[center]
[/center]
Yasamal sakini 6 aydır müraciətinə baxılmayan icra Həhakimiyyətindən və onu qəbul etməyən icra başçısı Elşad Həsənovdan şikayətçidir.
Bu barədə şikayətçi Ramin Əlizadə Yasamal İH-in Feysbuk səhifəsində yazıb.
[center]
[/center]
O bildirib ki, Elşad Həsənovun rəhbərlik etdiyi qurumda özbaşınalıq hökm sürür:
“Niyə 6 aydır mənim müraciətimə baxmır, bu təriflədiyiniz icra hakimi?! Boş vədlər və məmur özbaşınalığı hökm sürür bu adamın rəhbərlik etdiyi qurumda!
Bu icra başçısı mənim 1500 AZN dəyərində əmlakımı məndən xəbərsiz talan edən öz işçisi Xaliq adlı şəxsə deyir ki, hər ay müəyyən məbləğdə ödəniş etsəydin indi ödəyib qurtarmışdın. Amma Xaliq öz bildiyini edir, bu icra hakimini vecinə almır. Budur sizin təriflədiyiniz icra hakimi?! Ona kim qulaq asır?”.
[center]
[/center]
Şikayıtçinin adını qeyd etdiyi şəxs Yasamal İH-in rayon təsərrüfatı şöbəsinin müdiri Möhbalıyev Xaliq Süliddin oğludur.
Məsələ ikə bağlı Yasamal İH-lə əlaqə yaratmağa çalışdıq. Lakin davamlı zənglərimizə baxmayaraq telefonlarımıza cavab verən olmadı.(Tribuna.az )
[center]
[/center]