• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıda aksiya: hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu azad etməsi sakinləri ayağa qaldırdı -VİDEO

Gündəm / Araşdırma

10-01-2025, 15:24

Bakıda aksiya: hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovu azad etməsi sakinləri ayağa qaldırdı -VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin dələduzluqda təqsirləndirilən "Sahil - S İnşaat" tikinti firmasında vəzifə tutmuş Pənah Kərimovu ev dustaqlığına buraxması sakinləri ayağa qaldırıb. Yenixeber.org: Dələduz əməlləri sübuta yetirilmiş Pənah Kərimovun həbsdən buraxılması zərər çəkən sakinləri hiddətləndirib. Onlar buna etiraz olaraq Məhkəmə-Hüquq Şurasının qarşısına yığışıblar və hakim Elnur Nuriyevin bu qərarından narazılıq ediblər. Şikayətçilərin sözlərinə görə, Pənah Kərimov şirkətdə ikinci şəxs olub, hazırda həbsdə olan MTK rəhbəri Taley Alaverdiyevin şərik idi. Onlar bildiriblər ki, 2018-ci ildə tikintisi başlanan binanın hər hansı problemi yox idi, ta ki 2021-ci ildə Pənah Kərimovun şərikliyi ortaya çıxanadək. Elə bundan sonra mənzil almaq istəyənlərin aldadılması halları baş verib. Belə ki, Pənah Kərimov bir mənzili bir neçə şəxsə satıb və nəticədə xeyli insan dələduzluğun, fırıldağın qurbanı olub. Məhkəmə-Hüquq Şurası önünə toplaşan zərər çəkənlər deyiblər ki, indi belə bir dələduzun hakim Elnur Nuriyev tərəfindən ev dustaqlığına buraxılması yolverilməz haldır və qanunsuz addımdır. Sakinlər qeyd ediblər ki, Pənah Kərimovun dələduzluq əməlləri istintaq materiallarında öz əksini tapıb, Baş Prokurorluq yanında Mübarizə Baş İdarəsi onları zərər çəkən kimi tanıyıb, bütün faktlar ortadadır. Bunun ardınca iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyinə verilib. Onun prosesə hakimlik etdiyi dövrdə Pənah Kərimov həbsdə saxlanıb və təqsirləndirilən şəxsin vəkilinin qaldırdığı vəsatətlər əsaslı olaraq təmin edilməyib. Lakin bir müddət sonra işə sədrlik hakim Elnur Nuriyevə verilib. O isə özünün sədrlik etdiyi bu işin elə ilk iclasında Pənah Kərimovu ev dustaqlığına buraxıb. Zərər çəkmişlər hakimin bu qərarına etiraz ediblər və vurğulayıblar ki, hakim Elnur Nuriyevin dələduz Pənah Kərimovla hansısa sövdələşməsi olub. Sakinlərin dediyinə görə, Pənah Kərimov azadlıqda olduğu dövrdə onları hədələyib, kommunal xidmətlərin təmin edilməsi üçün hər sakindən 5 manat tələb edib. Halbuki qanunla kommunal infrastruktur dövlət qurumları tərəfindən qurulur. Amma Pənah Kərimov təhdid edib ki, kim 5 min manatı verməsə, binaya buraxılmayacaq. Şikayətçilərin sözlərinə görə, bu fakt da prokurorluq tərəfindən qeydə alınıb və zərər çəkən tərəf kimi tanınanlar var. Sakinlər bildiriblər ki, Prezidentin və I Vitse-Prezidentin göstərişi, dəstəyi sayəsində binanın qaz, işıq, su təchizatı həllini tapıb, vətəndaşların öz vəsaiti hesabına isə liftlər qoyulub, su hovuzu tikilib, binada yarımçıq qalan bir sıra, işlər görülüb. İndisə Pənah Kərimovun ev dustaqlığına buraxılması onun yenidən binanın məsələlərinə müdaxilə etməsinə səbəb ola bilər. Sakinlər deyiblər ki, hakim bu qərarı çıxararkən zərər çəkmişlər məlumatsız olublar, prosesdə iştirak etməyiblər, onlara dəyən ziyanın kompensasiya edilməsi hələ də qeyri-müəyyən olaraq qalıb. Zərər çəkənlərin tələbi budur ki, işə yenidən baxılsın və Pənah Kərimov həbsə göndərilsin.
Onun bu qərarı hüquqa, məhkəməyə, qanunlara və zərər çəkənlərə hörmətsizlikdir. Hakimin bu qərarı niyə verməsi də araşdırılmalıdır. Biz Ali Məhkəmə sədri İnam Kərimovdan və Baş Prokuror Kamran Əliyevdən xahiş edirik ki, hakim Elnur Nuriyevi dələduz Pənah Kərimovla nə bağladığı araşdırılsın.(anaxeber.info)

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

30-12-2024, 13:44

Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib -Prezidentə və İnam Kərimova ŞOK müraciət...

Cəmiyyət

30-06-2023, 11:06

Sabirabadda Pənah Hüseynov görün, kimdən GİLEY EDİR... - “Qorxudan məcbur qalıb razılaşdım”

Gündəm / Hadisə

1-03-2024, 14:42

Hakim Əli Məmmədov iki tikinti dələduzunu müdafiə edir - yeni ədliyyə nazirinə faktlar...

Gündəm / Cəmiyyət

2-03-2024, 10:14

Şərikləri həbsdə olan “Teymuroğlu” MTK-nın sahibləri yenə də DİNC OTURMUR? - Məhkəməyə verildilər...

Araşdırma

25-09-2023, 17:16

Həbsdə olan sabiq hakimin yenidən məhkəməsi başladı - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

25-05-2024, 17:54

"Eurolux"un rəhbəri və qardaşı oğlu niyə bıçaqlanıb? - 500 minlik oğurluq işi...

Gündəm / Cəmiyyət

14-08-2023, 12:16

"200" MTK-nın rəhbəri yenidən MƏHKƏMƏ QARŞISINDA

Siyasət

23-05-2024, 19:24

Preidentdən Telli Pənahqızı ilə bağlı SƏRƏNCAM

Araşdırma

18-07-2023, 16:42

Bu MTK-nın ipini YIĞA BİLMİRLƏR? - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

17-06-2023, 13:51

Azərbaycanda müdhiş mənzil cinayətləri: yeni Hacı Məmmədov kimdir? - İLGİNC FAKTLAR

Cəmiyyət

23-11-2024, 09:50

Bələdiyyə sədrinin bu əməli sakinləri AYAĞA QALDIRDI... - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

2-05-2024, 13:37

İnam Kərimovla bağlı İLGİNC GƏLİŞMƏ... - NƏ BAŞ VERİR?

Gündəm / Cəmiyyət

19-10-2024, 12:41

Sabiq icra başçısının oğlu ilə bağlı 2 milyon manatlıq qalmaqal: - "Bir ildir bizi girov saxlayırlar"

Gündəm / Cəmiyyət

30-10-2023, 18:34

Bakıda 48 il əvvəl inşa edilən beşmərtəbəli bina ÇÖKÜR – Sakinlər niyə KÖÇÜRÜLMÜR?

Araşdırma
Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
“Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
Hadisə
27-02-2026, 18:19
LDU-nun yarımtikilisini 369 min manata təmir edən sirli şirkət - TƏFƏRRÜAT
26-02-2026, 10:57
“Qedirzade academy” vətəndaşları belə aladır - Gülnar Qədirzadə kimdir? - Video
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
14-02-2026, 10:55
“Dedi ki, mənə heç nə edə bilməzsiniz!” – “Azerina” Əfsanə Qasımlı müştərini şantaj edib? – Şok səs yazısı
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
3-02-2026, 09:48
DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
Son xəbərlər
  • 4-03-2026, 18:52
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - Video
  • 4-03-2026, 18:30
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
  • 4-03-2026, 18:10
    İlqar Mustafayevin vəziyyəti pisləşdi
  • 4-03-2026, 17:14
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar
  • 4-03-2026, 16:48
    Məşhur restoranın ətrafında antisanitariya: Zibillər günlərlə daşınmr, ətrafa üfunət yayılır – VİDEO
  • 4-03-2026, 16:12
    Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib
  • 4-03-2026, 15:48
    Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
  • 4-03-2026, 12:52
    Mərdan Camalzadə indi də marketlər zənciri yaradır: “Daha restoranda “çörək” yoxdur”
  • 4-03-2026, 12:06
    İran Yaxın Şərqdəki ABŞ bazalarına 230 PUA buraxıb
  • 4-03-2026, 11:34
    SOCAR ətraf mühitə vurduğu ziyana görə 485,4 min manat cərimələnib - HESABAT
  • 4-03-2026, 11:05
    Şəbnəm Tovuzlunun qızından lüks avtomobildə gözəl rəqs - Pulin varsa kef elə -Video
  • 4-03-2026, 10:39
    Turizm Agentliyi iki evin təmirinə 422 min manat ayırır
  • 4-03-2026, 10:09
    Astarada tenderlərin 60 faizini qalibi: Qəzənfər Ağayevin “Asa-Tikinti”si
  • 4-03-2026, 09:42
    “İçərişəhər”in sektor müdiri Çopurov hərbi xidmətdən necə yayınıb?
  • 4-03-2026, 09:10
    Aygün Hüseynovanın rəhbəri olduğu 288 saylı məktəbdə nə baş verir?
  • 3-03-2026, 15:45
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
  • 3-03-2026, 15:18
    Xətaidə park ərazisində “Podyum Park” tikintisi - Park ərazisinin təyinatı dəyişdirilib?- VİDEO
  • 3-03-2026, 15:06
    Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar - FOTOLAR
  • 3-03-2026, 14:38
    Binəqədi rayonunda bu qanunsuz tikintiyə hansı məmur icazə verib?
  • 3-03-2026, 12:35
    Hesablama Palatasının eyni tenderi üçüncü dəfə ləğv edildi
  • 3-03-2026, 12:08
    ABŞ və İsrailin zərbələri nəticəsində SEPAH-ın beş hərbçisi ölüb
  • 3-03-2026, 11:37
    “Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək
  • 3-03-2026, 11:01
    Nazir Kəmaləddin Heydərov övladlarına məxsus 4-cü obyektin də istismarına icazə verdi
  • 3-03-2026, 10:28
    İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • 3-03-2026, 10:11
    “Koordinat Construction” MMC tenderləri niyə elə bir mənbədən “udur” – Zaur Mikayılov bilər…
  • 3-03-2026, 09:39
    Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...
  • 3-03-2026, 09:10
    “Akula” Vüqar və onun şəriki şəkili Yusif... DÖVLƏTDƏN GÜCLÜ İMİŞLƏR! - Saleh Məmmədov görün, NƏLƏR EDİRMİŞ...
  • 2-03-2026, 18:19
    Abşeron Gənclər Şəhərciyinə gedən yolu da satdılar?-Videofakt
  • 2-03-2026, 17:53
    Anar Rzayevin fəaliyyəti yoxlanılır
  • 2-03-2026, 17:11
    Xəzər rayonu İH... SƏNİN İŞLƏRİN BULANIQDIR! - BU NƏDİ BELƏ?
  • 2-03-2026, 16:24
    Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır – VİDEO
  • 2-03-2026, 15:54
    "Haqqımı tələb edəndə məni təhqir etdilər..." - NARAZILIQ VAR...
  • 2-03-2026, 15:15
    Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR? - səkidə 5 mərtəbə BİNA TİKDİLƏR!
  • 2-03-2026, 13:54
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • 2-03-2026, 13:43
    Dillər Universitetində təqaüd "baryeri"... - Təqaüd üçün minimal bal necə müəyyən edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə