• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səkinə Sadıqova deyir ki, arxamda TƏBİB dayanıb, Sumqayıtda YAP-ın sədr müaviniyəm, mənə toxuna bilməzlər… – Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovanın həbsi qaçılmazdır…

Gündəm / Cəmiyyət

31-07-2023, 21:32

Səkinə Sadıqova deyir ki, arxamda TƏBİB dayanıb, Sumqayıtda YAP-ın sədr müaviniyəm, mənə toxuna bilməzlər… – Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovanın həbsi qaçılmazdır…

2019-cu ildən Sumqayıt Səhiyyə şöbəsinin müdiri, hazırda Sumqayıt Tibb Mərkəzinin ( Publik Hüquqi Şəxs) direktoru olan Səkinə Sadıqova barəsində ölkə mediasında o qədər yazılıb ki, ona görə də uzun-uzadı yazıb oxucunu yormaq istəmirik. Ancaq xatırlatma üçün qeyd edək ki, “özünü vergili” hesab edən, hətta ruhi dispanserdə bir müddət “dincələn” Səkinə Sadıqova 300 mindən artıq əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsini iflic vəziyyətinə qoyub. Bu qadının özbaşınalığı, az qala manyak səviyyəsində rüşvətxorluğu barəsində bütün Sumqayıt sakinləri danışır.
Təsəvvür edirsiniz, Səkinə Sadıqova onun qanunsuz tapşırıqlarını eşitməyən baş həkimlərin şöbəsini ləğv edir, şəhərdəki istədiyi xəstəxananı başqa xəstəxana ilə birləşdirir, hansısa baş həkimi təqaüdə göndərir və s. Yəni Sumqayıt şəhər səhiyyəsində bir “bespredel” hökm sürür. Bu hələ harasıdır..?
Səkinə Sadıqova o boyda şəhər səhiyyəsini özəl obyekti kimi işlədir, bütün sahələrə “tarif” qoyub. Məsələn,
1. Təcili yardımda sürücü işə düzəlmək – 10000 AZN
2. Tibb bacısı işə düzəlmək – 3000-5000 AZN
3. Həkim işə düzəlmək – 5000 AZN
4. Tibb müəssisələrindən köcürmə – 3000 AZN
Bir sözlə, Səkinə Sadıqova Sumqayıt səhiyyəsində əməlli-başlı bazar açıb. Bütün bunlar azmış kimi, Səkinə Sadıqova tabeçiliyində olan Şəhər Təcili Yardım Stansiaysına ayrılan benzini, sürtkü yağlarını, avtomobil ehtiyyat hissələrini satır və deyir ki, qoy sürücülər ehtiyyat hissələrini və benzini öz ciblərindən alsınlar. Məhz buna görə də, aparılan yoxlamalar nəticəsində əldə olunan faktlar onu göstərir ki, Səkinə Sadıqova rəhbərlik etdiyi bütün müəssisələrdə böyük saxtakarlıqlara yol verib. Təkcə bir faktı qeyd edə bilərik ki, bir neçə gün öncə, prokurorluğun Səkinə Sadıqovanın tabeçiliyində olan, Sumqayıt Səhiyyəsinin Təcili Yardım qarajında aparılan yoxlama zamanı yol verilən yeyintilərə görə, 300 000 manat çatışmamazlıq aşkarlanıb. Bu fakta görə, həmin qarajın rəhbərliyinin həbs olunacağı bildirilir. Qaraj müdirinin qohumları bildirir ki, əgər qarajın müdiri həbs olunsa, Səkinə Sadıqova bizə cavab verməli olacaq. Bizə də araşdırmalarımız nəticəsində bəlli oldu ki, qarajda baş vermiş korrupsiya hallarına görə, cavabdeh Səkinə Sadıqovadır. O Səkinə Sadıqova ki, öz rəhbərlik etdiyi təşkilatda bacısı, bacısı qızı, qohum-əqrəbası, yəni ailə təsərrüfatı yaradıb. Bu korrupsiya halı deyilmi?
Səkinə Sadıqovanın keçirdiyi saxta tenderlərdən qazandıqları, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırması barədə kifayət qədər yazılıb. Sonra da deyir ki, dövlət xəstələrə dərman vermir.
Sözün qısası, bu yolla Səkinə Sadıqova son bir neçə ildə oliqarxa-milyonçuya çevrilib, bahalı maşınlar, bahalı mənzillər sahibi olub. Səkinə Sadıqovanın savadsız bacısını, qızını səhiyyə sistemində həkim kimi çalışdırması və daha nələri təkrar yazmağa ehtiyac görmürük.
Yeri gəlmişkən, Səkinə Sadıqovanın özünə təmtəraqlı ad günü keçirməsi, belindəki antikvar kəmərin qiymətinin 713 min dollar olması, şəkillər çəkib paylaşması, özünü cavanlaşdırması və s barədə çox yazılıb. Bu adamdan bir dəfə soruşan yoxdur ki, sən yüksəkçinli dövlət məmurusan, yoxsa, modelyer..? Dəyəri 713 min dollar olan kəməri sən hansı pulla almısan..? Əlbəttə, aldığı rüşvətlər və etdiyi korrupsiya əməlləri hesabına.
Biz hələ Səkinə Sadıqovanın dövlət tərəfindən Sumqayıt Səhiyyəsinə verilən 100 kompüterin içini-platasını sökərək qiymətli əlvan metal kimi satmasından bəhs etmirik… Bütün bunları qoyaq bir kənara və gələk əsas mətləb üstünə. Belə ki, bir müddət əvvəl mediada Maliyyə Nazirliyi və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Sumqayıt şəhər səhiyyəsində yoxlama apardığı və orada 6 milyon 427 min manat yeyinti olduğu barədə rəsmi məlumat yayılmışdı.
Daha dəqiq desək, faktla bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə Səkinə Sadıqova barəsində cinayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Amma təəssüf ki, bu günədək Səkinə Sadaıqova barəsində konkret tədbir görülməyib. Belə ki, vəzifəli şəxs barəsində cinayət işi açılıbsa, o vəzifəsindən uzaqlaşdırılmalıdır kİ, yeni cinayətlərə yol verməsin. Məsələn, hazırda Səkinə Sadıqova tabeçiliyində olan 7 Sağlamlıq Mərkəzinin, 18 tibb müəssisəsinin, Təcili Yardım Stansiyasının rəhbərlərindən pul yığır ki, dəymiş ziyanı ödəsin. Bu özü böyük cinayət əməlidir.

Sözün qısası, Səkinə Sadıqovanın həmişə dediyi kimi TƏBİB-in rəhbərliyi, o cümlədən İcbari Tibbi Sığorta Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanov və departament rəhbəri Araz Nəsirov Səkinənin dalında möhkəm durublar. Hətta Səkinə Sadıqova son vaxtlar deyir ki, mən iqtidarda olan YAP-ın Sumqayıt təşkilatının sədr müaviniyəm, mənə heç kim heç nə edə bilməz… Səkinəyə deyən lazımdır ki, deyəsən mollanın duasına inanan qadın kimi sən də araxanı hara gəldi dirəyirsən… Məgər YAP-ın üzvü olmaq kimlərisə cinayətdən sığortalayır..? Yazı çapa hazırlanarkən Sumqayıt Tibb Mərkəzində baş verən yeyintilərin və korrupsiya hallarının Hesablama Palatası tərəfindən açıqlanması bir daha onu göstərdi ki, Səkinə Sadıqovanın törətdiyi cinayətlərin miqyası o qədər böyükdür ki, onu həbssiz ərsiyəyə gətirmək mümkün deyildir. Hesablama Palatasının açıqlamasını olduğu kimi dərc edirik.
Sumqayıt Tibb Mərkəzində baş verən korrupsiya hallarının acı nəticəsi…
Sumqayıt Tibb Mərkəzində (Mərkəz) ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, o cümlədən tibbi xidmətlərin göstərilməsinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2021-2022-ci illər əhatə olunub.
Hesablama Palatasından verilən xəbərə görə, bu dövrdə Mərkəzin daxilolmaları 108,5 mln. manat, xərcləri isə 107,6 mln. manat təşkil edib, bu illərdə 13,7 mln. manat dəyərində dərman, sarğı ləvazimatları və materialları Mərkəzə əvəzsiz olaraq verilib.
Tibb müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilərin müqayisəsi icbari tibbi sığorta sisteminin tətbiqindən əvvəlki dövrdə daha çox xidmət təqdim edildiyini göstərir. Mərkəzin əhatəsində olan tibb müəssisələri üzrə ambulator və stasionar xidmət sayı 2019-cu ildə 2022-ci illə müqayisədə orta hesabla 2 dəfə çox olub. Göstərilmiş xidmət sayında azalma çarpayı sayının sabit qalması və ştat sayının təxminən 10,0% artımı şəraitində baş verib ki, bu da tibbi sığorta sisteminin sığorta prinsipləri üzrə tam tətbiqində və işlək vəziyyətinin təmin edilməsində əsas və vacib şərtlərdən biri olan xəstəliklər üzrə hesabatlılıq (statistika) sisteminin əvvəlcədən hazırlanmaması ilə əlaqələndirilə bilər.
Qeyd olunmalıdır ki, 17 tibb müəssisəsini və 1 idarəetmə aparatını özündə birləşdirən Mərkəzin tərkibində yalnız 7 xəstəxana icbari tibbi sığorta çərçivəsində dəyəri ödənilən xidmətlər göstərib, həmin xidmətlər hesabına 2021-ci ildə 6,4 mln. manat və 2022-ci ildə 13,7 mln. manat məbləğində vəsait daxil olub. Bu vəsait həmin illər üçün saxlanma xərclərinin müvafiq olaraq 18,6%-ni və 33,6%-ni təşkil edib.
Mərkəzin sığorta sisteminə daxil olduğu 2021-ci ilin aprel ayından 2022-ci ilin sonunadək göstərilmiş 1454656 sayda xidmətin 32,1 mln. manat dəyərinin ödənilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilib, Agentlik tərəfindən 243496 sayda xidmətin 5,1 mln. manat dəyərinin ödənilməsindən imtina olunub, qəbul olunmuş xidmətlərin dəyərinin isə yalnız 74,8%-i ödənilib.
Tibbi xidmətlərin göstərilməsi prosesində fəaliyyət əsasən dəyəri daha az olan xidmət istiqamətləri üzrə təşkil edilib, göstərilmiş xidmətlərin bir hissəsinin haqqının ödənilməsindən müxtəlif, o cümlədən texniki səbəblərdən imtina olunsa da, imtina səbəblərinin dəqiqləşdirilməsi və aradan qaldırılması, eləcə də bu istiqamətdə məsuliyyətin müəyyənləşdirilməsi üzrə tədbirlər həyata keçirilməyib. İmtina edilmiş xidmətlər üzrə dəyəri daha böyük olanların xidmətlərin payı çox olub.

İcbari tibbi sığorta sisteminə daxil olmayan xidmətlər üzrə tariflərin TƏBİB tərəfindən müəyyənləşdirilməsinin gecikdirilməsi, eləcə də sığorta olunmayanlar üzrə göstərilmiş xidmətlər üzrə vəsaitin alınmaması potensial və faktiki gəlir arasında fərqin artmasına səbəb olub.
Mərkəzin kadr potensialı da fəaliyyətə tam uyğunlaşdırılmayıb, islahatlar prosesində çarpayı sayının 13 vahid artırılması fonunda ştat sayı 464,75 artırılıb, ümumilikdə ştat sayının artımının əsas hissəsi funksional fəaliyyətlə məşğul olmayan qeyri-tibbi heyətin hesabına təmin edilib. Qeyri-tibbi heyətin sayının artımına və payının çox olmasına tibb müəssisələrinin mühafizəsi məqsədilə ştat sayının artımı, eləcə də bir sıra, o cümlədən rəhbər vəzifələr üzrə ştat sayının çox saxlanılması təsir göstərib. Bu amillər isə əməyin ödənişi ilə bağlı xərclərin də artımına gətirib çıxardıb.
Qeyd olunanlar, həmçinin Mərkəz tərəfindən xüsusilə qeyri-tibbi heyət üzrə vakant yerlərin tutulmasına diqqət yetirilməsi tibbi kadrların rasional idarə olunması və keyfiyyətli xidmətin təqdim edilməsində riskləri formalaşdırmaqla yanaşı gəlirlərin artırılması imkanlarının da genişlənməsinə şərait yaratmayıb. Mərkəzin cəmi ştat sayı ümumi ştat sayının 10,5%-i, cəmi xərclərin təxminən 5,0%-i idarəetmə aparatı və mərkəzi mühasibatlığın payına düşüb.
Beləliklə də, maliyyə və kadr resurslarının idarə olunmasına bu cür yanaşma xidmət göstərən tibb müəssisələrinin, son nəticədə isə tibbi sığorta sisteminin gələcək maliyyə dayanıqlılığına təsir edəcəyi ehtimallarını artırır.
Qeyd edilib ki, göstərilmiş xidmətlərə dair hesabatlılığın təmin olunmasında da bir sıra nöqsanlara yol verilmiş, istifadə edilən elektron məlumat bazasının və təqdim olunan rəsmi statistik məlumatın göstəriciləri arasında uyğunsuzluq olub, Mərkəz tərəfindən tətbiq edilən elektron sistemdə məlumatlara sonradan düzəliş və əlavələrin edilməsinin mümkün olması nəticəsində ilkin olaraq qeydiyyata alınmış məlumatların sonradan dəyişdirilməsi hallarına yol verilib.
Mərkəzin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub. Yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi hallarına, həmçinin tələb olunan və faktiki təmin edilən mallar üzrə keyfiyyət göstəricilərində uyğunsuzluqlara yol verilməklə tibbi xidmətin göstərilməsi ilə bağlı maddi-texniki təminat potensialının tam istifadə olunmamasına və əlavə dövlət vəsaitinin istifadəsinə şərait yaradıb, eləcə də satınalmaların nəticəliliyinə mənfi təsir göstərib. Belə ki, haqqı ödənilmiş tibbi cihaz və avadanlıqların tam təhvil verilməməsi hallarına yol verilib, eləcə də təmir işləri üzrə bağlanmış müqavilələr çərçivəsində görülməyən işlər üzrə vəsait icra edilib.
Nəzarət mexanizmlərinin tətbiq edilməməsi aktivlərin uçotunun düzgün aparılmaması, mühasibat uçotunun aparılması prinsiplərinin pozulması, eləcə də, gəlir və xərclərlə bağlı hesablarda uyğunsuzluqlara səbəb olub. Qeyd edilənlər ümumilikdə maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində risk amillərini formalaşdırıb. Bunu biz demirik, Səkinə Sadıqova Hesablama Palatası deyir. Bizim barəmizdə Hüquq Mühafizə Orqanlarında işləyən dostlarına da şikayət etmişdin. Biz yenə etika naminə həmin şəxslər barəsində, cənab Prezidentə müraciət etmirik. Amma həmin şəxslərə bildiririk ki, imkan verin cənab Prezidentimizə sədaqətlə xidmət edək. Axı, cənab Prezident hər çıxışında bildirir ki, mətbuat bizim köməkçilərimizdir, imkan verin kömək edək. O ki qaldı, Səkinə Sadıqovanın YAP-da müavin olması məsələsinə ay Səkinə Sadıqova, hazırda YAP-ın üzvü olan 7-8 icra başçısı, bir neçə nazir həbsxanada sənin yolunu gözləyirlər…
Ümid edirik ki, yaxın zamanda milyonlarla dövlət vəsaitini mənimsəyən Səkinə Sadıqova barəsində, hüquq-mühafizə orqanları öz sözünü deyəcək. Səkinə Sadıqova isə yenə də dəmir barmaqlıqlar arasından hüquq-mühafizə orqanlarında işləyən, dostlarının vasitəsilə bizə hədə-qorxu dolu mesajları göndərəcək.
P.S. Gorun çatlasın ay Ramiz, səndə nələr var imiş. Gündəlik Bakı

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

4-07-2023, 18:11

Buralara da ƏL GƏZDİRİLƏCƏK... - İLGİNC İDDİALAR...

Cəmiyyət

9-05-2023, 13:22

“Sumqayıt Tibb Mərkəzi”ndə NƏ İŞLƏR ÇEVRİLİB... - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

13-06-2023, 08:45

Uşaq qidası oğurlayan ataya 20 sutka həbs, 3 milyon oğurlayan Səkinə Sadıqovaya isə.... - Ümid İLAHİ ƏDALƏTƏDİR...

Gündəm / Cəmiyyət

6-06-2023, 09:03

Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi... - İTTİHAM VAR!

Gündəm / Araşdırma

5-06-2023, 20:04

Səkinə Sadıqovanı Təbib-in muavini Araz Nəsirov müdafiə edir... - Səkinə Sadıqovanı 15 ilə yaxın həbs cəzası gözləyir...

Araşdırma

8-05-2023, 09:26

Sumqayıtda yerləşən `Real` Tibb Mərkəzində əməliyyat olunsa da... - "Bura çox təhlükəli mərkəzdir..."

Gündəm / Araşdırma

4-07-2023, 08:42

TSEK bazarında Eldar Abbasov monapoliyası - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

12-05-2023, 10:56

ETSN-nin vəzifəli şəxsinin BAŞI CƏNCƏLDƏ... - İLGİNC İDDİA

Gündəm / Araşdırma

28-07-2023, 17:31

Külli miqdarda vergi borcu olan şirkət Sumqayıt şəhər İcra Hakimiyyətinin də tenderinin qalibi seçilibmiş – 777 min manatı ötdü

Gündəm

25-04-2023, 13:38

8 ildə Abşeronu cəhənnəmə döndərən İradə Gülməmmədova həbs olunmalıdır... “Biznesledi” İradə Gülməmmədova bir obyektini 15 milyona satır...

Gündəm

10-06-2023, 09:19

250 min AZN-dən çox vergi borcu olan Sumqayıt Melioservis İdarəsi iki tenderdə qalib oldu

Cəmiyyət

11-07-2023, 08:42

Sumqayıt Melioservis İdarəsinin TENDER OYUNBAZLIĞI... - FOTO

Araşdırma

28-07-2023, 11:32

TƏBİB sədri yola salınır - Yerinə isə o təyin edilir...

Gündəm / Cəmiyyət

12-07-2023, 17:48

Nərimanov Tibb Mərkəzinin işçiləri TƏBİB-ə qarşı - GİLEY

Cəmiyyət

5-07-2023, 09:41

Nərimanov Tibb Mərkəzi ilə bağlı hüquqi araşdırma başladılmalıdır... - İLGİNC İDDİALAR...

Araşdırma
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":“koşelyok” prorektor, arxivə gedən universitet və s.
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
1 manata şansını sına…..-“Azərlotereya” insanları necə aldadır?
“Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
Hadisə
5-06-2025, 09:29
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
29-05-2025, 12:37
Elgün həmin binadan yıxılıbmış - Rəsmi
29-05-2025, 10:06
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı yeni xəbər
27-05-2025, 12:46
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
25-05-2025, 12:47
4-cü kurs tələbəsi qəzada öldü
25-04-2025, 10:19
Bakıda professorun meyiti tapıldı
Son xəbərlər
  • 7-06-2025, 13:26
    “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
  • 7-06-2025, 11:38
    Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
  • 7-06-2025, 10:10
    Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
  • 6-06-2025, 12:47
    İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
  • 6-06-2025, 11:44
    Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
  • 6-06-2025, 11:22
    Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
  • 6-06-2025, 10:49
     “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
  • 6-06-2025, 09:27
    Təzəpir məscidində bayram namazı qılınıb
  • 6-06-2025, 09:13
    Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
  • 6-06-2025, 02:30
    İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib
  • 5-06-2025, 23:57
    Etikadan məhrum olunan müəllimənin sosial mediada şantaj ssenarisi
  • 5-06-2025, 21:37
    BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":“koşelyok” prorektor, arxivə gedən universitet və s.
  • 5-06-2025, 15:28
    Ərdoğan Paşinyanla telefonla danışdı
  • 5-06-2025, 14:56
    İstifadəçilər “TikTok”da orta hesabla 99 dəqiqə vaxt keçirir
  • 5-06-2025, 14:24
    Arxalı xanım direktorun qarşısında "şam kimi əriyən" icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO
  • 5-06-2025, 12:45
    İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
  • 5-06-2025, 12:19
    Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
  • 5-06-2025, 11:36
    ADNSU-nu bitirib, amma plastik cərrahdır -Daha bir qalmaqallı klinika
  • 5-06-2025, 11:03
    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni mebellər alınacaq -141 min manatlıq
  • 5-06-2025, 10:42
    "The British Council" Rusiyada arzuolunmaz elan edildi -SƏBƏB
  • 5-06-2025, 09:55
    Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
  • 5-06-2025, 09:29
    Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
  • 5-06-2025, 08:52
    Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
  • 5-06-2025, 08:27
    Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
  • 4-06-2025, 18:30
    Ərdoğan Pezeşkianla telefonla danışdı
  • 4-06-2025, 18:12
    Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı
  • 4-06-2025, 17:52
    BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
  • 4-06-2025, 17:12
    1 manata şansını sına…..-“Azərlotereya” insanları necə aldadır?
  • 4-06-2025, 16:48
    “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
  • 4-06-2025, 16:22
    Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”? -DETALLAR
  • 4-06-2025, 15:54
    Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri -ŞİKAYƏT
  • 4-06-2025, 15:29
    Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı...
  • 4-06-2025, 14:51
    Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi: BİR KÜLƏKLİK CAN... - MALƏSƏF...
  • 4-06-2025, 13:26
    Qubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM
  • 4-06-2025, 13:05
    Daha bir tikinti şirkəti hakim qarşısında… Nə qərar veriləcək?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Telefon: (+99455) 266 43 46
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə