[center]
[/center]
[b]Qazaxlı iş adamı Elçin Carçıyevin rəhbəri olduğu şirkətlərin dövlətə külli miqdarda vergi borcu yaranıb.
[/b]
Qaynarinfo-nun məlumatına görə, Carçıyev Elçin Murtuz oğlunun rəhbəri olduğu "Carçıoğlu Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 181.004,03 AZN vergi borcu var.
[center]
[/center]
Eyni zamanda, Elçin Carçıyevin rəhbəri olduğu "Rus-Azeri Spirts" MMC-nin 158.407,09 AZN vergi borcu yaranıb. Sözügedən şirkətin qanuni təmsilçisi iş adamının qardaşı Eldar Carçıyevdir.
[center]
[/center]
Qeyd edək ki, şirkətlər Qazax rayonunda yerləşsə də, "Carçıoğlu Group" MMC-nin Bakı şəhəri, Keşlə qəsəbəsində 2 hektardan çox ərazisi var. 1997-ci ildə təsis edilmiş "Carçıoğlu Group" içki, ərzaq məhsullarının və mebel aksesuarlarının istehsalı və idxal-ixracı ilə məşğuldur. (Qaynarinfo)