• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -Laborant xanım necə dekan oldu?

Gündəm

8-07-2024, 15:54

ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -Laborant xanım necə dekan oldu?

Valeh Şükürov adlı vətəndaş yenisoz.az-ın eletron poçtuna ADAU-nun bir qrup professor-müəllim heyəti adından müraciət edib.Müraciətçilər yazır: Bir neçə gündür ki, sosial şəbəkələrdə Şəlalə Zeynalovanın Azərbaycan Dövlət Aqrar Universitetində ilk xanım dekan təyin olunması haqqında xəbərlər tirajlanır.
Məlumat üçün bildirmək istəyirik ki, Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydalarına görə, ali məktəblərdə fakültə dekanı vəzifəsinə həmin fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik həmin ali məktəbin ştatında olan professor və ya dosentlər arasından seçilməlidir. Şəlalə Zeynalova isə 2006-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsində aparıcı baytar həkim kimi işə qəbul olunmuş, daha sonra isə Bakteriologiya və Virusologiya şöbələrinin müdiri işləmiş və 2016-cı ildən isə Bakıda yerləşən həmin laboratoriyada direktor müavini vəzifəsində işləyir. Göründüyü kimi Şəlalə Zeynalova universitetdə ştatda olmadığından, bu xanımın dekan təyin olunmağı (dekan seçilir, təyin olunmur) təlimata tamamilə ziddir.

ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -Laborant xanım necə dekan oldu?

Digər tərəfdən dekan seçki prosesində seçilməlidir.
Kim hansı rəhbər vəzifəyə təyin olunursa, dərhal oranı talamağa, ağlına gələn qərarları verməyə və oranı ata mülki kimi istədiyi formada idarə etməyə başlayır. Maraqlıdır ki, Zəfər Qurbanov Şəlalə Zeynalovanı bir gündə 4 kafedranın hər birində bir saatdan bir müzakirə etdirib dekan kimi əmrini verdi. Həm də bu xanımı Zahir Ələsgərovun müdir olduğu kafedraya 0,5 ştat müəllim vəzifəsinə də götürdü.
Zəfər Qurbanov öz maraqları xatirinə bir-birinə uyğun gəlməsə belə müxtəlif kafedraları birləşdirir. Məlumdur ki, “Meşəçilik” kafedrası çox spesifik bir kafedradır. Bu gün bütün dünyada qlobal istiləşmə prosesi gedir. Onun qarşısının alınması, ekoloji tarazlığın qorunması, torpaq sürüşmələri, yağıntıların miqdarının artması, sel, daşqın və s-in qarşısının alınmsı üçün meşələr çox vacibdir. Bu kafedraya isə ulu öndər Heydər Əliyevin göndərişi ilə Rusiyada təhsil almış, keçmiş İttifaq miqyasında tanınmış insan Vidadi Səmədov rəhbərlik edirdi. Vidadi Səmədov tələbələr ttərəfindən sevilən, savadlı və həddindən artıq tələbkar müəllimdir. Zəfər Qurbanovun özbaşınalıqlarına etiraz etdiyi üçün rektor onun rəhbərlik etdiyi kafedranı ləğv edərək korrupsioner, adı saxta diplom satışı və saxta tələbə qəbullarında hallandırılan Musa Bayramovun kafedrasına birləşdirdi.
Eləcə də “Texniki mexanika” və “Maşın mühəndisliyi və standartlaşdırma” kafedraları da bir-birinə uyğun gəlməsə də Zəfər Qutbanov tərəfindən birləşdirilməyə məruz qalıb. Habelə, “Elektroenergetika” və “Elektrik mühəndisliyi” kafedraları da birləşdirilib. Birləşdirilən kafedralr üçün müdirlik vəzifəsi auksiona çıxarılb. Hərrac kimi kim çox pul versə, müdir vəifəsinə də o seçiləcək.
Rektor Zəfər Qurbanov son iki ayda universitetdə cəmi 8 dəfə olub. Həmişə xarici ölkələrdə gəzməkdədir. Türkiyədən vurur Avstriyadan çıxır. Hal-hazırda isə on gündən artıqdır ki, Portuqaliyadadır. Universitet əməkdaşları iyul ayının 15-dən məzuniyyətə çıxır. Zəfər Qurbanov isə Portuqaliyadan məlumat göndərib ki, heç kim məzuniyyətə çıxmasın, ayın 15-də Portuqaliyadan qayıdıb Uçxozda Elmi Şura keçirəcəm. Universitetin kifayət qədər iclas zalları olduğu halda, uzaq bir yerdə Günəşin altda, çölün ortasında Elmi şura keçirməyin görəsən mənası nədir?
Aydındır ki, tibb təhsili olmayan, tibbdən xəbərsiz bir adamı Tibb universitetinə rektor qoymaq olmaz. Eləcə də aqrar təhsili olmayan, bu sahəyə tam yabancı adamın Azərbaycan Dövlət Aqrar Universitetində rektor işləməyi ADAU-nu məhvə aparır. Faciəli cəhət ondan ibarətdir ki, Zəfər Qurbanovun idarəetmə işində ətrafına yığdığı şəxslərin əksəriyyəti aqrar sahədən heç bir məlumatı olmayan insanlardan ibarətdir.

Zəfər Qurbanov rektor gələndən ADAU-nun maddi-texniki bazasını dağıtmaqla məşğuldur. Bu gün baytarlıq fakültəsində bivariuma üfunət iyindən girmək mümkün deyil. Onun içərisi alaq otları və müxtəlif zibilliklərlə doludur. Fakültəyə məxsus fermaların hamısı Zəfər Qurbanov tərəfindən satıldı. Bu bivariumda dovşan, siçan, at, qoyun, donuz və s. hamısı əvvəllər ayrı-ayrı seksiyalarda saxlanırdı. İndi isə Zəfər Qurbanov bunların hamısını satıb dağıtmış, bütün müxtəlif heyvanları at, donuz, dovşan, siçan və s. hamısı bir yerdə saxlanıır. Aqrar sahədən, bayarlıqdan tam xəbərsiz adam da bilir ki, bu heyvanları bir yerdə saxlamaq olmaz. Amma universitetin mütəxəssisləri nə qədər iclaslarda bunu neft mühəndisi Zəfər Qurbanova izah edib əsaslandırsalar da bunu eşitmir və bildiyini edir. Artıq tədris prosesində tələbələrə öyrətmək üçün bivaruiuma yığılmış heyvanların bir neçəsi də baxımsızlıqdan ölmüşdür.
Aqrar sahədən və idarəçilikdən xəbərsiz olan Zəfər Qurbanov bilmir ki, o rektor əvəzi təyin olunmamışdan əvvəl sabiq rektor İbrahim Cəfərov bu fermaları necə saxlayırdı? İri buynuzlu və xırda buynuzlu heyvanların yemlərini necə alırdı? İbrahim Cəfərov heyvandarlıqdan da əlavə, quşçuluğun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də onları öyrədirdi. Sabiq rektor İbrahim Cəfərovun dönəmində həm işçilərin sayı çox idi, həm də tədris olunan fənlər üzrə təsərrüfat sahələri çox idi. Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.
Zəfər Qurbanov bir neçə kafedra müdirlərindən İlqar Gəncəyevdən, Azər Xəlilovdan, Aydın İsayevdən çoxlu şikayət olunmasına baxmayaraq, onlar haqqında heç bir tədbir görmür. Amma yaxşı işləyən, məsuliyyətli, çox savadlı olan Hümbətov Hümbəti vəzifəsindən, hətta müəllimlikdən belə çıxartdı.
ADAU-da məzun günü keçirilir, bütün tələbələr gedib sabiq rektor İbrahim Cəfərovun başına toplaşır, onunla şəkil çəkdirir.
Maraqlı odur ki, universitetdəki haqsızlıqlardan şikayət edəndə prorektorlar, şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki? Yaxşı, onda professor müəllim heyəti dərdini kimə desin? Həftənin 4 gününü Bakıda ailəsinin yanında olan, Türkiyədə, Avstriyada, Portuqaliyada gəzməklə rektorluq vəzifəsini idarə edən, işdə tapılmayan qiyabiçi rektoramı??????
Nə edək, qalmışıq sualların əlində. Heç kim bu məsələ ilə qətiyyən maraqlanmır, sanki elə belə də olmalıdır…

www.Yenisoz.az

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

8-07-2024, 16:38

ADAU-da KOLXOZ ÜSUL-İDARƏSİ... DAVAM EDİR... - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

13-06-2024, 12:15

ADAU yox... ZƏFƏR KOLXOZU! - BUNUN BAŞQA ADI YOXDUR...

Gündəm / Cəmiyyət

15-09-2023, 12:08

Aqrar Universitet nədən AYAĞA QALXA BİLMƏYƏCƏK... - FAKTLAR AÇIQLANIR...

Gündəm / Araşdırma

4-07-2024, 14:10

BAKIDA DEKAN QANUNSUZ MALLAR GƏTİRDİYİ ORTAYA ÇIXDI…- Dekan Elnur Əliyev sevgilisi Könül Cəfərova birgə ərizəsi alındı

Araşdırma

8-08-2023, 14:18

ADAU-da ciddi RƏHBƏR PROBLEMİ VAR... - Kollektiv özü açıqlayır...

Gündəm / Araşdırma

2-10-2023, 12:17

İbrahim Cəfərov yenə qazanır, amma ADAU-da olduğu kimi yox

Gündəm / Cəmiyyət

14-06-2024, 13:31

3 məşhur həkim istefa verdi — Tibb Universitetində nə baş verir?

Gündəm / Cəmiyyət

28-12-2023, 11:43

ADAU-da təhlükəli KADR SİYASƏTİ... - İTTİHAM VAR...

Gündəm / Araşdırma

11-06-2024, 11:24

Zəfər Qurbanov iclasları çox sevir, AMMA... - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

14-09-2023, 10:30

Slavyan Universitetində nələr baş verir? - İLGİNC İDDİALAR...

Gündəm / Araşdırma

16-10-2023, 17:12

Rektor Yusif Yusibov GDU-nu “biznes mərkəzi”nə çevirib? - ŞOK FAKTLAR

Gündəm / Araşdırma

11-07-2023, 19:25

İlham Süleymanov BDU-nin hansı fakültəsini bitirib..? - İşi iş bilənə tapşırmaq lazımdır..?

Gündəm / Cəmiyyət

10-07-2023, 18:28

KTN-də əcaib-qəraib işlər... - İlham Süleymanov MÜƏMMASI...

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • Bugün, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • Bugün, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • Bugün, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • Bugün, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • Bugün, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • Bugün, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • Bugün, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • Bugün, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • Bugün, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • Bugün, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • Bugün, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • Bugün, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • Bugün, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • Bugün, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • Bugün, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • Dün, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • Dün, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • Dün, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • Dün, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • Dün, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • Dün, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • Dün, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • Dün, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • Dün, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • Dün, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • Dün, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • Dün, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:48
    Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə