• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın

Araşdırma

21-11-2025, 12:06

[center]İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın[/center]“Bakıda yerləşən 333 nömrəli tam orta məktəbdə direktor səlahiyyətlərini müvəqqəti icra edən İlahə Həmidova və məktəbin direktor müavini Mətanət Hüseynova qanunsuz əməllər və korrupsiyaya yol verirlər”.
Bunu Bakupost.az -a məktəbin 2000–2021-ci illərdə direktoru olmuş Arzu Hüseynova bildirib.
Keçmiş direktorun sözlərinə görə, hazırda 144 nömrəli məktəbin direktoru olan İlahə Həmidova eyni zamanda 333 nömrəli məktəbə rəhbərlik edir və adına yazılan 12 saat dərsə qatılmadan idarəçiliyi onlayn qaydada həyata keçirir:
“Araşdırsanız, o yəqin ki, digər məktəb də də eyni əməlləri törədir. Ancaq bu saatların əmək haqqısını hər ay dövlətdən mənimsəyir”.
Arzu Hüseynova iddia edir ki, İlahə Həmidova və ötən il korrupsiya əməllərinə görə töhmət almış direktor müavini Mətanət Hüseynova məktəbdə qeyri-qanuni sistem yaradıblar.
Onun sözlərinə görə, 10 və 11-ci siniflərdə ümumilikdə 169 şagird ilboyu 6 və 7-ci dərslərdən qeyri-rəsmi şəkildə evə buraxılır və bunun müqabilində valideynlərdən külli miqdarda pul yığılır:
“Mətanət Hüseynovanın qanunsuzluqları və özbaşınalığı nəticəsində məktəbin 4 paralel 10-cu sinfi (86 şagird), 4 paralel 11-ci sinfi (83 şagird) il ərzində 6 və 7-ci saatlarda evə buraxılır. Mətanət Hüseynova deyir ki, İlahə Həmidova ilə birlikdə icazə almışam, hazırlığa gedin. Buna görə də 169 şagirddən aldıqları küllü miqdarda rüşvəti hər ay İlahə ilə bölüşürlər. Əgər araşdırma aparılsa, dərhal ortaya çıxacaq. Bu isə il ərzində küllü miqdarda dövlət dərs saatının itirilməsi və rüşvət yolu ilə pul qazanmaq deməkdir”.
Keçmiş direktorun iddialarına görə, Mətanət Hüseynova qanunsuz hazırlıq qrupları təşkil edir və buna görə müəllimlərdən aylıq 100 manat pul tələb edir. Adı çəkilən müəllimlərin siyahısı da təqdim olunub:
“Solmaz Hüseynova , Günel Hüseynli, Mahrux Əliyeva , Esmira İbrahimova, Günay Əsgərova, Şəms Usubova, Günel Əsgərova, Şəms Əliyeva. Mətanət və İlahə birləşərək məktəbi özəl hazırlıq kursuna çeviriblər. Məktəbin riyaziyyat müəllimi məcburi ərizə yazdırılaraq öz hesabına məzuniyyətə göndərilib. Onun dərs saatları isə Mətanət və İlahənin məktəbdəki qanunsuz hazırlıq qrupunda olan Şəms Usubovaya verilib. Dərs saatlarının pulunu isə öz aralarında bölürlər. Məktəbin fiziki tərbiyə müəllimi Munis Tahirov musiqi sahəsində öz şəxsi biznesi ilə məşğul olur və məktəbə gəlmir. Adına yazılan dərs saatlarına görə məvacibi isə İlahə ilə Mətanət öz aralarında bölürlər”.
Arzu Hüseynova deyir ki, qanunsuzluğa etiraz edən müəllimlərə “Bizim hər yerdə adamlarımız var”, “Heç kim heç nə edə bilməz” deyərək hədə-qorxu gəlirlər:
“Şəhid və qazi ailələrinin yaşadığı bir ərazidə yerləşən bu məktəbdə baş verən korrupsiya əməlləri araşdırılmalı, İlahə Həmidova və Mətanət Hüseynova cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Məsələ ilə bağlı 144 nömrəli məktəbin direktoru və 333 nömrəli məktəbdə müvəqqəti rəhbərliyi icra edən İlahə Həmidova ilə əlaqə saxladıq. İlahə Həmidova Bakupost.az -a açıqlamasında deyilən iddiaları təkzib etdi və bildirdi ki, Arzu Hüseynova heç vaxt 333 nömrəli məktəbin direktoru olmayıb:
“Bunu sistem üzərindən də araşdıra bilərsiniz. Zatən elə bir dövrdəyik ki, bütün məlumatlar elektron sistemdədir. Kağız sistem deyil ki, orada nəsə tapılmasın. Sadəcə, bu məktəb əvvəlki illərdə Qarabağ Regional Təhsil İdarəsinə tabe olan 149 nömrəli məktəb olaraq fəaliyyət göstərib və mənim bildiyim qədər həmin dövrlərdə məktəbin Arzu adlı direktoru olub”.
Direktor bildirib ki, Arzu Hüseynovanın özü də vaxtilə işində ciddi nöqsanlara görə məsuliyyətə cəlb olunub və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib:
“Mən sizdən çox xahiş edirəm, Arzu xanımın özünü araşdırın. Mənim bildiyim qədər, o, işində buraxdığı kobud nöqsanlara görə məsuliyyətə cəlb olunub. Çünki dövlət siyasətinə qarşı çıxan, dövlətin təhsil sisteminə zərbə vuran insanlar artıq, gördüyünüz kimi, sosial mediada da müzakirə olunur və heç kim cəzasız qalmır.
Arzu xanım təkcə məktəblə bağlı yox, məktəb rəhbərliyi adından istifadə edərək bir sıra qanun pozuntularına yol verdiyinə görə məsuliyyətə cəlb olunub. Məndə olan məlumatlar bunlardır və məktəb daxilində də geniş şəkildə müzakirə olunur. Onun iddia etdiyi məsələlərə gəlincə, mən 144 nömrəli məktəbin direktoruyam və bəli, müvəqqəti olaraq – 3 aylığa həmin məktəb mənim səlahiyyətimə verilmişdi. Bir işçi bir yerdə tam ştat işləyirsə, digər iş yerində müəyyən saatlarla çalışa bilər. Bu, Əmək Məcəlləsi ilə tənzimlənir. Çünki mənim əsas iş yerim 144 nömrəli məktəbdir və qanunvericiliyə uyğun olaraq, mən həvalə olunanəlavə iş yerində müəyyən edilmiş saatlarda olmalıyam. Həmin saatlarda da maksimum şəkildə orada oluram və hətta həmin saatlardan artıq da məktəbdə qalmağa çalışıram. Çünki o məktəb 2 növbəlidir, axşam saatlarına qədər tədris prosesi davam edir. Yəni onu da bildirim ki, qaydalara uyğun olaraq mənim iş saatlarım tənzimlənir”.
İlahə Həmidova ona qarşı səslənən digər ittihamları da tamamilə “əsassız və böhtan” adlandırıb, məsələ ilə bağlı hüquqi addım atacağını bildirib:
“Təhsil sistemində uzun illər müəllim kimi fəaliyyət göstərmişəm, metodist olmuşam, araşdıra bilərsiniz ki, bu sahədə hər hansı qanun pozuntusuna yol vermişəm, ya verməmişəm. Qəti şəkildə, tam məsuliyyətimlə deyirəm ki, yol verilməyib. Bu deyilənlər boş, cəfəng sözlər, şər-böhtandır. Müvafiq qurumlara da açığıq. Gəlib bu ittihamları yerində araşdırsınlar. Hətta mən özüm müraciət edəcəyəm ki, gəlib məktəbi araşdırsınlar.
Arzu xanım kimi düşünən insanlardan olsam, mən də qeyri-peşəkarcasına müəyyən subyektiv və ya şəxsi fikirlər səsləndirə bilərdim. Amma təxmin edirəm ki, onun bu ittihamları nəyə görədir. Bir az araşdırma etsəniz, özünüz də görəcəksiniz ki, bu qərəzlilik pik həddədir və səbəbi nədir. Amma mən bununla bağlı heç nə demirəm. Məncə, Arzu xanım düz yola gəlsin. Çünki o da bir xanımdır və ən azından təhsildə xidməti olub. Aydındır ki, etdiyi nöqsanlara, qanun pozuntularına görə bir neçə dəfə dövlət tərəfindən məsuliyyətə cəlb olunub. O oturub düşünməlidir ki, mən bu dövlətə, özümə bunu niyə edirəm? Ən azı vicdan sorğulamasını etsin”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərdik. Qurumdan Bakupost.az -a bildirildi ki, paytaxtdakı 333 nömrəli tam orta ümumtəhsil məktəbinə dair qeyd olunan iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq:
“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam, işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

8-04-2025, 12:04

Abşeron rayonu Xırdalan şəhərində 2 saylı tam orta məktəbdə maliyyə yoxlamasından məktəb direktoru Gülnaz Kərimova jurnalı gizlətdi

Gündəm / Araşdırma

23-04-2024, 13:47

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Gündəm / Araşdırma

31-10-2023, 13:21

Təhsilimiz GÜL AÇIB... AY CAN... AY CAN... - 3 katibəli məktəb direktoru...

Gündəm / Araşdırma

9-05-2024, 11:37

Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Gündəm / Araşdırma

18-05-2024, 09:36

Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Gündəm / Araşdırma

23-11-2023, 18:38

Sabirabaddakı məktəbdə “zavuç” olmazın hoqqalardan çıxır? - İDDİA

Gündəm / Araşdırma

14-03-2024, 11:11

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü - BELƏ HARA GEDİRİK?..

Gündəm / Araşdırma

18-10-2023, 09:17

201 saylı məktəb, yoxsa BAŞQA NƏSƏ?.. - İLGİNC İDDİALAR...

Gündəm / Araşdırma

8-03-2024, 16:11

Ərkivanlı qızın acı həyat hekayəsi. Lürənli şəxsin saxta yollarla əldə edilən sənədləri, Məhkəmə qətnaməsindən sonlanıb?-Şikayət

Gündəm / Araşdırma

30-10-2025, 17:45

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Araşdırma

26-07-2023, 15:25

164 saylı məktəbdə “tətillər” uzana bilər Direktor müəllimləri etiraz aksiyasına vadar edir..?

Gündəm / Araşdırma

3-06-2024, 16:21

Şəki Uşaq İncəsənət Məktəbində ikitirəlik hökm sürür –Bunu Mədəniyyət Nazirliyi yaradıb

Gündəm / Araşdırma

27-03-2024, 21:09

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Gündəm / Araşdırma

8-05-2024, 12:36

Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Gündəm / Araşdırma

24-09-2024, 21:52

Şantajçı direktorun hekayəlik əməlləri —FAKTLAR NƏLƏRİ DEMİR?!

Araşdırma
Texnologiya Universitetinin professorunun kafe həvəsi - Kafedra müdüri Universitetin həyətində kafe açdı
GDU ilə bağlı ilginc iddialar: Deputatın da adı hallanır... - İTTİHAM VAR...
İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
“AZMA GROUP”un rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib. FOTO
Masazır sakinləri ansinatiraya vəziyyət şikayətçidirlər
Hadisə
20-11-2025, 11:19
Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
20-11-2025, 11:16
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
20-11-2025, 10:47
Şamaxıda "Shacman" dərəyə aşdı: Ölən var
14-11-2025, 12:28
Sabirabadda 42 yaşlı qadın qətlə yetirildi, qardaşı saxlanıldı
11-11-2025, 14:56
Qadın yolda yatdı, “ayıq sürücü” pulunu oğurladı
11-10-2025, 10:08
Bakı metrosunda ölüm
Son xəbərlər
  • Dün, 13:50
    GDU-nun rektoru Yusif Yusibovun tender oyunu- 1.6 milyon manat necə xərclənib?
  • Dün, 13:28
    Texnologiya Universitetinin professorunun kafe həvəsi - Kafedra müdüri Universitetin həyətində kafe açdı
  • Dün, 12:53
    Həccə getmək istəyənlərin nəzərinə: Qeydiyyat tez başa çatacaq
  • Dün, 12:05
    GDU ilə bağlı ilginc iddialar: Deputatın da adı hallanır... - İTTİHAM VAR...
  • 21-11-2025, 12:12
    Deputatlar növbəti ilin büdcəsini birinci oxunuşda təsdiqlədi
  • 21-11-2025, 12:11
    “Unibank”dan şikayət- Müştərinin hesabından pulu vermirlər
  • 21-11-2025, 12:10
    Təcili Tibbi Yardım maşınları üçün müəmmalı tender oyunu
  • 21-11-2025, 12:08
    Bakı sabitliyin təminatçısı mərkəzi olur
  • 21-11-2025, 12:07
    Xırdalanda bina sakinləri təhlükədə: İcra hakimiyyətindən gəlib baxıb gedirlər…
  • 21-11-2025, 12:06
    İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
  • 21-11-2025, 12:05
    Gəncədə səkini zəbt edib otel tikən sahibkar kimdir?
  • 21-11-2025, 12:04
    Prezidentin ailəsi Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
  • 20-11-2025, 11:19
    Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi
  • 20-11-2025, 11:18
    Tramp Epşteynlə bağlı qanun layihəsini imzaladı
  • 20-11-2025, 11:16
    Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
  • 20-11-2025, 11:15
    KİV: Umerov və Uitkoff danışıqlar zamanı razılığa gəliblər
  • 20-11-2025, 11:14
    COP31-lə bağlı vacib sənədlərin razılaşdırılması Azərbaycana həvalə olundu
  • 20-11-2025, 11:11
    “AZMA GROUP”un rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
  • 20-11-2025, 11:10
    Yeni klinikada açılışda
  • 20-11-2025, 10:49
    NASA "3I/ATLAS" kometasının Yer kürəsinə yaratdığı təhlükəni qiymətləndirib
  • 20-11-2025, 10:48
    Sumqayıtda 700 abonentin qazı kəsiləcək
  • 20-11-2025, 10:47
    Şamaxıda "Shacman" dərəyə aşdı: Ölən var
  • 20-11-2025, 10:46
    Litva Belarusla sərhəd-keçid məntəqələrini yenidən açdı
  • 18-11-2025, 11:10
    İlham Əliyev Oman sultanını təbrik etdi
  • 17-11-2025, 16:54
    Təyyarənin “qara qutu”ları açıldı
  • 17-11-2025, 16:53
    Vaşinqtonda Epşteyn "zəlzələsi" - Tramp 20 min sənədin açılmasına qərar verdi
  • 17-11-2025, 16:51
    2026-dan avtobuslara yeni qaydalar: Elektron ödəniş, sərnişin sayğacı və yaş məhdudiyyəti
  • 17-11-2025, 16:50
    İsveçrəlilər Trampı qızıla tutdular və ...tarif endirimləri əldə etdilər
  • 17-11-2025, 16:49
    TRIPP Ermənistanda: ABŞ HƏRƏKƏTƏ KEÇDİ
  • 17-11-2025, 16:47
    Mehriban Əliyevadan bu günlə bağlı
  • 15-11-2025, 11:25
    “Modern” Hospitalının həyətində qanunsuz tikintiyə hansı məmur icazə verib? -Video
  • 15-11-2025, 11:24
    Polisdən xəbərdarlıq
  • 15-11-2025, 11:22
    Mirrəhim Nəbiyev “İş axtaranları qul kimi işlədib”
  • 15-11-2025, 11:21
    Rəsmi məlumat: Azərbaycanda yeni Baş Nazir təyin olunacaq
  • 15-11-2025, 11:19
    “ARCRİSE” MMC-nin siftə tenderindən şübhələnməyə nə kimi əsaslar var – Bəşir Hacıyevin diqqətinə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Elnur Orucov
  • E-mail: yenisoz.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Yenisoz.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə