həmin şəxs bacısının Zaqatala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyini, bacısının və digər tanışlarının xəstəxanaya pul verərək işə düzəldiklərini iddia edirdi. N.Əliyevanın özü də xəstəxanada problemlə qarşılaşıbmış. Onun iddiasına görə, xəstəxananın şəhər poliklinikasının müdiri Məmmədrəsul Teyyubov pul almadan sənədə möhür vurmurmuş: “Anamın pensiya işi ilə bağlı xəstəxanaya müraciət etmişdik. Həkim M.Teyyubov anamın sənədinə möhür vurmadı. Axırda araya tanışları salandan, 100 manat da pul verəndən sonra baxmağa razılıq verdi”.
Daha bir rayon sakini Qurban Ramazanov da iki il bundan əvvəl xəstəxanadan şikayətçi olubdur. O danışırmış ki, bir neçə gün öncə uşağının qolu sındığı üçün xəstəxanaya aparıb. Lakin gecə növbəsində olan rentgenoloq yerində olmadığından onu evindən gətirmək məcburiyyətində qalıb: ” Uşağın qolu sınıb, ağrıdan dayana bilmir, həkim yoxdur. Axır, gedib həkimi özüm evindən gətirmişəm. Xəstəxana işçiləri də elə davrandı ki, elə bil belə də olmalıdır – xəstə həkimi özü gətirməlidir”. Q. Ramazanovun dediyinə görə, bunlardan sonra hələ həkimə əlavə pul da verib: “Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır”. Şikayətçinin sözlərinə görə, həkimlərin savadında problem yoxdur, sadəcə müdiriyyət rüşvətə bulaşıb və onları işləməyə qoymur: “Həkimlər də deyir ki, işə pul verib girmişəm, o pulu yığıb gedəcəm”.
Zaqatala rayon Mərkəzi Xəstəxanasından bu qədər şikayətin olması birinci dəfə deyil. İllərdir ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) rayon sakinlərinin xəstəxanadan şikayətləri paylaşılır. Şikayətlər daha çox xəstələrə düzgün diaqnozun qoyulmaması, həkim səhlənkarlığı, rüşvətxorluq və buna bənzər digər məsələlərlə bağlı olur. Sakinlər hər dəfə eyni problemləri səsləndirirlər. Bəs bu problemlər niyə hələ də həll olunmur? Görəsən əlaqədar qurumlar nə zaman lazımi tədbirlər görəcəkdir?!
Qarşı tərəfi də dinləməyə hazırıq.

Paylaş:
Digər xəbərlər

Gündəm

10-06-2023, 16:10

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında rüşvət tuğyan edir – FAKT

Gündəm / Araşdırma

10-06-2023, 10:12

“Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır” - Zaqatala səhiyyəsi NİYƏ BATIR?

Gündəm / Cəmiyyət

7-06-2023, 17:30

Qazax rayon mərkəzi xəstəxanasında "anestezist həkim yoxdur" iddiası

Gündəm

10-06-2023, 16:16

“Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır” - Zaqatala səhiyyəsi NİYƏ BATIR?

Gündəm / Cəmiyyət

3-06-2023, 17:54

Zaqatala da ekologiya ya vurulan ziyan – KİMDİ CAVABDEH

Araşdırma
Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur - SİYAHI
Gömrük sistemində atılan 3 MÜHÜM ADDIM - TƏFƏRRÜAT
Gənclər və İdman Nazirliyi qalib seçdiyi “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərinə niyə göz yumub - İLGİNC FAKTLAR
Qax meşələri talan edilir: Meşə rəhbərliyi susur? VİDEO
Afiq İsmayılovun rəhbəri olduğu Sumqayıtda 34 saylı məktəbdə pul yığılır? -Video
MÜTDA - BRS müqaviləsi arxasındakı gizli ƏL
Hadisə
26-01-2026, 12:55
“Zirvə” şadlıq sarayında faciə
22-01-2026, 12:16
Cəlilabadda qəza - 2 nəfər xəsarət aldı
21-01-2026, 12:41
“Karvan“ restoranı İsa Həbibbəylinin imiş
6-01-2026, 10:18
Xırdalanda 33 yaşlı kişinin meyiti tapıldı
5-01-2026, 16:29
Ağstafada müxtəlif vaxtlarda 5 üzvü ölən ailənin evi yandı
2-01-2026, 13:04
“Purple Karaoke & Live Bar”da olay: Müştəri administrator öl*dürdü
Son xəbərlər
  • Bugün, 16:24
    “Hücum olarsa, buna çox güclü cavab verəcəyik” - Araqçı
  • Bugün, 15:00
    157 minə ev tikən şirkət indi də 3.5 milyona qaz xətti çəkir- ARAŞDIRMA
  • Bugün, 14:37
    Özümüzü müdafiə etmək gücümüz var - İranın XİN başçısı
  • Bugün, 13:55
    Gürcüstan ötən il Rusiyadan rekord həcmdə neft idxal edib
  • Bugün, 13:09
    “A-Group sığorta” şirkəti müştərinin avtomobilinə dəymiş ziyanə niyə ödəmir? -Video
  • Bugün, 12:45
    İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar
  • Bugün, 12:14
    Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur - SİYAHI
  • Bugün, 11:47
    Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - DETALLAR...
  • Bugün, 11:11
    Azərbaycana düşmən kəsilən İlqar Hacıyevin villasına o müştəri çıxdı: TƏSADÜFDÜRMÜ?.. - HƏQİQƏTƏN DƏ...
  • Bugün, 10:28
    Quba-Xaçmaz Regional Təhsil İdarəsində “imtahansız rəhbərlik” modeli – keçə bilməyənlər necə rəhbər olur?
  • Bugün, 10:04
    İşdən çıxarılan icra başçısını kim əvəz edir?
  • Bugün, 09:52
    Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub - İLGİNC FAKTLAR
  • Bugün, 09:25
    Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
  • Dün, 18:16
    Nizami rayonunda park yoxa çıxır – Avtomobil dayanacağına çevrildiyi iddia olunur
  • Dün, 17:55
    Nizami rayonunda dayanacaq dönərxanaya çevrilib?-Video
  • Dün, 17:30
    Gömrük sistemində atılan 3 MÜHÜM ADDIM - TƏFƏRRÜAT
  • Dün, 16:58
    Bu 10 gəncə Prezident mükafatı verildi - Siyahı
  • Dün, 15:48
    “Qarabağ”ın rəqibi “Nyukasl” oldu
  • Dün, 15:26
    Quba-Xaçmaz Regional Təhsil İdarəsində “paket maaş” iddiaları – rəsmi gəlir və real yaşam arasındakı fərq sual doğurur
  • Dün, 14:38
    Həmkar İttifaqında Kamran Əsədov qalmaqalı və Emin Əmrullayevlə Sahib Məmmədov arasında gərginlik...
  • Dün, 13:59
    Sabirabad NİYƏ ABAD OLA BİLMİR... - İTTİHAM VAR...
  • Dün, 13:33
    Heydər Əliyev adına liseydə "Qiymət bazarı" və qanunsuzluqlar
  • Dün, 13:08
    “Cahan” ticarət mərkəzində NÖVBƏTİ BAHALAŞMA - NARAZILIQ VAR...
  • Dün, 12:23
    Nəsimi rayonunda “Qaranti” inşaat MTK-nın gecə saatlarında işləri sakinləri narahat edir-Video
  • Dün, 11:43
    Gənclər və İdman Nazirliyi qalib seçdiyi “Sahil İnşaat 2020” MMC-nin uyğunluq göstəricilərinə niyə göz yumub - İLGİNC FAKTLAR
  • Dün, 11:09
    Naftalan Xəstəxanasının direktoru Samir Allahverdiyev nazirliyin tələbini icra etməyib
  • Dün, 10:45
    Qax meşələri talan edilir: Meşə rəhbərliyi susur? VİDEO
  • Dün, 09:54
    Afiq İsmayılovun rəhbəri olduğu Sumqayıtda 34 saylı məktəbdə pul yığılır? -Video
  • Dün, 09:12
    Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... - NARAZILIQ VAR...
  • 29-01-2026, 18:03
    Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi
  • 29-01-2026, 17:59
    Prezident Gömrük Komitəsinin əməkdaşlarını təltif edib, ali xüsusi rütbələr verib - SİYAHI
  • 29-01-2026, 16:55
    Rafiq Aslanovun oğlunun Londonda villası və bahalı maşınları – Foto
  • 29-01-2026, 16:22
    “Vahid enerji məkanının yaradılması regionu güclü ixracatçıya çevirəcək”
  • 29-01-2026, 15:44
    MÜTDA - BRS müqaviləsi arxasındakı gizli ƏL
  • 29-01-2026, 15:13
    Abdin Fərzəliyev iş adamı Rəğbətlə necə razılaşdı? Masazırda qanunsuz tikinti… -Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə