• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Baş Prokurorluqda kollegiya iclası keçirildi - Fotolar

Gündəm / Cəmiyyət

28-01-2026, 17:54

[center]Baş Prokurorluqda kollegiya iclası keçirildi - Fotolar[/center]
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını deyib.

Baş prokuror daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, hesabat ilində ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onların 90,5 %-nin açılması təmin olunub, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 %-nin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunmuş, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.
[center][/center]
Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.

Məlumat verilib ki, 2023-cü ildən prokurorluq orqanlarında tətbiq edilən “Elektron prokurorluq” informasiya sistemi ötən müddət ərzində daha da inkişaf etdirilmiş, prokurorluğun bütün qurumları üzrə istifadəsinə şərait yaradılmaqla digər informasiya sistemlərinə inteqrasiyası təmin olunmuş, xidməti fəaliyyətin icrası məqsədilə 47 modul yaradılmaqla istifadəyə verilib.

“Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN) tərəfindən təqdim olunan “Ən yaxşı antikorrupsiya təşəbbüsü” layihəsi üzrə Elektron Prokurorluq” informasiya sisteminin fəaliyyəti yüksək innovasiya kimi qiymətləndirilərək beynəlxalq sertifikata layiq görülüb.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub.

Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidai istintaqın davam etdirildiyi xüsusi vurğulanıb.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1389 apellyasiya və 406 kassasiya protestləri verilmiş, 766 apellyasiya protesti və 74 kassasiya protestləri təmin olunmaqla nəticədə yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin olunub.

Cari il ərzində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 953 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

Prezident İlham Əliyevin növbəti təşəbbüsü ilə Milli Məclis tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarın icrası istiqamətində görülən işlər barədə danışarkən Kamran Əliyev bildirib ki, indiyədək həmin qərar ibtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14589 şəxsə şamil olunub.

2025-ci ildə prokurorluq orqanlarında cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 3066 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Qeyd edilib ki, hesabat dövründə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlərdən 28183 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 4488 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmış və həmin məlumatlar üzrə cinayət işləri başlanmış, habelə müvafiq prokuror təsir aktları qəbul edilməklə zəruri tədbirlər görülüb.

Hesabat dövründə valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 mülki iddia (16 uşağın 14 valideyni barəsində) qaldırılıb, həmin iddiaların 5-i təmin edilib, 6-ı isə hazırda məhkəmə baxışındadır.

Kollegiya iclasında qeyd edilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Baş prokuror bildirib ki, 2025-ci ildə prokurorluq orqanları tərəfindən ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi təşkil edilmişdir. Belə ki, 2025-ci ilin 20 - 23 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi-GlobE Network – çərçivəsində Altıncı Plenar İclasın Bakı şəhərində yüksək səviyyədə təşkil olunması həm ölkəmizin beynəlxalq arenada artan nüfuzuna, həm də Azərbaycan Prokurorluğunun beynəlxalq əməkdaşlıq sahəsində əldə etmiş olduğu müsbət nailiyyətlərə bariz nümunə hesab oluna bilər.

Tədbirə 92 ölkədən 120-dən artıq dövlət qurumunu təmsil edən nümayəndələr, o cümlədən prokurorluq orqanları, müstəqil antikorrupsiya təşkilatları və beynəlxalq institutlar qoşulub, ümumilikdə 300-dən çox nümayəndə tədbirə fiziki olaraq qatılmış və 100-dən çox çıxış ilə 20-dən çox panel müzakirə olunub.
[center][/center]
Həmçinin 2025-ci ilin avqust ayının 22-də Laçın rayonunda xarici qonaqların iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”, sentyabr ayının 22-də isə Uqanda, Laos, Tanzaniya, Keniyanın prokurorluq qurumlarının rəhbərləri və Türkiyə Baş Prokurorluğunun nümayəndələrinin iştirakı ilə paytaxt Bakı şəhərində Azərbaycan Prokurorluğunun təşkilatçılığı ilə “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 65 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Vurğulanıb ki, 2025-ci ildə də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Bu müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror tərəfindən 26 şəhər və rayonlarda, o cümlədən Bakı şəhərinin rayonlarında 950-dən artıq vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmiş, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilib.

Hesabat dövründə Elm-Tədris Mərkəzi tərəfindən ölkə daxili aparıcı təhsil müəssisələri, xarici ölkələrin prokurorluq, ədliyyə orqanlarının nəzdində fəaliyyət göstərən təhsil mərkəzləri ilə əməkdaşlıq münasibətlərinin uğurla davam etdirildiyi, prokurorluq və digər qurumların əməkdaşları üçün maarifləndirmə, yaxud təcrübə mübadiləsinə xidmət edən çox saylı seminar və treninqlərin keçirildiyi, həmçinin müxtəlif məzmunda metodiki vəsaitlərin hazırlanmaqla dərc edildiyi diqqətə çatdırılıb.

2025-ci il ərzində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının fəaliyyəti yüksək qiymətləndirilməklə qanunvericiliyin inkişafı, hüquqi təcrübədə rast gəlinən ziddiyyətlərin həlli, eləcə də bu kimi digər əhəmiyyət kəsb edən sahələrdə Şura üzvləri tərəfindən göstərilmiş təşəbbüskarlıq xüsusi olaraq qeyd edilib.

Eyni zamanda kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub.

Baş prokuror tərəfindən prokurorluq əməkdaşlarına Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış mübarizədə şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə həssaslıqla yanaşılması, qeyd edilən kateqoriyadan olan vətəndaşların qəbulunun dərhal təmin edilməsi və onların müraciətlərinə təxirəsalınmadan baxılması və diqqət göstərilməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Baş prokuror ictimaiyyətin maarifləndirilməsi, əhalinin hüquqi savadlılığının artırılması məqsədilə hazırlanmaqla icraya yönəldimiş “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi”inin əhəmiyyətini, Yol Xəritəsində yer almış hər bir tədbirin önəm kəsb etməsini xüsusi vurğulamaqla onların təxirə salınmadan müəyyən olunmuş müddətlərdə icrası ilə bağlı müvafiq göstəriş verib.
[center][/center]
Daha sonra baş prokurorun birinci müavini Elçin Məmmədov, baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov tərəfindən edilmiş çıxışlar zamanı hesabat dövründə cavabdeh olduğu sahələr üzrə görülmüş işlər, əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar diqqətə çatdırılıb. İclasda çıxış edən Xızı rayon prokuroru Xəyalə Aslanova və Kəlbəcər rayon prokuroru İlkin İsmayılov tərəfindən hesabat dövründə qeydə alınmış cinayət hadisələri, onların istintaqı vəziyyəti, xidməti fəaliyyət zamanı rastlaşılan çətinliklər ətrafında məruzələr edilib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

8-11-2023, 13:22

İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar

Gündəm / Siyasət

25-05-2024, 19:09

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

23-06-2023, 14:50

Prezident MN-in komando hərbi hissəsində - Fotolar

Gündəm / Siyasət

28-11-2024, 15:03

Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar

Cəmiyyət / Gündəm

28-03-2025, 10:50

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir

Gündəm / Cəmiyyət

29-02-2024, 15:03

Atatürkün layihəsi bu ölkədə həyata keçirildi - Bütün dünyaya örnək oldu - FOTOLAR

Gündəm / Siyasət

19-09-2024, 19:34

Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak etdilər - Fotolar

Gündəm / Siyasət

21-06-2024, 15:17

Prezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - Fotolar

Gündəm / Siyasət

19-02-2025, 14:42

Prezident Ballıcaya getdi - Sakinlərlə görüşdü - Fotolar

Gündəm / Siyasət

9-06-2023, 14:41

İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində - FOTOLAR

Gündəm / Siyasət

10-05-2024, 10:18

Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Gündəm / Siyasət

28-10-2023, 17:58

Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası qaydaları təsdiqlənib

Gündəm / Siyasət

6-06-2023, 16:28

İlham Əliyev nazirliyin yeni binasının açılışını etdi - FOTOLAR

Gündəm / Siyasət

16-10-2023, 13:52

Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar

Gündəm / Cəmiyyət

17-10-2024, 16:47

Vilayət Eyvazov vacib tapşırıqlar verdi - Video

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə